Məhkəmə qərarları › İş №2(102)-1188/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1188/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1188/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Xqızının, iddaçı ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 və cavabdehin vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” QSC KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və idd iaçının vəkili Xqızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 saylı işi üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi ləğv prosesində olan "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin iddiası rədd edilməsi və həmin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh ləğv prosesində olan ‘xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borc öhdəliyinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündə azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh “xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 20 iyun 2008-ci il tarixli, ********** №-li kredit m üqaviləsi üzrə kredit borcu öhdəliyi ləğv edilməsi, Bakı şəhəri Ünvan saylı mənzili ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan “xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2019-cu il tarixli, 2(103)-11420/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.Ə.Əliyev) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) LPO “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)3527/2019 sayl ı mülki iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) LPO “xxxx” QSC iddia ərizəsi və ona əlavə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 830450.68 manat məbləğində əsas borc, 240879.57 manat məbləğində faiz borcu, 0.00 manat məbləğində cərimə borcu, 121453.02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1192783.27 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına; ipote ka predmetinin ilkin satış qiyməti 138740.0 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 4 açıq hərracdan satılmasına; Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh mənzili ən geci bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmalarına, həmin mənzilin boşaldılmasına dair tələb irəli sürmüşdür. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə müraciət edərək, ilk iddia tələbinin təmin olunmayaraq rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək onun 20.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ünvan 1 ünvanında yerlə şən 89 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilərək həmin mənzilin ipotekasının dövlət qeydiyyatının ləgv edilməsi və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC "xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondundan tutularaq ona ödənilməsi barədə tələb irəli sürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 saylı işi üzrə 03 iyun 2019-cu il tarixli qərardadı ilə Cavabdeh ləğv prosesində olan ‘xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borc öhdəliyinin ləğv edilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi “ipoteka müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə ak tları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” QSC KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və iddiaçının vəkili Xqızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, 19 fevral 2015-ci il tarixli müqavilə üzrə “xxxx” MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və həmin müqavilə üzrə qarşılıqlı iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, 19.02.2015-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “pul vəsaitini hissə-hissə 19.02.2018-ci il tarixinədək “kreditora” ödənilməsini öz öhdəsinə götürür (”xxxx” MMC”), ödəniş tam başa çatdığı təqdirdə isə kreditor qeyd edilən borcalanlara qarşı əlavə tələb irəli sürməməsini öz öhdəsinə götürür”. Qeyd edirlər ki, müqavilənin şərtləri açıq-aydın icra olunmamış hesab edilməlidir çünki, Bankın iddia tələbi hüququ həmin kredit müqaviləsi üzrə qalmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11420/2019 saylı 09 sentyabr 2019-cu saylı qətnaməsinin ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, yaxud həmin qətnaməni ləğv edib işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Xqızı və iddaçı Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X5 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X7 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11420/2019 saylı 09 sentyabr 2019-cu tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1; MM-in 269.1, 269.4, 269.5, 270.1, 309.1, 319.1ci 324.4, 324.5, 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 465, 467, 527.1, 560.1560.3, 739, 74 1, 743, 744-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən həm ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna, həm də 19.02.2015-ci il tarixdə müqavilənin 1.16-cı bəndinə əsasən müddət başa çatdığından Cavabdeh kredit borclarının ödənilməsindən azad olunması, mənzilin ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulduğuna görə ilkin iddia rədd edilməli, qarşılıqlı iddianın kredit borcu öhdəliyinin ləğv edilməsi hissəsi təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Bel ə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 700000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixli ********** saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin işin materiallarından görünür ki, 11 noyabr 2011-ci il tarixində Kredit müqaviləsinə imzalanmış1 saylı əlavə Sazişə görə kredit müqaviləsinin mətninə dəyişikliklər edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasında fəaliyyət göstərən prezidenti Cavabdeh” sözləri “Az ərbaycan respublikası vətəndaşı, ünvan 2 ünvanında yaşayan, 22.02.2008-ci il tarixində, Bakı-Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh” sözləri ilə əvəz olunmuşdur. Bununla yanaşı, 11 noyabr 2011-ci il tarixində Kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsi (N **********) imzalanmışdır ki, bu müqavilənin şərtlərinə əsasən Bankla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 20 iyun 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyi və kredit müqaviləsi üzrə ödəmələri Cavabdeh öz öhdəsinə götürür. Bankla Cavabdeh arasında bağlanmış 20 iyun 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsinə borcun restrukturizasiyası məqs ədi ilə imzalanmış 11 mart 2013-cü il tarixli 1 saylı Əlavə Sazişə görə cavabdehə verilmiş 700000 manat kreditə əlavə olaraq 607460.40 manat məbləğində kredit verilir, kreditin ödənilməli olduğu son tarix 01 mart 2016-cı il, kredit üzrə faiz 16% müəyyən edilir.Bankla Cavabdeh arasında bağlanmış 20 iyun 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsinə imzalanmış 15 mart 2013-cü il tarixli 2 saylı Əlavə Sazişə görə cavabdehə verilmiş 1304460.40 manat kreditə əlavə olaraq 100000 manat məbləğində kredit verilməsi qeyd edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış evi 20 iyun 2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İlk iddia tələblərinə əsasən 20 iyun 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi üzrə bütün hüquq və vəzifələr tam olaraq Cavabdeh keçsə də cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 18 yanvar 2019-cu il tarixinə Banka 830450.68 manat məbləğində əsas borc, 240879.57 manat məbləğində faiz borcu, 0.00 manat məbləğində cərimə borcu, 121453.02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1192783.27 manat məbləğində borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti müəyyən olunmuş və həmin müddət 19 fevral 2018-ci il tarixdə başa çatmışdır. Müqavilənin 1.16-cı bəndi onu nəzərdə tutur ki, 3 il müddətində ödənilmədikdə Cavabdeh və Cavabdeh2 oğlu kredit borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin Ünvan ipoteka yüklülüyndən azad olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmayaraq onun ədalətli məhəmə araşdırması hüququnu pozmuşdur. Apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh 19.02.2018-ci il tarixli müqavilə üzrə «xxxx» MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İş materiallarında olan 19.02.2018-ci il tarixli müqavilənin 1.2-ci bən dinə əsasən «Şirkət» bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələr üzrə yaranmış ümümi borcun ümumilikdə 7.130.556.51 AZN və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə 19.02.2018-ci il tarixinədək «Kreditor»a öz öhdəsinə götürür («xxxx» MMC) ödəniş tam başa çatdığı təqdirdə isə «Kreditor» qeyd edilən borcalanlara qarşı əlavə tələb irəli sürməməsini öz öhdəsinə götürür. Bu müqavilənin imzalanması qeyd olunan borcluların yeni borc alanla əvəz edilməsi hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 19.02.2018-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilə şərtləri üzrə götürülmüş öhdəliklərin icrasına əməl olunub-olmamasını müqavilə tərəflərinin hamısının iştirakını təmin etməklə müzakirə etməli olduğu halda, bunu et məmiş, müqavilənin iş materiallarında əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin olmamasına diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən müqavilənin hazırki vaxta kimi qüvvədə olub-olmamasını, eləcə də, müqavilənin 1.15-ci bəndi nin icra edilib-edilməməsini aydınlaşdırmamışdır. Belə ki, həmin bəndin məzmununa görə bu müqavilənin 1.1 bəndində göstərilən kredit borcları və «xxxx» MMC-nin kreditor qarşısında olan digər öhdəliklərini bu müqavilə imzaladığı gündən 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra edilmədikdə X6 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5 ünvanında o 57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m kömə sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Kreditorun müəyyən etdiyi digər şəxsin adına 10 gün məddətində özgəninkiləşdirməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçək ləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunveric iliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etm əli olduğu hərəkətləri müəyyən edir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən dig ər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar a raşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” QSC KB-nin ləğvedicisi Əma nətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11420/2019 saylı 09 sentyabr 2019-cu tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar