Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1184/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(104)2552/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 15 avqust 2014-cü il tarixli, 408 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. 2. 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 və X2 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər.
3. Cavabdeh2 18 aprel 2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, cavabdehlərdən 3888,35 manat əsas, 3567,12 manat faiz, 1876,85 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949,32 manat faiz məbləği olmaqla, cəmi 10281,64 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 121 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.
6. Birinci instansiya məhkəməsində keçirilmiş mə hkəmə-mühasibatlıq ekspertizasının 18 may 2023-cü il tarixli rəyinə əsasən 15 avqust 2014-cü il tarixli, 408 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 avqust 2017-ci il tarixə “Zaminbank ASC-yə olan əsas kredit borcunun 3888,52 manat, faiz borcunun 1289,40 manat, ümumi borcun 5177,92 manat olması müəyyən edilmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2(021)-179/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 3888,35 manat əsas, 1289,40 manat faiz, 176,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 949,32 manat faiz məbləği olmaqla, cəmi 630 3,92 manat kredit borcunun və ödənilmiş 74,17 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun 46,83 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 borcunun olması müəyyən edilmiş, lakin bu borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən tələb kredit borcuna münasibətdə təmin edilməlidir. Dəbbə puluna münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə olaraq 176,85 manat iddiaçının xeyrinə tutulmalıdır.
9. Borcun əsas borcludan başqa cavabdehdən tələb edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə öhdəliyin icrasının 15 avqust 2017-ci il tarixdə başa çatmasını nəzərə alaraq iddiaçı zaminə qarşı tələb etmək hüququndan 15 avqust 2018-ci il tarixədək istifadə edə bilərdi. Lakin iddiaçı bu hüququndan və tələb etmək hüququ üzrə prosessual müddətdən səmərəli istifadə etmədiyinə görə iddia tələbi zamin X1 münasibətdə təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 462.1, 465.2, 467, 470.1, 470.2, 472.2, 477, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi 15 avqust 2014-cü il tarixdə 3 il müddətinə bağlanmış və 15 avqust 2017-ci il tarixdə müqavilənin müddəti başa çatmışdır. Bank 2020-ci il tarixdə məhkəməyə müraciət etsə də, iş baxılmamış saxlanılmış, sonradan isə iş materiallarından da göründüyü kimi iddia tələbi 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən, iddia müddə tinin tətbiq edilməsinə dair ərizə verə bilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(104)-2552/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)179/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 08 avqust 2023-cü ilə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, həmin məh kəmə bildirişi cavabdehə 01 avqust 2023-cü ildə şəxsən təqdim edilmiş, Cavabdeh1 03 avqust 2023-cü ildə birinci instansiya məhkəməsinə yazılı vəsatət göndərərək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, lakin heç bir üzrlü səbəblər olmadan, məhkəməyə gəlməmiş və birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxıb nəticə vermişdir. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir ki, bu halda, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsası nda tətbiq edilir, bu halda cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsi apellyasiya mərhələsində qəbul edilə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.1, 375.2, 385.1, 386.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 185.5, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(104)-2552/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mü lki Məcəllənin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh işə apellyasiya məhkəməsində baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, iş üzrə araşdırma aparmadan borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməmiş, tələb üzrə iddia müddətinin ötürülməsi nəzərə alınmamışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabd ehin kassasiya şikayəti yalnız cavabdehin formal mülahizələrinə əsaslanır. Onun istinad etdiyi halların sübutu iş materiallarında mövcud deyildir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prose ssual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şam il edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdi rilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin t ələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyini icra etməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını göstərsə də, iş materiallarına görə, ona apellyasiya məhkəməsi tərəfindən məhkəmə bildirişi həm poçt vasitəsi ilə, həm də, “Elektron Məhkəmə” İnfo rmasıya Sistemindən SMSlə göndərilmiş, o, məhkəməyə ərizə verərək, səhhətində olan problemlə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini qeyd etməklə, işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
28. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsinə dair dəlil üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin bununla bağlı apellyasiya məhkəməsindən nə apellyasiya şikayətində, nə də ki, ayrıca əsaslandırılmış vəsatətlə xahişi olmamışdır.
29. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının k eçirilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək müvafiq ekspertiza keçirilmişdir (bənd 5). Birinci instansiya məhkəməsi cavabdehdən əsas və faiz borcunu məhz ekspert rəyinə uyğun müəyyən etmişdir.
30. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası izah edi r ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
32. Odur ki, borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən edilməklə, məhkəmələr Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişlər.
33. Nəhayət, iddiaçı tərəfindən hazırki iddia verilərkən iddia müddəti ötürülsə də, cavabdeh birinci instansiya məhkəməsindəki icraat barəsində məlumatlı olmaqla, həmin məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə vermədiyindən, bununla bağlı müraciətini yalnız apellyasiya şikayətində ifadə e tdiyindən apellyasiya məhkəməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir.
34. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan im tina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi il ə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquq larının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
35. Beləliklə, məhk əmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2 (104)-2552/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.