Məhkəmə qərarları › İş №2(102)-1175/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1175/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1175/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya və açar sözlər: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-6203/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi faktiki olaraq qanuni əsaslarla Cavabdeh3 sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh3 isə “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsini Cavabdeh1 satılmasına dair onunla şifahi razılığa gəlmiş, maşının ümumi dəyəri 30.000 manat müəyyən edilmiş, 10.000 manat məbləğində pulu Cavabdeh1 qabaqcadan ödəmiş, 20.000 manat məbləğində pulu isə sonradan Cavabdeh3 ödəyəcəyini bildirmişdir. Lakin aralarında nəqliyyat vasitəsinin alqı -satqısına dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. 2. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair verilmiş saxta etibarnamə ilə Cavabdeh2 məxsus olan “BMW 528Xİ” markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqları Cavabdeh1 etibar edilmiş, həmin tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “BMW 528 Xl” markalı nəqliyyat vasitəsi tərəfindən Cavabdeh1 tərəfindən buna səlahiyyəti olmadığı halda mülkiyyətçisinin iradəsinə zidd olaraq X2 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən X1. X12 isə adıçəkilən nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsinə dair X7 etibarnamə vermişdir.

3. ML-132 nöm rəli Lizinq obyektinin alqı-satqı müqaviləsi ilə “BMW 528 Xl” markalı avtomobil X4 vermiş olduğu etibarnamə əsasında X13 tərəfindən 23850 manat müqabilində "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsindəqeyd edilmişdir ki, “BMW 528 Xl” markalı avtomobil "xxxx" MMC tərəfindən X15 lizinqə verilmişdir. X14 vurulmuş ziyan "xxxx" MMC tərəfindən ödənilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xl” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)13/2024 saylı hökmün dən zərərçəkmiş şəxs "xxxx" MMC, maraqlı şəxs X16 və məhkum edilmiş Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)874/2024 saylı. xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs "xxxx" MMC-nin və maraqlı şəxs X10 apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmü dəyişdirilmişdir.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı məhkum Cavabdeh1 cəza təyini hissəsində dəyişdirilərək 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 4000 (dörd min) manat cərimə cəzası 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10000 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi, Cavabdeh1 13850 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi, cavabdehlərdən məhkəməyə müraciət edilm əsi ilə əlaqədar ödənilmiş 163 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-yə dəymiş zərərin əvəzi Cavabdeh2, Cavabdeh3 ümumilikdə 10.000 manat və Cavabdeh1 13850 manat tərəfindən ödənilməlidir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 27 avqust 2024-cü il tarixli, e-2(011)- 5664/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə maddi ziyanın əvəzi olaraq 13.850 manat məbləğində pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 131.55 manat olmaqla, ümumilikdə 1 4.281.55 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan “BMW 528 Xİ” markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticəsində qanuni mülkiyyətçi Cavabdeh2 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X2 mülkiyyətinə keçirilmişdir. Qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X5, X12 və X13 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını “qanuni yolla” etmişdir. Göründüyü kimi hazırkı mübahisədə hərəkətləri ilə digər şəxslərə ziyan vuran şəxs, yəni təqsirli şəxs yalnız Cavabdeh1 olmuşdur. 1

1. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü İl tarixli hökmündan zərərçəkmiş şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, hökmün “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması hissəsində ləğv edilərək, həmin avtomobilin vicdanlı alıcı hesab edilən "xxxx" MMC-nə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)874/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə "xxxx" MMC apellyasiya şikayəti təmin edilməmişdir.

12. Adıçəkilən hökmdən "xxxx" MMC-nin “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin 23850 manata satın aldığını müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanın miqdarı da 23.850 manat müəyyən edilməlidir. Belə ki, bu məbləğ nəqliyyat vasitəsi nin Cavabdeh2 qaytarılması nəticəsində ona dəymiş olacaq ziyanı ifadə edir.

13. Məhkəmə iddia tələblərinin “Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10.000 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində hesab etmişdir ki, iddia əsaslı deyildir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh3 zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir.

15. Belə ki, hökmün 4-cü səhifəsinin 3-cü abzasından qeyd edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Cavabdeh3 istifadəsində olan “BMW” markalı “**EY-***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30.000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Cavabdeh 3 10.000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021-ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

16. Cavabdeh2 isə hökm ilə nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisi hesab edi lmişdir. Yuxarıda da qeyd edildiyi kimi nəqliyyat vasitəsi onun iradəsinə zidd şəkildə mülkiyyətindən çıxmışdır. Hazırkı məhkəmə araşdırması zamanı da Cavabdeh2 hərəkətləri nəticəsində "xxxx" MMC-yə ziyan dəyməsi faktı müəyyən edilməmişdir. Odur ki, iddia ona aid edilən hissədə rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1, 82.4, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı ( sonrakı adı İddiaçı) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 nömrəli hökmü ilə “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23.850 manat məbləğində zərər dəymişdir. “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh3 sahibliyi və istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsinə görə 10.000 manat məbləğində vəsait Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilmişdir. Hesab etmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzi cavabdehlər tərəfindən ödənilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6203/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik ed ən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamış. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində gös tərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

22. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1 -ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəm əsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmış, Cavabdeh1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və barəsində seçilm iş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır.

23. Həmin hökm ilə mülki iddiaçı X8 mülki Cavabdeh1 qarşı mülki iddiası təmin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) X11 dəymiş maddi ziyanın məbləği tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, ABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi, “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır.

24. Həmin hökmün 64 -cü səhifəsində hazırda mübahisəsi olun “BMW” minik markalı 77- PL-253 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə bağlı qeyd edilmişdir ki, həmin nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq Cavabdeh3 istifadəsində və sahibliyində olmuşdur. Daha sonra Cavabdeh3la Cavabdeh1 arasında həmin avtomobilin Cavabdeh1 satılması barədə şifahi qaydada razılıq əldə edilmiş, Cavabdeh1 Cavabdeh3 10.000 manat pul verərək, qalan 20.000 manat məbləği hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə Cavabdeh2 ona məxsus olan BMW 528i **-NH-*** nəqliyyat vasitəsinə dair sərəncam verilməsi nə dair hüquqlarını Cavabdeh1 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan nəqliyyat vasitəsi onun xəbəri olmadan Cavabdeh1 tərəfindən X2 adına keçirilmişdir. Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X9 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X4 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bun dan sonra xx.xx.2022-ci il tarixdə “BMW 528 Xl” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X12 tərəfindən X7 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. X7 X12 tərəfindən etibarnamə verilən zaman Elvin Əmirov həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X4 mülkiyyətində olan avtomobil X13 tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil "xxxx" MMC tərəfindən X15 lizinqə verilmişdir.

25. Göründüyü kimi, “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindən iradəsinə zi dd olaraq X2, daha sonra isə X4 mülkiyyətinə keçirilmişdir. X5, X12 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirən X13 da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Göründüyü kimi, həmin avtomobil etibarnamə əsasında "xxxx" MMCnin mülkiyyətinə keçdikdən sonra lizinq müqaviləsinə əsasən X15 lizinqə verilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı X19 ifadə verərək həmin nəqliyyat vasitəsinə görə heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş olan ziyanın "xxxx" MMC tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisinin mülkiyyətindən qanunsuz olaraq onun ir adəsinə zidd olaraq çıxarılmasını, daha sonra saxta etibarnamə əsasında X2, daha sonra isə X4 mülkiyyətinə keçirilməsini, həmin alıcıların avtomobili alarkən həmin avtomobilin Cavabdeh2 iradəsinə zidd olaraq onun mülkiyyətindən çıxarılmasından məlumatlı olduqlarından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcı hesab edilmədiklərini, daha sonra X13 tərəfindən ona verilmiş etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsini, "xxxx" MMC tərəfindən avtomobilin lizinqə verildiyi X14 hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın "xxxx" MMC tərəfindən ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. 2

6. Həmin hökmün 22-ci səhifəsində qeyd edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telman 2A ünvanında ailəsi ilə birlikdə yaşayır. X25 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün qardaşları Oqtay və Məhəmmədin adına cəmi 6 ədəd “Toyota Prius” markalı avtomobil aldı ki, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq pul alsın. 2021-ci ilin iyun ayının sonlarında tanımadığı Cavabdeh1 adlı şəxs atasını tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu deyərək bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Atası Cavabdeh1la razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə atası və qardaşı Məh əmməd ilə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı notariat ofisə gedib, orada Məhəmmədin adına qeydiyyatda olan “10- RY-288”, “**RY-***”,”**-RY-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və digər qardaşı Oqtay Məmmədovun adına qeydiyyatda olan “99-RB252”,”**-OZ-***”,”**-VJ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq Cavabdeh1 vermişlər. Qardaşı Oktay həmin vaxt həqiqi hərbi xidmətdə olduğundan onun adına olan avtomobilləri atası X22 təmsilçisi kimi icarəyə vermişdir. Həmin müqaviləyə əsasən “10-RY288”, ”**-RY-***”, ”**-RY-***”, ”99-RB252”, ”**-OZ-***”, ”**-VJ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avto mobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Cavabdeh1 vermişdilər. Bundan sonra Şahidin həmin avtomobilləri kiməsə sürmək üçün verdiyindən məlumatı olmamışdır. Şahid həmin avtomobillərə görə olan icarə haqqını mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid atasına bildirdi ki, qardaşı Oqtay Mədətovun adına qeydiyyatda olan “**-RB***”,”**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problem olduğu üçün onları satıb yenisini almaq istəyirlər. Buna görə də atasından bütün hüquqların etibar edildiyi etibarnamə verilməsini istəmiş və atası da qardaşının adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “50EG156” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili atasının adına almış və onu da Şahidə icarəyə vermişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında 20.000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30.000 manata Şahidə satmışdır. Həmin avtomobilə görə Şahid 10.000 manat pul verərək digər 20.000 manatı da sonra verəcəyini bildirmişdir. Aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır və Şahidə avtomobilə görə heç bir etibarnamə verilməmişdir. Şahid də həmin maşını sonradan başqa adama satmışdır. O, sonradan öyrənmişdir ki, Şahid qardaşı ilə onun adına olan “Toyota Prius” markalı avtomobilləri səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariat ofisinə gedib öz adına etibarnamə almış və həmin avtomobi lləri ayrı-ayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. Bütün olanlarla bağlı atası hüquq-mühafizə orqanlarına müraciət etmişdir.

27. Məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW-528» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Cavabdeh1 qabaqcadan 10.000 manat pul ödəyərək qalan 20.000 manat pulu tezliklə ödəmək adı ilə həmin avtomobili ondan satın almışdır. Aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Sonradan ona məlum olmuşdur ki, etibarnamə əsasında avtomobili başqa şəxsin mülkiyyətinə keçirtmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olsa da, faktiki olaraq onun sahibliyi və istifadəsində olmuş avtomobilin geri qaytarılmasını xahiş etmişdir.

28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)13/2024 saylı hökmündən zərərçəkmiş şəxs "xxxx" MMC, maraqlı şəxs X16 və məkhum edilmiş Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)874/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs "xxxx" MMC-nin və maraqlı şəxs X10 apellyasiya şikayətləri təmin edilməmiş, məkhum edilmiş Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx. xx.2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmü dəyişdirilmişdir.

29. Belə ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Cavabdeh1 Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərəd tutulmuş cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrə cinayət işi üzrə icraata xitam verilmişdir.

30. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3 və 29, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona tə yin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı məhkum Cavabdeh1 cəza təyini hissəsində dəyişdirilərək 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 4000 (dörd min) manat cəri mə cəzası 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası ilə əvəz edilmişdir.

33. Göründüyü kimi qeyd olunan hökmdə "xxxx" MMC-nin “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin 23.850 manata satın aldığını müəyyən edilir.

34. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ML-132 saylı lizinq obyektinin alqısatqı müqaviləsinin surətindən də görünür ki, X13 ilə "xxxx" MMC arasındakı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 23.850 manat təşkil edir.

35. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, mübahisə predmenti olan “BMW 528 Xİ” markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticə sində qanuni mülkiyyətçi Cavabdeh2 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X2 mülkiyyətinə keçirilmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya dəymiş ziyanın miqdarı da 23.850 manat müəyyən etmişdir.

37. Həmçinin iş materiallarından görünür ki, qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X5, X12 və sonuncunun nümayəndəsi X13 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını özlərinin təbirincə “qanuni yolla” etmişdir.

38. Göründüyü kimi hazırkı mübahisədə hərəkətləri ilə digər şəxslərə ziyan vuran şəxs, yəni təqsirli şəxs, yalnız Cavabdeh1 olmasa da, iş materiallarından görünür ki, tələb həm də ona qarşı irəli sürülmüşdür.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, tələbin sürüldüyü digər şəxslər, yəni, “Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10.000 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində tələb əsassız olmuşdur.

40. Belə ki, qeyd edilən hökmün 4-cü səhifəsinin 3-cü abzasından qeyd edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Cavabdeh3 istifadəsində olan “BMW” markalı “**-EY-***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30.000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Cavabdeh3 10.000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

41. Eyni zamanda Cavabdeh2 isə hökm ilə nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisi hesab edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində ona dəymiş olacaq ziyanı ifadə edir.İşin faktiki hallarından da müəyyən edildiyi kimi nəqliyyat vasitəsi Cavabdeh2 iradəsinə zidd şəkildə mülkiyyətindən çıxmışdır. Hazırda Cavabdeh2 hərəkətləri nəticəsində "xxxx" MMC-yə ziyan dəyməsi faktı müəyyən edilməmişdir.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh3 sahibliyi və istifadəsində olması və həmin nəqliyyat vasitəsinə görə 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilməsi kimi halların mövcudluğu sözügedən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər-hansı bir ziyan vurması kimi qiymətləndirilə bilməz.

43. Həmçinin iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən də görünür ki, Cavabdeh3 zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. İstinad olunan maddələrin tələbləri baxımından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər-hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və onlardan pul tələbinə dair irəli surülən əsaslar anlaşılan deyildir.

46. Halbuki, iddiaçı hazırkı mübahisədə Cavabdeh1 başqa Cavabdeh2 və Cavabdeh3 qarşı deyil, hərəkətləri ilə ona ziyan vuran digər şəxslərə qarşı tələb sürmək hüququndan yararlana bilərdi.

47. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

48. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 80, 82.4, 88, 106.1. 217.1, 217.3. 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı MMC (əvvəlki adı-"xxxx" MMC olmuşdur) (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001) -13/2024 saylı xx.xx.2024- cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-77-PL253, BANWBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh3 sahibliyi və istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsinə görə 10 000 (on min) manat məbləğində vəsait Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilmişdir. Hesab edirlər ki, İddiaçı (əvvəlki adı-"xxxx") MMC-yə dəymiş zərərin əvəzi cavabdehlər tərəfindən ödənilməlidir.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məb ləğində dəymiş zərər İddiaçı (əvvəlki adı-"xxxx") MMC-yə cavabdehlər tərəfindən ödənilməlidir.

52. BakıApellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6203/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi nəticəsində İddiaçı (əvvəlki adı"xxxx") MMC-nin hüquqları pozulmuşdur.

53. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Bununla bağlı birinci instansiya məhkəməsinə tərəfimizdən sübutlar təqdim edilmişdir. Hesab edirik ki, iddia tələbi əsaslıdır və tam təmin edilməlidir.

54. İş materiallarında olan sənədlər əsasında İddiaçı (əvvəlki adı-"xxxx") MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində dəymiş zərər cavabdehlər tərəfindən ödənilməlidir.

55. Birinci instansiya və apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayətinin təmin edilməməsi nəticəsində, İddiaçı (əvvəlki adı-"xxxx") MMC-nin hüquqları pozulmuşdur.

56. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcə lləsinin 21.2, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3. 88, 217.2, 218.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

59. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxs in adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

60. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

61. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

62. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəllə

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

66. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi n əticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

80. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli 2(103)-6203/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar