Məhkəmə qərarları › İş №2(102)-1182/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1182/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1182/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1755/2021 nömrəli iş üzrə 115 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və “X1 Korporasiyası” ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X1 Korporasiyası” ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan xeyrinə 6436,35 manat əsas, 8,74 manat faiz borcu olmaqla, cəmi 6445,09 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Q əbələ Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(025)-736/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) “X1 Korporasiyası” ASC-dən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 saylı Kredit müqaviləsi üzrə 6436,35 manat əsas və 8,7 manat faiz borcu olmaqla, cəmi 6445,09 (altı min dörd yüz qırx beş manat doqquz qəpik) manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh “X1 Korporasiyası” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(107)-1755/202 1 nömrəli qətnaməsi ilə (Hakimlər: Ələddin Məcidov-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(025)-736/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC qətnamədən kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2(107)-1755/2021 nömrəli qərardadı ilə (Hakimlər: Ələddin Məcidov-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Vəzirxan Məlikov) kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi səbəbi ilə geri qaytarılmışdır. 14 dekabr 2021-ci il tarixdə cavabdeh "xxxx" AS C yenidən kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (Hakimlər: Ələddin Məcidov-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Vəzirxan Məlikov) 15 dekabr 2021-ci il tarixli qərardadı ilə Mülki Prosessual Məcəllənin 407.2, 408.1.1, 402 və 407.1-ci maddələrinə əsasən kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki qərardadında kassasiya şikayətlərində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməməsi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməli olmasının izah edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC tərəfindən yenidən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədən kassasiya şikayəti vermişdir. Cavabdeh "xxxx" ASC (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və şikayətə qarşı etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Qətnamədən verilən kassasiya şikayətinin 5-ci və 6-cı bəndlərində maddi və prosessual hüququ normalarının pozhulmasının nədə ibarət olması göstərilmiş, lakin məhkəmə b u halı diqqətdən qaçırmışdır. Həmçinin məhkəmə iclasının vaxtı barədə məlumat verməməklə hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddələr 408.1 və 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İşdən görünür ki, cavabdeh "xxxx" ASC kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məh kəməsinin 7 dekabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi səbəbi ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verməmiş, əvvəlki kassasiya şikayətinə heç bir əhəmiyyətli dəyişiklik etmədən və apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərdiyi nöqsanları aradan qaldırmadan qətnamədən təkrar kassasiya şikayəti vermişdir. Bu fakt əsas verir ki, iddiaçı birinci dəfə verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilmədiyini qəbul etmişdir. Qətnamədən təkrar verilmiş kassasiya şik ayəti isə əvvəlkindən fərqlənmir. Cavabdeh qətnamədən verdiyi hər iki kassasiya şikayətində nümayəndəsinin məhkəmə iclaslarında iştirakının təmin olunmaması, əsas və faiz borclarının hesablanmasında ekspertizanın təyin olunmamasını irəli sürmüş, lakin həmin halların apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız qətnamənin çıxarılmasına səbəb olmasını göstərməmişdir. Mülki Prosessual Məcəllənin 408.1 və 408.1.5-ci maddələrinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara görə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1755/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar