Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1194/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1194/21 (Açar sözlər: birgə nikah dövründə depozitə qoyulmuş vəsaitin bölünməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı Cəlal qızı, vəkili Vəkil, Cavabdeh və onun vəkili Manafov Faiq Səmədağa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2053/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Cəlal qız ı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə yaşadığı dövrdə iki uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmış, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər birlikdə yaşadıqları müddətdə bir neçə dəfə müxtəlif banklarda depozit hesabı yerləşdirmiş, mütəmadi olaraq həmin vəsaiti banklardan çıxarmışlar. Nikah pozulduqdan sonra iddiaçı bankdakı depozit hesablarından çıxardıqları vəsaitin hamısının evdə saxlandığını və mənzili tərk edərəkən cavabdehdə qaldığını bildirərək həmin vəsaitin yarısının ona verilməsi ilə bağlı müba hisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri ümumi 37507,68 (otuz yeddi min beş yüz yeddi manat altmış səkkiz qəpik) manat pulun 50%-i yəni, 18753,84 (on səkkiz min yeddi yüz əlli üç manat səksən dörd qəpik) manat hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə gedişi zamanı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinə əlavə verərək tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə “xxxx” KB ASC-yə qoyduğu 3000 manat pulu hesablanmış faiz məbləği ilə birlikdə 4807,68 manat pulu xx xxxx 2014-cü il tarixdə, hesabla rına qoyduqları 14.400 manat pulu xx xxx 2015-ci il tarixdə hesabdan çıxararaq cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzillərində saxlamışlar. Bundan başqa, xx xxx 2016-cı il tarixdə Bank VTB (Azərbaycan) ASC-nin Xırdalan filialında depozit hesabına qoyaraq xx xxxxxx 2016-cı il tarixdə hesabından çıxardığı 3700 manat pulu evlərində saxlamışlar. Bundan başqa, cavabdehlə birgə qazancları hesabına əldə etdikləri 11.600 manat pullarını “xxxx” KB ASC-yə cavabdehin adına olan depozit hesabına qoyaraq həmin pulu da depozit hesabından çıxarıb evdə saxlamışlar. Həmin depozitin 5000 manat pulun 550 manat faizi olub, 6600 depozit pulun faizi 684,55 manat olub. Göstərilən depozit vəsaiti və faizi cəmi 35.742,23 manat birgə nikah dövründə əldə edilmiş pul vəsaiti olduğundan həmin pul un 50%, yəni 17.871,11 manat hissəsinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri cəmi 35.742,23 manat məbləğində pul vəsaitinin 50 faizinin, 17.871,11 manat hissəsinin Cavabdeh tutularaq, İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, 37.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin ( hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2053/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməməsinə əsaslanmış, Mülki Prosessual Məcəlləsinin 14.2. və 77-ci maddəsinə istinad etmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, tərəflər nikah dövründə bir neçə dəfə müxtəlif banklara depozit yerləşdirsələr də, sonradan nikah dövründə həmin vəsaiti mütəmadi olaraq götürərək istifadə etmişlər. Tərəflərin münasibəti pozulan anda həmin vəsaitin cavabdehdə olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı Cəlal qızı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh depozitə yerləşdirilmiş pulun məbləğini mübahisələndirməmiş, onun etirazı həmin vəsaiti iddiaçı ilə birlikdə yaşadıqları dövrdə ailənin ümumi xərclərinə sərf etməsi ilə bağlıdır. Cavabdeh həmin dövrdə ailənin depozit məbləğini əhatə edən dəyərdə əmlak alınmasını, külli miqdarda vəsait xərclənməsini şərtləndirən heç bir halı sübuta yetirə bilməmişdir. Ona görə məhkəmə iddianı rədd edərkən maddi vəç prosessual hüquq normaları nı düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Cəlal qızı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və onun vəkili Manafov Faiq Səmədağa oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, əslində həmin vəsait üst-üstə qoyulan depozit olmamışdır. Vəsait depozitə qoyulmuş, götürülmüş, sonra yenə həmin vəsait başqa banka depozitə qoyulmuşdur. İddiaçı isə həmin vəsaitlərin hamısını toplayaraq iddia irəli sürmüşdür. İddiaçı özü yaxşı bilir ki, onl arın münasibəti pozulanda evdə ümumiyyətlə pulları olmamışdır. Əks təqdirdə münasibətləri pozulduqdan sonra məhkəməyə müraciət edərdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt eht imallarından irəli gələ bilir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər birlikdə yaşadıqları müddətdə bir neçə dəfə müxtəlif banklarda depozit hesabı yerləşdirmiş, mütəmadi olaraq həmin vəsaiti banklardan çıxarmışlar. İddiaçı israr edir ki, ailə münasi bətləri pozulduqda həmin vəsait yaşadıqları evdə cavabdehin sahibliyində qalmış və ona görə vəsaitin yarısını ona verilməlidir. İş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər birgə nikah dövründə, yəni xx xxxx 2013-cü il, tarixli D0000137 nömrəli depozit müqaviləsi üzrə hesabına 3000 manat pul, xx xxxxx 2014-cü il tarixli D0000320 nömrəli depozit müqaviləsi üzrə hesabına 14.400 manat pul mədaxil edilmiş, xx xxxx 2014-cü il tarixdə hesablanmış faizlə birlikdə 4807,68 manat pulu, xx xxx 2015-ci il tarixdə 14.400 manat pulu hesabdan çıxarılmışdır. Daha sonra “Bank VTB (Azərbaycan)” ASC-də İddiaçı adına açılmış xx xxx 2016-cı il tarixli AZ67VTBA**********2915AZN001 nömrəli depozit müqaviləsi üzrə hesabına qoyulmuş 2000 manat pul, xx xxxx 2016-cı il tarixdə hesaba qoyulmu ş 1700 manat pul xx xxxxxx 2016-cı il tarixdə hesabdan çıxarılmış, “xxxx” KB ASC-də Cavabdeh adına xx xxxx 2014-cü il tarixdə hesaba qoyulmuş 5000 manat pul, Cavabdeh adına xx xxxxxx 2014-cü il tarixdə hesaba qoyulmuş 6600 tərəflərin birgə nikahları dövründə hesablardan çıxarılmışdır. Göründüyü kimi, tərəflərin birgə nikahları dövründə bank hesablarına mədaxil edib hesabdan çıxardıqları pul məbləğləri onların birgə nikahları dövründə, yəni 2013-2016-cı illərdə baş vermiş və tərəflərin nikahları xx xxxxxx 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı birgə nikah dövründə bank hesablarına qoyulub daha sonra hesablardan çıxarılmış pulların birgə nikahları dövründə onların ümumi xərclərinə sərf edilmədiyini, eyni zamanda 37507,68 manat məbləğində pulun evdən çıxarkən evdə qalmasın a, həmin məbləğlərin yalnız cavabdeh tərəfindən xərclənməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, işdən görünür ki, tərəflər arasında nikah Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə münasibətləri hələ ondan əvvəl, həmin ilin avqust ayında pozulmuş və iddiaçı nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ilə ailə münasibətləri pozulduqdan iki ilə yaxın müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Ailə münasibətləri pozulduqdan sonra ər-arvadın birgə əmlakı olan külli miqdarda vəsaitin cavabdehin evində qalması halında iddiaçının iki ildən sonra məhkəməyə müraciət etməsi onun dəlillərini şübhə altına alır. Çünki əks təqdirdə iddiaçı hazırkı tələbi dərhal irəli sürməli idi. Ən azından ona gör ə ki, tərəflər artıq birgə yaşamamağa qərar vermişdilər və pul vəsaiti istənilən vaxt xərclənə bilərdi. İşin qeyd olunan halları iddiaçının dəlillərini şübhə altına alır. İddia tələbinin əsaslarını sübuta yetirilməsi vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Ona görə Apelyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cəlal qızın ın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2053/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.