Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1188/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İş № 2(102)-1188/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(103)-9839/2018 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə bax araq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 07.05.2018-ci il tarixli 2(005)-119/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-nə (hazırda MMC) qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-dən (hazırda Cavabdeh5 MMC) müştərək qaydada 12.02.2016-cı il tarixli, ********* saylı kommersiya krediti müqaviləsi üzrə 844163.90 ABŞ dolları məbləğində əsas borcun, 24557.90 ABŞ dolları məbləğində faiz borcunun, 10000 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 878721.80 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsm i məzənnə ilə manatla və 12.02.2016-cı il tarixli, ********* saylı kommersiya krediti müqaviləsi üzrə 70820 manat məbləğində əsas borcun, 2949.74 manat məbləğində faiz borcunun, 4000 manat məbləğində cərimə borcunun, ümumilikdə 77769.74 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və cəmi 180 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun “xxxx” ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evinə (mənzilin ilkin satış qiyməti 470000 manat müəyyən edilsin), Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 19 saylı fərdi yaşayış evinə (evin ilkin satış qiyməti 200000 manat məbləğində müəyyən edilsin), Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ********* ünvanında yerləşən 5 4 saylı, 29 saylı mənzilə (mənzilin ilkin satış qiyməti 72000 manat müəyyən edilsin), Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ************** ünvanında yerləşən ***** saylı, 11 saylı mənzilə (mənzilin ilkin satış qiyməti 78000 manat müəyyən edilsin), Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 38C saylı qeyri-yaşayış binasına (binanın ilkin satış qiyməti 430000 manat müəyyən edilsin), Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, *************** ünvanında yerləşən yaşayış sahəsi, 3 saylı binanın arxa hissəsi 0.1 ha torpaq sahəsinə (torpaq sahəsinin ilkin satış qiyməti 400000 manat müəyyən edilsin) yönəldilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilə n məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər mənzildən və qeyri-yaşayış sahəsindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-dən (hazırda Cavabdeh5 MMC) müştərək qaydada dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 01.10.2018-ci il tarixli 2(103)-9839/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.05. 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-nə (hazırda MMC) qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh3 vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 KM-nin (hazırda Cavabdeh5 MMC) səlahiyyətli nümayəndəsi məhkəmə ic lasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxıZmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi vəkili Vəkil 20.06.2018ci il tarixdə tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə notarial qaydada təsdiq edilmiş 01.03.2019-cu il tarixli ərizə ünvanlayaraq, barışıq sazişi ilə razı olduğunu, qeyd edilənlərin onun iradısini ifadə etdiyini bildirərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə icla sında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir.. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, iddiaçı “xxxx” ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM (hazırda MMC) arasında bağlanmış 20.06.2018-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5, 262, 417.1.5-ci maddələrinin tələbinə əsasən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi vəkili Vəkil iddia tələbindən imtinası qəbul edilməli, iddiaçı “xxxx” ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM (hazırda MMC) arasında bağlanmış 20.06.2018-ciil tarixli barışıq sazişi təsdiq edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı “xxxx” ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 İmran oğl u və Cavabdeh5 KM-nin 2(102)-1188/2019 nömrəli mülki iş üzrə aralarında bağladıqları 20.06.2018-ci il tarixli barışıq sazişinə əsasən: Müqavilənin Predmeti:
1. Məhkəmənin icraatında olan iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 KM-nə və Cavabdeh2 İmran oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi və s” tələblərə dair mülki iş vardır. 2. “Bank” ilə “Borclu” arasında bağlanmış ********* saylı, 12.02.2016-cı il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu” və “Zamin”lərin 20 iyun 2018-ci il tarixinə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 844163.90 ABŞ dolları məbləğində əsas borc, 24557.90 ABŞ dolları məbləğində faiz borcu, 12051.50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 8 80773.80 (səkkiz yüz səksən min yeddi yüz yetmiş üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları məbləğində borc.
3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləği 880773.30 (səkkiz yüz səksən min yeddi yüz yetmiş üç ABŞ dolları otuz sent) ABŞ dolları, cərimələrin çıxılması şərtilə 868721.80 (səkkiz yüz altmış səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları səksən sent), 1ABŞ dolları=1.7010 AZN məzənnəsi ilə manata konvertasiya edilərək, 1477695.78 (bir milyon dörd yüz yetmiş yeddi min altı yüz doxsan beş manat yetmiş səkkiz qəpik) AZN məbləğində müəyyən olunur, bu məbləğ ə heç bir faiz və digər əlavə ödəniş hesablanmır və Borclular müştərək qaydada həmin məbləğ 50 ay ərzində hər ay üzrə 29553.92 (iyirmi doquz min beş yüz əlli üç manat doxsan iki qəpik) AZN-ə bölünmüş hissələrlə tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bir Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 1477695.78 (bir milyon dörd yüz yetmiş yeddi min altı yüz doxsan beş manat yetmiş səkkiz qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2.İpoteka predmetinin ilkin satış qiyməti 470000 (dörd yüz yetmiş min) manat müəyyən edilməklə, Bakı şəhəri, ************* küçəsində yerləşən ümumi sahəsi 426.9 kv.m olan 3 mərtəbəli 6 otaqlı 25 saylı fərdi yaşayış evi, ipoteka predmetinin ilkin satış qiyməti 430000 (dörd yüz otuz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, ***************** ünvanında yerləşən ümumi sahəsi 198.6 kv.m olan 1 mərtəbəli *****saylı qeyri-yaşayış binası, ipoteka predmetinin ilkin satış qiyməti 78000 (yetmiş səkkiz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, *************** küçəsi, ev ****-də yerləşən ümumi sahəsi 40.43 kv.m olan 2 otaqlı 11 saylı mənzil, ipoteka predmetinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri *********** yerləşən ümumi sahəsi 51.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, ipoteka predmetinin ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, *********, ev 54-də yerləşən 41.1 kv.m olan 2 otaqlı, 29 saylı mənzil, ipoteka predmetinin ilkin satış qiyməti 400000 (dörd yüz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, ****************** yerləşən 0.1 ha torpaq sahəsinə yönəldilir, əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3 İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd edilən Borclunun Banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4 İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ Borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar İcra haqqında Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə İcra haqqında qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.
3. Borclular bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcəkdir.
6. Bo rclular öz öhdəliklərini bu sazişə uyğun icra etrmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir. Yekun müddalar:
1. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların iradələrini əks etdirir.
2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.
5. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindi yi anda qüvvəyə minir. Bu Saziş qüvvəyə mindiyi anda məhkəmə işi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 261. 0.4, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-nin 2(102)-1188/2019 nömrəli mülki iş üzrə aralarında bağladıqları aşağıdakı məzmunlu 20.06.2018-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “Müqavilənin Predmeti:
1. Məhkəmənin icraatında olan iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 KM-nə və Cavabdeh2 İmran oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi və s” tələblərə dair mülki iş vardır. 2. “Bank” ilə “Borclu” arasında bağlanmış ********* saylı, 12.02.2016-cı il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu” və “Zamin”lərin 20 iyun 2018-ci il tarixinə Banka m üştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 844163.90 ABŞ dolları məbləğində əsas borc, 24557.90 ABŞ dolları məbləğində faiz borcu, 12051.50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 880773.80 (səkkiz yüz səksən min yeddi yüz yetmiş üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları məbləğində borc.
3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləği 880773.30 (səkkiz yüz səksən min yeddi yüz yetmiş üç ABŞ dolları otuz sent) ABŞ dolları, cərimələrin çıxılması şərtilə 868721.80 (səkkiz yüz altmış səkkiz min yeddi yüz iyirmi bir ABŞ dolları səksən s ent), 1ABŞ dolları=1.7010 AZN məzənnəsi ilə manata konvertasiya edilərək, 1477695.78 (bir milyon dörd yüz yetmiş yeddi min altı yüz doxsan beş manat yetmiş səkkiz qəpik) AZN məbləğində müəyyən olunur, bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır və Borclular müştərək qaydada həmin məbləğ 50 ay ərzində hər ay üzrə 29553.92 (iyirmi doquz min beş yüz əlli üç manat doxsan iki qəpik) AZN-ə bölünmüş hissələrlə tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bir Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmad an və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 1477695.78 (bir milyon dörd yüz yetmiş yeddi min altı yüz doxsan beş manat yetmiş səkkiz qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2.İpoteka predmetinin ilkin satış qiyməti 470000 (dörd yüz yetmiş min) manat müəyyən edilməklə, Bakı şəhəri, ***************** yerləşən ümumi sahəsi 426.9 kv.m olan 3 mərtəbəli 6 otaqlı 25 saylı fərdi yaşayış evi, ipoteka predmetinin ilkin satış qiyməti 430000 (dörd yüz otuz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, *************** ünvanında yerləşən ümumi sahəsi 198.6 kv.m olan 1 mərtəbəli ***** saylı qeyri-yaşayış binası, ipoteka predmetinin ilk in satış qiyməti 78000 (yetmiş səkkiz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, ************** yerləşən ümumi sahəsi 40.43 kv.m olan 2 otaqlı 11 saylı mənzil, ipoteka predmetinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri************** yerləşən ümumi sahəsi 51.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, ipoteka predmetinin ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, *********, ev 54-də yerləşən 41.1 kv.m olan 2 otaqlı, 29 saylı mənzil, ipoteka predmetinin ilkin satış qiyməti 400000 (dörd yüz min) manat müəyyən edilməklə, Borcluların borcu Bakı şəhəri, ****************** yerləşən 0.1 ha torpaq sahəsinə yönəldilir, əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşal dılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3 İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd edilən Borclunun Banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4 İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ Borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar İcra haqqında Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə İcra haqqında qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.
3. Borclular bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kred it müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcəkdir.
6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etrmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir. İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 KM-nə (hazırda MMC) qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(102)-1188/2019 nömrəli mülki iş üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(103)9 839/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova