Məhkəmə qərarları › İş №2(102)-1178/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1178/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1178/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 və cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 27 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-781/2019 saylı, 25 aprel 2019-cu il ta rixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh x2ndan 11.110,13 (on bir min yüz on manat on üç qəpik) manat məbləğində əsas borc və 500 (beş yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11.610,13 (on bir min altı yüz on manat on üç qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan x3 xeyrinə ödənilməsi, tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi x4 xeyrinəipoteka ilə yüklü edilmiş x2na məxsus ünvan 1 nömrəli evin 159 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilmasi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin x2na verilməsi, ipoteka predmeti olan mənzilinin ilkin satış qiymətinin 56.000 (əlli alt ı min) manat müəyyən olunması, x2nın mülkiyyətində olan ünvan 1 nömrəli evin 159 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatının qiyməti olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh x2ndan x5 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)11231/2017 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-781/2019 saylı, 25 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Ləğv prosesində olan x3 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh x2na qarşı ərizəsi il ə məhkəməyə müraciət edərək, cavabdeh x2ndan iddiaçı ləğv prosesində olan x3xeyrinə əsas borc üzrə 11.110,13 (on bir min yüz on manat on üç qəpik) manat, faiz borcu üzrə 6.610,58 (altı min altı yüz on manat əlli səkkiz qəpik) manat, cərimə borcu üzrə 1.720,18 (bir min yeddi yüz iyirmi manat on səkkiz qəpik) manat olmaqla, cəmi 19.440,89 (on doqquz min dörd yüz qırx manat səksən doqquz qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,79 kv.metrdən ibarət olan mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 (bir) ay ərzində boşaldılması, satışdan əldə olunan vəsai tin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunması məqsədilə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x3 ilə x2 arasında bağlanmış 012/13 nömrəli 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən x2na illik 20 faizlə 24 ay müddətinə 25.000 (iyirmi beş min) manat kredit verilmişdir. Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsi tərəfindən 01 mart 2002-ci il tarixdə verilmiş İİ-AZ seriyalı 005774 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, x6 ilə x2 arasında 01 mart 2002ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 mart 2002-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. x6nun x3nə ünvanladığı 10 oktyabr 2013-cü il tarixli ərizəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,79 kv.metrdən ibarət olan mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. x3 ilə x2 arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 012/13 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi bankla x2 arasında bağlanmış müvafiq ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,79 kv.metrdən ibarət olan mənzil çıxış etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, x2na məxsus olan ünvan 1 nömrəli evin 159 nömrəli mənzili x4 “Yeni Həyat” filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 26 oktyabr 2013-cü il tarixdə qeydə alınmışdır. 03 dekabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, x2nın 25 oktyabr 2013-cü il tarixli 012/13 nömrəli kredit müqaviləsinə əsasən 30 noyabr 2018-ci il tarixə əsas borc üzrə 11.110,13 (on bir min yüz on manat on üç qəpik) manat, faiz borcu üzrə 6.610,58 (altı min altı yüz on manat əlli səkkiz qəpik) manat, cərimə borcu üzrə 1.720,18 (bir min yeddi yüz iyirmi manat on səkkiz qəpik) manat olmaqla, cəmi 19.440,89 (on doqquz min dörd yüz qırx manat səksən doqquz qəpik) manat borcu mövcuddur. İş materiallarında olan elektron portalın surətindən görünür ki, mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş 07 dekabr 2018-ci il tarixdə qeydə alınmışdır. 17 yanvar 2019-cu il tarixli maliyyə arayışından görünür ki, x2nın 25 oktyabr 2013cü il tarixli 012/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.110,13 (on bir min yüz on manat on üç qəpik) manat, 23.10.2015-ci il üçün hesablanmış və tələb olunan faizlər 0, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 5% cərimə məbləği üzrə 1.791,02 (bir min yeddi yüz doxsan bir manat iki qəpik) manat olmaqla, cəmi 12.901,15 (on iki min doqquz yüz bir manat on beş qəpik) manat borcu mövcuddur. x5 14 mart 2019-cu il tarixli LP-042/19 nö mrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 35 nömrəli evin 159 nömrəli mənzilinin hazırki bazar qiyməti 56.000 (əlli altı min) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla i cra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neç əşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinəəsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi ad landırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. İrəli sürülən ipoetka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə balı arqumentlərə dair kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan əmlakın real bazar dəyəri 56 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci m addəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Həmin rəyin real bazar qiymətlərini əks etdirmədiyi barədə apellyasiya şikayətlərində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MP M-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun və cavabdeh x2nın kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar