Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1172/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1624/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyə n etmişlər.
2. İddiaçı cavabdeh Toxtamurad Alməmmədovun oğludur, ixtisasca hərbçidir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədən Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasında xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus əmək haqqı üzrə hesabdan çıxarışa əsasən, xx.xx.2017-ci il tarixdə 501 manat, xx.xx.2017-ci il tarixdə 406 manat, xx.xx.2017-ci il tarixdə 459 manat, xx.xx.2017-ci il tarixdə 406 manat, xx.xx.2017-ci il tarixdə 407 manat, xx.xx.2017ci il tarixdə 406 manat, xx.xx.2018-ci il 830 manat, xx.xx.2018-ci il tarixdə 409 manat olmaqla pul çıxarılmışdır.
4. Cavabdeh 14 yanvar 2015-ci il tarixdə "xxxx" ASC-dən (indiki "xxxx" ASC) 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 10500 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2018-ci il tarixdə kredit tam bağlanmış dır. Həmin tarixdə banka olan kredit borcundan 3045,30 ABŞ dolları məbləğində birdəfəlik ödəniş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, 50000 manatın cavabdeh X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Əfqanıstandan qayıdanda 16000 ABŞ dolları pulu şəxsən cavabdehə vermişdir. Cavabdeh həmin puldan 3000 ABŞ dolları ilə "xxxx" ASC-yə olan kredit borcunu bağlamışdır. Əfqanıstanda olarkən əmək haqqı kartını hərbçi olan əmisi oğlu Sərxana vermişdir. Əmisi oğlu onun razılığı ilə 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 500 manat həcmində əmək haqqını kartdan çıxarıb atasına vermişdir. Maddi yardımlar və əlavə aldığı cəmi 1300 manat pulu da atasına şəxsən vermişdir. Beləliklə, Əfqanıstandan gətirdiyi 16000 ABŞ dolları (27200 manat), 43 ay ərzində aldığı əmək haqqı hər ay 500 manat olmaqla cəmi 21500 manat, maddi yardımlar və əlavə aldığı pullar 1300 manat olmaqla atasına cəmi 50000 manat pul vermişdir. Atası həmin pulları ondan alaraq öz adına olan torpaq sahəsində yaşayış evi tikəcəyini və həmin evi ona verəcəyini bildirmişdir. Atası olduğundan ona inanmış və pulları vermişdir. Ev tikildikdən sonra cavabdeh evi ona verməkdən imtina etmiş və evi satışa qoymuşdur. Ailəlidir, hazırda kirayədə yaşayır. Buna görə də cavabdehə verdiyi pulların geri qaytarılması zərurəti yaranmışdır.
7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu yaşyarım lıq olanda anası ilə nikahları pozulmuşdur. Daha sonra uşaq ona verilmişdir. Yenidən evlənmiş, iddiaçıya onun arvadı baxmış, böyütmüşdür. Oğlundan hər hansı məqsədlə pul götürməmişdir. Onun pulu ilə banka olan borcun ödənilməsi həqiqətə uyğun gəlməyən bir şeydir, çünki, özü təsərrüfatla məşğul olur, kredit borcunu da təsərrüfatdan qazanıb qaytarmışdır. Nə iddiaçının özü, nə də digər şəxs tərəfindən ona pul verilməyib. İddiaçı ilə münasibətinin pozulma səbəbi iddiaçının onun razılığı olmadan onun qəbul etmədiyi şəxslə evlənməsidir. Buna görə iddiaçını ona qarşı qoyublar. İddiaçı onun sözünə qulaq assa, ona bir valideyn kimi hər şey etməyə hazırdır.
8. Samux Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 16 fevral 2022-ci il tarixli, 2(058)-59/2022 nömrəli (hakim Səadət Zeyna lova) qətnaməsi ilə İddiaçı cavabdeh X1rşı 50000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı əmək haqqını hər ay atasına verdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçının hər ay cavabdehə əmək haqqını və ya onun bir hissəsini verdiyi qəbul edilsə belə, bunun hər hansı şərt daxilində verildiyinə dair sübutlar mövcud və real olmadığından bu məsələyə mülki qanunvericiliyin hər hansı normasını tətbiq etmək mümkün deyil. Buna yalnız ailədaxili valideyn-övlad münasibətləri ilə qiymət verilməsi mümkündür ki, bu halda da hər hansı bir öhdəlikdən söhbət gedə bilməz. X7 iddiaçının əmək haqqını cavabdehə verməsinə də məhkəmə eyni mövqedən yanaşır, çünki, bu halın birtərəfli qaydada həyata keçirilən münasibətlərdən yarandığını qəbul etməklə cavabdehin iddiaçıdan hər hansı məbləği tələb etməsi və qarşılığında hansısa öhdəlik götürməsi istisna edilir.
10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunmuşdur ki, iddiaçının verdiyi pul müqabilində cavabdeh yaşayış evini tikmişdir. Məhkəmə baxışında şahidlər həmin evin həqiqətən iddiaçının əm ək haqqı hesabına tikilməsini təsdiq etmişlər. Lakin məhkəmə baxışında qeyd edilən məsələlərə heç bir aydınlıq gətirilməmiş və iddiaçının yaşayış evinin tikinti ilə əlaqədar cəkdiyi xərclərin əvəzini ödəmək üçün heç bir əməli tədbir görülməmişdir. Məhkəmə prosesi hakim tərəfindən birtərəfli qaydada cavabdehin xeyrinə aparılmışdır.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(104)-1914/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əlizamin Abdullayev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 2993 manat və 3045 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan man at məzənnəsi ilə hesablanması qaydasında pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilir ki, iddiaçı ona fərdi yaşayış evi inşa etməyi cavabdehə həvalə etmiş, bunun müqabilində ona müəyyən pul vəsaiti ödəmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı öhdəlik münasibətlərinin olmadığını bildirmişdir. Lakin cavabdehin bu xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin halları ilə müəyyən edilir.
14. Məhkəmə kollegiyası tərəfindən təqdim edilmiş sübutların tədqiqi əsasında iddia tələbinin qismən əsaslı olduğu müəyyən edilir. Belə ki, iddiaçı 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək aylıq əmək haqqının cavabdeh tərəfindən alındığını bildirir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı həmin müddətdə Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasında xidmət etmişdir. Digər tərəfdən şahid Sərxan Alməmmədov da ifadəsində bildirmişdir ki, həmin müddət ərzində iddiaçının əmək haqqı kartından pul çıxararaq əmisinə, yəni, cavabdehə vermişdir. Həmçinin, məhkəmə ko llegiyası tərəfindən əldə edilmiş videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şahid Sərxan Alməmmədov tərəfindən cavabdehə məxsus maaş kartından pul vəsaiti çıxarılmışdır. Beləliklə, sübutların tədqiqi nəticəsində 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək iddiaçının əmək haqqı kartına köçürülmüş pul vəsaitinin, ümumilikdə 2993 manat pulun cavabdeh tərəfindən alındığı müəyyən edilir.
15. Həmçinin, məhkəmə kollegiyası tərəfindən iddiaçının Əfqanıstandan qayıdanda 16000 ABŞ dolları pulu şəxsən cavabdehə verməsi, cavabdehin həmin puldan kredit borcunu tam bağlamasını bildirməsi xüsusatında araşdırma aparılmış, bununla bağlı mülki kollegiya tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanmış və müvafiq hesabdan çıxarış təqdim olunmuşdur. Həmin hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən qeyd edilən tarixdə, yəni, xx.xx.2018-ci il tarixində bir dəfəyə 3045.30 ABŞ dolları ödəniş edilməklə, banka olan kredit borcu tam bağlanmışdır. İş materiallarından da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasında xidmətini başa vurmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən borcun ödənilməsi ilə bağlı iddiasında göstərdiyi tarixlə bank tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş tarix üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edilən hissədə iddia tələbinin dəlillərini inandırıcı və əsaslı hesab etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələb edilən pul məbləğinin digər hissələrində iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 324.1, 385,1, 389.1, 390.1, 399.1, 405.1, 406.1, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 777.1, 777.2, 778.1, 779.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra-Ali Məhkəmə) 28 mart 2023cü il tarixli 2(102)-1156/2023 nömrəli qərarı (hakimlər – Ələsgər Əliyev (məruzəç i), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında həqiqətən də öhdəlik münasibətlərinin olub-olmaması ətraflı araşdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu araşdırma natamamdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iddianın əsası ilə bağlı gəldiyi qənaət kifayət qədər şübhə doğurur və müfəssəl araşdırmaya ehtiyyac vardır. Bundan başqa, 3045 ABŞ dollarının həqiqətən də cavabdeh tərəfindən atasına verilməsi ilə bağlı iş materiallarında əsaslı sübut mövcud deyildir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Sülh məramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasında xidmətini başa vurması tarixi ilə cavabdehin borcunun 3045 ABŞ dollarının birdəfəyə ödənilməsi ilə bağlı bank tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş tarixin üst-üstə düşməsini inandırıcı və əsaslı dəlil hesab etmişdir. Halbuki, iddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmətdən qayıtması ilə xx.xx.2018ci il tarixdə birdəfəlik ödəniş aparılmasının arasında 2 gün fərq olması əsası ilə ödənişin iddiaçının cavabdehə verdiyi vəsait hesabına aparılması barədə halın müəyyən edilməsi üçün kifayət olmadığından həmin hal əsaslı və şübhədənkənar sübut hesab edilə bilməz.
22. Bu hallar ona dəlalət etmişdir ki, apellyasiya məhkəməsi kifayət qədər şübhə doğuran sübuta istinad etməklə, həmin sübutun həqiqiliyini araşdırmadan, həmçinin iddia nın əsası ilə bağlı ətraflı araşdıma aparılmadan iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.1, 385.1, 389.1, 399.1, 405.1, 406.1, 427.3, 448.1, 777.1, 777.2, 779.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1624/2022 nömrəli, 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Salman Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Kollegiya qeyd etmişdir ki, iddiaçının tələbi müqavilə öhdəliklərinə aiddir. Ona görə də iddiaçının cavabdehdən pulu tələb etməsi üçün onların arasında t apşırıq müqaviləsinin olması şərtdir.
26. Məhkəmə kollegiyası tərəfindən hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində hüquqi araşdırma aparılaraq müəyyən olunmuşdur ki, tərəflər arasında fərdi yaşayış evin tikintisinə dair tapşırıq müqaviləsindən yaranan öhdəlik hüquq münasibətləri olmamışdır. Yəni cavabdeh X5 İddiaçıla fərdi yaşayış evinin inşa edilməsi barədə yazılı və ya şifahi müqavilə bağlayaraq vəkalət alması, eləcə də hər hansı tapşırıq qəbul etməsi sübut olunmur.
27. Göründüyü kimi tərəflər arasında hər hansı öhdəliyin olması müəyyən olunmur. İddiaçı cavabdehə qarşı hüquq normalarına istinad etməklə hazırki iddianı verməsinə baxmayaraq, cavabdeh iddia tələbinə etiraz edir. İşin bu vəziyyətində pulun məqsədli şəkildə fərdi yaşayış evinin tikintisi üçün cavabdehə verilməsini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür.
28. Kollegiya qeyd etmişdir ki, şahid X6 ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapsa belə hazırkı halda həmin məbləğlərin iddiaçının atasına əvəsiz maddi yardım kimi və ya cavabdehə məqsədli şəkildə mübahisə predmeti olan fərdi yaşayış evinin tikilməsi ilə bağlı verilməsinin müəyyən olunmasıdır. Bu aspektdən işin halları araşdırılarkən şahid ifadəsi ilə təsdiq olunan 2760 manat pulun (460*6=2760) iddiaçı tərəfindən cavabdehə tapşırıq əsasında mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi üçün verilməsi öz təsdiqini tapmamışdır.
29. Belə ki, iddiaçı izahatında atası olduğuna görə cavabdehə inananaraq özünə məxsus ümumilikdə 50000 manat pulu evin inşa olunması məqsədilə atasına verd iyini göstərsə də, lakin, o bununla bağlı məhkəməyə mötəbər sübut tədqim etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iclasında iştirak edən cavabdeh X5 isə iddiaçının həmin dəlilini təkzib edərək iddiaçıdan hər hansı məqsədlə pul götürmədiyini və iddiaçı ilə ailə münasibətlərinin pozulmasına səbəb oğlunun onun razılığı olmadan qəbul etmədiyi şəxslə evlənməsi olduğunu bildirmişdir.
30. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflərin münasibətləri ə vvəllər yaxşı olsa da, sonradan iddiaçı 2019-cu ildə atasının etiraz etdiyi şəxslə evləndikdən sonra onlar arasındakı münasibətlər pozulmuşdur. Bu halda onların arasında ata-oğul münasibətlərindən və adətənənədən irəli gələn etimad göstərmək, yardım etmək və sair kimi halların yaranmasına zəmin mövcud olur.
31. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh X3 banka olan borcuna ödədiyi 3045 ABŞ dolları pulun məhz İddiaçı məxsus vəsait olması da sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçıovun onun vəsaiti hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə arqumentləri əsassızdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ape llyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddia tələbinə mülki hüquq normaları düzgün tətbiq olunmayıb. Belə ki, məhkəmə tərəflər arasında mövcud vəziyyəti kredit münasibətləri kimi qiymətləndirib. Bu da qanunvericiliyin tələblərinə ziddir. Bel ə ki, tərəflər arasında heç bir kredit müqaviləsi bağlanmayıb. İşin mahiyyəti ondan ibarətdir ki, cavabdeh özünə məxsus torpaq sahəsində iddiaçıya yaşayış evi tikib verəcəkdir. Lakin cavabdeh iddiaçının əmək haqqı hesabına tikilə evi vədinə əməl etməyərək vermir və başqasına satmaq niyyətindədir. İddiaçının tələbi qeyd olunan maddə təsiri altına düşür. Belə ki, iddiaçı 50000 manat əmək haqqını qeyd olunan müddətlərdə cavabdehə vermişdir. Cavabdeh həmin ünvanda yerləşən fotoşəkillər göstərilən yaşayış evini tikmişdir. Məhkəmə baxışında şahidlər həmin evin həqiqətən iddiaçının əmək haqqı hesabına tikilməsini təsdiq etdilər. Lakin məhkəmə baxışında qeyd məsələlərinə heç bir aydınlıq gətirilmədi və iddiaçının yaşayış evinin tikinti ilə əlaqədar çəkdiyi xərclərin əvəzini ödəmək üçün heç bir əmə li tədbir görülmədi. Məhkəmə prosesi hakimlər tərəfindən birtərəfli qaydada cavabdehin xeyrinə aparılmışdır.
35. İddiaçı hesab etmişdir ki, məhkəmə prosesində iddia tələbi tam və obyektiv araşdırılmamışdır. Hakim tərəfindən birtərəfli mövqeyi tutulması nəticəsində çəkişmə prinsipi pozulmuşdur və hakim cavabdehin irəli sürdüyü fikirlərə, dəlillərə hüquqi qiymət verməmişdir. Məhkəmə prosesində iddiaçının təqdim etdiyi sübutlar hakim tərəfindən tam araşdırılmamışdır, şahidlərin ifadələrini və digər sübutlar hüquqi qiymət verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ m üqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, iddianın təmin edilməsi üçün cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması sübuta yetirilməlidir.
51. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında tapşırıq müqaviləsindən, yaxud digər əqddən və ya qanuni əsaslardan irəli gələn öhdəliyi müəyyən edilmir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apelly asiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1624/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.