Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-12/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hal-hazırda ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qızına və Cavabdeh6 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(107)-186/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hal-hazırda ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) XXX filialı ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 20 faizlə 24 ay müddətinə 20,000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin təminatı olaraq eyni tərəflər və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 115.CL.220814.00001/g saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə XXX şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binası 0.0081 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında yüklü edilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 19 faizlə 36 ay müddətinə 130,000 manat kredit verilmiş, müqavilənin təminatı olaraq eyni tərəflər və Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.171012.00001/b saylı sonrakı ipoteka müqaviləsi və Bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.080212.00001/a saylı ipoteka müqavilələri bağlanmış, müvafiq olaraq Cavabdeh2 məxsus XXX şəhəri Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evi 0.0327 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh1 məxsus XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binası 0.0083 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin təminatı olaraq iddiaçı ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qızı və Cavabdeh6 arasında xx xxxxxx 2015-ci il tarixli 115.CL.080115.00002/1 saylı ipoteka müqaviləsi bağlanaraq XXX şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evi 0.05. ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetləri üzərində yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışıdr. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qızına və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələrinin şərtlərini dəfələrlə yerinə yetirməmiş, kredit üzrə faizlərin ödənilməsi müddətlərini pozmuşdur. Bu hal iddiaçıya ipoteka müqavilələrinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsi hüququnu verir. “xxxx” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə XXX şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 60,000 manat, XXX şə həri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyriyaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 140,000 manat, XXX şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 70,000 manat, XXX şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 130,000 manat müəyyən edilmişdir. XXX Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)262/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilərək: cavabdehdən xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə 17,163.35 manat əsas, 11.10 manat faiz borcu və 200 manat cərimənin, cəmi 17,374.45 manat tutu laraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan, Cavabdeh2 məxsus XXX şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun iddiaçıya ödənilməsi, həmin qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 60,000 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən qeyri-yaşayış sahəsinin boşaldılması; cavabdehdən xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi üzrə 95,472.92 manat əsas, 18,687.98 manat faiz borcu, 200 manat cərimə, cəmi 114,360.90 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin həmin müqavilə üzrə ipoteka predmeti olan Cavabdeh1 məxsus XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasına 0.0083 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh2 məxsus XXX şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyri-yaşayış sahəsi və yaşayış evinin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun iddiaçıya ödənilməsi, XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 140,000 manat, XXX şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə ilk in satış qiymətinin 70,000 manat müəyyən edilməsi, XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binası 0.0083 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən qeyriyaşayış sahəsinin boşaldılması, XXX şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evi 0.0327 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra Cavabdeh2 ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən yaşayış sahəsinin boşaldılması; cavabdehdən xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsi üzrə 13,123.31 manat əsas, 2,21 8.92 manat faiz borcu və 200 manat cərimə, cəmi 15,542.23 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin həmin müqavilə üzrə ipoteka predmeti olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızına və Cavabdeh6 məxsus XXX şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun iddiaçıya ödənilməsi, həmin fərdi yaşayış evinin 0.05. ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 130,000 manat müəyyən edilməsi, fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onlar tərəfindən yaşayış sahəsinin boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və 124 manat məbləğində bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasına dair xərcin əvəzinin, cəmi 154.40 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızından və Cavabdeh6 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin Bank qarşısında kredit müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icra olunmaması nəticəsində borcunun yaranması təsdiq olunmuşdur və mülki qanunvericiliyin tələbləri baxımıdan iddiaçının cavabdehdən borcu və tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borcların iddia tələbində düzgün hesablandığını qeyd edərək, faiz borclarının kredit müqaviləsinin bitdiyi tarixə olan məbləğdə tutulmalı olması qənaətinə gəlmiş, həmçinin müqavilələr üzrə cərimə borcunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etməklə 200 manatadək azaltmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, Bank borcun ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır və tələb ipotekaya qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətinə münasibətdə qeyd etmişdir ki, qiymətlər mütəxəssis rəyində qeyd edilən məbləğlərdə müəyyən edilməlidir. Belə ki, tərəflər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 319.1, 385.1, 442, 467, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 34, 41, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31407 nömrəli rəyi ilə, xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105,220814,00001 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsində qeyd olunan şərtləri n əzərə alaraq cavabdehin xx xxxxxx 2016-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçıya olan borcu ümumilikdə 20.050,04 manat məbləğində, o cümlədən: xx.xx.2016-cı il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 20.000,00 manat, faiz borcu üzrə 50,04 manat; xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin xx xxxxxxxx 2017-ci il tarixə (sualda qeyd edilən tarixə) iddiaçıya olan borcu ümumilikdə 115.368,04 manat məbləğində, o cümlədən: əsas borc üzrə 98.570,31 manat, faiz borcu üzrə 16.797,73 ma nat; xx xxxxxx 2015-ci il tarixli,115.LN.2004.080115,00002 saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxx 2015-ci il tarixli, 115.LN.2004,080115.00002 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin xx xxxxxx 2018-ci il tarixə (sualda qeyd edilən tarixə) iddiaçıya olan borcu ümumilikdə 13.858,59 manat məbləğində, o cümlədən: əsas borc üzrə 13.151,94 manat, faiz borcu üzrə 706,65 manat müəyyən edilmişdir. X3 xx.xx.2020-ci il tarixli ƏEM/Y12-012/20 nömrəli ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı rəyinə əsasən, XXX şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyriyaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 63,0 00 manat, XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 102,000 manat, XXX şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 70,000 manat, XXX şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 112,000 manat müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-186/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməs inin qətnaməsi dəyişdirilərək, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə faiz borcu 16.797,73 manat müəyyən edilməklə, cəmi tutulan məbləğ 112470,65 manat, xx xxxxxx 2015-ci il tarixli, 115.LN.2004.080115,00002 saylı kredit razılaşması üzrə faiz borcu olan 706,65 manat olmaqla cəmi tutulan məbləğ 14029,96 manat, ipoteka predmeti olan XXX şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 63,000 manat, XXX şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 102,000 manat, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 112,000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun iddiaçıdan və cavabdehdən - hər birindən 75 manat tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, əmlakın qiymətləndirilməsi barədə tədiqatın dəyəri olan 300 manat pulun iddiaçıdan və cavabdehdən - hər birindən 150 manat tutularaq “X5” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tutulan kredit borcu üzrə gəldiyi nəticə məhkəməmühasibatlıq ekspertizasının rəyinə uyğun olmalıdır. Belə ki, məhkəməyə qeyd edilən ekspert rəyini istisna edən sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab etmişdi r ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələri üzrə cavabdehdən tutulan məbləğlər ekspert rəyində müəyyən edilən məbləğlərdən əsasən kiçik olduğundan yalnız ekspert rəyində müəyyən edilən məbləğlərdən artıq məbləğlər ekspert rəyinə uyğun tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmetlərinin dəyəri apellyasiya icraatı zamanı təyin edilən əmlakın qiymətləndirilməsi barədə X3 xx.xx.2020-ci il tarixli rəyinə uyğun olaraq müəyyən edilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan cərimə borcunu tənasüblük baxımından ədalətli hesab etmiş və belə nəticəyə gəlmişdir ki, cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməlidir. Bundan əlavə cavabdehin apellyasiya şikayətinin i poteka predmeti olan yaşayış evinin satıldıqdan sonra onun boşaldılması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, ipoteka predmeti olan yaşayış sahəsinə münasibətdə qanunvericilikdə müəyyən edilən şərtlər ödənildiyindən apellyasiya şikayətində irəli sürülən həmin dəlil də əsassızdır. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317, 319.1, 385.1, 421.2, 423.2, 424.2, 425.1, 442, 448.1, 448.2, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qayta rılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən qanunsuz və əsassızdır, məhkəmə işə baxarkən ədalətlilik və humanizm prinsiplərinə əməl etməmişdir. Kassator şikayətində göstərmişdir ki, böyük bir ailənin mülkiyyətinin əlindən alınması ailənin məhvi deməkdir. İşin bu halı məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul olunarkən MPM-nin 2, 7, 8, 9, 14cü, Mülki Məcəllənin 211, 225.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, MP M-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə həmin şəxsə aid hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov s axlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipot eka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka ha qqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ədalətsiz olduğunu qeyd edərək, bəzi maddi hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-186/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə
Məhkəmə qərarları › İş №2(102)-12/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-12/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver