Məhkəmə qərarları › İş №2(102)-118/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-118/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-118/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-118/2023 (Açar sözlər: borc tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1564/2022 saylı, 04 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə 48 ay müddətinə illik 19 % olmaqla 50.000 manat məbləğində kredit vermişdir.

2. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi cavabdehin mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Mirzə Məmmədov küçəsində yerləşən 0,26 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 21 nömrəli fərdi yaşayış evini eyni tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2 018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin satış qiyməti 85.000 manat qiymətləndirilmiş, borcluya məxsus fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına kredit müqaviləsi üzrə 35.484,12 manat əsas, 13.193,13 manat faiz borcu, 1.000 manat dəbbə pulu olmaqla cəmi 49.677,25 manatın borcludan tutularaq iddiaçı banka verilməsi və ev satıldıqdan sonra orada qeydiyyatda olanların evdən çıxarılması qət edilmişdir.

4. Hərracın yekunları haqqında protokola əsasən, alıcı qismində çıxış edən bank həmin evi 54.187,50 manata almışdır.

5. X1 15 oktyabr 2019-cu il tarixdə soyadını və adını dəyişdirərək Cavabdeh olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 3.052,44 manat məbləğində xx.xx.2018-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış 9.769,79 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 10.472,40 manat penya olmaqla, cəmi 23.294,63 manat məbləğində pulun, sənədlərin notariat qaydasında təsdiq edilməs inə görə 6 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 39,90 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əlavə olaraq iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 160 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən alınıb iddiaçı banka verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış və ödənilməmişiddiaçı qarşısında 3.052,44 manat adi faizlər üzrə borcu qalmışdır. Bundan başqa cavabdeh kredit ödənişlərini gecikdirdiyi üçün 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixədək 10.472,40 manat penya hesablanmışdır. Eləcə də, cavabdehə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19 % dərəcəsi ilə hesablanmış 9.769,79 manat məbləğində əldən çıxmış faydanın əvəzi hesablanmışdır.

9. İş materiallarında olan maliyyə arayışına əsasən, cavabdehin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3.052,44 manat məbləğində xx.xx.2018-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19 % dərəcəsi ilə hesablanmış 9.769,79 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 10.472,40 manat penya olmaqla, cəmi 23.294,63 manat məbləğində borcu vardır.

10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-383/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə cavabdehdən 3.052,44 manat məbləğində xx.xx.2018-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun alınıb iddiaçıya verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən ödənilmiş 160 manat dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiqinə görə 6 manat məbləğində çəkilmiş xərclərin əvəzinin alınıb iddiaçıya verilməsi, iddia “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19 % dərəcəsi ilə hesablanmış 9.769,79 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 10.472,40 manat penyanın cavabdehdən tutulması” hissəsində əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş borcu yaranmış, kredit müqaviləsi üzrə öhdəlik cavabdehin təqsiri üzündən icra edilməmişdir. Ona görə də, cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

12. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən yenidən əldən çıxmış faydanın əvəzi və penya hesablanması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Belə ki, cavabdehin ödənilməmiş borcunun, faiz və penya ilə birlikdə ipoteka predmetinə yönəldildiyi, yəni ödənilməmiş borcun ipoteka predmetinin dəyərindən ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan hal da iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.

13. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik qismən icra olunduqdan sonra iddiaçının yenidən həmin müqaviləyə istinad edərək cavabdehdən əldən çıxmış fayda və cərimə tələb etməsi açıq-aşkar hüquqdan suiistifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.3, 427.3, 442, 448.2, 560.1, 560.2, 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı "xxxx" AS C məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və hazırda mülkiyyət hüququ əsasında banka məxsus olan mübahisəli 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 98,2 kv.m yaşayış, 118,9 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 217,1 kv.m təşkil edən, 4 otaqlı 21 nömrəli fərdi yaşayış evi cavabdeh və onun ailə üzvləri tərəfindən könüllü olaraq banka təhvil verilməmişdir. Onlar bankın mülkiyyət hüququnu pozaraq hazırda fərdi yaşayış evlərində yaşayırlar. Ona görə də məhkəmənin mövqeyinin hər hansı hüquqi əsası olmamış, subyektiv mülahizə xarakteri daşıyır. Məhkəmə tərəfindən fərdi yaşayış evinin könüllü olaraq banka təhvil verilibverilmədiyi aydınlaşdırılmamışdır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ifadə edilmiş hüquqi mövqeyə görə borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icra edilmiş hesab olunması və bu görə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlak öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən könüllü olaraq banka təhvil verilməlidir. Bank tərəfindən zərər və penya məbləğlərinin tələb edilməsi həm müqavilə şərtlərinə, həm də qanunun tələblərinə tam uyğundur.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1564/2022 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində şikayətin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.3, 427.3, 442, 448.2, 560.1, 560.2, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 119.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnaməni qüvvədə saxlayarkən nəzərə almamışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və hazırda mülkiyyət hüququ əsasında banka məxsu s olan mübahisəli 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 98,2 kv.m yaşayış, 118,9 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 217,1 kv.m təşkil edən, 4 otaqlı 21 nömrəli fərdi yaşayış evi cavabdeh və onun ailə üzvləri tərəfindən könüllü olaraq banka təhvil verilməmişdir. Onlar bankın mülkiyyət hüququnu pozaraq hazırda fərdi yaşayış evlərində yaşayırlar. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ifadə edilmiş hüquqi mövqeyə görə borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icra edilmiş hesab olunması və bu görə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlak öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən könüllü olaraq banka təh vil verilməlidir. Bank tərəfindən əldən çıxmış fayda, zərər və penya məbləğlərinin tələb edilməsi həm müqavilə şərtlərinə, həm də qanunun tələblərinə uyğundur.

22. İddiaçının vəkili kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 399.3, 443.1, 443.2, 449-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 319.6. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu ) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. Maddə 424.

2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

28. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

29. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Maddə

442. Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

33. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul mə bləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi süb utlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesa b edir ki, kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyasının mövqeyinə görə kassasiya şikayətində mübahisələndirilən hissədə məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, iddiaçı tərəfindən yenidən əldən çıxmış faydanın əvəzi və penya hesablanması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Belə ki, cavabde hin ödənilməmiş borcunun, faiz və penya ilə birlikdə ipoteka predmetinə yönəldildiyi, yəni ödənilməmiş borcun ipoteka predmetinin dəyərindən ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Kredit müqaviləsi üzrə öhdəlik qismən icra olunduqdan sonra iddiaçının yenidən həmin müqaviləyə istinad edərək cavabdehdən əldən çıxmış fayda və cərimə tələb etməsi açıq- aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətind ə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal mülahizələrdən ibarətdir və iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegi yası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1564/2022 saylı, 04 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar