Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1187/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-1937/2017, hakim K.B.Əsədov) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, xx.x x.2014-cü il tarixli kredit müqaviləsi üzrə 86.477 ABŞ dolları məbləğində kredit borcu, 12.282 ABŞ məbləğində faiz borcu, 3.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 101.759 ABŞ dollarının məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına ödənilməsi, ipoteka predmeti olan əmlakın satıldıqdan sonra əldə edilmiş vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma mənzilə yönəldikdən və satıldıqdan sonra mənzilin boşaldılması qət edi lmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iilə (iş № 2(004)-8265/2018, hakim X.B.Məhərrəmova) Cavabdeh1 İddiaçı-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1148/2019, hakimlər X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 məxsus ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 145.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər his sələrdə dəyişdirilmədən saxlanılmış, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib İddiaçı-nin iddiasının rədd, onun iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi əsasında bağlanmış xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5% olmaqla, 36 ay müddətinə 110.000 ABŞ dolları məbləğində kredit verilmişdi r. Həmin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi RayonMəhkəməsinə müraciət etmişdir. xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh1 İddiaçı-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal RayonMəhkəməsinə müraciət etmişdir. İş üzrə yuxar ıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, kredit müqaviləsi üzrə götürülmüş borcun təyinatı üzrə istifadə edilməməsi, buna görə də ona məxsus mənzilin girovdan azad edilməli olması, həmçinin dəbbə pulunun məbləği müəyyən edilərkən onun mənafeyi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edi r ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 kredit müqaviləsi üzrə icra etməli olduğu ödənişləri həyata keçirmədiyinə, bununla da üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyinə istinad edərək həmin müqavilə üzrə əsas borc, faiz borcu və dəbbə pulunun sonuncudan və zaminlərdən onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və banka təhvil verilməsi tələblərini irəli sürmüşdür. Cavabdeh1 isə onunla İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit məbləği biznes mahiyyəti daşıdığı üçün girov təminatı qismində sahibkar subyektinin ticarət obyekti dövriyyə vəsaitləri, qiymətli kağızları tıəminatın növü kimi çıxış etməlidir, həmçinin bank tərəfindən tərtib edilmiş ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti real bazar qiymətindən xeyli aşağı göstərilmişdir. “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsi ilə ipotekaya xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Apellyasiya məhkəməsi Cavabdeh1 iddiasına münasibətdə hesab etmişdir ki, onun xx xxxxxxxx 2012-ci il kredit xətti müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq bağlanmış həmin tarixli ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas yoxdur. Yuxarıda qeyd ediliyi kimi, İddiaçı-niniddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun borclu və zaminlər dən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra boşaldılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxt da ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borc (kredit) müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqavilələlərində göstərilmiş məbləğlərdə kredit vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 İddiaçı-yə 86.477 ABŞ dolları məbləğində əsas, 12.574 AB Ş dolları məbləğində faiz borcu yarandığı müəyyən edilmişdir. İddiaçı əsas borc və faiz borcu ilə bərabər 28.898 ABŞ dolları cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı tərəfindən tələb edilən 28.898 ABŞ dolları dəbbə pulunu tənasübsüz yüksək hesab edərək 3.000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədi kdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi i lə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. İpoteka müqaviləsində ipoteka predmeti olan mənzilin bazar dəyəri tərəflərin razılığı ilə 79.500 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş üzrə alınmış xx xxxxx 2018-ci il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın real bazar dəyəri 145.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1187/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1187/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver