Məhkəmə qərarları › İş №2(102)-1188/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1188/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1188/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 2(105)-1529/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6G1-1 -0-83-15 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2015-ci il tarixli 6G1-1-0-83-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə verilmiş 50.000 ABŞ dolları kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, c əmi 56139 ABŞ dolları məbləğində borcun, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanda yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanda yerləşən bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56.139 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılmas ı, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanda yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi xx.xx.2016-cı il tarixli çıxarışla İddiaçı ASC-nin ("xxxx" İKB ASC) adına qeydiyyatdan keçmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş İddiaçı ASC-yə (əvvəlki çıxarış üzrə "xxxx" İKB ASC) məxsus Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 ünvanda yerləşən ümumi sahəsi 18 3,3 kv.m. olan fərdi yaşayış evinin və 0,0803 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakın icarə dəyərinin qiymətləndirilməsi barədə rəydən görünür ki, həmin daşınmaz əmlakın icarə dəyəri qeyd olunan dövr üçün orta qiymət 150 manatdan olmaqla, ümumilikdə 13.050 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi açıq hərraca çı xarılmış və xx.xx.2016-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B237 saylı bağ evini xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmamış və bu səbəbdən bankın həmin əmlakı kirayə verməklə gəlir əldə etməsinə maneçilik törətmişdir. xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B237 saylı bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin dövr üçün bir aylıq icarə haqqının 153 manat olması nəzərə alınaraq, Banka 13.050 manat məbləğində ziyan vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-14/0 lYR/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evinin x x.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək kirayə haqqı 13.050 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü tarixədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyi üçün hər ay 150 manat olmaqla, cəmi 13.050 manat hesablanmaqla dəymiş ziyanın və 129,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ş.Həxiyeva) 2(060)-2810/2024 nömrəli,16 iyul 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmiş dir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 13.050 manat kirayə haqqının hesablanaraq cavabdehdən tutulmasını tələb etsə də, tərəflər arasında bağlanmış kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin xx.xx.2016-cı il tarixdən xx.xx.2024cü tarixədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 675-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.1-ci maddələrinə, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 76.1,76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə iş üzrə bütün faktiki hallarının aydınlaşdırılmaması nəticəsində və işin hallarına uyğun olmayaraq qəbul olunduğundan, apellyasiya qaydasında ləğv olunmalıdır. Məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddianı rədd etməkdə haqlı olmamış və qeyd olunan qətnamədə səhv nəticəyə gəlmişdir. Belə ki, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B237 saylı ba ğ evi xx.xx.2016-cı il tarixində İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-10099/2015 nömrəli qətnaməsi icra olunmayaraq, bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəyə verilməklə gəlir əldə etməsinə maneçilik törətmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən qeyd etmək mümkündür ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Belə ki, müvafiq iş üzrə xx.xx.2024-cü il tarixə kimi hər ay 150 manat olmaqla, cəmi 13.050 manat icarə haqqı və 129.15 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) 19 noyabr 2024-cü il tarixli 2(105)-1529/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işin hərtərəfli araşdırılması məqsədilə icra işi tələb olunaraq icra işinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçı əvvəlki iş üzrə qətnamənin icrası ilə bağlı icra sənədi üzrə cavabdehin bağ evindən çıxarılmasına səy göstərməmiş, bu istiqamətdə heç bir addım atmamışdır. Başqa sözlə, iddiaçı qətnamənin icrasında maraqlı olmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3- cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamış, nəticədə əmlakın hazırkı mülkiyyətçisi olan bankın hüquqları pozulmuşdur.

20. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, İddiaçı ASC məhkəməyə müraciət edərək xx.xx.2016-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılana və banka təhvil verilənədək hər ay 150 manat olmaqla, cəmi 13.050 manat icarə haqqının hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2810/2024 saylı qətnaməsinə əsasən iddia rədd olunmuşdur. Qeyd olunan qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(105)-1529/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, mövcud qətnamə birbaşa olaraq bankın hüquq və mənafeyi nə toxunduğu üçün məhkəmə iş üzrə yekun qərar qəbul edərkən banka münasibətdə işi tam araşdırmağa maraqlı olmamış qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmi n şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

27. Maddə 8.1. İcra sənədinin icraya yönəldilmə si bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 2(105)-1529/2024 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar