Məhkəmə qərarları › İş №2(102)-1185/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1185/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1185/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı QSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xi tam verilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, kredit müqaviləsi üzrə zaminin məsuliyyəti, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdehin) vəkili Nümayəndə3, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və üçüncü şəxs X1 vəkili xxxnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)15 14/2020 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 03 dekabr 2009-cu il tarixli, 15L000000959 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 31 iyul 2014-cü il tarixli Sazişlə həmin müqavilədən dəyişikliklər edilərək, kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ dolları müəyyən olunmuşdur. Kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh1 03 dekabr 2009-cu il tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 1ndə 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış sahədən ibarət 8A nömr əli fərdi yaşayış evini İddiaçı QSC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. 31 iyul 2014-cü il tarixli Sazişlə ipoteka müqaviləsində kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərə uyğun dəyişikliklər edilmişdir. Cavabdeh1 və xxx 23 sentyabr 1991-ci il tаrixdə rəsmi nikaha daxil olmuş və sonuncu 03 dekabr 2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh1 məxsus olan ünvan 1ndə yerləşən 8A №-li fərdi yaşayış evinin İddiaçı QSC-yə və ya onun hər hansı bir fililalına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduğunu bildirmiş, ipoteka qoyulmuş evə tutma yönəldikdə və satıldıqda evi qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Həmçinin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh2 arasında bağla nmış 22 dekabr 2009-cu tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 07 avqust 2014-cü il tarixli Sazişlə zaminlik müqaviləsində kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərə uyğun dəyişikliklər edilmişdir. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 07 avqust 2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 aprel 2015-ci il tarixli Sazişlə 07 avqust 2014-cü il tarixli kredit razılaşmasına dəyişiklik edilmiş, kreditin tam qaytarılma müddəti 07 mart 2019-cu ilədək uzadılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmı ş 06 fevral 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla 31800 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 aprel 2015-ci il tarixli Sazişlə 06 fevral 2015-ci il tarixli kredit razılaşmasına dəyişiklik edilmiş, kreditin tam qaytarılma müddəti 06 mart 2019-cu ilədək uzadılmışdır. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh1 07 avqust 2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşması üzrə 03 fevral 2017-ci il tarixə banka olan əsas borcu 13913,03 ABŞ dolları, faiz borcu 3441,15 ABŞ dolları, cərimə borcu 5458,83 ABŞ dolları; 06 fevral 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə əsas borcu 27856,99 ABŞ dolları, faiz borcu 6850,19 ABŞ dol ları, cərimə borcu 10964 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 oktyabr 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, kredit razılaşmaları və həmin razılaşmalara və ödəniş planlarında dəyişiklik edilməsi haqqında sazişlərdə qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh1 07 avqust 2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə əsas borc üzrə 13913,03 ABŞ dolları, faiz borcu üzrə 3441,15 ABŞ dolları, 06 fevral 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə - əsas borc üzrə 27856,99 ABŞ dolları, faiz borcu üzrə 6850,19 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 27 iyun 2018-ci il tarixli hesabatına əsasə n ünvan 1ndə istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133,6 kv.m yaşayış sahədən ibarət 8A nömrəli fərdi yaşayış evinin bazar qiyməti 60000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15R000005763 saylı kredit razılaşması üzrə 13913,03 ABŞ dolları məbləğində kredit borcu, 3441,15 ABŞ dolları məbləğində faiz borcu və 5458,83 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22813.01 ABŞ dollarının; 015R********** saylı kredit razılaşması üzrə 27856,99 ABŞ dolları kredit borcu, 6850,19 ABŞ dolları məbləğində faiz borcu və 10964 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 45671,18 ABŞ dollarının; iki müqavilə üzrə cəmi 68484,19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin ünvan 1ndə yerləşən, Cavabdeh1 mülkiyyətindəki 8A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 68484,19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmətinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabina İ ddiaçı QSC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; ünvan 1ndə yerləşən Cavabdeh1 mülkiyyətindəki 8 A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 tərəfindən kredit xətti və kredit razılaşmalarından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə onun arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli 15S000001394 saylı zaminlik müq aviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısında öhdəliklərinin təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsi əsasında bank qarşısında öhdəlik götürmüşdür. Cavabdeh1 İddiaçı QSC-nin “xxx” filialından bir neçə halda kredit götürdüyündən, zaminin öhdəliyi bunlardan bəzilərinə şamil olunmalı idi. İddiaçı QSC-nin “xxx” filialı tərəfindən Cavabdeh1 03 dekabr 2009-cu il tarixli kredit xətti müqaviləsi əsasında müxtəlif vaxtlarda rəsmiləşdirilmiş kredit razılaşmalarına uyğun olaraq müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci bəndində bu müqavilənin Bankın kredit vermək vədini ifadə etmədiyi, bu müqavilə ilə kredit xətti açıldığı, sonrakı mərhələlərdə bu kredit xətti çərçivəsində veriləcək hər bir kredit məbləği üçün ayrıca kredit razılaşmasının bağlanacağı bildirilir. Sözügedən kredit xətti müqaviləsində bütün şərtlər müfəssəl göstərilmədiyindən, (məsələn kreditə görə hesablanacaq faizin məbləği dəqiq göstərilməmişdir) o, hesab etmişdir ki, Cavabdeh1 ilə bank arasında ayrıca kredit razılaşması bağlandıqda onunla da həmin razılaşma üzrə zaminlik müqaviləsi bağlanacaq, ən azından onun razılığı alınacaqdır. Lakin, sonradan müxtəlif tarixlərdə onun iştirakı olmadan, ona məlumat verilmədən zamin durduğu kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmalarının və ödəniş planlarının şərtləri dəyişdirilmişdir. Son dəyişiklik 2015-ci ilin aprel ayında kreditlərin restruktruzasiya zamanı onun iştira kı olmadan aparılmışdır. Onun isə yalnız kredit xətti müqaviləsinə dəyişiklik və əlavələrdən xəbəri olmuşdur. Kredit sazişinin dəyişdirilməsi isə kredit müddətinin uzanması səbəbindən onun məsuliyyətinin artmasına və faiz ödənişlərinin cəmi məbləğinin artması səbəbindən onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı QSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsnin 1.1-ci bəndinin yeni redaksiyada verilmə si barədə İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, ünvan 1ndə yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, X3 və Cavabdeh1 birgə nikahda olmaqla ər-arvaddırlar. İddiaçı QSC-nin “xxx” filialı ilə Cavabdeh1 arasında 03 dekabr 2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi bağlanarkən X3 ümumi birgə mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 8A saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və bu məqsədlə 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqavilə si bağlanan zaman notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. O, ərizəsində gələcəkdə kredit müqaviləsinin şərtlərinin dəyişdirilərək daha artıq məbləğdə kredit öhdəliklərinin yaranması zamanı sözügedən evin ipoteka ilə yüklü edilməsinə qabaqcadan razılıq verməsini göstərməmişdir. X1 razılığı alınarkən, ona razılığın yalnız müqavilədə göstərilən kredit məbləğinin 30000 ABŞ dolları ilə məhdudlaşdığı barədə izah edilmişdir. Bundan başqa, razılıq ərizəsində X3 evin yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə ev ipoteka ilə yüklü edilərsə, yerləşdiyi torpaqla birlikdə ipotekaya qoyulmalıdır. İlkin iddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra X2 məlum olmuşdur ki, 03 dekabr 2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə 31 iyul 2014-cü il tarixdə 959 saylı “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə dəyişiklik edilərək, sazişin 1-ci bəndi ilə müqavilənin 1.1-ci bəndini yeni redaksiyada təsdiq edərək kredit xəttinin müddətini 175 ay müddətinə (əvvəl 120 ay olmuşdur), məbləğini isə 500000 ABŞ dolları (əvvəl 30000 ABŞ dolları olmuşdur) müəyyən etmişlər. Tərəflər 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin də 1.1-ci bəndini “ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 31 iyul 2014-cü il tarixli, 191 saylı sazişlə yeni redaksiyada təsdiq etmişlər. Nəticədə ipoteka müqaviləsinin sazişlə yeni redaksiyada verilmiş 1.1-ci bəndinə görə ümumi birgə mülkiyyət hüququ ilə həm də X2 məxsus olan ünvan 1ndə yerləşən 8A saylı fərdi yaşayış evinin onun razılığı olmadan bu dəfə 500000 ABŞ dolları məbləğində kredit xəttinin təminatı üsulu kimi yüklü edilmişdir. Bu zaman X1 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Cavabdeh1 07 avqust 2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması ilə 18800 ABŞ dolları, 06 fevral 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması ilə 31800 ABŞ dolları, cəmi 50600 ABŞ dolları məbləğində kredit verilmiş, bununla da, onun evin ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi zamanı müəyyənləşdirilən 30000 ABŞ dolları məbləğindən çoxdur. Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(035)-797/2019 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 15R00000576 3 saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 13913,03 ABŞ dolları, faizə görə 3441,15 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları, cəmi 17854,18 ABŞ dollarının; 015R********** saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 27856,99 ABŞ dolları, faizə görə 6850,19 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları, cəmi 35707,18 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödən ilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, ünvan 1ndə yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə yaranan kredit öhdəliyinə tam əməl etmədiyi üçün o, ilkin iddiaçı qarşısında mülki məsuliyyət daşımalı və ilkin iddia üzrə əsas borc, faiz borcu və xərclərə dair hissədə əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə borcunu azaltmışdır. Həmin məhkəmə qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi üçün gətirdiyi dəlillərlə, yəni sonradan manatın devalvasiyaya məruz qalması, zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi barədə dəlillərlə razılaşmasa da, qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi barədə iddiasını Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinin mənası və “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 269.11 və 307.4-cü mаddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında və “Banklar haqqında” Azərbаycаn Respublikаsı Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci mаddələrinin əlaqə li şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarlarında müəyyən edilmiş hüquqi mövqeyi baxımında qiymətləndirərək hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı ilə yalnız kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsində faiz dərəcəsi bilavasitə göstərilməmişdir. Kredit üzrə faiz dərəcəsi əsas borcalanla bağlanmış kredit razılaşmasında (müqaviləsində) müəyyən edilmişdir ki, həmin kredit razılaşması (müqaviləsi) üzrə qarşılıqlı iddiaçının zaminliyi barədə hər hansı bir müqavilə imzalanmamış və onun faiz dərəcəsi barədə bilavasitə razılığı alınmamışdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konistitusiy a Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarlarındakı hüquqi mövqeyi əsas götürərək hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməlidir. Üçüncü şəxs X1 iddiasına hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, bankla borcalan arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə aralarında fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanərkən üçüncü şəxsin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınsa da, sonradan ipoteka müqaviləsinə dəyişiklik edilərək həm kreditin məbləği, həm də kreditin müddəti artırılakən sonuncunun razılıq ərizəsi alınmamışdır. Nəticədə borcalanla bərabər həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin mülkiyyətində olan ev sonuncunun razılığı olmadan ar tırılmış öhdəliyə görə mülki məsuliyyət riski qarşısında qalmış və məhkəmə kollegiyası bunu mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə həmin mövqeyini həmçinin “Banklar haqqında” Azərbaycan Respublikasınını Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarının 2-ci bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tаrixli, 2(035)-797/2019 nömrəli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbi üzr ə - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə ilkin İddiaçı QSC arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs X1 iddiası üzrə - ilkin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, ünvan 1ndə yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması hissəsində, həmçinin ilk iddia tələbinin təmin edilməyən h issəsində ləğv edərək qarşılıqlı iddia tələbi və iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsi, ilk iddia tələbinin təmin edilməmiş hissələrinin də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tаrixli, 2(035)-797/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, kredit xətti müqaviləsi çərçivəsində bağlanmış hər iki kredit razılaşması üzrə ödəniş planını zamin Cavabdeh2 müqavilələr bağlandığı tarixlərdə imzalamış və kreditin məbləği, m üddəti və aylıq faiz dərəcəsi barədə məlumatlı olmuş, hər iki razılaşma üzrə “ödəniş planı ilə tanış oldum və razıyam” qeydini etmişdir. Kredit razılaşmalarıqa və ödəniş planlarına dəyişikliklər edilsə də, faiz dəcərəsi dəyişdirilməmiş və zaminin məsuliyyətinin artmasına səbəb olan hal baş verməmişdir. Bundan başqa Cavabdeh1 və İddiaçı QSC arasında 03 dekabr 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanılarkən X3 birgə mülkiyyətlərində olan evin ipoteka qoyulmasına notarial qaydada təsdiq olunmuş razılıq vermişdir. Razılıq ərizəsindən görünür ki, iddia ərizəsində qeyd edilən və məhkəmənin də əsas götürdüyü 30000 ABŞ dolları məbləği həddində kreditin verilməsi barədə məhdudlaşdırıcı şərt razılıq ərizəsində qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, xxxnın razılığı sadəcə 30000 ABŞ d olları həddində olmamışdır. O, ümumiyyətlə, evin hər hansı məbləğin təminatı olaraq ipoteka qoyulmasına etiraz etməmişdir. Ümumiyyətlə, iddia predmeti barəsində müstəqil iddia tələbi sürən üçüncü şəxsin iddiasının məqsədi ipoteka predmetinin kreditin təminatı altından çıxarılmasına və hüquqlardan sui-istifadəyə yönəlmiş hal kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh) İddiaçı QSC-nin vəkili Nümayəndə3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı idd ia üzrə iddiaçı) Cavabdeh2 və üçüncü şəxs X1 vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1, habelə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya b axışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya baxışının hədlərini qətnamənin iddianın zaminə münasibətdə, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının şikayəti təmin edilmədiyindən və iddiaçının kassasiya şikayətinin dəlilləri də məhz həmin məsələləri əhatə etdiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsas ən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin raz ılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu za man bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq o laraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönə ldilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəs i barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 201 9-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləs inin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlil lərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxsin iddiasının təmin edilməsi və müvafiq olaraq ilkin iddianın tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində maddi hüquq normalarını düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə həmin hissələrdə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normaları pozulduğundan qətnamə qeyd olunan hissələrdə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qarşılıqlı iddianın tə min olunmasına dair işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyinə hüquqi qiymət verərək qeyd edir ki, zamin Cavabdeh2 07 avqust 2014-cü və 06 fevral 2015-ci il tarixli kredit razılaşmaları üzrə tərtib olunmuş ödəniş planları ilə tanış edilsə də, həmin razılaşmalara və ödəniş planlarına dəyişikliklər edilməsinə dair 06 aprel 2015-ci il tarixli sazişlər barədə məlumatlandırılmamışdır. Halbuki, həmin sazişlərlə kredit müqavilələri üzrə faiz dərəcələri dəyişdirilməsə də, borcun qaytarılmasının son tarixləri və müvafiq olaraq ödənilməli olan ümumi məbləğ artmışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-c u il tarixli qərarlarına istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, zaminin öhdəliklərinə xitam verilməlidir. Üçüncü şəxsin iddiası ilə bağlı isə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə maddi hüquq normaları pozulmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi və sonuncunun mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edib, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 19 1 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab etsələr də, bunun maddi hüquqi əsasını təsbit edən Mülki Məcəllənin XİV Fəslində göstərilən hər hansı normanı müəyyən etməmiş və istinad etməmişlər. Məhkəmələr yalnız ipoteka predmetinin Cavabdeh1 ilə yanaşı X1 birgə mülkiyyətlərində olmasına istinad etmiş, ipoteka müqaviləsinə dəyişikliklər edilərkən və sonradan konkret kredit məbləğləri alınarkən sonuncunun razılığının alınmamasını göstərmişlər. Halbuki iş materiallarından müəyyən olunur ki, ipoteka predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış, ipoteka müqaviləsi, sonrakı saziş və razılaşmalar bankla əmlakın titul mülkiyyətçisi arasında bağlanılmış, müqavilə bağlanılarkən ipotekaqoyanın həyat yoldaşı kimi X1 notarial razılığı a lınmış və həmin razılıq kreditin həddi, müddəti və faiz dərəcəsi ilə məhdudlaşdırılmamışdır. Məhkəmələr hazırki mübahisəni həll edən zaman tərəflərin hüquq və vəzifələrini icra edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərinə uyğun vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edib-etməmələrinə hüquqi qiymət verməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına da istinadları əsassız olmuşdur. Belə ki, həmin qərarda kredit müqaviləsinin zəruri şərtləri barəsində ipoteka qoyanın razılığının alınmasının zəruriliyi göstərilmişdir. Məhkəmələr nəzərə almamışlar ki, hazırki işdə isə ipotekaqoyan əmlakın titul mülkiyyətçisi olan Cavabdeh1dur. O eyni za manda kreditalandır. X3 isə ipoteka müqaviləsinin tərəfi - ipotekaqoyan deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, işə ləğv olunmuş hissələrdə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və ob yektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi qismən, yəni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsi, h abelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi və İddiaçı QSC-nin ilkin iddiasının kredit müqaviləsi üzrə borcun zamindən tutulmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar