Məhkəmə qərarları › İş №2(102)-1183/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1183/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1183/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASC-nin) cavabdehlər Cavabdeh2 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1570/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı «İddiaçı” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən «İddiaçı” İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 2900 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür

2. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir.

3. Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 283 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş, onun vərəsələri kimi anası X5 və qardaşı Cavabdeh2 qalmışlar.

4. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı Şəki Ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, X6 Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir

5. Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 016-467 nömrəli məktubda gös tərilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri, M.V.Vidadi küçəsi ev 57-də yaşamış Cavabdeh1 adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır 6. xxxx” ASC tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 hüquqi varisinin müəyyən olunub-olunmaması barədə banka rəsmi məlumat verilməsinə dair aidiyyəti üzrə notariat kontorlarına sorğu göndərilmişdir. Şəki rayon ərazisində yerləşən notariat kontorlarından sorğularına cavab olaraq Cavabdeh1 adına qalmış miras əmlaklar ilə bağlı vərəsəlik işi açılmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İKB ASC xx.xx.2018-ci il tarixd ə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 2689,84 manat əsas borc, 326,9 manat faiz borcu və 52,33 manat cərimə borcu olmaqla, ümumilikdə 3069,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İş üzrə Cavabdeh1 vəfat etdiyindən iddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASCnin) ərizəsi əsasında Cavabdeh1 vərəsələri olan qardaşı Cavabdeh2 və anası X5 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (İddiaçı İKB ASC) iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 2900 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh1 kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Cavabdeh1 iddiaçı “xxxx” ASC-nə (İddiaçı İKB ASC-nə) xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 2689,84 manat əsas borc, 326,9 manat faiz borcu və 52,33 manat cərimə borcu olmaqla, ümumilikdə 3069,07 manat borcu vardır. Hazırda İddiaçı İKB ASC-nin adı “xxxx” ASC-dir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmi şdir. Bundan sonra Cavabdeh1 qanun üzrə vərəsələri kimi qardaşı Cavabdeh2 və anası X5 qalmışlar. Ona görə də qeyd edilən borc məbləğiCavabdeh1 qanun üzrə vərəsələri olan qardaşı Cavabdeh2 və anası X2 tutulmalıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

10. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(075)-15/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASC-nin) Cavabdeh1 vərəsələri olan iş üzrə cavabdehlər Cavabdeh2 və X4 qarşı Cavabdeh1 ilə arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və X2 iddiaçı “xxxx” ASC (İddiaçı İKB ASC)-nin xeyrinə xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 2689,84 manat əsas borc, 326,9 manat faiz borcu və 52,33 manat cərimə borcu olmaqla, ümumilikdə 3069,07 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və X5 mərhum Cavabdeh1 vərəsələri olsalar da, onlardan X5 birinci növbədə, Cavabdeh2 isə ikinci növbədə mərhum Cavabdeh1 vərəsələridir. Mərhum Cavabdeh1 birinci növbə üzrə vərəsəsi olan X1 olması ondan sonraki növbənin, yəni ikinci növbə üzrə Cavabdeh2 vərəsəliyini istisna edir. Cavabdeh2 mərhum Cavabdeh1 öhdəliklərinə görə cavabdehlik daşıması əsassızdır. Bundan başqa iddiaçı “xxxx” ASC (İddiaçı İKB ASC) mərhum Cavabdeh1 hər hansı bir miras qalmasını, miras qaldığı halda belə miras əmlakın onun vərəsələ ri tərəfindən qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 birinci növbə üzrə vərəsəsi olan iş üzrə cavabdeh X3 mərhum Cavabdeh1 hər hansı bir əmlakı miras şəklində qəbul etməsini təsdiq edə biləcək sübut məhkəməyə təqdim edilmədiyindən cavabdeh X3 mərhum Cavabdeh1 öhdəliklərinə görə cavabdehlik daşıması əsassızdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 427-ci, 442-ci, 448.1, 449.1, 449.4, 1145, 1151, 1159, 1160, 1306, 1307-cü, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instan siyası məhkəməsi) 2(107)-1570/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) İddiaçı “xxxx” (İddiaçı İKB) ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylı qətnaməsi dəyişilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, X6 Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavab deh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri, M.V.Vidadi küçəsi ev 57-də yaşamış Cavabdeh1 adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Bundan əlavə “xxxx” ASC tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 hüquqi varisinin müəyyən olunubolunmaması barədə banka rəsmi məlumat verilməsinə dair aidiyyəti üzrə notariat kontorlarına sorğu göndərilmişdir. Şəki rayon ərazisində yerləşən notariat kontorlarından sorğularına cavab olaraq Cavabdeh1 adına qalmış miras əmlaklar ilə bağlı vərəsəlik işi açılmadığı bildirilmişdir. Bundan başqa iddiaçı “xxxx” ASC (İddiaçı İKB ASC) mərhum Cavabdeh1 hər hansı bir miras qalmasını, miras qaldığı halda belə miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

17. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəl illəri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

26. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

29. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.

31. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. (maddə 1145)

32. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir(maddə 1151.1)

33. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. (maddə 1151.2) 34. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (maddə 1243.3) 35. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar(maddə 1306.1) 36. mirasın not arius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (maddə 1307) Mülki Prossesual Məcəllə

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” (İddiaçı İKB) ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1570/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar