Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1197/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və İddiaçı ASC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən İddiaçı ASC kassasiya şikayətinə əsasən işə kassasiya qaydasında baxılarkən, İddiaçı ASC kassasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xxxsaylı qətnaməsi ilə iddia ərizəsi qismən t əmin edilərək, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 125.319,28 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.000 ABŞ dolları, cəmi 127.319,28 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxxxxx mənzilinə, həmçinin digər Cavabdeh3 məxsus olan Bakı şəhəri, xxxxx mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara– Cavabdeh2 və Cavabdeh3 qaytarılması, ipoteka predmetlərinin hərrac vasitəsi ilə satı şı hesabına əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, xxxxxx mənzilinin ilkin satış qiymətinin 499.500 manat, Bakı şəhəri,xxxxx mənzilinin ilkin satış qiymətinin 226.400 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, xxxxx mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxmazsa onun məcburi qaydada çıxarılması, Bakı şəhəri, xxxxxx mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxmazsa onun məcburi qaydada çıxarılması və iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçı ASC qətnamədən kassasiya şikayəti verib. İşə kassasiya qaydasında baxılarkən xxx ci il tarixdə İddiaçı ASC nümayəndəsi və vəkili X3 yazılı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcunu ödəyərək bank qarşısında olan öhdəliklərini tam icra etməsini göstərib, kassasiya şikayətindən imtinasının qəbul edilib kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddə sinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyası məhkəməsi İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, İddiaçı ASC iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-ci il tarixli, xx saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən kassasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina etdiyindən, həmçinin onun kassasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından və kassasiya şikayətindən imtina etməsi İddiaçı ASC hüququ sayıldığından, eyni zamanda işdə, onun kassasiya şikayətindən imtina etməsini istisna edən heç bir mötəbər yazılı sübut olmadığından, onun kassasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilməli, kassasiya şikayətindən imtina qəbul edilməklə, ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərili r ki, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, İddiaçı ASC kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata İddiaçı ASC münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1197/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1197/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver