Məhkəmə qərarları › İş №2(102)-1196/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1196/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1196/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı 4814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə, cəmi 5.644,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmas tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qərardadından iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 4.814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə, cəmi 5.644,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3178/2019 saylı, 04 dekabr 2019cu il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilərək, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.814,90 (dörd min səkkiz yüz on dörd ABŞ dolları doxsan sent) ABŞ dolları əsas, 746,21 (yeddi yüz qırx altı ABŞ dolları iyirmi bir sent) ABŞ dolları faiz, 83,83 (səksən üç ABŞ dolları səksən üç sent) ABŞ dolları cərimə olmaqla, cəmi 5.644,94 (beş min altı yüz qırx dörd ABŞ dolları doxsan dörd sent) ABŞ dolları borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov– sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317 8/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsinin əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, əsas borcun məbləği 1.341,76 ABŞ dolları, faiz borcun məbləği isə 323,66 ABŞ dolları, əsas və faiz borcun və cərimənin cəmi isə 1.749,25 (min yeddi yüz qırx doqquz ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları (məzənnə üzrə manatla) məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(102)-6116/2020 saylı qərardadı ilə (hakim E.Y.Şamayev) Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(103)-4961/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" KB ASC və vəkili Vəkil tərəfindən verilmiş kass asiya şikayəti icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qərardadı (hakimlər E.C.Kazımov– sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi əsas göstərilməklə geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması üçün göstərdiyi əsaslar qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, kassasiya şikayətinin 02.09.2020-ci il tarixdə rabitə orqanına verildiyini nəzərə almamış, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. -418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması haqqında 06 noyabr 2020-ci il tarixli qərardadı onunla əsaslandı rmışdır ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin əsaslandırılmış surəti iddiaçının ünvanına göndərilməklə, 02 iyul 2020-ci il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Lakin iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti və vəkili Vəkil tərəfindən kassasiya şikayəti 08 oktyabr 2020-ci il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət bitdikdən 1 ay 6 gün sonra poçt-rabitə xidmətinə təqdim edilmiş və şikayətə müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, iş materiallarında olan poçtun reyestrindən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti 02.09.2020ci ildə poçta təqdim edilmiş və *******55 AZ nömrəli ştrix kodla təsdiq edilmişdir (i/v 121). Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları pozulduğundan kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayətinin verilməsi ilə əlaqədar prosessual müddət ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qərard adı ləğv olunsun və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar