Məhkəmə qərarları › İş №2(102)-1193/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1193/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1193/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1032/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 isə həmin tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyətində olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin üç otaqlı 36 saylı mənzili (bundan sonra – ipoteka predmeti, yaxud mənzil) bank qarşısında ipoteka ilə yüklü etmiş, müqavilədə ipoteka predmetinin bazar qiyməti 40500 manat qeyd olunmuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 10 noyabr 2015-ci il tarixdə tərəflər arasında “Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” saziş imzalanmış və sazişə əsasən, həmin tarixə olan əsas borcun, vaxtı keçmiş əsas borcun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla kreditin qaytarılma müddəti 05 aprel 2021-ci il tarixədək uzadılmış və əsas borcun məbləği 22.249,33 ABŞ dolları məbləğində müəyyən olunaraq qeyd olunan tarixədək illik 19 faiz dərəcəsi ilə qaytarılması nəzərdə tutulmuşdur. Həmin tarixdə ipoteka müqaviləsinə də eyni şərtlərlə əlavə saziş imzalanmışdır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bank qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi, əks halda məhkməyə müraciə t ediləcəyi barədə xəbərdarlıq edilmiş və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi, daha sonra bir neçə dəfə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, son olaraq, 05.11.2014-cü il tarixli, **********59914/ip saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması və 05.11.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsi üzrə 21958,92 ABŞ dolları əsas borc, 10022,03 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc olmaq la, cəmi 31980,92 ABŞ dolları borcun və 30.04.2019cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tər k etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 40500 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ürzə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat zamanı 07.03.2018-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və daxil olmuş "xxxx" MMC-nin 18.10.2 018-ci il tarixli, MM-024/2018 saylı rəyinə əsasən, cavabdehin 22.08.2017-ci il tarixə (ilk maliyyə arayışında qeyd olunan tarix) banka olan borcunun 22023,98 ABŞ dolları əsas, 2745,62 ABŞ dolları faiz olmaqla, cəmi 24769,60 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmənin 06.11.2018-ci il tarixli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və daxil olmuş "xxxx" MMC-nin 25.02.2019-cu il tarixli, 0059/19/XB saylı rəyinə əsasən sözügedən mənzilin bazar qiyməti 43000 manat müəyyən edilmişdir. Bundan sonra, iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 30.04.2019-cu il tarixə hesablanmış əsas və faiz borcunun tutulmasını xahiş etmiş və həmin tarixə yeni ma liyyə arayışı təqdim etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim: Ə.Hüseynov) 2(051)-52/2019 saylı, 21 may 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 21.958,92 ABŞ dolları əsas, 2745,62 ABŞ dolları adi faizlər üzrə borcun və 30 aprel 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilən tarixə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 43.000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilmə məsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və onun banka icra edilməmiş borcu qalmışdır. Məhkəmə belə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti əmlakın bazar qiyməti əsasında "xxxx" MMC-nin rəyinə uyğun olaraq 43000 manat müəyyən edilməlidir. İddia tələbinin faiz borcunun tutulması hissəsində də iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razılaşaraq, məhkəmə qeyd etmişdir ki, faiz borcunun ekspert rəyinə uyğun təmin olunması məqsədəmüvafiqdir. Lakin ekspert rəyində əsas borc artırılmışdır. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün əsas borc tələbi iddia ərizəsinə uyğun, yəni 21958,92 ABŞ dolları məbləğində təmin olunmalıd ır. Birinci instansiya məhkəməsi qalan hissələrdə iddianı rədd edərkən, 30.04.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinin illik 19 faiz dərəcəsilə hesablanan faizlər formasında əldən çıxmış faydanın tutulması hissəsində əsaslı sübutların təqdim olunmamasına, cavabdehlərin mənzildən çıxardılaraq, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində isə bu tələbin yalnız mülkiyyətçi tərəfindən irəli sürülə biləcəyinə istinad etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 317.1, 385.1, 386.1, 425.1, 439.2, 442, 443.1, 448.1, 449, 739-cu, və “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1, 41.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2, apellyasiya şi kayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə ekspertiza təyin olunmaqla əsas borcun müəyyən edilməsini, iddianın faiz borcu və əldən çıxmış fayda hissələrində rədd olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 27 avqust 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspert qarşısında tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə faiz borcunun hesablanması ilə bağlı sual qoyulmuşdur. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli, 23694 saylı rəyinə əsasən, cavabdehin 27.08.2017-ci il tarixə (ilk maliyyə arayışında qeyd olunmuş tarix) 21940 ABŞ dolları əsas, 2968,75 ABŞ dolları faiz olmaqla, cəmi 24908,75 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Eyni zamanda, məhkəmənin 12 may 2020-ci il tarixli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirici dəvət olunmuş və "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin 28.07.2020-ci il tarixli, 09 saylı rəyinə əsasən, əmlakın bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 40.000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiya məhkəməsinin 2(107)-96/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Mahmudov (sədrlik edənvə məruzəçi), Ə.Mə cidov və R.Rəfiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin “30.04.2019-cu il tarixdən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinin illik 19 faiz dərəcəsilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin hesablanıb iddiaçıya verilməsi” hisəsində ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının eyni tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh2 əsas borca görə 21.940 ABŞ dolları, faiz borcuna görə 2.745,62 ABŞ dollarının qətnamə icra edildiyi günə ola n rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi, tutmanın likvid dəyəri 40.000 manat məbləğində qiymətləndirilmiş ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzili tərk etmədikləri təqdirdə onların mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi, kredit borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində apellyasiya icraatında keçirilmiş məhkəmə ekspertizalarının rəylərini əsas götürmüşdür. Məhkəmə, iddianın ipoteka predmeti olan mənzilin boşaldılaraq banka təhvil verilməsi hissəsində isə “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, mülki işə əlavə olunmuş ərizələrin surətindən göründüyü kimi, cavabdehlər ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Ona görə də, iddia bu hissədə təmi olunmalıdır. Qətnamədən iddiaçı və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) 24 fevral 2021-ci il tarixli, 2(102)-1765/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəri rədd, iddiaçının kassasiya şikayəti isə təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilm iş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə instansiyaları həcmi artırılmış iddia tələblərini nəzərə almadan, onlara münasibət bildirmədən və müvafiq hüquqi qiymət vermədən işə baxaraq qətnamə qəbul etmişlər. Halbuki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiya məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında cavabdehin 30.04.2019-cu il tarixə (son maliyyə arayışının verdildiyi tarix) bank qarşısında əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.09.2021-ci il tarixli, 9/5995 saylı rəyinə əsasən, cavabdehin 30.04.2019-cu il tarixə 21956,91 ABŞ dolları əsas, 9958,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31915,84 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsinin (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), V.Məlikov və M.Əsədli) 2(107)-1032/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, 21.956,91 ABŞ dolları əsas, 9.95 8,93 ABŞ dolları faiz olmaqla, cəmi 31 915.84 ABŞ dolları borcun (qətnamə icra olunan günə manat məzənnəsi üzrə); dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsumun Cavabdeh2 alınıb iddiaçının xeyrinə ödənilməsi, iş üzrə mütəxəssis rəyinin xərci olan 100 manat Cavabdeh2 alınaraq "xxxx" MMC-nin büdcəsinə, 245 manat məhkəmə-mühasibatlıq espertizasının xərcinin 145 manatının Cavabdeh2, 100 manatı isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 ma nat məbləğində qiymətləndirilmiş mənzilə yönəldilməsi, mənzilin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan borcun və məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə kollegiyası, baxılan hissədə (müqavilə üzrə əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, cavabdehlərin mənzildən çıxardılaraq, mənzilin boşaldılması) gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya intansiya məhkəməsinin göstərişlərinə uyğu n olaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaqla iddiaçının tələbini dəqiqləşdirdiyi son tarixə, yəni 30.04.2019-cu il tarixə əsas və faiz borcu müəyyən edilmişdir. Kollegiya, ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və rəyi sübut növü kimi qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş üzrə əvvəlki apellyasiya icraatı zamanı əldə edilmiş qiymətləndirmə rəyini ("xxxx" MMC-nin 28.07.2020-ci il tarixli, 07 saylı rəyi) əsas götürməklə əmlakın ilkin satiş qiymətini likvid qiymətlə 40.000 manat müəyyən etmişdir. Məhkəmə, iddianın ipoteka predmeti olan mənzilin boşaldılaraq banka təhvil verilməsi hissəsində isə, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, mülki işə əlavə olunmuş ərizələri surətindən göründüyü kimi, cavabdehlər ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Ona görə də, birinci instasniya məhkəməsi bu hissdə iddianı rədd etməkdə haqlı olmamışdır. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri və prosessual məsələlər Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən faizdən faiz hesablanması qadağan olunsa da, apellyasiya məhkəməsi bu qaydanı nəzərə almamış və faiz borcu şişirdilmişdir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşmayıb, vəsatət verərək təkrar ekspertizanın təyin olunmasını xahiş etsə də, vəsasəti məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamaışdır. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərini qəbul etmədiyini bildirmişdir. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamı ş, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlə rdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan ş əxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 36.1. İpoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipo teka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda 1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.2. ipoteka predmetinin təsviri; 3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu h alda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvini tələb etsə də, kassasiya şikayətinin dəlilləri yalnız faiz borcunun düzgün hesablanmaması iə bağlıdır. Buna görə də, qətnamə yalnız qətnamənin fazi borcu hissəsində kassasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı olmadığını, faiz borcunun şişirdildiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. MPM-in 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və d igər sübutlarla yanaşı qiymətləndirilir. Kassasiya kollegiyası, qeyd olunalara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisəlndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1032/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar