Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1173/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 07 fevral 2019-cu İş № 2(102)-1173/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətna məsi ilə (hakim: S.B.Mehrəliyev; 2(004)-94/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “əmlaka vurulmuş 200.000 manat məbləğində ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, X.A.Cəmilova, İ.K.Xəlilov; iş 2(103)-7192/2018)İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 30 sentyabr 2016-cı il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka vurulmuş 200.000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli sahə onların mülkiyyətindədir. X1 ilə aralarında 22.02.2014-cü il tarixində həmin mənzillə bağlı icarə müqaviləsi bağlanıb və qarşılıqlı razılıq əsasında 12.06.2016-cı il tarixində ləğv edilib. Buna baxmayaraq, Anar Quliyevin işlərini idarə edən cavabdeh iddiaçılara qarşı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırıb və iddia rədd edilib. Bundan sonra o, mülkiyyətlərini tam yararsız hala salaraq məhv edib və bu kimi hərəkətlərlə onlara 200.000 manat maddi ziyan vurub. İş üzrə yuxarıda qeyd olunan məhkəmə a ktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tikinti ekspertizasının rəyi nəzərə alınmamışdır. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X1 05.02.2014-cü il tarixdə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan mübahisəli sahənin icarəyə verilməsinə dair müqavilə imzalamışlar. Əldə olunmuş razılığa əsasən, sahənin icarəyə verilməsi, yeni dizaynda əsaslı təmiri və yenidənqurma işlərinin görülməsi zamanı ortaqların birgə fəaliyyəti tənzimlənmişdir. İcarəyə verənlər İddiaçı2 və İddiaçı1 ilə icarəçi X1 ar asında bağlanmış 22.02.2014-cü il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənlər ümumi paylı mülkiyyətlərində olan 1700 kv.m. mübahisəli qeyri- yaşayış sahəsini aylıq 24.000 manat icarə haqqı ödənilməsi şərti ilə 22.02.2019-cu il tarixədək icarəçiyə icarəyə vermişlər. Həmin icarə müqaviləsi tərəflərin qarşılıqlı razılaşması əsasında 12.07.2016-cı il tarixdə ləğv edilmişdir. Yasamal RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Asif Əliyev tərəfindən Yasamal rayonu, C.Cabbarlı küçəsi, 29 nömrəli binanın birinci və zirzəmi mərtəbəsində fəaliyyət göstərən "Cavabdeh1” Modalar evinə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan vəsaitin miqdarının müəyyən edilməsi məqsədi ilə 24.07.2017-ci il tarixli qərarla cinayət işi üzrə ekspertiza təyin etmiş, 20.06.2017-ci il tarixli ekspert rəyi ilə də ymiş ziyanın aradan qaldırılmasına sərf olunacaq vəsait 15.188 manat müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərdən 883.452 manat əsaslı təmirə çəkilən xərclərin, 208.000 manat ödənilən icarə haqqının və 1.000.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmiş, İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh1 mübahisəli sahədən (evdən) çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.06.2017-ci tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi üçüncü şəxs Cavabdeh1 iddiasının rədd edilməsi və qarşılıqlı iddiada irəli sürülmüş zərərin əvəzinin ödənilməsi tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, üçüncü şəxs Cavabdeh1 tərəfindən irəli sürülmüş təmirə çəkilən xərclərin tutulması tələbləri və qarşılıqlı iddiada irəli sürülmüş zərərin əvəzinin ödənilməsi tələbləri qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada üçüncü şəxs Cavabdeh1 xeyrinə 272.252 manat pulun tutulması, üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 154.000 manat pulun tutulması, həmin tələblərin əvəzləşdirilməsi və nəticədə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 118.252 manat pulun tutularaq üçüncü şəxs Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 7.11.2017-ci il tarixli 1ərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən (evdən) çıxarılması ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 118.250 manat pulun alınıb Cavabdeh1 verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 425.1 və 1096.1 -ci maddələrini tətbiq etməklə, habelə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli və 31.01.2006-cı il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddiaçılar öz tələblərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiklərindən iddi a əsassızdır və rədd edilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iddiaçılar dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş üzrə ekspert rəyi ilə iddiaçıların əmlakına ziyan dəydiyi müəyyən olunsa da, həmin ziyanın məhz cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulduğu sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğu n olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1173/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1173/2019
07.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver