Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1184/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 25 » fevral 2019-cu il İş № 2(102)-1184/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-1326/2017 saylı, 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddi a qismən təmin edilmiş, Cavabdeh2 31.07.2014-cü il tarixli, 302/E saylı kredit müqaviləsi üzrə 37207 manat əsas borc, 21117 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 58424 (əlli səkkiz min dörd yüz iyirmi dörd) manat məbləğində borc və 29,10 (iyirmi doqquz manat on qəpik) manat dövlət rüsumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan1 28.3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan1 evin 56.5 kv.m yaşayış sahəsindən, 28.3 kv m yardımçı sahədən ibarət 3 otaqlı mənzilinin ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 evin 56.5 kv.m yaşayış sahəsindən, 28.3 kv m yardımçı sahədən ibarət 3 otaqlı mənzilinə tutma yönəldildikdə və açıq hərracda satıldıqda ən geci 1 ay ərzində boşadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-1284/2018 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən, məruzəçi V.Həsənov və N.Cəfərov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)1326/2017 saylı, 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ipoteka qoyulmuş əmlaka tələ b yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 37207 manat əsas borc, 21117 manat faiz borcu, 1300 manat cərimə olmaqla cəmi 59624 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və həmin məbləğin girov qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 evin 56.5 kv.m yaşayış sahəsindən, 28.3 kv m yardımçı sahədən ibarət 3 otaqlı mənzilinin açıq hərracdan satılması ilə ödənilməsi, mənzildə qeydiyyatda olanların mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzil açıq hərracda satıldıqdan ən geci 1 ay ərzində mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək ş ikayəti onunla əsaslandırmışlar ki, hər iki məhkəmə instansiyaları mübahisə edilən mənzil üzrə bazar dəyərini müəyyən etməməklə həm prosessual, həm də maddi hüquq normalarını pozaraq iş üzrə düzgün qənaətə gəlməmişlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəli llərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 31.07.2014-cü il tarixli, 302/E saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 24% faiz ödəmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, kredit 31.07.2017-ci il tari xədək ayda 1570,45 manat olmaqla, cəmi 16517,94 manat faiz olmaqla ödənilməli idi. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2014-cü il tarixli, 302/eg saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi ipoteka qoyana məxsus Bakı şəhəri, ünvan1 evin 56.5 kv.m yaşayış sahəsindən, 28.3 kv m yardımçı sahədən ibarət 3 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin dövlət qeydiyyatına alınması barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Borcalan tərəfindən kredit ödənişləri vaxtında həyata keçirilmədiyindən bank kredit müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyədək nizama salınması qaydasında riayət edilərək borcla bağlı pretenziya borcalana, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ipoteka qoyana göndərilmiş və dövlət reyestrində qeydə alınmışdır. 01.12.2016-cı il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 kredit mtiqaviləsinə əsasən həmin tarixə banka 37207 manat əsas borcu, 21117 manat faiz borcu, 1300 manat cərimə borcu olmaqla cəmi 59624 manat borcu olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, “İpoteka haqqında” Qanunun 33, 34, 39, 59-cu maddələrinə istinad etməklə iddianı əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etmiş,, dəbbə pu lu tələbini MM-nin 467-ci maddəsini tətbiq etməklə qismən-100 manat hissəsində təmin etmişdir. Cavabdeh Cavabdeh2 apellyasiya şikayətində məhkəmə tərəfindən tutulmuş borc məbləğinin düzgün müəyyənləşdirilmədiyini, aylıq ödənilmiş məbləğlərin çox hissəsinin faizə, az hissəsinin əsas borca silinməsinin düzgün olmadığını göstərmişdir. Ödənişlərin hansı qaydada silinməsi və gecikdirilmiş ödənişlərin əvvəlcə faiz borcundan silinməsi mülki qanunvericiliyin və tərəflər aasında bağlanmış müqavilənin şərtlərinə uyğun olduğundan apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır. Məhkəmə eyni zamanda hesab edir ki, borcalan tərəfindən kredit ödənişlərini təsdiq edən sübutlar təqdim edilmədiyindən bank tərəfindən tələb edilən məbləğin real borc məbləğindən artıq olduğuna dair apellyasiya şikayə tində qeyd edilənlərə əsassız hesab edilmiş və borcun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi zəruri hesab edilməmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayətində irəli sürdüyü dəlillərə onun iddiası əsasında Yasamal rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli qətnaməsi ilə baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilərək 31.07.2014-cü il tarixli, 302/eg saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığı müəyyən edildiyindən və mənzilin məhkəmə tərəfindən mütəxəssis rəyi əsasında müəyyənləşdirilmiş ilkin satış qiymətinin 140.000 manatdan artıq olması barədə məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən məhkəmə Cavabdeh1 apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, borcalan və ya onun xeyrinə 3-cü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə gecikmə faizlərinin, üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Müqavilən in 2.1-ci bəndində isə kredit üzrə aylıq ödənişlərin müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 oğlunun kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cav abdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin mülki kollegiyasının həmin iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1184/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1184/2019
25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver