Məhkəmə qərarları › İş №2(102)-119/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-119/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-119/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” (İddiaçı) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103 )4654/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: xx xxxxxx 2007-ci il tarixli K-135/M saylı kredit müqaviləsi ilə “xxxx” ASC (hazırda ləğv prosesində olan İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 26% olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2007-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçının təqdim etdiyi xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2007-ci ildə 645 ABŞ dolları, xx xxxxxx 2007-ci ildə 500 ABŞ dolları, xx xxxxxxxx 2008-ci ildə 1000 AB Ş dolları, xx xxxxxxx 2008-ci ildə 1000 ABŞ dolları, xx xxxxxx 2008-ci ildə 500 ABŞ dolları, cəmi əsas məbləğ üzrə 3417 ABŞ dolları, faiz üzrə 228 ABŞ dolları ödənişlər olmuş, borclunun xx xxxxxx 2012-ci il tarixə 6583 ABŞ dolları əsas, 8644,71 ABŞ dolları faiz, 5685,24 ABŞ dolları artırılmış faiz (dəbbə pulu) borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 üçün ayrılmış kredit üzrə onun xx xxxxxx 2012-ci il tarixə ödəməli olduğu 6583 ABŞ dolları məbləğində əsas, 8644,71 ABŞ dolları məbləğində faiz, 5685,24 ABŞ dolları məbləğində gecikməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu), cəmi 20912,95 ABŞ dollarını n və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(007)-1064/2012 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6583 ABŞ dolları əsas borcun, 8644,71 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimənin, cəmi 15727,71 ABŞ dollarının alınacaq gündə Azərbaycan manatına məzənnəsi nəzər ə alınmaqla və ödənilmiş 15 manatı rüsumunun alınaraq “xxxx” ASC-yə verilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(007)-1064/2012 nömrəli qətnaməsinin ləğv edilməsi və faiz məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməklə, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4654/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və A.N.İmanovdan ibarət tərkibdə) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(007)-1064 /2012 nömrəli qətnaməsi Cavabdeh1 faiz və əlavə faiz (dəbbə pulu) borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun 4069,67 ABŞ dolları, dəbbə pulunun isə 100 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında ü zərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Əsas borc məbləğinə aid hissədə kollegiya qeyd etmişdir ki, maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən əsas məbləğ üzrə 3417 ABŞ dolları ödəniş edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq borclu Cavabdeh1 6583 (10000-3417) ABŞ dolları əsas borcun tutulması qənaətinə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili faiz borcunun şişirdilməsidir. Apelyasiya məhkəməsi bununla bağlı cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab edir ki, faiz borcu üzrə hesablamalar düzgün aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini və iddiaçının təqdim etdiyi xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışında əks olunmuş məlumatlara əsasən he sablamalar aparmış və belə qənaətə gəlmişdir ki, cavabdehin müqavilə müddətinin bitdiyi tarixə adi faizlə hesablanmış faiz borcu 4096,67 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Müqavilə müddəti bitdikdən sonra faizlərin hesablanması isə qanunsuzdur. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, dəbbə pulunun 500 ABŞ dolları həddində azaldılması mövcud borc məbləğinə və işin hallarına uyğun deyildir. Ona görə də həmin cavabdehdən 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması yetərli, qanuni və ədalətli sayılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə kasasiya şikayəti verə rək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4654/2020 nömrəli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilərək, mülki işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etmədən özü riyazı hesablamalar aparmışdır. Halbuki, faiz və cərimə məbləğinin hesablanması xüsusi bilik tələb etdiyindən faiz və cərimənin azaldılması ekspertiza rəyi əsasında olmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiyası məhkəməsi iddianı cərimə hissəsində qismən təmin etsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə müəyyən olunur ki, iş üzrə digər Cavabdeh2 əvvəllər ayrıca apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx xx 2013-cü il tarixli, 2(103)-3138/2013 nömrəli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilmiş, ə qətnamə ondan pulun tutulmasına dair hissədə ləğv edilmiş və iddia tələbi həmin cavabdehə aid hissədə rədd edilmişdir. Bundan sonra Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi ilə qətnamə həmin şikayətə münasibətdə yoxlanılmaqla, faiz və cərimə borcu azaldılmışdır. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kasasiya şikayəti verməklə, iddianın təmin olunmamış (yəni apelyasiya instansiyası məhkəməsi tərəfindən tələb olunan faiz və cərimə borcunun azaldılmış) hissəsini mübahisələndirmişdir. Bu səbəbdən hazırki kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin müb ahisələndirilən hissədə kasasiya şikayətinin dəlillərinə uyğun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edər kən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci ma ddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb mü əyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tar ixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan sübutları Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymə tləndirmiş və əsaslı olaraq tutulan faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə müqavilənin bitdiyi tarixə hesablayaraq müəyyən etmişdir. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsinə dair kasasiya şikayətinin dəlili ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi tərəfindən borc məbləği iddiaçının təqdim etdiyi məlumatlara əsasən hesablanmış, hesablanma qaydası qətnamədə açıqlanmış və əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə borcu aydın şəkildə hesablamaq mümkün olduğundan, bunun üçün xüsusi bilik tələb olunmamış və iş üzrə kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına zərurət yaranmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının tələb etdiyi faiz məbləği ilə apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi məbləğ arasında fərq faizin hesablanması müddəti ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçı müqavilə üzrə faizi xx xxxxxx 2012-ci il tarixə tələb etdiyi halda, apelyasiya instansiyası məhkəməsi faizi müqavilənin bitdiyi tarixə, yəni xx xxxxxx 2009-cu il tarixə hesablamışdır. İddiaçı isə həmin tarixə olan faiz borcu ilə bağlı hər hansı sübutu (maliyyə arayışı) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulunu azaltmışlar. Müəyyən edilmiş cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur və qətnamənin həmin hissədə də ləğv olunması üçün əsaslar müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4654/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar