Məhkəmə qərarları › İş №2(102)-1184/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1184/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1184/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Əsədov Samir Ağaəli oğlunun, Cavabdeh vəkili Məmmədova Rəna Məhəmməd qızının iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu i l tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə, iş № 2(004)-3317/2019) ilk iddianın təmin edilməsi, Cavabdeh 50000 (əlli min) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (məruzəçi), R.Qurbanov, A.Hüseyn, iş № 2(103)11848/2019) ilki iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı 50000 (əlli min) manat pulun tutulması barədə ilk iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qa nun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əsədov Samir Ağaəli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin təmin o lunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili Məmmədova Rəna Məhəmməd qızı izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hü quqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış 14 yanvar 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 50000 (əlli min) manat məbləğində pulu borc vermiş, “borc alan” krediti 14.07.2017-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsulliyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh 01 fevral 2012-ci il tarixdən 23 fev ral 2017- ci il tarixədək Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən “xxxx” məhdud məsuliyyətli cəmiyyətində satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış əmək və maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən müştərinin şirkətə olan ümumi və cari borcunun qeydiyyatını və hesabatını aparmaq, satılan malların ödəmələrini yığmaq və bir gün ərzində kassaya təhvil vermək, borcunu ödəmək istəməyən müştərilər barədə dərhal bölgə satış şefini məlumatlandırmaq, özbaşına hərəkət etdiyi halda dəymiş zərəri özü ödəmək və sair səlahiyyətlərə malik olmaqla, satışdan əldə etdiyi pul vəsaitini “xxxx” MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyacla rına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən kredit müqaviləsi Cavabdeh ilə “xxxx” MMC arasında yox, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Yəni, kredit müqaviləsinin subyektləri ilə pul mənimsənilməsi ilə əlaqədar cinayətin subyektləri fərqli şəxslərdir. Digər tərəfdən, Cavabdeh istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündə mənimsəmə cinayətinin predmeti 326.606,20 manat, kredit müqaviləsinin predmeti isə 50000 (əlli min) manat olmaqla, fərqli pul vəsaitləridir. Halbuki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018ci il tarixli hökmündən görünür ki, şahid qismində ifadə ve rən İddiaçı göstərmişdir ki, Cavabdeh 2012-ci ilin iyun ayında «xxxx»MMC-də satış meneceri kimi işə başlamışdır. Cavabdeh Dərnəgül tikinti bazarının ərazisi təhkim olunmuşdur. Cavabdeh həmin ərazinin bir hissəsini X1, bir hissəsini isə X3 adlı satış menecerlərindən təhvil almışdır. Həmin şəxslər Cavabdeh ilə birlikdə müştərilərlə görüşüb hər bir müştəri üzrə hansı məbləğdə qalıq qaldığını müəyyənləşdirmişlər. 2017-ci ilin əvvəllərində şirkət rəhbərliyi satış meneceri Cavabdeh kassaya sifariş verdiyi mala nisbətdə daha az pul mədaxil etdiyini görüb.Ondan bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, Cavabdeh lisə pulların müştərilərdə olduğunu və ödəyəcəklərini bildirmişdir. Rəhbərlik tərəfindən Cavabdehin ərazisində müştərilərlə üzləşmələrin aparılması barədə göstəriş verildiyindən o, sa tış meneceri Vüqar Məmmədova, eləcə də daxili audit işləyən X7 təhkim olunmuş ərazidə müştərilərlə üzləşmələrin aparılmasını tapşırmışdır. Üzləşmənin birinci günündə Cavabdeh ona zəng edib müştərilərdən təxminən 25-30 min pul götürüb şəxsi işlərinə xərclədiyini demiş, ona vaxt verilməsini, müştərilərlə üzləşmənin keçirilməməsini xahiş etmiş, üzləşmə keçirilərsə müştərilərin ona inamının azalacağını bildirmişdir. Bundan sonra şirkət rəhbərliyi Cavabdeh ilə görüşmüş, onlar Cavabdehdən kimdə və nə qədər mal olması barədə siyahı verməsini tələb etsələr də Cavabdeh bundan yayınmağa çalışmışdır. Daha sonra Cavabdeh ilə borc müqaviləsi bağlanmış və təkrar yoxlama keçirilmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, fərq Cavabdehin dediyi qədər çox böyükdür. Həmin vaxtlarda Cavabdeh xəstə olmas ını deyərək işə çıxmamış, bir müddət sonra isə məktubla müraciət edərək işdən çıxarılmasını xahiş etmişdir. Audit yoxlaması keçirilərkən Cavabdeh mənimsədiyi pulların yüksək məbləğdə olması müəyyən olunmuşdur. Bundan başqa həmin iş üzrə «xxxx» MMC-nin baş direktoru işləmiş X2 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsindən görünür ki, Cavabdeh 25-30 min manata yaxın pul məbləğini şəxsi ehtiyaclarına xərclədiyi barədə İddiaçı məlumat verdikdən sonra X1 bu barədə rəhbərliyə məlumat vermişdir. Onlar Cavabdehi dəvət edib söhbət edərkən o, törətdiyi əməli etiraf etmiş və həqiqətən də müştərilərdən pulu alıb kassaya ödəməyərək öz şəxsi ehtiyaclarına, hansısa xəstəsinin müalicəsinə xərclədiyini bildirmişdir. Həmin vaxt Cavabdehə mənimsədiyi məbləği tez bir zamanda MMC-nin kassasına mədaxil e tməsi tapşırıldıqda, o, əməlindən peşman olduğunu bildirib 3-4 ay ərzində həmin pulu qaytarmağı öz üzərinə götürmüş, hətta özünə inamı artırmaq üçün «istəyirsinizsə bir borc müqaviləsi bağlayaq, pulu qaytaranda həmin müqaviləni də ləğv edərik» demişdir. Buna görə də MMC-nin satış və birbaşa Cavabdeh işlədiyi şöbənin müdiri İddiaçı Cavabdehla notariat qaydasında 50000 manatlıq borc müqaviləsi bağlanması tapşırılmışdır. 14 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda İddiaçıla Cavabdeh arasında sonuncunun 14 iyul 2017-ci il tarixdə qaytarılmasını öhdəliyinə götürməklə 50.000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh borcunun 25000-30000 manat olduğunu bildirməsinə baxmayaraq həmin məbləğin daha da artıq ola biləcəyini düşünərək onunla 50000 manatlıq kredit müqav iləsi bağlanmışdır. Audit yoxlaması zamanı məlum olmuşdur ki, Cavabdeh hesabında olan çatışmamazlıq və mənimsədiyi pul 326.606,20 manatdır.” Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti ilə əlaqədar heç bir maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 442-ci maddəsinə əs asən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündə Cavabdeh hesabında olan çatışmamazlığın 326.606,20 manat olduğu müəyyən edilmişdir. 14 yanvar 2017-ci il tarixli borc müqaviləsi də bilavasitə bu çatışmamazlıqla bağlı bağlanmışdır. Həmin ümumi məbləğ qeyd edlilən 50.000 manatı da tam əhatə etmişdir və cəmi 326.606,20 manat məbləğində «xxxx» MMC-nin pul vəsaitini mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işinə məhkəmədə baxı lan zaman həmin məbləğdə maddi ziyan tam ödənilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işə əlavə olunmuş notariat orqanında təsdiq edilmiş 14.01.2017-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı 14.07.2017-ci tarixdə qaytarmaq şərti ilə Cavabdeh 50.000 manat məbləğində borc verilmişdir. Cavabdeh 50.000 manatı notariat kontorundan kənarda qəbul etdiyi barədə müqavilədə qeyd aparmışdır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun iddiaçı ilə borc müqaviləsi bağlamasına səbəb onun işlədiyi şirkətdə 53-54 min manat məbləğində borclu olması olmuşdur. O faktiki olaraq İddiaçı pul almamışdır. Ona görə kredit müqaviləsinin etibarsız h esab edilməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi rədd etmiş, apelyasiya instansiyası məhkəməsi də qətnaməni həmin hissədə qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin işlə bağlı araşdırma aparılarkən müəyyən edilməli olan hal, kredit müqaviləsində nəzərdə tutulmuş 50.000 manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilib ödənilməməsinin aşkara çıxarılmasından ibarət olmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi bu sahədə araşdırma aparmamış məhkəmə iclasında tərəflərin nümayəndələrinə müvafiq suallarla belə müraciət etməmişdir. Əslində tərəflər arasında kredit müqaviləsinin olması nəzərə alınmaqla həmin 50.000 manat pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh əvəzinə borclu olduğu «xxxx » MMC-yə ödənilməsi və yaxud həmin müqavilənin mövcudluğu nəzərə alınmaqla pul məbləğinin gələcəkdə ödənilməsi nəzərə alınmaqla Cavabdeh Şirkətə borcunun olmaması barədə məktubun Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi və sair istisna olunmur. Hər halda tərəflər arasında borcun etirafı ilə bağlı müqavilə mövcud olduğu halda bu cür araşdırmanın zəruriliyi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar