Məhkəmə qərarları › İş №2(102)-1173/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1173/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1173/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) xx.xx.2012-ci il tarixli, 2(002)-***/2012 nömrəli qə tnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov qoyulmuş predmetə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh 8609.73 manat əsas borcun, 821.71 manat faiz borcunun, 500 manat cərimənin və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 9951.44 manatın alınaraq “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh məxsus “***********” markalı (ban №************, buraxılış ili 2010-cu il, qızıllı metal rəngli) **-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, İ.Xəlilov, A.İmanov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-******/2012 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” KB ASC cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin 13 saylı filialı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhərində bağlanmış ******/11 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit üzrə 8609.73 manatın, faiz üzrə 821.71 manatın, cərimə 2582.92 manatın, cəmi 12014.36 manatın, dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi, cavabdeh mülkiyyətində olan ******** markalı, **--*** qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, həmin avtomaşının cavabdehdən alınaraq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qalan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh bankdan 8800 manat kredit götürmüş, 8 ay müddətində ödənişlər etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borc məbləğini, yəni 8609.73 manatı nəzərə aldıqda belə çıxır ki, cavabdeh demək olar ki, banka ödəniş etməmişdir. Kredit müqaviləsi üzrə borcun dəqiq məbləğinin müəyyən edilməsi üçün ekspert rəyi lazım olsa da, məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya məhkəməsində maliyyə mütəxəssisi olmadığına görə borcunun bank tərəfindən düzgün hesablanmadığına dair sübut təqdim edə bilməyəcəyini bildirmiş və bunun üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun xahişini nəzərə almamış, ekspertiza təyin etməmiş və prosessual pozuntuya yol vermişdir. Bundan başqa, kredit müqaviləsi bağlandıqdan 8 ay sonra avtoqəza nəticəsində bankdan götürdüyü kreditlə aldığı avtomobil istismara yararsız olduğu üçün bankın nümayəndələrinə təhvil verilmiş və bununla əlaqədar sığorta ödənişi də bank tərəfindən alınmışdır. Lakin bu hal araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin “xxxx” KB ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştira kı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlə rini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cərimə məbləğini azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə veri lməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 36-cı maddəsinə görə isə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 37-ci maddəsinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2011-ci il tarixli «İpoteka predmetinə tutma yönəldilməsi barədə» bildirişin surətindən görünür ki, həmin bildirişlə bank tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlamış və bu barədə cavabdehə bildiriş göndərmişdir. İşdə olan «İldırım Express» sürətli poçt xidmətinin ********* nömrəli Yol qaiməsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli «İpoteka predmetinə tutma yönəldilməsi barədə» bildiriş xx.xx.2011-ci il tarixdə cavabdehə təqdim olunsa da, sonuncu bildirişi qəbul etməkdən imtina etmişdir. xx.xx.2011-ci il tarixli ərizə ilə bank «İpoteka predmetinə tutma yönəldilməsi barədə» bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyatİmtahan şöbəsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmuş, lakin cavabdeh həmin Qanunla ona verilmiş hüquqdan istifadə edərək, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişi qəbul etməkdən imtina e dib, bildirişdən 21 gün müddətində məhkəməyə şikayət etməmiş və bununla da irəli sürülmüş tələblə razı olduğunu nümayiş etdirmişdir. Cavabdehin məhkəmə proseslərində iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətində qeyd etdiklərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, lakin qaimələrdən (iş v.42 və 54) və “xxxx” MMC tərəfindən tərtib edilmiş aktlardan (iş v.44 və 56) aydın olur ki, qeyd olunan ünvanda qapını açan şəxs özünü təqdim etmədən, məktubu almaqdan imtina etdiyinə görə məktubun çatdırılması mümkün olmamışdır. Cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının borc məbləğini düzgün hesablamaması ilə bağlı apellyasiya şik ayətində irəli sürülənlərlə əlaqədar olaraq apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Eləcə də cavabdeh avtomobili banka təhvil verdiyini bildirsə də, bununla bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, yoxarıda qeyd edilənlərdən göründüyü kimi, həmin dəlillər üzrə apellyasiya kollegiyası apardığı araşdırma nəticəsində düzgün hüquqi mövqedə olmuşdur. Kas sasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar