Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1175/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakı ilə, İddiaçı və vəkili Səmədova Elnaz Oktay qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-5018/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n xx xxxx 2017-ci il tarixli, 2(006)-1731/2017 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh “xxxx” KB ASC-ya qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-7796/2018 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1731/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-649/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.Ə.Əliyev, Ə.Ə.Şadiyev, V.Ə.İbayev) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-7796/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-5018/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)1731/2017 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” X1 Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin etib arsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə “xxxx” KB ASC ilə onun arasında bağlanmış 610nkSTB/15 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixdə “xxxx” KB ASC ilə onun arasında bağlanmış 67UB/15 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlamaqla “xxxx” ASC-dən manatla kredit götürəcəyinə dair razılaşma əldə etmişdir. xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsindən göründüyü kimi iddiaçıya veriləcək kreditin son həddi 33.840 m anat müəyyən edilmişdir. Lakin bank əsas kredit müqaviləsinin şərtlərini dəfələrlə pozaraq İddiaçı ABŞ dolları ilə kredit vermişdir. Bu səbəbdən də bankın iddiaçıdan tələb etdiyi borc qanunsuz və əsassızdır. Belə ki, bankın əsas kredit müqaviləsi ilə iddiaçıya veriləcək məbləği 33.840 manatı aşmamalı idi. Lakin bank iddiaçıya xx.xx.2011-ci il tarixdə 42.495 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 13.000 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə 46.000 ABŞ dolları ilə kreditlər vermişdir. Bu kreditlərin hamısı manatla olmuşdur. İddiaçının ümumiyyətlə 6.500 ABŞ dolları ilə verilmiş kreditdən xəbəri olmamışdır. İddiaçı dollarla kredit almadığından kredit müqaviləsi etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmi şdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Səmədova Elnaz Oktay qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası yalnız cavabdehin təqdim etdiyi sənədləri nəzərə almış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apel lyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kolle giyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” X1 Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli, 64/11 saylı əlavə kredit müqaviləsinə əsasən İddiaçı xx xxxxxxxx 2013-cü ilədək, illik 24 faiz ödəmək şərti ilə 42.495 A BŞ dolları, xx xxxx 2014-cü il tarixli, 62/14 saylı əlavə kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 20.000 ABŞ dolları, xx xxxx 2014-cü il tarixli, 67UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 46.000 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixli, UM-29/11 saylı əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə xx xxxxxxxx 2016-cı il tarixədək 33.840 manat və xx xxxxxx 2014-cü il tarixli, 102/14 saylı əlavə kredit müqaviləsinə əsasən xx.xx.2016-cı ilədək, illik 22 faiz ödəmək şərti ilə 13.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli sazişə əsasən əsas kredit müqaviləsinin müddəti xx xxxx 2015-ci il tarixdən 120 ay uzadılaraq xx xxxx 2025-ci il tarixədək müəyyən olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisə edilən kredit müqaviləsini bağlayarkən sərbəst iradəsini ifadə etdiyindən, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir və iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyinin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir İş materiallarından görünür ki, iddiaçı tələbinin birinci əsası kimi ona istinad etmişdir ki, bank tərəfindən ona kredit xətti müqaviləsində göstərilən məbləğ aşılmaqla kredit verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əlavə kredit müqavilələri imzalayaraq, kredit pulu qəbul etdiyindən və həmin pulun alınması onun iradə ifadəsini əks etdirdiyindən, göstərilən hal kredit müqaviləsinin tam v ə ya qismən etibarsız hesab olunması üçün əsas ola bilməz. İddianın digər əsası ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi manatla ifadə olunsa da, mübahisələndirilən kredit müqaviləsi ilə verilən pul vəsaitinin ABŞ dolları ilə olmuşdur. Bu halı da apellyasiya instansiyası məhkəməsi müqavilənin etibarsız hesab edilməsi üçün əsaslı hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk olaraq xx xxxx 2015-ci il tarixli, 67UB/15 saylı əlavə kredit müqaviləsində bank tərəfindən borcalana 46.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur, iddiaçı isə həmin valyutada krediti qəbul etməyə razılaşmışdır və digər tərəfdən kredit müqaviləsinin Azərbaycan manatı ilə deyil, başqa valyutada ifadə edilməsi mövcud qanunvericiliyi pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İddiaçının tələbinin üçüncü dəlili olan xx xxxx 2015-ci il tarixli,67UB/15 saylı əlavə kredit müqaviləsinin onun tərəfindən imzalanmamasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertin xx xxxx 2019-cu il tarixli, 17783 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 147-149-cu vərəqələrində “xxxx” Kommersiya Bankı ASC “Biznes Mərkəzi” filialı ilə İddiaçı adlarından olan xx xxxx 2015-ci il tarixli, No 67UB/15 nömrəli əlavə kredit müqaviləsinin 1-ci, 3-cü, 5-ci vərəqələrinin aşağı hissələrində sol tərəfdən 1-ci imzalar, 6-cı vərəqəsində “9.2 Borcalan:” hissəsində “İddiaçı” yazısı qarşısındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ca vabdehin təqdim etdiyi sənədlərin nəzərə alındığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfin dən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-5018/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1175/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1175/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver