Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1187/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(107)1954/2021 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6654 manat məbləğdə əsas kredit borcu və 5774 manat məbləğdə faiz borcu olmaqla, cəmi 12428 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(051)-4757/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 əmrə etiraz verdiyindən Məhkəmənin 05 aprel 2018-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, iş iddia icraatına keçirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətnaməsi ilə iddianın tələbi qismən təmin edilməsi, İddiaçı ASC il ə Cavabdeh1 arasında bağlanmış 30 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6640,59 manat məbləğdə əsas kredit borcu, 4010,92 manat məbləğdə faiz borcu olmaqla, cəmi 10651,51 manat məbləğdə borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub İddiaçı ASC-yə verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun cavabdehlərdən alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(107)-1954/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələb i qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6640,59 manat məbləğdə əsas kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(107)-1954/2021 nömrəli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə faiz borcunun tutulmaması hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəmə si tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tələbində cavabdehlərdən 6654 manat məbləğdə əsas kredit borcunun və 5774 manat məbləğdə faiz borcunun tutulmasını tələb etsə də, iddia birinci instansiya məhkəməsi tərəfindən faiz borcu hissəsində qismən təmin edilərək, faiz borcu 4010,92 manat məbləğdə müəyyən edilmişdir. İddiaçı birinci instansiy a məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia faiz borcu hissəsində tam rədd edildiyindən və qətnamə həmin hissədə kassasiya qaydasında mübahisələndirildiyindən hazırki kassasiya şikayəti ilə mübahisələndirilən məbləği 4010,92 manat təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şi kayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 19 oktyabr 2021-ci il tarixli, 2(107)-1954/2021 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1187/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1187/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver