Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-12/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-12/22 (Açar sözlər: kreditin, faizlərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 a prel 2021-ci il tarixli, 2(103)66/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehdən 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2.000.000 manat, hesablanmış faizə görə 320.000 manat və dəbbə puluna görə 268.977,78 manat olmaqla, cəmi 2.588.977,78 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları 1-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 8 faizlə 2.000.000 manat kredit verilib. 21 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 20 noyabr 2017-ci il tarixə Banka ödənilməmiş 2.000.000 manat əsas, 320.000 manat faiz, 268.977,78 manat dəbbə pulu olmaqla, cəmi 2.588.977,78 manat kredit borcu vardır. X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarına əsasən, cavabdehin adına rəsmiləşdirilmiş kreditin ödənişi məqsədilə ondan qeyri-qanuni alınmış 460.000 manat pulun kredit məbl əğinin üzərinə bərpa olunması; 15 mart 2013-cü ildə cavabdehin adın rəsmiləşdirilmiş 2.000.000 manat kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi qərara alınıb. Bundan sonra Əmantlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli, 01 saylı qərarı ilə X2 sözügedən qərarının ləğv edilməsi və qərarın təsdiq olunması üçün ləğvediciyə nəzarəti həyata keçirən məhkəməyə təqdim edilməsi qərara alınıb. Eyni zamanda, qanuni qüvvəyə minmiş 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarının ləğv olunması haqqında 01 mart 2017-ci il tarixli, 01 saylı qərarının məhkəmə qaydasında təsdiq edilməsi barədə ərizəsi mümkün sayılmayıb. Göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə kreditin məbləği X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarına əsasən balansdan silinib və balansdan kənar hesabda uçotunun aparılması qərara alınıb. Beləliklə, X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarı hazırda qüvvədədir. Bu səbəbdən də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, İ.Ş.Vəliyev və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. 2-ci mülki iş üzrə İşin halları İşin hallarına görə, iddiaçı Cavabdeh məhkəmədə cavabdeh LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldıraraq, 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə onun adına rəsmiləşdirilmiş əsassız borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəf indən Cavabdeh 24 ay müddətinə, illik 8 faizlə 2.000.000 manat kredit verilib. X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarı ilə Cavabdeh adın rəsmiləşdirilmiş 2.000.000 manat kreditin balansdan silinməsi qərara alınıb və həmin qərar icra edilib. Hazırda həmin qərar qüvvədədir. Həmçinin Bank, Cavabdeh kredit borcunun olmasını təsdiq edən sənədləri (kassa məxaric orderinin əslini və sair) məhkəməyə təqdim edə bilməyib və onun Banka kredit borcunun olması hər hansı sübutla öz təsdiqini tapmayıb. Belə olan halda Cavabdeh mövcud olmayan borcun silinməsi barədə iddiası əsaslı sayıla bilməz. Ona görə də Cavabdeh iddiası rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh LPO İddiaçı ASC apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilib, iddianın şikayətdə göstərilən əsasla rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Hər iki mülki işin bir icraatda birləşdirilməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehdiye v və X.Ə.Sarıyev) tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi, habelə həmin məhkəmənin 27 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hər iki mülki iş üzrə birinci instansiya məhkəmələri həm LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, həm də Cavabdeh iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Bankın iddiasının təmin, Cavabdeh iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə ic raatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili Nəriman Alməmmədov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Hə min Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsində göstərilir ki, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməyib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti qətnamənin bütövlükdə ləğv edilməsinə yönəlsə də, kassasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğundan, qə tnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız Bankın iddiasının rədd olunması hissəsində yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarının hazırda qüvvədə olması, həmin qərara əsasən borcun silinməsi və beləliklə də cavabdehin Banka borcunun olmaması ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əslində sözügedən Qərarın 2-ci bəndində 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin adına rəsmiləşdirilmiş 2.000.000 manat kreditin balansdan silinərək, həmin kreditin balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi qərara alınıb. Nəzərə alınmalıdır ki, kreditin balansdan silinməsi və onun balansdan kənar hesabda uçotunun aparılması fərqli anlayışlar olmaqla, həmin anlayışlar ayrı-ayrılıqda qanunvericilikdə öz əksini tapıb və hər bir halda kreditin balansdan silinməsi və onun balansdan kənar hesabda uçotunun aparılması kredit borcunun silinməsi anlamına gəlmir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018ci il tarixli, ********** saylı Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyacların yaradılması haqqında” Qaydalara əsasən bankın aktivlərinə- bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdan kənar öhdəliklər daxildir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilir ki, bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdan kənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 il ərzində bu hesablarda uçotu aparılır. Apellyasiya instansiyası məhkəməsi, X2 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarı ilə cavabdehin adına rəsmiləşdirilmiş 2.000.000 manat kreditin balansdan silinərək, həmin kreditin balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsini, balansadan kənar öhdəliklərin də bankın aktivinə aid edilməsini və ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlərin və bu aktivlər üzrə ödənilməmiş faizlərin müvafiq balansdan kənar hesablarda (subhesablarda) ən azı 5 il ərzində uçotunun aparılmalı olmasını nəzərə almadan, bir tərəfdən Bakın Müşahidə Şurasının sözügedən qərarına istinad edib iddianı rədd etdiyi halda, digər tərəfdən kredit borcunun ümumiyyətlə mövcud olmadığını göstərməklə işin müəyyən edilmiş halları üzrə ziddiyyətli nəticəyə gəlib. Digər tərəfdən, 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin adına rəs miləşdirilmiş 2.000.000 manat kreditin mövcud olmaması, Bankın özünün Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli, 36/1 saylı qərarı ilə də istisna olunur. Belə ki, həmin qərar əslində kreditin möcud olmaması ilə bağlı deyil, ümidsiz statusu verilmiş sözügedən kreditin balansdan silinərək onun balansdankənar hesabda müvafiq uçotunun aparılması barədədir. Göründüyü kimi, ümidsiz kreditlərin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması borclunun bank qarşısında öhdəliyinə xitam verilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıd ır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsində göstərilir ki, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbləri nə pozaraq, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin məhz 15 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əmələ gəlməsinə diqqət yetirmədən, həmin müqavilə üzrə borclu Cavabdeh öhdəliyinə xitam verilməsi üçün qeyd olunan maddələrdə nəzərdə tutulan əsasların olub-olmadığını, ümidsiz kredit statusu verilmiş sözügedən borcun həqiqətən Bankın balansdankənar hesabında uçotunun aparılıb-aparılmadığını araşdırmadan, habelə xüsusi bilik tələb edən qeyd olunan suallara, o cümlədən balansdankənar hesabda uçotu aparılmış sözügedən borcun sonrakı talehinə aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız borclu Cavabdeh irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddia olunan borcun mövcud olmadığı qənaətinə gəlib. Halbuki, Mülki Prosessual Məcə llənin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilm əməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməniddiaçının iddia tələblərinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-66/2021 saylı qətnaməsi qismən- iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və digərlərinə qarşı “15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2.000.000 manat, hesablanmış faizə görə 320.000 manat, dəbbə puluna görə 268.977,78 manat olmaqla, cəmi 2.588.977,78 manat pul iddiasının” rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-12/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-12/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver