Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-118/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı “Bank RespublikaASC-nin nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5668/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X3 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit verilmiş, T.Məmmədov isə həmin məbləği faizləri ilə birlikdə 15 aprel 2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 2. 02 iyul 2018-ci il tarixli kredit üzrə faiz öhdəliklərinin götürülməsinə dair müqaviləyə əsasən X5 ilə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 15 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin qismən, yəni 150000 manat məbləği hissəsini ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, kreditor, yəni İddiaçı ASC üçüncü şəxsə, yəni Cavabdeh ödənişin olunması məqsədi ilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 465.317 (dörd yüz altmış beş min üç yüz on yeddi) manat 26 qəpik məbləğində kredit borcu, 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat məbləğində kreditə görə faiz borcu, 155.073 (yüz əlli beş min yetmiş üç) manat 85 qəpik məbləğində dəbbə pulu (penya), cəmi 915.335 (doqquz yüz on beş min üç yüz otuz beş) manat 11 qəpik pul vəsaitinin tutulması və s. qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(009)-1381/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC və X3 qarşı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 150.000 manat məbləğində borcun və 30 manat dövlət rüsum unun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı bildirir ki, bankla X5 və Cavabdeh arasında 02 iyul 2018-ci il tarixdə kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, 140408-857-23/1089 saylı 15.04.2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn 294944 manat faiz öhdəliyindən qismən, yəni 150000 manat məbləğini Cavabdeh verilməsi münasibətlərini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, Cavabdeh tərəfindən müvafiq öhdəliyin icrası bankın tələbinə əsasən hissə-hissə və ya tam şəkildə icra edilir. Bank Cavabdeh ödənişin olunması məqsədilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytar ılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. Bank tərəfindən Cavabdeh 04.12.2018-ci il tarixdə yazılı bildirişlə müraciət olunmasına və 5 təqvim günü müddətində 150000 manat məbləğində borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir.
8. Cavabdeh bildirır ki, Tapdıq Məmmədov onun adına İddiaçı ASC-dən kredit götürməyinə razılıq verməyini xahiş etdi və heç bir narahatçılıq keçirməməyini, Bankla danışıb razılıq əldə etdiyini və krediti qrafik üzrə vaxtlı-vaxtında ödəyəcəyini bildirdi. O, T.Məmmədovla uzun müddət dostluq etdiyini nəzərə alıb, onun xahişi ilə razılaşdı və onunla birlikdə İddiaçıya getdi. İddiaçı ASC-də onun anket məlumatlarını götürdülər və qısa müd dət ərzində cavab verəcəklərini bildirdilər. Bir müddət sonra Tapdıq ona bildirdi ki, Bankın rəhbərliyi onun adına kredit verilməsinə razılıq vermişdir, lakin bunun üçün girov əmlak qoyulmasını bildirirlər. O, onun dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini bildirdi və Tapdıqla birlikdə yenidən banka getdi. Orada ona bir neçə sənədə imza etdirdilər. Eyni zamanda ona kredit verilməsi üçün formal olaraq Tapdıq Məmmədovun kredit borcunun bir hissəsinin onun tərəfindən ödənilməsinə öhdəlik götürməyi barədə müqavilə bağlamalı olduğunu bildirdilər. Eyni zamanda, bankın əməkdaşları və Tapdıq Məmmədov ona bildirdilər ki, bu müqavilə formal olaraq bağlanır. Bir müddət sonra Tapdıq Məmmədov ona müraciət edərək kredit verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun bor cunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verdiklərini bildirdi. Lakin 2019-cu ilin mart ayında ona məlum oldu ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Binqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150000 (yüz əlli min) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçının əməkdaşları və X6 onu aldadaraq, 02 iyul 2018-ci il tarixli müqaviləni imzalatdırıblar. Eyni zamanda, Binəqədi rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum oldu ki, İddiaçı ASC ilə T.Məmmədov arasında bağlanmış 15.04.2008-ci il tarixdə 140408-857-23/1089 saylı kredit müqaviləsinə sonuncuya illik 22 faizlə 4 il müddətinə 550 000 manat məbləğində kredit verilmiş, lakin X5 həm in krediti vaxtında ödəmədiyindən tərəflər arasında məhkəmədə uzun müddət məhkəmə mübahisəsi baş vermişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) 03 aprel 2019-cu il tarixli, 2(001)- 2350/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 150000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 739-cu maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilənin bağlanmasından 9 ay keçməsinə və xəbərdarlıq olunmasına baxmayaraq müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Halbuki, müqavilənin 2.2-ci bəndində xəbərdarlıqdan sonra borcun hissə - hissə və ya tam ödənilməsi öhdəliyin gecikdirilməsi hesab olunur. Ona görə də 150000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 11 noyabr 2020-ci il tarixli, 2(103)-333/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh İddi açı ASC ilə bağladığı 02 iyul 2018ci il tarixli kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, bu icranı gecikdirmə sayılmaqla, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin tələblərinin pozulmasıdır. Buna görə də, iddiaçı müqavilə şərtlərindən irəli gələn 150.000 manat borcun cavabdehdən tələb edilməsində haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-2554/2021 nömrəli iş üzrə 15 aprel 2021ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-333 /2020 nömrəli iş üzrə 11 noyabr 2020- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir. Həmin qətnamə ilə apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 294.944 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlamışdır. Həmçinin işin hallarından göründüyü kimi 02 iyul 2018-ci il tarixli müqavilə ilə T.Vilayətin üzərinə götürdüyü öhdəlik qeyd edilən qətnamə ilə tutulan 294944 manat faiz borcunun əhatə etdiyi 15 0.000 manat pul məbləğidir. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği qanuni qüvvədə olan qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunun 150000 manatını əhatə etdiyi halda apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni olmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 21 iyun 2021-ci il tarixli, 2(103)-5668/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2350/2019 saylı iş üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 iş adamı kimi tanımış və uzun müddətdir ki, normal dostluq münasibətləri olmuşdur. Tapdıq Məmmədov 2018-ci ildə ona müraciət edərək demişdir ki, Sabunçu rayonu ərazisində “Nilufər” adında şadlıq sarayı onun və tanışının şərikli mülkiyyətində olmuşdur. Hal-hazırda tanışı şadlıq sarayında olan payını satmaq istədiyindən, o, şərikinin payını alıb şadlıq sarayının tam sahi bi olmaq istəyir. Lakin həmin hissəni almağa imkanı çatmadığından kredit götürmək üçün İddiaçı ASC-uə müraciət etmiş, bankdan ona əvvəlcə kredit verəcəyini bildirsələr də, sonradan adının qara siyahıda olması səbəbindən ona kredit verə bilməyəcəklərini, amma başqa bir tanışı olarsa, onun adına kredit verə biləcəklərini dediklərini bildirdi. Bir müddət sonra Tapdıq ona bildirdi ki, Bankın rəhbərliyi onun adına kredit verilməsinə razılıq vermiş, lakin bunun üçün girov əmlak qoyulmasını bildirirlər. O, onun dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini bildirdi və Tapdıqla birlikdə yenidən banka getdi. Orada ona bir neçə sənədə imza etdirdilər. Eyni zamanda ona kredit verilməsi üçün formal olaraq Tapdıq Məmmədovun kredit borcunun bir hissəsinin onun tərəfindən ödənilməsinə öhdəlik götürməyi barədə müqavilə bağlamalı olduğunu bildirdilər. Bir müddət sonra Tapdıq Məmmədov ona müraciət edərək kredit verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verdiklərini bildirdi. Lakin 2019-cu ilin mart ayında ona məlum oldu ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçının əməkdaşları və X6 onu aldadaraq, 02 iyul 2018-ci il tarixli müqaviləni imzalatdırıblar. Eyni zamanda, Binəqədi rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum oldu ki, İddiaçı ASC ilə T.Məmmədov arasında bağl anmış 15.04.2008-ci il tarixdə 140408-857-23/1089 saylı kredit müqaviləsinə sonuncuya illik 22 faizlə 4 il müddətinə 550000 manat məbləğində kredit verilmiş, lakin X5 həmin krediti vaxtında ödəmədiyindən tərəflər arasında məhkəmədə uzun müddət məhkəmə mübahisəsi baş vermişdir. T.Məmmədova məxsus ipoteka predmeti iddiaçı tərəfindən öz mülkiyyətinə keçirilmiş, nəticədə yaşayış binasına qoyulan həcmdə T.Məmmədovun borcu silinmiş, qanunvericiliyin tələbinə görə, növbəlilik qaydalarına əsasən, T.Məmmədovun ümumi borcundan faiz borcu silinmişdir. T.Məmmədovun banka olan ümumi borcundan növbəliliyə əsasən, faiz borcu silindiyindən, həmin borcun ondan tələb edilməsi tamamilə qanunsuzdur. Bundan başqa, tərəflər arasında 02.07.2018-ci il tarixli müqavilənin 4.0.1-ci bəndində müqavilənin 14 ay müddət inə, 02.09.2019-cu il tarixədək bağlandığı qeyd olunduğu halda, həmin müddət bitmədən iddiaçının hal-hazırki iddia ilə məhkəməyə müraciət etməsi və məhkəmənin isə iddianı təmin etməsi tamamilə qanunsuzdur. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur. “Apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir. Həmin qətnamə ilə apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlamışdır. Həmçinin işin hallarından göründüyü kimi 02 iyul 2018-ci il tarixli müqavilə ilə T.Vilayətin üzərinə götürdüyü öhdəlik qeyd edilən qətnamə ilə tutulan 294944 manat faiz borcunun əhatə etdiyi 150.000 manat pul məbləğidir. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği qanuni qüvvədə olan qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat faiz borcunun 150000 manatını əhatə etdiyi halda apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni olmayan qətnamə qəbul etmişdir.” Lakin Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilənləri nəzər ə almamış, nəticədə yenidən iş üzrə qanuni olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
23. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
24. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin ça tdırılması xatırlatmaya bərabər tutulur.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışı nın hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 32. 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən X3 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit vermiş, T.Məmmədov isə həmin məbləği faizləri ilə birlikdə 15 aprel 2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürm üşdür. 33. 02 iyul 2018-ci il tarixli kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə”dən görünür ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin qismən, yəni 150000 manat məbləği hissəsini Cavabdeh öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, kreditor, yəni İddiaçı ASC üçüncü şəxsə, yəni Cavabdeh ödənişin olunması məqsədi ilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir.
34. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 04 dekabr 2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 təqvim günü müddətində banka olan 150000 manat məbləğində pul vəsaitinin öd ənilməsi tələb edilmişdir.
35. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 22(103)-81/2018 saylı qətnaməsindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli 2(82)-21/2011 saylı qətnaməsinə əsasən, İddiaçı ASC ilə X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsinin ləğv edilməsi, X1 İddiaçı ASC-nin xeyrinə 465317,26 manat məbləğində əsas, 294944 manat məbləğində faiz, 155073,85 manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 915335,11 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmış, apelyasiya məhkəməsinin qətnaməsinə əsasən, həmin qətnamə qismən, əsas və cərimə borclarının tutulması hissəsində ləğv edilmiş, X1 əsas kredit borcu üzrə 387317,26 manat, cərimə borcu üzrə 40000 manat və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Faiz borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. 36. “Hərracın yekunları barədə” 07 mart 2019-cu il tarixli, 33 saylı protokol və “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə 07 mart 2019-cu il tarixli müqavilədən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli, 2-2(103)81/2018 saylı icra sənədinə əsasən X3 məxsus ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv.m ümumi sahəsi olan yaşayış binası 286875 manata İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır.
37. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 06 noyabr 2020-ci il tarixli 01/486 saylı arayışından görünür ki, X5 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsinə İddiaçı ASC-nin Bakıxanov filialından 550000 manat məbləğində kredit götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2-2(103)-81/2018 saylı qətnaməsinə əsasən X2 həmin kredit üzrə 378317,26 manat əsas borc, 294944 manat faiz borcu, 40000 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 713281,26 manat müəyyən edilmişdir. Qətnaməyə əsasən hərracda satılmayan və Banka təklif olunan ipoteka predmetinin Bankın balansına qəbul olunmasına görə ödənilən 286875 manat əsas borcdan, həmçinin kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqaviləyə əsasən Cavabdeh keçən 150000 manat faiz məbləği ümumi faiz borcu çıxıldıqdan sonra X2 həmin kredit müqaviləsi üzrə Bank a 91442,26 manat əsas, 144944 manat faiz, 40000 manat cərimə, dövlət rüsumu 20 manat, cəmi 276406,26 manat borcu vardır.
38. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(009)-1381/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC və X3 qarşı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)-749/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(009)- 1381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.10.2020-ci il tarixli 2(102)-5001/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)-749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya məhkəməsinin qənaətinə görə işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilənin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi icra etməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərindən irəli gələn 150.000 manat borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar əsassızdır.
40. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 150000 manat qanuni qüvvədə olan qətnamə il ə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunun bir hissəsini təşkil edir.
41. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsinə əsasən sonuncuya 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 465.317,26 manat məbləğində kredit borcu, 294.944 manat məbləğində kreditə görə faiz borcu, 155.073,85 manat məbləğində dəbbə pulu (penya), cəmi 915.335,11 m anat pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmuşdur. 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə” ilə X5 ilə İddiaçı ASC arasında bağlanmış 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin 150.000 manat hissəsini Cavabdeh öz üzərinə götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2-2(103)-81/2018 saylı qətnaməsi ilə qeyd olunan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yəni, Cavabdeh ötürülən 150.000 manat məhz məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faiz borcunun bir hissəsidir və borclu T.Məmmədov da həmin hissədə məhkəmə qətnaməsini icra etməkdən azad olunmuşdur (hazırda bank b orclu T.Məmmədovdan 144.944 manat faiz borcu tələb edir).
42. Göründüyü kimi, cavabdeh 02.07.2018-ci il tarixli müqavilə üzrə qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunun 150000 manat məbləğini ödəməyi öz üzərinə götürmüşdür.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5668/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov