Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1196/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X27 oğlunun katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2018-ci il tarixli 2(103)8316/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 20.04.2011-ci il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış və 25 saylı D övlət Notariat Kontorunda 3M/01-17 № ilə reyestrdə qeydə alınmış “xxxxnin” və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “xxxx” Şirkətində ona məxsus 100% payın 50%-nin Cavabdeh2 satılmasına dair 06.06.2011-ci il tarixli “xxxxnin”, Bakı Şəhər Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Şirkətindəki 50% payın Cavabdeh2 adına qeydə alınmasına dair “Çıxarışın”, Şirkətdəki 50% payına Cavabdeh2 mülkiyyətinin təsdiq edilməsinə dair təsisçilərin 21.07.2014-cü il tarixli qərarının etibarsız hesab edilməsi və onun Şirkətdə olan 50% payı üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasın da bağlanmış “xxxx” əsasən Şirkətin təsis payından olan cavabdehə məxsus 100%-lik payın 50%-ni iddiaçı 2.750.000 manata satın almışdır. “xxxx” Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X13 ilə 21.05.2009-cu ildə bağlanmış və 46 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirməklə buna dair 3M/572 № ilə qeydiyyat aparılmışdır. Aparılan bu qeydlə də Şirkətin Cavabdeh1 məxsus 100% payının 50%-i iddiaçıya keçmişdir. Şirkət Ədliyyə Nazirliyində 15.10.1993-cü il tarixdə 3759 № ilə qeydə alınmışdır. Şirkətin 50%-nin iddiaçının mülkiyyətinə keçməsi qarşılığında iddiaçı tərəfindən ödənilən 2.750.000 manatın bir hissəsi nağd - pul şəklində, bir hissəsi isə özünə məxsus olan əmlakla ödənmişdir. Ödənilən pul vəsaitinin bir hissəsi hesabına Şirkətin Dövlət Xəzinəsinə olan ödənişləri və borclarının ödənməsi hə yata keçirilmiş, qalan hissəsini isə cavabdehin nümayəndəsi X özünə götürmüşdür. Müqavilə bağlandıqdan sonra əməkdaşlığın ilkin vaxtlarında tərəflərin Şirkətin direktoru vəzifəsinə iddiaçının da qohumu olduğu üçün cavabdehin oğlu X5 gətirilmişdir. İlk vaxtlarda hər şey çox yaxşı olmuş, sonradan İddiaçı Şirkətə məxsus müəssisədə qanundan kənar bəzi fəaliyyətlərin olduğunu aşkar edərək, aşkar edilən bu halların aradan qaldırılmasını Cavabdeh1 və orada rəhbərliyi həyata keçirən Ağaisa Mahmudovdan xahiş etmişdir. Bundan sonra, Cavabdeh1 və onun oğlanları iddiaçının Şirkətdə işə təyin etdiyi şəxsləri oradan uzaqlaşdırmağa başlamışlar. Arada olan narazılığın artdığını görən və işlərinin çox olması ilə əlaqədar olaraq tez-tez xarici ölkələrə səfərlər etdiyindən iddiaçı aralarında olan razılığa əsasən Şirkətin idarə edilməsindən qismən kənarda qalmışdır. Razılaşmaya əsasən aşkar olunan qanunsuzluqlar aradan qaldırılmalı və iddiaçı hər ay Şirkətin fəaliyyəti nəticəsində əldə olunmuş gəlirdən müəyyən dividentlər almalı idi. İddiaçı mütəmadi olaraq ölkədən kənarda olduğundan ona çatmalı olan ödənişlər onun hesabına qoyulmalı idi. Bir müddət xaricdə olduqdan sonra bir hissəsi iddiaçıya məxsus olan Şirkətin üçüncü şəxsə satıldığına dair söz-söhbət gəzdiyindən 2013-cü ilin əvvəllərində iddiaçı ölkəyə qayıdaraq Şirkətin Ələt qəsəbəsində yerləşən ofisinə getmişdir. Orada ona bildirmişlər ki, Şirkətin rəhbərliyində onun iştirakı yolverilməzdir və Şirkətin nizamnamə kapitalında onun payı olmadığından, ona ümumiyyətlə, heç bir məlumat verilməyəcək. Qeyd olunan faktı dəqiqləşdirmək və payçıs ı olduğu Şirkətin gəlirləri ilə maraqlanmaq məqsədilə o, Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət etsə də, oradan bildirmişlər ki, iddiaçının həmin şirkətdə heç bir payı yoxdur, bu səbəbdən də ona bu barədə məlumat verə bilməzlər. Araşdırma aparmaq məqsədilə Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 21.05.2009-cu il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında “xxxx” rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən Cavabdeh1 Şirkətdə olan 100%-lik iştirak payının 50%-i İddiaçı adına keçirilmişdir. Eyni zamanda həmin İdarə tərəfindən bildirilmişdir ki, 20.04.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında 25-ci Notariat Kontorunda 3M/0117 № ilə qeydə alınmış “xxxx” də rəsmiləşdir ilmiş və nəticədə 20.04.2011-ci il tarixli müqaviləyə əsasən İddiaçı Şirkətdə olan 50%-lik iştirak payının 100%-ini Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra, iddiaçı tərəfindən 25-ci Notariat Kontoruna sözü gedən “xxxxni” və ona əlavə edilən sənədlərin surətlərini təqdim etməsi üçün sorğu verilmişdir. 25-ci Notariat Kontorundan cavab olaraq bildirilmişidir ki, 20.04.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında həmin Notariat Kontorunda 3M/01-17 reyestrdə alqı-satqı rəsmiləşdirilmiş, həmin reyestr nömrəsi altında X3 ilə X14 arasında 22.10.2011ci il tarixdə “Kredit müqaviləsi” rəsmiləşdirilmişdir. Eləcə də sorğu əsasında alınmış 11.04.2017-ci il tarixli cavab məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 Şirkətdə ona məxsus 100% payın 505-ni 100 manata Cav abdeh2 satmış, bu barədə tərəflər arasında 06.06.2011-ci il tarixli “xxxx” bağlanaraq, Bakı Şəhəri 46-cı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh1 notariat kontorunda bağlanmamış və təsdiq edilməmiş “xxxx” əsasında İddiaçı Şirkətdə olan 50% payını ələ keçirdikdən sonra yenidən qanunsuz hərəkətlərini davam etdirərək, Şirkətdə olan həmin 50% payı Cavabdeh2 sataraq, “xxxx” bağlamışdır. Belə olan halda heç bir qanuni əsas olmadan İddiaçı Şirkətdə olan 50% payının Cavabdeh1 satılması barədə bağlanmış əqd bağlandığı andan etibarsız olduğundan, həmin müqavilə əsasında bağlanmış əqdlər, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 06.06.2011-ci il tarixli “xxxx” və həmin müqavilələr əsasında alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlarda e tibarsız hesab edilməlidir. Yuxarıda qeyd olunan orqanlara ünvanladığı məktublardan alınan nəticəyə əsasən cavabdeh dələduzluq yolu ilə saxta sənədlər düzəldərək, İddiaçı məxsus olan əmlakı ələ keçirtmişdir. Bu halla əlaqədar olaraq, o, müvafiq istintaq orqanlarına müraciət edərək, günahkarların cəzalandırılmasına çalışsa da, qarşı tərəf müxtəlif yollarla bundan yayınmışdır. Bundan sonra iddiaçı əlacı mülki qaydada məhkəmələrə müraciət etməkdə görmüşdür. Alğı-satqı zamanı aralarında olan razılığa əsasən ona satılmış 50% payın içərisində Şirkətin iddia ərizəsinə əlavə etdiyi Uçot Vahidlərinin Dövlət Reyestrinə daxil edilmə haqqında şəhadətnaməsindən göründüyü kimi Spirtsiz içkilərin istehsalı, Distillə edilmiş içkilərin istehsalı, dənli bitkilərin istehsalı üçün nəzərdə tutulmuş qurğular, y əni külli miqdarda dəyəri olan müxtəlif növ avadanlıqlar, eyni zamanda həmin avadanlıqların altında olan torpaq sahəsinin də 50%-i bölünmüş paya uyğun olaraq iddiaçıya məxsus olmalı idi. İddiaçıla birgə fəaliyyətə başladıqları dövrdə şifahi razılaşmaya əsasən qardaşı X1 tərəfindən Şirkətə müəyyən sahələr üzrə mütəxəssislər dəvət edilmiş, müəyyən istehsal gücü olan avadanlıqlar külli miqdarda vəsait xərcləməklə alınaraq quraşdırılmışdır. Xarici dövlətdən dəvət olunan ayrı-ayrı sahələr üzrə mütəxəssislər həmin avadanlıqların quraşdırılmasında iştirak etmiş, avadanlığın fəaliyyəti üçün hətta mütəxəssis hazırlanmasında belə köməklik göstərmişlər. Cavabdehlə uzaqdan-uzağa qohumluq münasibətləri olsa da, sonradan qohumluq əlaqələri genişlənmiş və sıx münasibətlər yaranmışdır. Elə bu səbəbdən d ə xeyli müddət onlar bu məsələni gündəmə çıxartmamışlar, bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Lakin sonradan cavabdeh tərəfin fəaliyyətinin qanunsuz olduğunu gördükdə və bunun onların işgüzar nüfuzuna xələl gətirəcəyini hiss etdikdə, atası onun və digər ailə üzvlərinin həmin müəssisəyə getməsinə qadağa qoymuşdur. Cavabdeh tərəf isə onların həm torpaq sahələrinə yiyələnmiş, həm avadanlıqlarına sahib olmuş, həm də payçı olsalar da, bu günə qədər müəssisənin əldə etdiyi gəlirlərdən bir manat belə olsa, divident ödəmədən bütün şəriklik qaydalarını uzun müddət pozmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən edilmiş qanunsuzluq nəticəsində bağlanmış “xxxx” etibarsız sayılmalı, Şirkətinin 50% səhmlərin payı onun adına rəsmiləşdirilməli, Şirkətə məxsus olan əml akın - yəni avadanlıq və qurğuların 50%-i onun adına keçirilməli və avadanlıqların altında olan torpaq sahəsi də daxil olmaqla şirkətə məxsus olan torpaq sahəsinin 50%-i ona verilməlidir. İddiaçı aldığı məlumata görə cavabdehlər bu müddətdə qanunsuz fəaliyyət göstərmişlər, vergiləri və digər ödənişləri etməkdən və ona ödənməli olan dividentləri ödəməkdən yayınmaq məqsədi ilə gəlirləri gizlətmişlər. Bununla da cinayət törətməklə etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda əmlakını talamışlar. Əldən çıxmış faydanın ümumi məbləğinə gəldikdə isə məhkəmə baxışı zamanı Vergilər Nazirliyi və digər dövlət orqanlarından alınacaq müvafiq sənədlərdən sonra aparılacaq hesablamalar nəticəsində əldə çıxmış faydanı hesablamaq mümkündür. Məhkəmə araşdırması zamanı hesab edir ki, ehtimal etdiyi cin ayət faktları üzrə çıxdığı təqdirdə bir neçə şəxs barəsində xüsusi qərardad çıxarmaqla baş vermiş cinayət barəsində Baş Prokurorluğa məlumat verilməsinə dair vəsatət qaldırılacaqdır. Göründüyü kimi Cavabdeh1 və onun oğlanları X13 və X5 Şirkətin iddiaçıya məxsus olan hissəsini saxta sənədlər tərtib edərək, qeyri-qanuni yolla ələ keçirmiş və faktiki olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuş, o bir sıra konstitusion hüquqlarından məhrum olmuşdur. Həmçinin cavabdeh tərəfindən bu hüquqların pozulması ilə iddiaçıya külli miqdarda maddi zərər dəymiş, iddiaçı mənəvi iztirablar çəkmişdir. 20.04.2011-ci il tarixli “xxxx” İddiaçı tərəfindən imzalanmadığından, eləcə də Dövlət Notariat Kontorunda rəsmi reyestrdə qeydə alınmadığından, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmaması ndan asılı olmayaraq bağlandığı andan etibarsızdır. Səbail rayon Məhkəməsi (hakim Ş.Abdullayev) iş üzrə qəbul etdiyi 01.05.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X18 və X16) 21.10.2018-ci il tarixli 2(103)-8316/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2018-ci il tarixli 2(103)8316/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, məhkəmə maddi hüquq normasını tətbiq edərkən səhvə yol vermiş, iddiaçı tərəfin iştirakı olmadan bağlanmış və iddiaçının hüquqlarının pozulması, mülkiyyətdən məhrum olması ilə nəticələnən, faktiki olaraq bağlanmayan, mövcud olmayan bir müqaviləyə bir illik iddia müddəti tətbiq etməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olan ədalətsiz, qeyri-obyektiv və əsassız bir qərar qəbul etmişdir. Nəzərə alaraq ki, iddia tələbində bir neçə iddia, o cümlədən də ’’xxxx” şirkətinin 50 faiz payının Cavabdeh2 adına qeydiyyatdan keçirilməsinə dair təsisçilərin 21.07.2014-cü il tarixli qərarının da ləğvi, eləcə də, pozulmuş hüquqlarının bərpası və mülkiyyət hüquqlarını bərpası və mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbi də qoyulmuşdur və nəzərə a laraq ki, iddiaçı iddia tələblərinin qoyulması üçün əsas olan tələblərin verilməsinə əsas olan sənədləri, son sənəd olan 21.07.2014-cü il tarixli təsisçilərin qərarı daxil vergi orqanlarında son dəyişikliklər daxil məlumatları yalnız Korrupsiyaya qarşı Mübarizə İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından sonra, yəni 25.01.2015-ci il tarixdə əldə etmişdir, belə olan halda mülkiyyət hüquqlarının bərpasını artıq iddia müddəti keçməmiş, 2017-ci il tarixdən məhkəmə qaydasında tələb etməyə başlamışdır. Mübahisələndirilən və sahibikdən məhrumetməyə səbəb olan əqddə iddiaçının iradə ifadəsi əks olunmamış, iddiaçı həmin əqddə tərəf olmamış, imzası saxlatalaşdırılmış, notarial qeydiyyat belə saxtalaşdırılmış olduğu halda hər hansı bir əqddən söhbət belə gedə bilməzdi. Gös tərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-8316/2018 saylı 21.10.2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 vəkili X6 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MP M-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılma sı hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, “xxxx” Şirkətinin təsisçilərinin 14.05.2010-cu il tarixli qərarından görünür ki, həmin qərara əsasən Şirkətin bərabər paylarla təsisçiləri (cavabdeh) Cavabdeh1 və (iddiaçı) İddiaçı olmuşdur. Şirkətin 27.04.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsin dən görünür ki, Şirkətin təsisçiləri X7 və X8r. 07.06.2010-cu il tarixli “xxxx” əsasən, təsisçisi Cavabdeh1dur. 06.06.2011-ci il tarixli “xxxx” əsasən isə Şirkətinin təsisçisi Cavabdeh1dur. İş materiallarında olan Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Məlumatdan” görünür ki, 20.04.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında 25 saylı Notariat Kontorunda 3M/01-17 № ilə qeydə alınan “xxxx” rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən İddiaçı Şirkətdə olan 50%-lik iştirak payının 100%-i Cavabdeh1 mülkiyyətinə keçmişdir. 06.06.2011-ci il tarixli “Müəssisədəki payın xxxx” əsasən, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X26 məxsus 100%-payın 50%-ni (cavabdeh) Cavabdeh2 satmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 28.04.2017-ci il tarixli 2-2(81)-678/2017 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü “mülkiyyət hüquqlarının bərpa edilməsi və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi” və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.06.2017-ci il tarixli 2-2(103)-391/2017 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.2017-ci il tarixli 2-2(81)-678/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 18.10.2017-ci il tarixli 2-2(102)-392/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.06.2017-ci il tarixli 2-2(103)391/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. ünvan ünvanlanmış 30.04.2013- cü il tarixli məktubdan görünür ki, 20.04.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında 25-ci Notariat Kontorunda 3M/01-17 reyestr nömrəsi altında “xxxx” rəsmiləşdirilməmişdir. İddiaçı şikayəti üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 25.01.2015-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 2009-cu il tarixli “xxxxnin” şərtlərini pozması və müqavilənin saxtalaşdırılması xüsusatları üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin Cavabdeh1 və X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddia tələbinə əsasən iddiaçı, saxta olduğundan, onun iradəsinə zidd rəsmiləşdirildiyindən və onun tərəfindən imzalanmadığından 20.04.2011-ci il tarixli “Müəssisədəki pa yın alğı-satqısı barədə müqaviləsi”ni, həmçinin həmin müqavilə əsasında həyata keçirilmiş digər hüquqi hərəkətləri, yəni, 06.06.2011-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında “Müəssisədəki payın xxxx” bağlanmış və həmin müqavilə əsasında Şirkətin 50% hissəsi Cavabdeh2 mülkiyyətinə keçməsini mübahisələndirmişdir. Cavabdeh1 hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsini xahiş etmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hal üzrə hazırki iddia tələbi üzrə iddia müddətinin 10 il təşkil etdiyini və iddia müddətinin keçmədiyini bildirmiş, şikayətlərində AR MPM-nin 354.1-ci maddəsində qeyd edilən “əhəmiyyətsiz əqdi n etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər” müddəası iddiaçı tərəfin ümumiyyətlə iştirakçısı olmadığı və mülkiyyət hüquqlarının pozulması, ələ keçirilməsi ilə müşayiət olunan, iddiaçının hər hansı bir öhdəlik götürmədiyi bir müqaviləyə şamil edilə bilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Həmin Məcəllənin 354-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən irəli sürülmüş tələbin “Müəssisədəki payın xxxxnin” etibarsız hesab olunması ilə bağlı tələb olmasını və digər tələblərin bu əsas tələbdən irəli gəlməsini qeyd etmişdir. Kassasiya şikayətindən də görü nür ki, iddiaçı 2013-cü ilin əvvəllərində ölkəyə qayıdaraq hüququnun pozulduğunu bilmiş, vergi orqanından aldığı məlumata əsasən payının satıldığını öyrənmiş, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından sonra, yəni 25.01.2015-ci il tarixdə artıq 21.07.2014-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən və təsisçilərin qərarından məlumatlı olmuşdur. Lakin iddiaçı hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edilməlidir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005- ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmisdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdik dən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Göründüyü kimi, MülkiMəcəllənin354.2-ci maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçını n istintaq orqanın qərarını gözləməsi əsas götürmüş olsa da belə, onun müraciət müddətini yenə də ötürməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Belə ki, iddiaçının şikayəti üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində 25.01.2015-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsindən 2 il sonra iddiaçı “xxxxnin” etibarsızlığı ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi vermiş və onun bu ərizəsinin icraata götürülməsindən imtina olunduqdan sonra Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüququnun pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən, onun gətirdiyi dəlillər isə həmin müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilmədiyindən, bununla da müraciət müddəti bitdiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı müraciət müddətinin ötürülməsi ilə əlaqədar təmin etməməklə, iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, hazırki mübahisə iddia müddətinin şamil edilmədiyi hallara aid olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisəyə MülkiMəcəllənin 384.0-cümaddəsininmüddəalarınıtətbiqetməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təs diqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinəmüfəssəlhüquqiqiymətverilməklə tərəfindən AzərbaycanRespublikasınınAliMəhkəməsininPlenumunun «Məhkəməqətnaməsihaqqında» 24 noyabr 2005-ciiltarixli 4 saylıqərarının 17cibəndinintövsiyyəsinə, eləcədə MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bunagörədəkassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2018-ci il tarixli 2(103)8316/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin E.R.Vəliyeva hakimi
Məhkəmə qərarları › İş №2(102)-1196/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1196/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver