Məhkəmə qərarları › İş №2(102)-1191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1191/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1191/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: MKT “xxxx” MMC Cavabdeh: Cavabdeh iddia tələbi: 2163.2 manat məbləğində pulun tutulması Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı MKT “xxxx” MMC-nin vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1403/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı MKT “xxxx” MMC tərəfindən verilmiş kasas iya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 54 saylı, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh 4.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC, “MKT-Zərdab Ucar” filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh istehsal etdiyi xam-pambığı tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. İşdə olan RİHBA-nın hüquq şöbəsinin müdiri X.Babayevin, RİHBA-nın baş məsləhətçisi S.Xəlilovun, RİHBA-nın baş məsləhətçisi N.Həşimzadənin, Bitki Mühafizə İdarəsinin rəisi H.Hüseynovun, “x xxx” ASC-nin nümayəndəsi Ə.Rəhimovun, Zərdab RİHBA-nın Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Müzəffərovun, Gödəkqobu kənd bələdiyyəsinin sədri K.Müzəffərovun və sahibkar Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh “xxxx” ASC ilə müqavilə bağlayaraq əkdiyi 4 ha pambıq sahəsi xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1473.8 manat, cərimə borcuna görə 659.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2163.2 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx x xx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən iddiaçı MKT “xxxx” MMC apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1403/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) iddiaçı MKT “xxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona e tiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı MMC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli aktın tərtib olunması ilə bağlı yerli icra hakimiyyəti orqanının və bitki mühafizə idarəsinin müvafiq şəxslərinin həmin təbiət hadisəsi nəticəsində cavabdehə dəymiş zərər faktının təsdiq olunması səlahiyyətlərinin olub-olmamasını müəyyən etməmiş, güclü dolu düşməsi nəticəsində cavabdehə məxsus pambıq sahəsinə birbaşa zərər dəyməsi faktı sübuta yetirilməmiş, heç bir hüquqi qüvvəsi olmayan və qanunvericiliklə səlahiyyət verilməyən şəxslərin təs diq etdiyi xx.xx.2017-ci il tarixli akta əsasən səhv nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı MKT “xxxx” MMC-nin vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 556.1-ci maddəsinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5-ci bəndində aşağıdakılar təsbit olunmuşdur: -5.1. Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakət) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. -5.2. Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri eksterimal şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. -5.3. Fors major şəraitindən sonra tərəflər faktiki borca görə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi müqavilənin 5.3-cü bəndində fors major şəraitindən sonra tərəflərin faktiki borca görə məsuliyyət daşımaları təsbit olunmuşdur. İddia tələbində iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.563,97 manat avans məbləğindən cavabdehin 1.473,8 manat borcunun qaldığı göstərilsə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasə n müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi müqavilənin 5.1-ci bəndinə və xx.xx.2017-ci ildə tərtib edilmiş akta istinad edərək bu nəticəyə gəlmişdir ki, xx.xx.2017ci il tarixində güclü yağan dolu nəticəsində cavabdehin əkdiyi 4 ha pambıq sahəsi tam məhv olduğundan iddia tələbi təmin edilməməlidir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi kənd təsərrüfatı sahəsi üzrə müvafiq mütəxəssis rəyi almadan sübutlara tam düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublika sı MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun o laraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1403/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar