Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1183/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, ipotekaya tutmanın yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkil tərəfindən kassasiya şikayətinin elektron qaydada imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabd eh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, ipotekaya tutmanın yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-70/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1la Cəmiyyət arasında bağlanmış 17 may 2017ci il tarixli 001-AS/17 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin Banka olan 22.4 65,90 manat əsas, 2.329,07 manat faiz, 3.398,59 manat cərimə, cəmi 28.193,56 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 bankın xeyrinə tutulması, həmin borcun bankla Cavabdeh2 arasında bağlanmış 18 may 2017-ci il tarixli 001-AS/17-01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus, Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m. ümumi sahədən ibarət bağ evinə 0,0132 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakn satılmasından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Qazax Rayon Məhkəməsinin 2(023)-41/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 22.465,90 manat əsas, 1.820,51 manat faiz, 150 manat cərimə, cəmi 24.436,41 manat məbləğində kredit borcunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 (otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, həmin məbləğin ipotekaya qoyulmuş, Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m. ümumi sahədən ibarət bağ evinə (0,0132 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin dəyərinin 80.000 (səksən min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m. ümumi sahədən ibarət bağ evinin (0,0132 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan məbləğ hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 150 (üç yüz əlli) manatın iddiaçı Bankdan və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına köçürülməsi, 300 (üç yüz) manat pulun Bankdan və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına keçirilməsi, 150 (b ir yüz əlli) manatın Bankdan və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" ASC-nin, hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əmlakın qiymətləndirilməsi hissəsində ləğv edərək, əmlakın likvid qiymətə uyğun olaraq qiymətləndirilməsi, qətnamənin qalan hissədə, Bankın Ağstafa filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcundan 22.465,90 manat, faiz borcundan 5.130,73 manat, cərimə faizindən 3.398,59 manat olmaqla, cəmi 30.995,22 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəfl ərindən ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Bankın xeyrinə tutulması, həmin borcun bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 18 may 2017-ci il tarixli 001_AS/17-01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m. ümumi sahədən ibarət bağ evi (0,0132 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan məbləğin hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qə tnamə qəbul olunmasını xahiş etmişdir.
4. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın faiz borcları hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-70/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) İslam Həsənov və Şamil Rzaquliyev) iddiaçı Bankın apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edi lərək, iddianın qismən təmin edilməsi Cavabdeh1 22.465,90 manat əsas, 3.528,53 manat faiz, 150 manat cərimə, cəmi 26.144,43 manat məbləğində kredit borcunun, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 (otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Bankın xeyrinə ödənilməsi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 346.500 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı ASC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi ilə bağlı iş üzrə yeni qərar qəbul edilməsini və y a yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı dır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olu nmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
12. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
13. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası kassasiya şikayəti nin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
16. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən elektron qaydada imzalansa da, Vəkil2 tərəfindən elektron qaydada imzalanmamışdır.
17. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəf indən qaytarılır.
18. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
19. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Beləl iklə, İddiaçı ASC tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
22. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apel lyasiya Məhkəməsinə göndərilməlidir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-70/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.