Məhkəmə qərarları › İş №2(102)-12/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-12/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-12/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi) 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-655/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə X4 arasında bağlanmış 03 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya mənzil əldə edilməsi üçün bank tərəfindən illik 12 faiz olmaqla 300 ay müddətinə 44.600 manat məbləğində kredit verilmişdir.

2. Müqavilənin 2.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, kreditdən istifadəyə görə faizlər borc alanın ssuda hesabı üzrə borcunun yarandığı gündən (kreditin faktiki verildiyi tarixdən) başlamaqla hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) borcun tam ödənildiyi tarixə qədər hesablanır. Müqavilənin 5.1-ci bəndinə görə bu Müqavilə tərəflərin imzası və Bankın (filialının) möhürü ilə təsdiq edildi yi andan hüquqi qüvvəyə minir. Həmin müqavilənin 6.2-ci bəndinə görə borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün bu Müqavilənin 1.1-ci bəndi ilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 15% dərəcəsi əlavə edilməklə illik 27 faiz dərəcəsi ilə hesablanan penya ödəyir.

3. Kreditin təminatı olaraq cavabdehə məxsus olmuş Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsindəki 26 saylı binanın 7-ci mərtəbəsində yerləşən mənzil bankın xeyrinə yüklü edilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 16 iyul 2016-cı il tarixli, 2(021)-169/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh X2 qarşı iddiası qismən təmin edilərək, 03 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 21.990 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2.766 manat məbləğində faiz borcu, 260 manat penya olmaqla, cəmi 25.017 manat məbləğində borcun ipoteka predmeti olan cavabdehə məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsindəki 26 saylı binanın 7-ci mərtəbəsində yerləşən 60 kv.m yaşayış, 92 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməklə tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə edilmiş pul vəsaiti hesabına iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, mənzilə tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra 1 ay müddətində mənzilin boşaldılması, ödənişlər həyata keçirild ikdən sonra artıq qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(104)-4040/2018 saylı qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(102)3493/2019 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, xx.xx.2020-ci il tarixdə tam şəkildə icra edilərək tutulmuş borc məbləği kreditora ödənilmişdir. İddiaçı bank xx.xx.2020-ci il tarixdə Suraxanı rayon icra və probasiya şöbəsinə məktub ünvanlayaraq müvafiq iş üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir. Suraxanı rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borc məbləği tam olaraq ödənildiyində icra sənədinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlə bağlanmış 03 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixədək 9403,02 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc tam şəkildə qaytarıldığı vaxtadək gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 5943,46 manat məbləğində penya, cəmi 15346,48 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini alandan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə borc məbləğini tam ödəməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixədək 9403,02 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq bank kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2020-ci il tarixə bu məbləğ 5943,46 manat təşkil edir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 399.3-cü maddəsinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.

11. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2020-ci ildə qətnamədə göstərilən məbləği tam ödəmişdir. Borcu tam ödədiyini, iddiaçının ondan artıq vəsait tələb etdiyini, tələb olunan məbləğlərin düz olmadığını qeyd edərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/680 saylı, 29 mart 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka ödəməli olduğu kredit məbləği xx.xx.2020-ci il tarixə əsas borc üzrə 8692,50 manat təşkil edir, faiz borcu yoxdur.

13. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3834 saylı, 19 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx. 2020-ci il tarixdə iddiaçıya olan əsas borcu 8692,50 manat təşkil edir. Faiz borcu və cərimə borcu yoxdur. O cümlədən qeyd edilmişdir ki, “Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “21214” saylı hesabda cərimə faizlərinin hesablandığı əks olunmuşdur. Lakin Azərbaycan Respublikası Mərkəzi bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzun müddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”na aid olduğu müəyyən edildi. Beləliklə, 03 sentyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X3 cərimə borcu hesablanmadı”

14. Salyan Rayon Məhkəməsinin (hakim Ağarza Səmədov) 2(057)-1082/2021 saylı iş üzrə 03 noyabr 2021-c i il qətnaməsi ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəylərindən iddiaçının tələb etdiyi faizin məbləğinin müəyyənləşdirilməsinin mümkün olmaması görünür. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan icra olunan vaxta qədər olan müddət üçün 15 faiz dərəcəsi ilə faiz tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə faiz dərəcəsi 15 faiz deyil, 12 faiz nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsinə əsasən iddiaçının tələbi təmin olunmuş, cavabdeh isə ona məxsus olan hüquqlardan istifadə edərək apellyasiya və sonradan isə kassasiya şikayəti vermişdir. Məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması üçün müəyyən vaxt keçmişdir. İddiaçının məhkəmə qətnaməsinin mübahisələndirildiyi müddət ərzində cav abdehdən faiz tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda iddiaçı tərəf qeyd olunan məbləğin hansı qaydada hesablanması barədə məhkəməyə sübut təqdim edə bilməmiş, iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş olsa belə, iddiaçının tələb etdiyi məbləğin hansı qaydada müəyyən olunduğunu aşkar etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab etmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfi ndən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov, (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) 2(106)-655/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisənin qanuni həlli üçün ilk növbədə borclu tərəfindən məhkəmə qətnaməsinin icrasına təqsirli olaraq maneə yaradıb-yaradılmaması sualına cavab tapılmalıdır. Bu hal həm də ona görə önəmlidir ki, apelly asiya icraatı zamanı cavabdeh tərəf qətnaməni vaxtında və lazımi qaydada icra etdiyini hətta borcun müqabilində ipoteka ilə yüklü edilmiş əmlakın məhz bnka olan borcunun tam ödəməsini nəzərə alaraq ipoteka ilə yüklü edilmiş əmlakın məhz banka olan borcunun tam ödəməsini nəzərə alaraq ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad olunması, həmçinin, icra sənədi üzrə tələbkar "xxxx" ASC xx.xx.2020-ci il tarixdə məktubla Bakı şəhər Suraxanı rayon icta və probasiya şöbəsinə müraciət edərək icra sənədində qeyd olunan borc məbləğinin tam olaraq ödənildiyindən icraata xitam verilməsini xahiş etməsinə diqqət çəkərək, faizlərin həmin müddətlərə görə hesablanmasının qanuna uyğun olmamasını və bu halın onlar üçün qanunda nəzərdə tutulmayan mülki məsuliyyətin yaradılması kimi qiymətləndirmişdir.

21. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır.

22. Göründüyü kimi, iddiaçının iddia tələbinin yaranması üçün hüquqi əsaslar mövcud olmamışdır.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 449.1-ci maddəsinə, Konsititusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına, Mülki prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, Konsititusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyə görə borcun, faizin və maliyyə sanksiyalarının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Qeyd olunanlardan da göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin ta m şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var.

26. Həmçinin, təyin edilmiş hər iki ekspert rəyinin nəticəsinə uyğun olaraq cavabdehin iddiaçı qarşısında 8692,50 manat əsas borc məbləğinin olduğu müəyyən edilmişdir. Məhkəmə isə bu məsələyə hər hansı hüquqi qiymət verməyərək belə nəticəyə gəlmişdir ki, iddiaçının əsas borc məbləği ilə bağlı hər-hansı tələbi olmadığından və ekspert rəyində isə cavabdehin yalnız əsas borcunun mövcud olması qeyd olunduğundan, iddiaçıya hesablanmış adi faizlər üzrə borc məbləğini tələb etməsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə əsas borc məbləği xx.xx.2020-ci il tarixdə tam şəkildə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan bu məsələyə hüquqi qiymət verərək e kspert rəyindəki uyğunsuzluğu nəzərə almalı idi.

27. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə penyanın hesablanması nəzərdə tutulmuşdur. Bankın tələb etdiyi faiz borcu isə heç də məhkəmənin qeyd etdiyi kimi 15 faiz dərəcəsi ilə deyil, əksinə, iddia ərizəsində də göstərildiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş illik 12 faiz dərəcəsi ilə hesablanmışdır.

28. Kassatorun mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014- cü il tarixli qərarlarının, habelə Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

31. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

32. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarı:

34. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

35. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına da ir məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.

36. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

37. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borc lunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı: 38. “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 39....Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini ge cikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

40. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

41. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

42. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən t ələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı:

43. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Ö hdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüq uq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun təl əbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

55. Kassatorun mövqeyinə görə, qətnamənin tam icra edildiyi xx.xx.2020-ci il tarixədək hesablanmış 9403,02 manat hesablanmış adi borc və həmin tarixədək illik 15 faiz dərəcəsi ilə hesablanmış 5943,46 manat məbləğində penya cavabdehdən tutulmalıdır.

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitməmişdir, lakin öhdəliyin icra edilməməsi səbəbindən qaldırılmış iddia əsasında müvafiq məhkəmə aktları qəbul edilərək ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş, qanuni qüvvəsini alan məhkəmə aktları tam şəkildə icra edilmişdir. Bununla da tərəflər arasında olan kredit münasibətləri sona çatmışdır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına görə, kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələ bin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

58. Göründüyü kimi, qanunverici belə vəziyyətdə iddiaçıya yalnız Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb hüququnu vermişdir ki, hazırkı mülki iş üzrə iddiaçının sözügedən tələbi mövcud deyil. İddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından sonra adi faizlər və cəriməni tələb edir ki, belə bir tələbin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmələrin mövqeyi əsaslı olmuşdur.

59. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırma q və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-655/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar