Məhkəmə qərarları › İş №2(102)-1174/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1174/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1174/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1255/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı4 Mollateyyub oğlu, X1, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində onlara Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. 2. 2012-ci ilin mart ayından cavabdeh iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etmiş və sonradan iddiaçılar özlərinə məxsus torpaq sahəsinin boşaldılmasını tələb etdikdə cavabdeh bundan imtina etmişdir.

3. Bundan sonra iddiaçılar məhkəməyə müraciət edərək cavabdehin özlərinə məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmiş və Balakən Rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(019)-205/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiaçılara məxsus 1,75 ha kənd təsərr üfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu, Qazma kənd sakini Cavabdeh onlara məxsus olan Balakən rayonu, Qazma kəndində yerləşən 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüquqlarından məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində onlara vurduğu 14889.6 manat əldən çıxmış faydanın tutularaq onlara ödənilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişlər.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayonu, Qazma kəndində aparılan torpaq islahatı nəticəsində iddiaçıların ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 134 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 1,75 ha hissəsi çöl sahəsində, 0,31 ha hissəsi isə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. Çöl sahədə yerləşən 1,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən özləri istifadə edə bilmədiyi üçün, 2012-ci ilin mart ayında cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, im kanı olanda alacağını bildirmişdir. 2012-ci ilin mart ayından cavabdeh onlara məxsus olan torpaq sahəsini istifadə edir. Hazırda həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaları təmin edilmiş və cavabdehlərin onlara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İddialarını onunla əsaslandırmışlar ki, cavabdeh onlara məxsus Balakən rayonu, Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyə qoymamaqla, əldən çıxmış faydadan onları məhrum etmişdir. Cavabdeh onları torpaq sahəsinə sahiblik, sərəncam, istifadə hüququndan məhrum etməklə onlara 14.889,6 manat əldən çıxmış fayda formasında maddi ziyan vurmuşdur. Odur ki, cavabdehdən əldən çıxmış faydaya görə qeyd olunan məbləğdə pul tələb etməyə məcbur olmuşdur. Balakən rayon X6 Bitkiçilik sektorunun müdiri Şahin Rəhimli tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Balakən rayonu, Qazma kənd sakini İddiaçı4 Mollateyyub oğlunun mülkiyyətində olan reyestr nömrəsi **********97 olan (çıxarış sənədi üzrə) 1,748 ha pay torpaq sahəsindən 2019-2021-ci illər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü bar ədə rəydə, Qazma kəndi üzrə 20152021-ci illərin statistik göstəriciləri nəzərə alınmaqla 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10.767 ton; 2020- ci ildə 61,6 sent x 1,748 ha= 10.767 ton; 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11.606 ton Cəmi 3 ildə 33.140 ton qarğıdalı məhsulu əldə etmək mümkündür.

6. Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia təmin edilmiş, Cavabdeh 14889.6 manat əldən çıxmış fayda formasında maddi ziyanın tutulub iddiaçılara ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Balakən Rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi uzun mddət icra edilməmiş, həmin icra sənədinin icrası ilə əlaqədar sözügedən 1,748 ha torpaq sahəsi xx.xx.2021 -ci il tarixdə iddiaçılara təhvil verilmiş, torpaq sahəsi 2012-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuş və həmin müddət ərzində cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından məhrum etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi, Balakən Dövlət X6nin 12 oktyabr 2022-ci il tarixli Qazma kənd sakini İddiaçı4 şəxsi mülkiyyətində olan (reyestr nömrəsi **********97 olan çıxarış sənədi üzrə) 1.748 ha pay torpaq sahəsindən 2015-2021-ci iilər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə mütəxəssis rəyində göstərilir ki, Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər ol an müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı4 Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin reyestr nömrəsi **********97 olan Çıxarış sənədinə əsasən Qazma kəndi, “Tala çöl” adlı ərazidə yerləşən 1.748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu müşahidə edildi. Həmin sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentnerdən qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri də nəzərə almaqla 2015-ci ildə 56,3 sent x 1.748 ha = 9,841 ton; 2016-cı ildə 60,3 sent x 1.748 ha = 10,540; 2017-ci ildə 62,1 sent x 1.748 ha = 10,855; 2018-ci ildə 60,7 sent x 1.748 ha = 10,610; 2019-cu ildə 61,3 sent x 1.748 ha = 10,715; 2020-ci ildə 61,6 sent x 1.748 ha = 10,767; 2021-ci ildə 66,4 sent x 1.748 ha = 11,606 Cəmi: 7 ildə 74,934 ton.

9. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan 1.748 ha torpaq sahəsindən 7 ildə təxminən 74,934 ton dən qarğıdalı məhsulunun götürülməsinin mümkün olduğunu göstərmək olar. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji torpaqşünaslıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, X7 X3 sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş rəy ə əsasən, iddiaçıların mülkiyyətində olan 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçıların Qazma kəndinin “Tarla çöl” adlı ərazidə yerləşən 1,748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu, sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentner qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri nəzərə alınmaqla 2015-ci ildə 56,3 sent x 1,748 ha = 9,841 ton; 2016-cı ildə 60,3 sent x 1,748 ha = 10,540 ton; 2017-ci ildə 62,1 sent x 1,748 ha = 10,855; 2018- ci ildə 60,7 sent x 1,748 ha = 10,610; 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10,715; 2020- ci ildə 61,6 sent x 1,748 = 10,767; 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11,606 olmaqla, 7 ildə cəmi 74,934 ton qarğıdalı məhsulunun mümkün olması müəyyən edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, respublikada mövcud olan qiymətlərdən (o cümlədən Balakən rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 74,934 ton qarğıdalı məhsulunun 2019-2021-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 33720,30 (74934 x 0,45 man) manat müəyyən olunur. Həm in ekspertiza rəyinə əsasən, iddiaçılar 2019-cu ildə həmin torpaq sahəsində 10.715 ton və 2020-ci ildə 10767 ton qarğıdalı məhsulu götürməklə, həmin illərlə qarğıdalı məhsulunun 1 kiloqramı 0,35 manat olmaqla 2019-cu ildə 3750,25 manat; 2020-ci ildə isə 3768,45 manat gəlir götürə bilərdilər. Həmçinin iddiaçılar 2021-ci ildə 11606 ton qarğıdalı məhsulu götürməklə və həmin ildə qarğıdalı məhsulunun 1 kiloqramı 0,70 manat olmaqla, 8124,20 manat gəlir götürə bilərdilər. İşdəki sübutlara əsasən 2019-2021-c illərdə, yəni torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olan bu üç il müddət ərzində götürülə bilən qarğıdalı məhsulu üçün götürülə biləcək gəlirin məbləği 15.642,90 manat göstərilir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçılar 14.889,6 manat əldən çıxmış faydanın cavabdehdən tut ulub onlara verilməsini iddia edirlər ki, məhkəmə verilən bu tələblər daxilində işə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən də cavabdehdən iddiaçıların xeyrinə əldən çıxmış faydaya görə 14.889,6 manat pul tutulmalıdır.

12. Məhkəmə, öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannamə”nin 18-ci maddəsinə, Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apely asiya şikayəti verərək, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən əldən çıxmış faydaya dair ona qarşı iddia qaldırmışlar. İddiaçıların mövqeyi ondan ibarətdir ki, onlar həmin torpaq sahəsində qarğıdalı əksəydi, 14.889,6 manat gəlir əldə edərdi. Halbuki, iddiaçılar heç vaxt həmin torpaq sahəsində əkin biçin işləri aparmamışlar. Torpaq sahəsi 10 ildən artıq onun istifadəsində olmuşdur və o, torpaq sahəsindən çıxdıqdan sonra alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini özgəninkiləşdirmişlər. İddiaçılar özləridə qarğıdalı əkəcəkləri təq dirdə və həmin qarğıdalıdan əldə edəcəyi gəliri hesablamaqla əldən çıxmış faydanı tələb edirlər. Əgər iddiaçılar bu qədər gəlir əldə edirdilərsə niyə torpaq sahəsini satırdılar? Torpaq sahəsini satmazdılar, əkərdilər. Görünür ki, iddiaçıların tələbi yalnız əsassız varlanma olmaqla onun hesabına varlanmaq məqsədidir. O, məhkəmə iclasında vermiş olduğu ifadədə həmin torpaq sahəsini iddiaçılardan 2012-ci il tarixdə aldığını, iddiaçılara 10.000 manatdan artıq ödəniş etdiyi bildirilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Onu da qeyd edir ki, iddiaçılar xx.xx.2015-ci il tarixdə iddiaçının qardaşı X5 mübahisələndirilən torpaq sahəsi ilə bağlı bütün əməliyyatların həyata keçirilməsi ilə (alqı-satqı və digər) etibarnamə vermişlər. Etibarnamə 22 noyabr 2022-ci il tarixdə ləğv olunmuşdur. İddiaçılar məhkəmə iclasında torpaq sahəsini istifadəyə verdiklərini qeyd etmişdir. Məhkəmə iddiaçıların vermiş olduğu ifadələri inandırıcı hesab edərək, iddia tələbini təmin etmişdir. İddiaçılar tərəfindən verilmiş etibarnamə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iddiaçıların izahatlarını, işdə olan sübutları və ekspert rəyini işin hallarına uyğun sayaraq iddiaçıların iddiasını təmin etmişdir. Məhkəmə işin hallarını tam araşdırmamış və əsassız qərar qəbul etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1255/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), G.Cavadova və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar 3 ilə yaxın müddətdə qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmiş və cavabdeh həmin torpaq sahəsini əkib-becərməklə iddiaçılara maddi ziyan vurmuşdur.

17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti ilə bağlı işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş və nəticədə düzgün və əsaslı qətnamə çıxarmışdır. Ona görə də, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir.

18. Məhkəmə koll egiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 21, 157, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin, habelə MPM-in 14.2, 77.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, nə birinci instansiya məhkəməsi tərəfindən nə də ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılara sual verilməmişdir ki, niyə məhz qarğıdalı məhsulu ilə bağlı əldən çıxmış faydanı tələb edirsiniz?. Məhkəmə iclaslarında cavabdeh torpaq sahəsini iddiaçılardan aldığını bildirmiş, iddiaçılar isə istifadə etməyə verdiklərini bildirmişlər. İddiaçıların vermiş olduğu izahat qəbul edilsə, yəni cavabdehə müvəqqəti istifadə üçün torpaq sahəsini vermişlər, bu zaman iddiaçıların torpaq sahəsinə dair həmin ərazidə olan bazar qiymətlərinə münasib cavabdeh tərəfindən ödənilməmiş icarə haqqına görə pul tələb edə bilmək hüquqları vardır. Hər iki instansiya məhkəməsi qeyd olunan məsələləri nəzərə almadan əsassız qərar qəbul etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyini n qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə b orclu deyildir.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır v ə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, qanuni qüvvəyə minmiş Balakən Rayon məhkəməsinin 19 fevral 2019cu il tarixli, 2(019)- 205/2019 saylı qətnaməsi ilə cavabdehin iddiaçılara məxsus 1,75 ha kə nd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş 19 fevral 2019-cu il tarixli icra sənədi uzun müddət icra edilməmiş və mübahisəli 1,748 ha torpaq sahəsi yalnız xx.xx.2021-ci il tarixdə iddiaçılara təhvil verilmişdir.

42. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi 2012-ci ilin mart ayından 02 sentyabr 2021-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuşdur.

43. Həmçinin işdən görünür ki, Cavabdeh məhkəmədə İddiaçı4 və digərlərinə qarşı iddia qaldıraraq, sonuncudan və digərlərindən 10.100 manat, 4.400 ABŞ dolları məbləğində pulun, habelə 3 ton sementin alınıb ona verilməsini xahiş etmiş və Balakən Rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)-108/2022 saylı qətnaməsi ilə iddia ə sassız olduğundan rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(107)590/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)-108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 manata aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı4 və digərlərindən müştərək qaydada 100 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar 3 ilə yaxın müddətdə qanuni əsaslarla mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilməmişlər və cavabdeh həmin torpaq sahəsini əkib-becərməklə iddiaçılara maddi ziyan vurmuşdur. Belə ki, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçılar 2019-cu ildə həmin torpaq sahəsində 10.715 ton; 2020-ci ildə 10767 ton qarğıdalı məhsulu əkibbec ərməklə, habelə həmin illərdə qarğıdalı məhsulunun 1 kiloqramının 0,35 manat olması nəzərə alındıqda, 2019-cu ildə 3750,25 manat, 2020-ci ildə isə 3768,45 manat gəlir götürə bilərdilər. Həmçinin, iddiaçılar 2021-ci ildə 11606 ton qarğıdalı məhsulu götürməklə və həmin ildə qarğıdalı məhsulunun 1 kiloqramının qiyməti 0,70 manat olmaqla 8.124,20 manat gəlir götürə bilərdlilər.

47. Göründüyü kimi, 2019-2021-ci illərdə, yəni torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu son üç il müddət ərzində iddiaçılar 15.642,90 manat əldən çıxmış faydadan məhrum olmuşlar. Lakin hazırda iddiaçılar cavabdehdən əldən çıxmış faydaya görə 14.889,6 manat tələb etdikləri üçün, iddianı bu məbləğdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şik ayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir.

48. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(107)-1255/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar