Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-118/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1709/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları
1. Cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə verdiyi 02 sentyabr 2021-ci il tarixli izahatında İddiaçı 17000 manat borc pul aldığını, həmin puldan 3300 manatını iddiaçının əri Əzizdən aldığını və bu barədə aralarında kredit müqaviləsi bağladıqlarını, ümumilikdə iddiaçıya 17000 manat borcunun olduğunu, həmin puldan 4500 manatını ödədiyini göstərmişdir.
2. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir k i, “Cavabdeh İddiaçı olan borcundan 4500 (dörd min beş yüz) manat pulunu qaytarmış, bu barədə tərtib edilmiş qəbz materiala əlavə edilmişdir”.
3. Bakı şəhər Nəsimi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı İsa Taralov, polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Nicat Məmmədyarov və Elçin Vəliyevin əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 37000 (otuz yeddi min) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 il əvvəl ailələrində bir maşın olduğu üçün çətinlik yarandığından yoldaşı Əziz Nuriyev onun üçün “*5000” taksi şirkətindən ödənişli taksi tutmuşdur. Taksi sürücüsü Bərdə rayonunda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh olmuşdur. Sonuncu ona ailəsinin dağılmasından, anasının xəstə olmasından danışdığı üçün ona yazığı gəlmişdir. 2020-ci ilin mart ayında anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evi satmışdır. Həmin evin əşyalarını onun maşını ilə daşıdığı üçün o evin satıldığını və ond a pul olduğunu bilmişdir. Həmin evin pulundan 17000 manat pul evində olmuşdur. Elə həmin ərəfədə cavabdeh ondan özünə yeni maşın almaq üçün 2000 ABŞ dolları pul borc istəmişdir. O da yazığı gəlib həmin pulu cavabdehə vermişdir. Təxminən 2020-ci ilin yaz-yay aylarından 2021-ci ilin avqust ayına kimi cavabdehə hissə-hissə olmaqla 37000 manata yaxın pul borc vermişdir. Hər dəfə cavabdehdən pulu geri istəyəndə əvvəllər sakitcə razılaşmış və pulu qaytaracağını bildirmişdir. Lakin son vaxtlar ondan pulu istədikdə onu nalayiq küçə söyüşləri ilə hədələmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzində olduğu vaxt whatsapp sosial mesajlaşma proqramı vasitəsilə cavabdehə zəng vurub ondan 37000 manat pulunu qaytarmasını xahiş edəndə. cavabdeh t elefonda onu və özünü öldürəcəyini, onu zorlayacağı ilə hədələmiş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Artıq cavabdehin hədələrindən bezmişdir. Cavabdehin ona olan bütün borcunu qaytarmasını tələb edir. Cavabdeh ondan müxtəlif bəhanələrlə, müxtəlif adlarla borca pul almışdır. Lakin bu günə kimi qaytarmaqdan yayınır. Buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hədələnməsinə dair polis orqanına müraciət edərkən izahatları alınanda cavabdeh ona 19000 manat borcunun olduğunu, lakin həmin pulun içərisində həyat yoldaşından da almış olduğu pulun olmasını izahatında etiraf etmişdir. Ancaq onun etirafı ilə razı deyil, cavabdehdən ondan almış olduğu pulun məbləği 37000 (otuz yeddi min) manat təşkil edir.
6. Bərdə Rayon Məhkəməsinin (hakim M.Ə.Allahverdiyev) 28 iyun 2022- ci il tarixli, 2(021)-1114/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 12500 (on iki min beş yüz) manat məbləğində pul və 127,50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və əsas borcunu tam olaraq bağlamışdır. Borc məbləği tam olaraq ödənildiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə tələb olunan faiz borcuna və bununla bağlı olaraq iddiaçının nümayəndəsinin dəlillərinə münasib ətdə Mülki Məcəllənin 432.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, aparılmış ödənişlər kredit müqaviləsi üzrə əvvəlcə dəbbə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Məhkəmə hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən müəyyən etmişdir ki, cavabdehin əsas borcu qalmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 3 24.2, 324.4, 329.3, 427.1, 427.2, 427.3, 427.4, 441.1 və 442-ci, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17, İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında olan borc müqavilələri şifahi bağlanmışdır. Aralarında olan səmimi münasibətlərdən irəli gələrək müxtəlif vaxtlarda hissə-hissə borc vermiş, cavabdehin borcu qaytaracağına dair sözlərinə inandığı üçün yazılı müqavilə bağlamamışdır. Məhkəmə həmin hissə ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şəxslərin arasında şifahi qaydada müqavilənin bağlanmasını qəbul etməmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığı üçün öhdəliyin icrası müddəti təyin edilməmişdir. Ona görə də iddiaçı əsas öhdəliyi dərhal tələb edə bilər. İddiası ilə bağlı digər sübutları elektron məhkəmə vasitəsi ilə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu sübutlara diqqət yetirilməmiş və qətnamənin təsviri-əsaslandırıcı hissəsində hansı səbəbdən qəbul edilməməsi göstərilməmişdir. Bununla da qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılmış hesab olunur. İddianın təmin edilmədiyi hissədə qalan borcun geri qaytarılması tələb edir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, təxminən 2 il əvvəl *5000 taksi şirkətində işləmiş, Əziz Nuriyev həyat yoldaşı cavabdehi iddiaçıya *5000 taksi şirkətindən ödənişli taksi tutmuş və şirkət tərəfindən iddiaçıya xidmət göstərməyə başlamışdır. İşlədiyi müddətdə iddiaçı ilə münasibətləri yaranmışdır. İddiaçının həyat yoldaşı Əziz Nuriyevdən 3300 manat notarial qaydada borc pul almış, həmin pulu hər ay 300 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Həmin borcları ilkin olaraq 300 manat ödənişi iddiaçıya ödəmişdir. Növbəti ikinci ayı həmin borcdan iddiaçıya 100 manat ödəniş etmişdir. Bundan sonra Əziz Nuriyev həyat yoldaşı iddiaçıy a öz narazılığını bldirmişdir. İddiaçı ona təklif etmişdir ki, öz qızıllarını ona versin və həmin qızılları banka girov qoyaraq həyat yoldaşı Əziz Nuriyevə borclu qaldığı 2900 manat pulu ödəsin. O da həmin vaxt iddiaçının təklifi ilə razılaşaraq təxminən 3700 manat dəyərində olan qızılı "İnter" BOKT-a girov qoyaraq təşkilatdan 2850 manat kredit götürmüş və həmin kredit puluna 50 manat əlavə edərək ümumilikdə 2900 manat pulu iddiaçıya qaytarmışdır. İddiaçıya qızılın dəyəri olaraq təxminən 3700 (üç min yeddi yüz) manat, Əziz Nuriyevə isə 3300 (üç min üç yüz) manat borcu yaranmışdır. Təkrarən qeyd edir ki, Əziz Nuriyevə borclu olduğu puldan ilkin olaraq 300 manat, ikinci ayı isə həmin borcdan iddiaçıya 100 manat ödəniş etmişdir. Sonradan iddiaçı ilə aralarında narazıçılıq yaranmışdır. Münas ibətləri pozulduğundan iddiaçı barəsində Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət etmişdir. Polis Bölməsində araşdırma zamanı tərəfindən iddiaçıya 4500 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Polis bölməsinin 05 sentyabr 2021-ci il tarixli qərarında da borclu olduğu puldan iddiaçıya 4500 (dörd min beş yüz) manat ödəniş etdiyi öz əksini tapmışdır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, iddiaçı ilə araları nda heç bir yazılı formada borc müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə dəfələrlə cinayət işinin rədd edilməsi barədə materialın əldə olunması üçün sorğu verilmiş, polis bölməsi tərəfindən cavabdehin əlyazma şəkilində olan öz xətti ilə yazılmış izahat məhkəməyə təqdim olunmamışdır. Polis bölməsi tərəfindən elektron variant şəkilində məhkəməyə yalnız qərarın surəti və təhrif olunmuş izahatı göndərilmişdir. Birinci instansiya məhkəməsi yalnız təhrif olunmuş izahatını mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını tam müəyyən edilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Sü leymanov və İslam Həsənov) 2(104)-2479/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan 12500 manat pul məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən 27500 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100,5 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının da cavabdeh tərəfindən ondan alınaraq kredit təşkilatına girov qoyulmaqla pulun götürülməsi faktı, işin hallarına əsasən iddiaçının bankdan borc pul götürməsinə ehtiyacının olmaması, o cü mlədən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Whatsapp” tətbiqi vasitəsi ilə aparılmış yazışmalardakı bir çox hissədə iddiaçının pulların geri qaytarılmasına dair tələbinə müvafiq olaraq cavabdehin əks reaksiyasının olmaması həmin pulların cavabdehə verilməsini təsdiq etməkdədir.
15. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək göstərmişdir ki, cavabdehin iddiaçıdan anasının evinin satılması ilə əlaqədar aldığı 17000 manat borc məbləği cavabdehin 02 sentyabr 2021-ci il tarixdə polisdə verdiyi izahatla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Whatsapp” sosial şəbəkəsində olan 22 avqust 2021-ci il tarixdə, saat 12:37-də olan yazışma ilə də təsdiqini tapmaqdadır. Belə ki, həmin yazışmada iddiaçı anasının evinin pulu olan 17000 manatı cavabd ehdən necə qaytaracağını cavabdehə sorğu etmiş, cavabdeh isə buna hər hansı bir münasibət bildirməmişdir ki, bununla da dolayısı ilə iddiaçıdan 17000 manat almasını təsdiq etmişdir.
16. Tərəflər arasında müxtəlif vaxtlarda bağlanmış borc müqavilələrinin predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar. Lakin, həmin əqdlər Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin tələbinə əsasən etibarsız olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqavilələri əhəmiyyətsiz əqd qismində etibarsız hesab olunsa da, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə və əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehin 27500 manat məbləğində pulu g eri qaytarmaq öhdəliyi mövcud olmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1, 740.1, 740.2, 329.1, 337.1, 337.2, 337.3, 337.5, 1091.1 və 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh ayrıayrılıqda kassasiya şikayəti vermişdir.
19. İddiaçı (vəkil Nümayəndə Şəmsəddin oğlu) qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbində qeyd edilmiş 37000 manat məbləğində pulun sadəcə 27500 manat hissəsində təmin etmişdir. Lakin nəzərə almamışdır ki, ca vabdehin iddiaçıya verəcəyi pul məbləği 37000 manatdan da çoxdur, sadəcə onları iddiaçının cavabdehə köməklik göstərməsi məqsədilə verdiyi üçün nəzərə alınmamışdır.
20. Məhkəmə qəbul etmiş olduğu qətnaməsinin əsaslandığı sübutları ətraflı təhlil etməmişdir. İddia ilə bağlı digər sübutları elektron məhkəmə vasitəsi ilə təqdim etməklərinə baxmayaraq məhkəmə tərəfindən bu sübutlar kifayət qədər ətraflı araşdırılmamışdır. Bununla da, qətnamə qəbul edərək prosessual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir.
21. Cavabdeh (vəkil X2) qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, tərəflər arasında heç bir yazılı formada borc müqaviləsi bağlanmamışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfin formal izahatı və iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsində tərəflərin yazışmaları sübut kimi qiymətləndirilərək qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən qiymətləndirilmiş sübutlar mötəbər olmamışdır.
22. Polis bölməsi tərəfindən cavabdehin əlyazma şəkilində olan öz xətti ilə yazılmış izahat məhkəməyə təqdim olunmamışdır. Polis bölməsi tərəfindən elektron variant şəkilində məhkəməyə yalnız qərarın surəti və təhrif olunmuş izahatı göndərilmişdir. İş üzrə sübut etmək yükü iddia edənin üzərinə düşür. İddiaçı tərəf cavabdehə iddia tələbində qeyd edilən borc pulun verilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1904/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı ilə ( hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) İddiaçı kassasiya şikayəti təmin olunmamış, Cavabdeh kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2479/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
24. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddianın təmin olunmayan hissəsi üzrə sübutlar mövcud deyildir.
25. Apellyasiya məhkəməsinin istinad etdiyi yazışmaların hər hansı birində cavabdeh iddiaçıdan 32000 manat məbləğində pul almasını, iddiaçının hər hansı sualına cavab olaraq hər hansı məbləğdə borcunun mövcud olmasını göstərməmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin məhz hansı sübutlarla qət olunmuş məbləğin tutulması ilə bağlı nəticəyə gəlməsi ziddiyyətli olmaqla və işin araşdırılmış hallarına uyğun hesab edilə bilməz.
26. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, 32000 manat məbləğində borcun mövcud olub-olmamasının tərəflərin təqdim etdikləri məlumat və sübutlar əsasında yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin gəldiyi nəticəsi ehtimallarla deyil, işdəki sübutlarla tərəddüdsüz şəkildə müəyyən edilməlidir. Bu baxımdan pulun verilməsi, məhz birdəfəyə və ya hissə-hissə verilməsi, hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi, hansı hissədə icra edilməyən öhdəliyin mövcudluğu çəkişmə prinsipinə uyğun olaraq, işdəki məlumatlar və sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq mübahisəli hallara yekun hüquqi qiymət verilməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-1709/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1114/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 127,5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsinin şifahi formada bağlanması qanunvericiliyin tələblərinə zidd olmuş, bu cür müqavilə qanunun müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
29. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin cinayət təqibi üzrə qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qərarı ilə də göstərilən hallar ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Həmçinin cavabdeh məhkəmə kollegiyasının əvvəlki iclasında 17000 manat borcunu etiraf etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında iddia edilən pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin səs yazısı, şahid ifadələri həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.
31. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehə 37000 manat məbləğində borca pul verdiyini bildirsə də, bu barədə sübutlarını təqdim edə bilməmişdir. Belə ki, bu baxımdan pulun verilməsi, məhz birdəfəyə və ya hissə-hissə verilməsi, hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi, hansı hissədə icra edilməyən öhdəliyin mövcudluğu çəkişmə prinsipinə uyğun olaraq, işdəki məlumatlar və sübutlar əsasında tam və hərtərəfli araşdırılması, nəticəsindən asılı olaraq mübahisəli hallara yekun hüquqi qiymətin verilməsi üçün iddiaçı və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməsi, sübutun təqdim edilməsinə şərait yaradılması üçün məhkəmə iclası iki dəfə (xx.xx.2023 və xx.xx.2023- cü il tarixə) təxirə salınsa da, iddiaçı və onun nümayəndəsi göstərilən halları təsdiq edəcək mötəbər sübutlarını təqdim edə bilməmişlər. Əksinə, iddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə ərizə verərək, onların iştirakı olmadan işə baxılmasını və təqdim etdikləri sübutlara əsasən şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan 7000 manat borc pul alma sını, həmin puldan 4500 manat qaytarmasını və hal-hazırda iddiaçıya 2500 manat borcunun qalmasını göstərsə də, bu barədə kollegiyaya heç bir sübut təqdim etməmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə mülki iş materiallarında olan “Cinayət işinin balanmasının rədd edilməsi” haqqında 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cavabdeh izahatında İddiaçı 17000 manat borc pul aldığını, həmin puldan 3300 manatını iddiaçının əri Əzizdən aldığını və bu barədə aralarında kredit müqaviləsi bağladıqlarını, ümumilikdə iddiaçıya 17000 manat borcunun olduğunu, həmin puldan 4500 manatını ödədiyini göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sübut qismində “whatsapp” yazışmalarından da aydın olur ki, cavabdeh iddiaçının pulu tələb etməsi ilə bağlı mesajlarına hər hansı bir əks reaksiya göstərib etirazını bildirməmişdir. Hətta əvvəlki yazışmalarda borcunu etiraf etsə də, sonradan borcunun çox hissəsini qəbul etməyərək inkar etmişdir. Bu iddiaçının artıq polisə müraciət etməsi ilə bağlı olmuşdur. Eyni zamanda cavabdeh iddiaçının sübutlarını təkzib edəcək hər hansı bir sübut irəli sürməmişdir. Məhkəmə qətnamədə əsaslandığı sübutları ətraflı təhlil etməmiş, araşdırmamışdır. Bununla da, qətnaməni qəbul edərkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, əvvəla qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehə 37000 manat məbləğində borca pul verdiyini bildirsə də, bu barədə sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə iclaslarıneda üzrlü səbəblərdən iştirak edə bilməsəm nümayəndəsi elektron qaydada sübutlar təqdim etmiş, lakin məhkəmə həmin sübutları araşdırmamış, təhlil etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində b orc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
38. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
39. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
44. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmada n başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
45. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman, iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üzrə Ali Məhkəmə Mülki koll egiyasının qərarındakı göstərişlərə əməl edib və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1709/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.