Məhkəmə qərarları › İş №2(102)-1197/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1197/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1197/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: XXX İddia tələbi: kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin ödənilməsi Açar sözlər: kompensasiyanın ödənilməsi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 15634 ABŞ dolları məbləğində kredit verimiş, həmin müqavilə üzrə Bank qarşısında öhdəliklərin təminatı olaraq borcluya məxsus avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə əsas kredit borc üzrə 10.179 ABŞ, faiz borcu üzrə 294 ABŞ dolları, cərimə borcu üzrə 158 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına olan məzənnə ilə İddiaçı Cavabdeh ASC xeyrinə tutulması, tutmanın İddiaçı məxsus avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədinə əsasən İddiaçı bankın xeyrinə cəmi tutulmalı olan 10.633 ABŞ d olları məbləğində borcdan 9.494 ABŞ dolları İddiaçı tərəfindən banka ödənilmiş, qalan 1.139 ABŞ dolları borc isə bank tərəfindən güzəşt edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə verilmiş icra sənədi üzrə icraata xitam vermişdir. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən İddiaçı dövlət hesabına 4886 manat kompensasiya kimi hesablanmış və həmin məbləğ Cavabdeh ASC-yə ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən hesablanmış 4.886,98 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-796/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia təmin edilmiş, 4886,98 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasın ı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinə müvafiq sübutların təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara obyektiv hüquqi qiymət verməmiş və formal mülahizələrə əsaslanaraq iddia tələbini təmin etmişdir. Belə ki, Bank tərəfindən iddiaçıya 7.209,54 manat güzəşt edilmişdir ki, iddiaçıya hesablanmış 4.886,98 manat məbləğində kompensasiya məhz güzəşt edilmiş məbləğə hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6129/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya mə hkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının cavabdeh Bank qarşısında borc öhdəliyinin mövcud olmamasına baxmayaraq, bank Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya hesablanmış 4.886,98 manat kompensasiya məbləğinə sahiblənməklə iddiaçının mülkiyyət hüququnu pozmuş və onun hesabına qeyd edilən məbləğdə əsassız varlanmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, ohdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız v arlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının cavabdeh qarşısında hər hansı bir öhdəliyi müəyyən edilmədiyi və iddiaçıya dövlət tərəfindən verilmiş kompensasiyanı cavabdehin qəbul etdiyi işin mübahisə doğurmayan hallarıdır. Bu halda, cavabdehin həmin məbləği əldə etməsi üçün hər hansı bir qanuni əsas olmadığından, onun hərəkətləri Mülki Məcəllənin 1092-ci maddəsində göstərilən nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar