Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1198/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (əvvəlki adı “xxxxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-519/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10880 manat məbləğində əsas borcun, əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək əsas borc məbləğinin illik 10 faizi miqdarında pul məbləğinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında şifahi qaydada bağlanmış “xxxx” əsasən cavabdeh iddi açıdan, MMC-nin istehsal etdiyi malları almış və üzərinə öhdəlik götürmüşdür ki, həmin malların dəyərini MMC-yə sonradan ödəyəcəkdir. xx.xx.2017-ci il tarixdə MMC-nin əməkdaşları yoxlama keçirmiş və tərəflər arasında borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə ikitərəfli qaydada “xxxx” tərtib edilmiş, cavabdeh həmin aktla razılaşaraq MMC-yə 10.880 manat məbləğində borcunun olduğunu etiraf edərək aktı imzalamışdır. Bunlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, malların dəyərini MMC-yə ödəməmişdir. Borcun ödənilməsi məqsədi ilə MMC tərəfindən cavabdehə dəfələrlə müraciətlər olunmuş, lakin cavabdeh MMC-yə ödəniş etməmişdir. Həmçinin, MMC-nin fəaliyyəti tikinti materiallarını istehsal edərək satmaq və bundan gəlir əldə etməkdən ibarətdir. Cavabdeh iddiaçıya mə xsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla faydalanmışdır. Bunun nəticəsində isə MMC əldə edə biləcək faydadan məhrum olmuşdur. Belə ki, həmin pul vəsaiti MMC istifadə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. İddiaçı tələbini əsaslandıran sübut qismində xx.xx.2017-ci il tarixli “xxxx”nın surətini iddia ərizəsinə əlavə etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1934/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında nisyə alğı-satqıdan irəli gələn münasibətləri təsdiq edə biləcək müqavilə təqdim edilmədiyindən iddia əsassızdır və cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.1, 385, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı Məhkəmənin tələbi ilə MMC-nin nümayəndəsi xx.xx.2017ci il tarixli “Təhvil-təslim və üzləşmə” aktının əslini təqdim etmişdir. Aktda cavabdehin adının qarşısındakı imzanın həqiqətən də cavabdeh tərəfindən icra edilib-edilməməsini yoxlamaq məqsədi ilə Məhkəmə kollegiyası qəbul etdiyi qərardad ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Cavabdeh apellyasiya baxışı iclaslarında iştirak etmədiyi üçün imza nümunələrinin götürülməsi mümkün olmamışdır. Buna görə də cavabdeh tərəfindən birinci instansiya məhkəməsində şəxsən icra olunmuş “mülki iş üzrə məhkəmə bildirişinin kötüyü”nündəki imza cavabdehin sərbəst imza və xətt nümunəsi kimi ekspertə təqdim edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3441 saylı rəyi ilə müəyyən edilmişdir ki, mülki iş üzrə məhkəmə bildirişinin kötüyündə “Kimə” qrafasındakı “Cavabdeh” yazıları, “Qəbul etdi:” qrafasındakı imza ilə xx xxxx 2017-ci il tarixli xxxxnda “Müştəri tərəfindən:” qrafasındakı “imza” sözünün qarşısında olan “Əkbərov” yazısı və imza eyni şəxs tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya in stansiyası məhkəməsi) 2(103)-519/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış “Nisyə xxxx üzrə” ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə cavabdehdən 10.880 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini və Mülki Məcəllədə nisyə alğısatqı zamanı müqavilənin mütləq yazılı surətdə bağlanmalı olması barədə müddəanın olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdeh ar asında nisyə alğı-satqı münasibətləri mövcud olmuşdur və MMC üzərinə düşən öhdəliyi yerinə yetirərək alğısatqının predmeti olan malları cavabdehə vermişdir. Cavabdeh isə şifahi qaydada bağlanmış “xxxx” üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə MMC-yə ödəməli olduğu 10.880 manat məbləğində pulu MMC-yə ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə mülki məsuliyyət daşıyır və bu səbəbdən ondan 10.880 manat məbləğində pul tutularaq MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən bu tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Əldən çıxmış fayda tələbinin həlli ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışının nəticələri ilə cava bdehin pul vəsaitini qanunsuz saxlamaqla müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi halı sübut olunmamışdır. Ona görə də həmin hissədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 567, 425.1, 442, 448, 449.1-ci -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə cavabdehin məkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda tərəflər arasında hər hansı nisyə xxxx bağlanılmamasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə xxxxnə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb ed ə bilər (maddə 600.4). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlili əsassızdır. Belə ki, apellyasiya baxışında iştirak etməsi üçün cavabdehə müvafiq qaydada bildiriş göndərilmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-519/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1198/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1198/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver