Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1187/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1187/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Heydərov Mərdan Xudayar qızının iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)99/2017 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddia tələbi qismən təmin edilərək, 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas borc, 12.422 manat faiz borcu, 1.000 manat cərimə borcun, cəmi 313.422 manat məbləğində pulun cavabdeh x2 alınaraq iddiaçı x1-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh x3 mülkiyyətində olan ünvan 1 istifadədə olan 0,29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi, 100.16 kv.ıu yaşayış sahəsindən ibarət 4 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 340.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə edilən vəsaitdən cəmi 313.422 manat məbləğində pulun x1-yə ödənilsin, qalan məbləğ x3 verilməsi, mənzilin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdeh x2 alınaraq iddiaçı x1-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdeh x3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə x3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2017-ci il tarixli, 2(103)-6809/2017 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 06 iyun 2018-ci il tarixli, 2(102)4667/2018 saylı qərarı ilə (hakimlər: V.İbayev, A.Kalbalıyev və Ə.Əl iyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2017-ci il tarixli, 2(103)-6809/2017 saylı qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9265/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Vəliyev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9265/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni aapellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k x2 x1-nin xeyrinə 2014cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə 300.000,00 manat əsas borc, 20.922,00 manat faiz borcu və 28.654,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 349.576,77 manat məbləğində borcun, 30,00 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 23 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 125,00 manat gündəlik faiz və 125,00 manat gündəlik cərimə borcunun hesablanaraq ödənilməsi; tutmanın x3 məxsus olan ünvan 1 yerləşən, 4 otaqlı, 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahədən ibarət 25İA nömrəli evin, 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun ünvan 1 yerləşən, 4 otaqlı, 478,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahədən ibarət 251A nömrəli evin, 3 nömrəli mənzilin hərracda sat ışından əldə olunan vəsait hesabına x1-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; x3 məxsus olan ünvan 1 yerləşən, 4 otaqlı, 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahəsindən ibarət 251A nömrəli evin 3 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 (bir) ay sonra x3 ünvan 1 yerləşən, 4 otaqlı, 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahəsindən ibarət 251A nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab ediməsi; x3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9265/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni aapellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Heydərov Mərdan Xudayar qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 15.12.2014-cü il tarixli, 96/0-AZN nömrəli kredit müqaviləsindən görünür ki, x1nin «Əməliyyat İdarəsi» filiali tərəfindən x2na 12 ay müddətinə illik 15% dərəcəsi ilə 100.000,00 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan x1-nin «Əməliyyat İdarəsi» filialı ilə ipoteka verən x3 və borcalan x2 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, SİP2 96/0-AZN saylı ipoteka müqaviləsindən görünür ki, x1nin «Əməliyyat İdarəsi» filialı ilə x2 arasında bağlanmış 15.12.2014-cü il tarixli, 96/0-AZN nömrəli kredit müqaviləsinin təminatı olaraq x3 məxsus ünvan 1 istifadədə olan 0,29574 ha torpaq sahəsində yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 3 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən daşınmaz əmlak 340.000,00 manat qiymətləndirilmişdir. İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, x2 15.12.2014-cü il tarixdə x1dən 300.000,00 manat məbləğində vəsait götürmüşdür. İşdə olan 23.02.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu x2 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23 fevral 2016-cı il tarixinə əsas borcu 300.000,00 manat, faiz borcu 20. 922,00 manat, dəbbə borcu 28.654,77 manat, cəmi 349.576,77 manat təşkil edir. İşdə olan 02.03.2016-cı il tarixli, 05PRK/3035 nömrəli bildirişdən və 09.03.2016-cı il tarixli, 05-PRK/3425 nömrəli ərizədən görünür ki, x2 və x3 banka olan borcunun ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə x1 tərəfindən xəbərdar olunmuş, həmin bildiriş 09.03.2016-cı il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İşdə olan 06.01.2016-cı il tarixli və 14.01.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, x2 və x3 banka olan borcunun ödənilməsi barədə xəbərdar olunmuşlar. İşə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH saylı, ******* JST №-li çıxarışın surətindən görünür ki, ünvan 1 istifadədə olan 0,29574 ha torpaq sahəsində yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 3 nömrəli mənzil 19.03.2008-ci il tarixdə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində tam mülkiyyət hüququ ilə 677 nömrəli reyestr kitabının, 63892 nömrəli vərəqində x3 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, x3 məxsus ünvan 1 istifadədə olan 0,29574 ha torpaq sahəsində yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində 2-ci mə rtəbəsində 178,18 kv.m ümumi, 100,16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 3 nömrəli mənzil x1 tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 677 nömrəli reyestr kitabının, 63892 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 18.12.2014-cü il, qeydiyyat nömrəsi ******* 808dir. İşdə olan x4-nin 30 dekabr 2016-cı il tarixli, BEM/D 182-884/16 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 30 dekabr 2016-cı il tarixə olan bazar dəyəri 130.000,00 manat təşkil edir. İş və xidmətlərin (ekspertiza) dəyəri x4-nin tarif cədvəlinə uyğun olaraq 150,00 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2016-cı il tarixli, 15386 nömrəli ekspert rəyindən görünür ki, rəyin tətqiqatı hissəsində gö stərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 15 dekabr 2014-cü il tarixli, 96/0-AZN saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 15.12.2015-ci il tarixə banka olan borcu 312.422,00 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 300.000,00 manat, faiz borcu üzrə 12.422,00 manat təşkil edir. Bank tərəfindən 15 dekabr 2014-cü il tarixli, 96/0-AZN saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 50,00 manat təşkil edir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, x1 tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət q eydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidm ətlər göstərməli yə i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirə rkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla v ə ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yeri nə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilmə si üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1187/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1187/2019
14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver