Məhkəmə qərarları › İş №2(102)-1177/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1177/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1177/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X3 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı qqızının kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva, iş № 2(012)-4535/17) iddiaçı qqızının cavabdeh “xxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və s. tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı Q.İbadova apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov-sədrlik edən və məruzəçi, A.Abbasov və Z.Məmmədov, iş №2(105)-3272/18) apelyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Q.İbadova kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı qqızı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırı lması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən “Park Solero” evlər kompleksində “xxxx” MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 166.1 kv.m. sahə arasındakı fərqin hər 1 kv.m-nin 550 manata vurulmaqla müəyyən edilən məbləğin “xxxx” MMC-dən alınaraq ona ödənilməsi, ekspertiza ilə müəyyən edilən məbləğin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi, ünvan 1ində yerləşən “Park Solero” evlər kompleksində “xxxx” MMC tərəfindən inşa edilmiş və istifadəsində olan mənzilinə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatı əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğlə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərda tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləğinin “xxxx” MMC-dən alın araq ona ödənilməsi, mülkiyyətində olan 0.031 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin sahəsi dəqiq müəyyən edildikdən sonra həmin hissənin, o cümlədən mənəvi zərərin əvəzi kimi 15.000 manatın “xxxx” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili B.Şirinov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclas ının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil B.Şirinovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 sentyabr 2018-ci tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 06 may 2013-cü il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC mülkiyyətində olan, Abşeron rayonu Masazır kəndində yerləşən 0,2082 ha torpaq sahəsini 52050 manata X1. 27 iyun 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında isə X2 rayonu, Masazır kəndində yerləşən mülkiyyətindəki 0,031 ha torpağı qqızına satmış və sonuncu həmin müqavilə əsasında qeyd edilən torpağı “xxxx” ilə bağlanmış 27 iyun 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi bankın xeyrin ə yüklü etmişdir. Müqaviləyə görə «xxxx» ASC qqızına 56393 (əlli altı min üç yüz doxsan üç) ABŞ dolları məbləğində 84 (səksən dörd) ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit məbləğinin 13400 ABŞ dollar hissəsi ünvan 1i ünvanında yerləşən 0,031 ha torpaq sahəsinin alınması üçün, 42983 ABŞ dollar hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilir. Bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təmin etmək məqsədilə alqı-satqı və ipoteka müqaviləsi bağlanır. Həmçinin, tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında 016HOME354809/G saylı, 27 iyun 2013-cü il tarixli müqavilə əsasında iddiaçı qqızının mülkiyyətində olan ünvan 1indəki 0,031 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını banka girov qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********14 nömrəli, 20 oktyabr 2017-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, qqızının mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.031 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0.024 ha hissəsi ilə üst-üstə düşmüş, həmin 0.031 ha torpaq sahəsinin 0.0067 ha hissəsi ümumi istifadədə olan yola düşmüşdür. Həmçinin qeyd olunan rəyə iddiaçı qqızının mülkiyyətində olan həmin torpaq sahəsinin planı əlavə edilmişdir. Apelyasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında nə torpağın alqı-satqısı, nə ipotekası, nə də torpaq üzərində ev tikilməsi ilə bağlı hər hansı müqavilə mövcud deyildir. İddiaçı sifariş etdiyi evin sahəsinin 166,10 kv.metr olmalı olmasına baxmayaraq, ona tikilimiş evin faktiki ölçüsünün 130 kv.metr olmasını bildirsə də, cavabdeh MMC ilə evin tikintisi ilə bağlı müqaviləni təqdim etməmişdir. Başqa sözlə, hazırki halda tərəflər arasında öhdəlik münasibətlərinin yaranmasından söhbət gedə bilməz. Bundan başqa, iddiaçının su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatının əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğlə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin ’’xxxx" MMC-dən alınaraq ona ödənilməsi tələbi də eyni ə saslarla təmin edilə bilməz. Belə ki, qeyd edilən xidmətlər də bu məqsədlə bağlanmış müvafiq müqavilələrlə həyata keçirilir və cavabdeh təşkilatla belə bir müqavilə yoxdur. İddiaçının mülkiyyətində olan 0.031 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin boşaldılması tələbi də əsassızdır. Belə ki, iddiaçı 0.031 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin boşaldılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 0.031 ha torpaq sahəsinin 0.0067 ha hissəsi ümumi istifadədə olan yola düşmüşdür. Zəbtin daha çox olmasını əsaslandıran hallar ilə bağlı iddiaçı tərəfindən izah və sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbi sübuta yetirilmədiyindən tələb edilən 15.000 manat mənəvi ziyan məbləği hissəsinin də təmin edilməsi üçün əsaslar mövcud de yildir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiklə ri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mən asına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən bu tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə a lan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı qqızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 sentyabr 2018-ci il tarixli, 2(105)-3272/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar