Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1175/2019 28.02.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikası adından AzərbaycanRespublikası AliMəhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının vəkili Mahmudov Vidadi Cəmil oğlunun və cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8149/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.K.Mürsəlov, iş № 2(002)-1419/2018) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 05 may 2007-ci il tarixli, 1183 saylı “Birgə fəaliyyət haqqında” müqavilənin ləğv edilməsi, iddiaçı tərəfindən ticarət obyektinin tikintisi üçün ödənilmiş 10000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qanunsuz icarəyə verməklə əldə etdiyi 28000 manat pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi və hər iki ödənişin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş № 2(103)-8149/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bak ı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1419/2018 saylı iş üzrə 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin edilmiş, “Birgə fəaliyyət haqqında” 05 may 2007-ci il tarixli, 1183 saylı müqaviləyə əsasən Cavabdeh Ticarət Mərkəzində sıra 10, korpus 4, yer 97-də 50 kv.metr sahəsi olan mağaza binası İddiaçı sahiblik və istifadəsinə qaytarılması, həmin əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin Cavabdeh firmasına qadağan edilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh firmasının İddiaçı qarşı birgə fəaliyyət müqaviləsi ləğv edilməklə mübahisəli obyektə görə ödəmədiyi aylıq icarə haqqları üzrə 57600 manat borcun iddiaçıdan cavabdehin xeyinə tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Göstərilən qətnamədən Cavabdeh firması tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh firmasına qarşı ilkin iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli obyektin cavabdehin qanunsuz sahiblik və istifadəsindən geri alınaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılması; daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi; 01 oktyabr 2017-ci il tarixdən əldən çıxmış fayda olaraq cavabdehdən məhkəmənin qətnaməsi icra edilən günədək hər ay üçün 300 manat pulun, istehlakçı kimi iddiaçıya vurduğu mənəvi zərərə görə kompensasiya kimi 10000 manat pulun, 01 aprel 2014-cü il tarixdən hal-hazıradək 50 kv.mertlik obyektdən icarə haqqı adı ilə X3 aldığı cəmi 45500 manat pulun ondan alınaraq iddiaçıya verilməsi; 18.11.2017-ci il tarixli, 197 saylı tələbin mülkiyyət hüququnu pozduğuna və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyinə görə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının şəhadətnamə aldıqdan sonra firmanın razılığı olmadan həmin obyekti özgəninkiləşdirmək hüququ tanınıb. Obyekti öz hesabına təmir etdirib. Son günlər firmanın müdiriyyəti ondan əvvəlki müqaviləni ləğv edərək yeni adi icarə müqaviləsi bağlamağını, yəni əmlakından imtina etməyini tələb edir. Uzun müddətdir müdiriyyət bütün ticarət binalarının sahiblərindən onların pulu ilə binaların tikilməsinə dair bağlanmış ilkin müqavilələri n ləğv edilməsini, həmin binalara bütün hüquqların ticarət mərkəzinə məxsus olması, əsil sahiblərinin yalnız icarəçi olmaları barədə yeni müqavilələr bağlamalarını, əvvəlki müqavilələrin əslini və qeydiyyat şəhadətnamələrini qaytarmağı tələb edir. Müdiriyyətin tələbinə əməl etmədiyinə görə 01 oktyabr 2017-ci il tarixdən cavabdeh iddiaçıya məxsus olan ticarət sahəsini icarəyə verərək pul qazanmağa icazə vermir. Əslində buna qədər cavabdeh iddiaçıya məxsus olan ticarət sahəsinin hər kv.metrinə görə icarəçidən ayda 18 manat, yəni 900 manat haqq alıb. 01 oktyabr 2017-ci ildən etibarən cavabdeh hər ay icarəçidən aldığı 300 manat pulu ondan tələb edərək özünə götürür. Mağaza binasını satmaq istəyəndə isə firmanın rəhbərliyi mağaza binasının hər kv.metrinə görə bazar qiyməti ilə pul istəyir. Hazı rda mağaza binasının hər kv. metrinin bazar qiymətinin 1400 manat olduğu nəzərə alınarsa, satışdan əldə edilən 70 min manat pulun hamısı onlara verilməlidir. Beləliklə, cavabdehin 01 oktyabr 2017-ci il tarixdən iddiaçıya məxsus olan ticarət sahəsini qanunsuz olaraq sahiblik və istifadəsindən çıxarıb,nəticədə mülkiyyət hüquqlarına qəsd edilib, iddiaçıya maddi və mənəvi zərər vurub. Cavabdeh firması qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış birgə fəaliyyət müqaviləsi ləğv edilməklə mübahisəli obyektə görə ödəmədiyi aylıq icarə haqqları üzrə 57600 manat borcun iddiaçıdan cavabdehdən xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli obyekt iddiaçıya təhvil verilib və işlək vəziyyətdəd ir. Firma iddiaçı ilə müqavilə bağlayarkən obyektin aylıq icarə haqqının verilməsi üçün hesablanacaq məbləğin digər icarəçilərdən aşağı qiymətlə hesablayıb. Lakin bütün bunlara baxmayaraq, cavabdeh ona tətbiq edilmiş güzəştləri nəzərə almayıb və ticarət obyektini müqavilə şərtlərinə əsasən özü işlətməli olduğu halda digər şəxsə icarəyə verməklə onunla bağlanılmış müqavilə öhdəliklərini birtərəfli qaydada əhəmiyyətli dərəcədə pozub. Bununla bağlı onun ünvanına həmin mağazada icarəçi işləyən X4 vasitəsilə 18 noyabr 2017-ci il tarixli məktub göndərilib. Cavabdeh ona ünvanlanmış məktuba bu günədək heç bir əhəmiyyət verməyib, aylıq icarə haqqına görə əvvəlki ayların borcunu ödəməyib. Cavabdehin bu günədək firmaya səkkiz il müddətinə ticarət obyektinin aylıq icarə haqqına görə 57600 manat borcu yaranıb (1 kv.metr 12 AZNx 50 kv.m=600x12 ay=7200x8 il=57600 manat). Yaranmış borcun ödənilməsinə dair heç bir sübut təqdim etməyib. Firma indiyə qədər ticarət obyektinin bütün mühafizə, kommunal və s. ödənişlərini öz vəsaiti hesabına həyata keçirib. Firma ilə müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olub. Firma tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ərazidə bütün infrastruktur yaradılıb, abadlıq işləri görülüb. 2009-cu ildən ticarət mərkəzi fəaliyyətə başlayıb. Məhkəmə baxışı zamanı iddiaçı ərizə verərək, qarşılıqlı iddia tələblərinə üç illik iddia müddəti tətbiq etməklə həmin iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətlərinin dəlillər i: Cavabdeh firması və onun vəkili İbayev Ələddin Tərxan oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8149/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə işə birtərəfli münasibət bildirməklə qərəzli mövqe nümayiş etdirmiş, iş üzrə düzgün araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasın ın 26, 60-cı, Mülki Məcəllənin 421.2, 700.1-ci, MPM-nin 88, 218.1, 218.3, 220.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili İbayev Ələddin Tərxan oğlu kassasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8149/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Mahmudov Vidadi Cəmil oğlu kassasiya şikayətinə etiraz edərək qarşılıqlı iddia tələbinin və kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8149/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının və cavabdehin vəkillərini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. İşə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Bununla əlaqəda r olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “x1-ın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflə rinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış “Birgə fəaliyyət haqqında” 05.05.2007-ci il tarixli, 1183 saylı müqaviləyə əsasən, cavabdeh təsdiq olunmuş tikinti-layihə sənədlərinə müvafiq olaraq yeni ticarət mərkəzinin hüdudlarında sahibkara 50 kv.metr ölçüdə ticarət, iaşə və ya digər xidmət sahəsi üçün yer ayırmağı, həmin sahədə anbar tikintisini son bəzək tamamlama işlərinədək təşkil etməyi, iddiaçı isə ayrılmış torpaq sahəsində son bəzək tamamlama işlərində tikintinin həyata keçirilməsi üçün 10000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 30.11.2007-ci tarixinədək müqavilə üzrə cavabdehə hissə-hissə 10000 manat ödəniş etmiş, cavabdeh obyekti i ddiaçıya təhvil vermişdir. Cavabdeh 18.11.2017-ci il tarixdə iddiaçıya 197 saylı məktub ünvanlayaraq bildirmişdir ki, 05 may 2007-ci il tarixli, 1183 nömrəli müqavilənin şərtlərinə əsasən 1-cu ərazi, 10-cu sıra, 4-cü korpus, 97 saylı, 50 kv.m ticarət obyektini (bundan sonra – mübahisəli obyekt) şəxsən özü işlətməli olub. Lakin o, müqavilənin şərtlərini pozaraq firmanın heç bir razılığı olmadan və firma ilə öncədən razılaşmadan yuxarıda sadalanan ticarət obyektini 3-cü şəxslərə qeyri-qanuni icarəyə verib. Bu da müqavilənin şərtlərinin kobud pozulmasıdır. Müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna görə onunla bağlanmış müqaviləyə firma tərəfindən 27 noyabr 2017-ci il tarixdən xitam verilib. Məktub mübahisəli obyektdə X4 tərəfindən qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin bağladıqları “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, həmin əqdin bağlanmasına səbəb cavabdehin fəaliyyət göstərdiyi “Aeroport” yarmarkasının şəhərin başqa ərazisinə köçürülməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yeni ticarət mərkəzinin təşkil olunması üçün Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində 50 ha torpaq sahəsinin ayrılması olmuşdur. Cavabdeh bununla bağlı yeni ticarət mərkəzi tikməyə və bu işə hazırda ticarət əlaqələrində olduğu və digər maraqlı şəxsləri cəlb etməyə qərar vermiş, iddiaçı da yeni ticarət mərkəzinin tikintisində iştirak etməkdə maraqlı olduğunu və öz vəsaitini qoymaq istədiyini bildirmişdir (müqavilənin preambulası). Müqavilə üzrə birgə fəaliyyətin məqsədi tərəflərin işgüzar bacarıqlarını, əmlak və maliyyə imkanlarını birləşdirməklə tikinti işləri aparmaq və sahibkarın ticarət sahəsinə olan tələbatının ödənilməsini təmin etmək olmuşdur (bənd 1.2). Bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla, firmanın yazılı razılığı olmadan (mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə olmayana qədər) digər üsulla hər hansı bir üçüncü şəxsə verilə bilməz (bənd 7.3). Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə tikinti işlərini həyata keçirmək üçün hissə-hissə 10000 manat (1.4, 2.2 “b”), o cümlədən məbləği və şərtləri sonradan razılaşdırılacaq aylıq haqq ödəməyi (1.6, 2.2 ”d”), cavabdeh isə tikinti işlərini son bəzək-tamamlama işlərinədək vaxtında və keyfiyyətlə aparılmasını öz riski ilə təmin etməyi (2.1 ”a”), obyekti tikməyi, tikinti zamanı və tiki nti başa çatdıqdan sonra ərazinin və mərkəzin mühafizəsini təmin etməyi (2.2 “q”) öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər vicdanlılığın tələb etdiyi tərzdə aralarında bağlanmış və Mülki Məcəlləyə zidd olmayan birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquqlarını və vəzifələrini icra etməlidirlər. Bu baxımdan iddiaçının birgə fəaliyyət çərçivəsində onun vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahəsinin onun sahiblik və istifadəsinə verilməsi, bununla bağlı cavabdehin yaratdığı maneələrin aradan qaldırılması tələbi əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilələrin ləğvi əsasları Mülki Məcəllənin 421-422-ci maddələri ilə tənzimlənir. Cavabde h qarşılıqlı iddia ərizəsində həmin normalarda sadalanan əsasların mövcudluğuna dair mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsində müqavilənin ləğvi əsası kimi tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə istinad edilir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, birgə fəaliyyət müqaviləsinin heç bir müddəası həmin əqdin icarə müqaviləsi olduğu barədə qənatə gəlmək üçün əsas vermir. Belə ki, müqavilədən aydın görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmiş və mübahisəli obyekt iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Müqavilənin cavabdehin istinad etdiyi 7.3-cü bəndində hətta gələcəkdə iddiaçının mübahsiəli obyektə mülkiyyət hüququ əldə edə bilməsi imkanı da nəzərdə tutulmuşdur. Həmçinin, müqaviləni n 1.6 və 2.2 “d” bəndlərində nəzərdə tutulan iddiaçının gələcəkdə aylıq ödənişlər edəcəyi şərti də icarə haqqı kimi qəbul oluna bilməz. Əvvəla tərəflər özləri həmin ödənişi “icarə haqqı” deyil, “aylıq ödəniş” adlandırmışlar. Digər tərəfdən müqavilənin 2.2 “q” bəndinə əsasən cavabdeh tikinti zamanı və tikinti başa çatdıqdan sonra ərazinin və mərkəzin mühafizəsini təmin etməyi öhdəsinə götürmüşdür. Təbii kimi ərazinin mühafizəsi, idarə olunması və saxlanması müəyyən xərclər tələb edə bilər və cavabdehin həmin xərclərin bir hissəsi kimi qarşılıqlı razılıq əsasında mağaza sahiblərindən aylıq ödəniş alması ağlabatan və qanuna müvafiqdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işə baxılması zamanı tərəflərin izahatları əsasında, həmçinin müəyyən edilmişdir ki, hazırkı mübahisənin yaranma səbələ rindən biri də cavabdehin iddiaçıdan yeni müqavilə - icarə müqaviləsi bağlanmasını tələb etməsi və iddiaçının bundan imtina etməsi olmuşdur. Ona görə də, birgə fəaliyyə müqaviləsi əsasında tərəflərin birgə vəsaitləri hesabına inşa edilmiş qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehin əvvəlki müqavilənin ləğv olunaraq yeni icarə müqaviləsi bağlanması barədə tələbi açıq-aşkar əsassızdır, hər hansı qanun normasına söykənmir və Mülki Məcəllənin yuxarıda istinad olunan 425-ci maddəsində ifadə edilmiş vicdanlılıq prinsipi baxımından yolverilməzdir. Beləliklə iş materiallarına əsasən iddiaçı ilə cavabdeh arasında icarə hüquq münasibətinin yaranmadığı, birgə fəaliyyət müqaviləsi əsasında iddiaçının mübahisəli obyekt üzərində sahiblik və istifadə hüququnun mövcud olduğu müəyyən edilir. Birgə fəaliyyət müqaviləsində iddiaçının öz qanuni sahibliyində olan qeyri-yaşayış sahəsini üçüncü şəxslərə icarəyə (müvəqqəti istifadəyə, işlətməyə) vermək hüququna qadağan qoyan müddəalar yoxdur. Mülki qanunvericilik də iddiaçının belə bir hüququnu birbaşa qadağan etmir. Bu baxımdan iddiaçının mübahisəli obyekti üçüncü şəxslərə icarəyə (müvəqqəti istifadəyə, işlətməyə) verməsi tərəflər arasında bağlanmış müqavilənin pozuntusu, o cümlədən müqavilənin ləğvinə əsas verən əhəmiyyətli pozuntusu kimi qəbul edilə bilməz. Çünki istinad olunan bənddə sahənin üçüncü şəxslərin icarəyə verilməsindən deyil, bütövlükdə müqavilə üzrə öhdəliklərin və hüquqların üçüncü şəxsə verilməsindən gedir. İş üzrə iddiaçının birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquqlarını hər hansı üçüncü şəxsə verdiyi müəyyən edilmir. Ona görə də müqavilənin ləğvi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda cavabdeh iddiaçıdan mübahisəli obyektə görə ödəmədiyi aylıq icarə haqqları üzrə 57600 manat borcun qaytarılmasını tələb etsə də, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında icarə hüquq münasibətləri yaranmamışdır. Həmçinin müqavilədə aylıq ödənişin məbləğinin ayrıca razılaşdırılacağı əksini tapmışdır (bənd 1.6). Cavabdeh aylıq ödənişin razılaşdırılmış həcmi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan qarşılıqlı iddia pul tələbi hisəssində də əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisənin qanuni və ədalətli həlli üçün tərəflər arasında bağlanmış müqavilənin təkcə hərfi mənası deyil, onlar arasındakı münasibətin hə qiqi mənası əsas götürülməli, bu zaman mülkiyyətçinin, eləcə də digər əmlak hüququ sahibinin hüquqları qorunmalıdır. Mülkiyyət hüququnun, o cümlədən daşınar və daşınmaz əşyaya mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalar a uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların tədqiq edilməsi əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM- nin 76.2-ci maddəsi). Beləliklə, məhkəmədə sübutetmə yalnız qanunda nəzərdə tutulmuş sübutlar vasitəsi ilə və müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Bu məhkəmə tərəfindən işin halları barədə həqiqi və etibarlı məlumat alınmasına imkan yaradır və mülki işin düzgün həlli üçün önəmli olan faktlar barədə məhkəmənin gəldiyi nəticəni mahiyyəti üzrə düzgün və əsaslı edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə növləri sırasında birgə fəaliyyət haqqında müqavilə növü nəzərdə tutulmasa da, Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, öz hüquql arını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin əsasən hərfi mənasını əsas götürüb, iddiaçının cavabdehə hissəhissə olmaqla ödəmiş olduğu 10000 manat məbləğində vəsaiti yetərli hesab edib 50 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin birgə fəaliyyət çərçivəsində iddiaçının hesabına inşa edildiyini qeyd etmiş, cavabdehin həmin sahənin tikilməsinə hər hansı vəsait qoyub-qoymamasını aydınlaşdırmadan, ümumiyyətlə həmin dövrdə bu məbləğin sözügedən qeyri-yaşayış sahəsinin tikilməsi üçün yetərli olub-olmamasını müəyyən etmədən mübahisəli obyektin yalnız iddiaçının vəsaiti hesabına inşa edildiyi, bununla da həmin sahəyə yalnız iddiaçının sahiblik və istifadə hüququnun olduğu qənaətinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi özü qeyd etmişdir ki, müqavilədən aydın görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmişlər. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi birgə fəaliyyət müqaviləsinin heç bir müddəasının həmin əqdin icarə müqaviləsi olduğu barədə qənaətə gəlmək üçün əsas vermədiyini qeyd edərək mövqeyini bu istiqamətdə əsaslandırmış, lakin bu zaman işin həqiqi hallarına əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı özü qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi üçüncü şəxsə icarəyə verilmişdir və 01.10.2017-ci il tarixədək cavabdeh həmin şəxsdən sahənin hər kv.metrinə görə 18 manat olmaqla ayda 900 manat icarə haqqı al mışdır. İddiaçının göstərdiyinə görə həmin tarixdən etibarən iddiaçının hər ay aldığı 300 manat pulu da cavabdeh icarəçidən tələb edərək özü alır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin bu hallarını araşdırmamış, heç bir hüquqi qiymət verməmişdir. Halbuki, bu halın mövcudluğu sübut olunarsa tərəflərin birgə fəaliyyətinin faktiki olaraq icarə və subicarə hüquq münasibətlərinə əsaslandığı təsdiq oluna bilər. Bu isə o deməkdir ki, hazırki halda ilkin və qarşılıqlı iddia tələbinə düzgün hüquqi qiymət verilməsi mümkünsüzdür. Ona görə də işin bu hallarına aydınlıq gətirilməli, tərəflər arasındakı faktiki münasibətlər aydınlaşdırıldıqdan sonra onlar arasında yaranmış hazırki mübahisə həll olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin 7.3-cü bəndində hətta gələcəkdə iddiaçının mübahsiəli obyektə mülkiyyət hüququ əldə edə bilməsi imkanı da nəzərdə tutulmuşdur. Halbuki, bu bənddə belə bir müddəa nəzərdə tutulmamışdır, müqavilənin 7.3-cü bəndində göstərilir ki, bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla Firmanın yazılı razılığı olmadan (mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə olmayana qədər) digər üsulla hər hansı bir üçüncü şəxsə verilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin bəndin müddəasını təhrif etmişdir. Həmin bəndin həqiqi mənası öhdəlik və hüquqların Firmanın razılığı olmadan başqa şəxsə verilməsinin qadağan edilməsindən ibarətdir, “mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə olmayana qədər” sözləri heç də iddiaçının müba hisəli sahəyə mülkiyyət hüququ əldə edə bilməsini ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilədə həmin əmlaka iddiaçının gələcəkdə mülkiyyət hüququnun yaranacağı barədə hər hansı müddəa yoxdur. Belə halda apellyasiya instansiyası məhkəməsinin sözügedən qeyri-yaşayış sahəsinin tikintisinə xərc çəkməsini, sahənin iddiaçıya təhvil verilməsini əsas götürüb onun həmin sahəyə hətta gözlənilən mülkiyyət hüququnun olması kimi qənaətə gəlməsi düzgün olmamış, məhz bu, iş üzrə düzgün olmayan və eyni zamanda işin hallarına uyğun olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxartmışdır. Başqa sözlə, tərəflərin həmin sahənin tikildikdən sonra iddiaçının mülkiyyətinə verilməsi barədə hər hansı razılığa gəldik ləri müqavilədən və işin müəyyən edilmiş faktiki hallarından görünmür. Müqavilənin adından da bəlli olur ki, tərəflər birgə fəaliyyət göstərmək üçün razılığa gəlmişlər. Bu razılığa apellyasiya instansiyası məhkəməsinin alqı-satqı kimi qiymət verməsi düzgün olmamış, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarını pozmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müqavilənin 1.6 və 2.2 “d” bəndlərində nəzərdə tutulan iddiaçının gələcəkdə aylıq ödənişlər edəcəyi şərtini də icarə haqqı kimi qəbul etməmiş, qeyd etmişdir ki, əvvəla tərəflər özləri həmin ödənişi “icarə haqqı” deyil, “aylıq ödəniş” adlandırmışlar, digər tərəfdən müqavilənin 2.2 “q” bəndinə əsasən cavabdeh tikinti zamanı və tikinti başa çatdıqdan sonra ərazinin və mərkəzin mühafizəsini təmin e tməyi öhdəsinə götürmüşdür. Təbii ki, ərazinin mühafizəsi, idarə olunması və saxlanması müəyyən xərclər tələb edə bilər və cavabdehin həmin xərclərin bir hissəsi kimi qarşılıqlı razılıq əsasında mağaza sahiblərindən aylıq ödəniş alması ağlabatan və qanuna müvafiqdir. Göründüyü kimi, bu hissədə də apellyasiya instansiyası məhkəməsi ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin şərtdə icarə haqqının nəzərdə tutulub-tutulmamasına işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına qiymət verdikdən sonra münasibət bildirməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəməd ə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İşin hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Mübahisəli də olsa tərəflər arasında yaranmış hüquq münasibətləri onların sahibkarlıq fəaliyyəti ilə əlaqədardır və hazırki tələblərində, iddiaçı və ca vabdeh, mahiyyətcə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarının pozulduğunu iddia edirlər. Məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində vəsatətlər verilsə də məhkəmələr tərəfindən aidiyyət məsələsinə düzgün qiymət verilməmiş, bununla da məhkəmələr prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı məhkəmə aidiyyəti məsələsi də yenidən müzakirə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi işin hallarına uyğun olmamış, işin müəyyən edilmiş həqiqi halları üzrə lazımi sübutlarla təmin olunmamışdır, ona görə də MPM-nin 217.3, 220.4-cü maddələrinin müddəalarına əsasən qanuni və əsaslı hesab edilə bilməz. MPM-nin 14.1-ci maddəsinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqini lazımi qaydada aparmamış, hazırkı iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını düzgün araşdırmamışdır. Bu isə, obyektiv və ədalətli qərar qəbul edilməsinə imkan vermir. Halbuki, N.Əbilovun şikayəti üzrə 13.06.2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdaf iəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qə tnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki iş üzrə yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda göstərilənləri araşdırmalı, məhkəmə aidiyyəti məsələsini müzakirə etməli, iş ümumi məhkəməyə aid olarsa işin həqiqi halları əsasında tərəflər arasındakı mövcud münasibətləri aydınlaşdırdıqdan sonra onlar arasında yaranmış mübahisəyə tərəflərin özlərinin dəlil və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri sübutlar əsasında və MPM-nin 88-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən qiymət verməli və qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Firmasının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8149/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1175/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1175/2019
28.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver