Məhkəmə qərarları › İş №2(102)-1205/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1205/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1205/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Məhərrəmov Əbdül Azər oğlu və cavabdehin vəkili Cəfərov Ceyhun Böyükkişi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hüseynov) iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)-7711/201 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları x1 x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 21 fevral 2014-cü il tarixdə bağladığı AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 mənzilin cavabdehin mülkiyyətinə keçirildiyini, həmin müqavilənin cavabdehlə arasındakı borc münasibətini pərdələmək üçün rəsmiləşdirildiyini, cav abdehin peşəkar şəkildə faizə pul verməklə məşğul olduğunu, alqı-satqı müqaviləsinin yalan əqd olduğunun mənzilin qiymətinin 110 000 manat müəyyənləşdirilməsindən də aydın şəkildə göründüyünü bildirmiş, buna görə də 21 fevral 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və cavabdehin adına verilmiş RX seriyalı ******* saylı 13.09.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Mə hkəmə kollegiyasının iclasında cavabdehin vəkili Cəfərov Ceyhun Böyükkişi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1nun cavabdeh x2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair çıxarışın ləğv edilməsi tələbinə dair” iddiasını təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməyən saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəs t iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, iddiaçının arvadı notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, cavabdeh, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Apellyasiya baxışı zamanı iddiaçıya, mübahisələndirdiyi alqı-satqı müqaviləsini aldığı borcun təminatı üçün görünüş üçün bağladığını təsdiq edəcək sübutlar təqdim etməsi təklif olunsa da, iddianın inandırıcılığına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İşin müəyyən olunmuş halına əsasən, ünvan 1 saylı mənzil06.04.2011-ci il tarixdə x1nun adınaqeydiyyata alınmış, onunla x2 arasında bağlanmış 21.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 110 000 manata x2 satılmış, 13.09.2014-cü il tarixdə sonuncunun adına müvafiq çıxarış verilmişdir. İşin materiallarından görünür ki, iddiaçı x1 öz iddiasını onunla əsaslandırmışdır ki, uzun müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, ailəsini bu şəkildə dolandırmış, sələmçiliklə məşğul olan x2 ticarət fəaliyyətinin pis getdiyi vaxtda tanış olmuşdur. Belə ki, 2014- cü ildə pula ehtiyacı olduğu bir vaxtda x3 adlı şəxsn vasitəçiliyi ilə x2nı tanımış, daha sonra onun əri kimi özünü təqdim edən x4 adlı şəxslə Nərimanov parkında görüşmüşdür. Bankdan pul götürməyin olduqca uzun bir proses olduğu, bu səbəblə mənzilini girov qoyaraq bu məbləği əldə etmək istədiyini bəyan etməsi ilə aralarında 21 fevral 2014-cü ildə alqı-satqı müqaviləsi imzalanmış, əslində isə bu əq d aldığı 110 000 manat borc üçün aylıq 3 faiz, hər ay 3100 manat faiz müəyyən edilməklə bağlanan əqdi pərdələmək niyyətilə bağlanmışdır. Mənzilin girov qoyulacağı, cavabdehin adına keçirilməyəcəyi, borc ödənilməsə mənzilin satılacağı, x2 özünə məxsus pulu götürəcəyi və pulun qalan hissəsinin ona qaytarılacağı barədə razılaşmışlar. 6 ay boyunca mütəmadi olaraq faizləri ödəsə də, ticarət fəaliyyətində yaranmış problemlərə görə daha sonralar faizlərin ödənilməsində gecikmələr meydana gəlmiş, yalnız bundan sonra cavabdeh əslində borc müqaviləsini pərdələmək niyyətilə imzalanımş alqı-satqı müqaviləsinə əsasən 13 sentyabr 2014-cü ildə mənzili öz mülkiyyətinə keçirmişdir. Müqavilənin bağlandığı 2014-cü il üçün ünvan 1 ünvanında yerləşən 150,71 kv.m təmirli, 4 otaqlı, yeni tikilən binadakı mənzi lin qiyməti 110 000 manat təşkil etmirdi, həmçinin cavabdehin alqı-satqı müqaviləsi bağlandıqdan 6 ay sonra çıxarış alması faktı da sübut edir ki, müqavilə görünüş üçün bağlanmışdır. Digər tərəfdən cavabdeh uzun illərdir ki, qanunsuz şəkildə sələmçilik fəaliyyətilə məşğul olur. Daha əvvəl mənzildən çıxarılma tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia üzrə prosesdə də x2 bildirmişdir ki, o, 110 000 manat qarşılığında evi qaytarmağa razıdır. İş materiallarından da görünür ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin təqdim etdiyi məhkəmə qətnamələrinin surətlərindən də görünür ki, cavabdeh x2 hazırkı iddiaya bənzər məzmunla çoxlu sayda müxtəlif məhkəmə işlərində tərəf kimi iştirak etməklə həmin işlərin məzmunundan da görünür ki, o müxtəlif evləri alqı-satqı kimi r əsmiləşdirməklə müəyyən faizə pul verməklə məhğul olmuşdur. İş materiallarında olan ekspertiza rəyindən də görünür ki, alqı-satqısı bağlanmış mənzilin real satış qiyməti 220.000 manat təşkil etməklə həmin mənzil alqı-satqı zamanı yarı qiymətinə 110.000 manata qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Həmçinin Məcəl lənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İşə baxan məhkəmələr Ş.Məmmədovun iddiasını təmin etməyərkən qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin iddianı təmin etməyən məhkəmələr mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələ binin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. B.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Lakin iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi iddiası x1 irəli sürdüyü dəlilləri obyektiv araşdırıb qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin aldadılma nəticəsində bağlanmasına, müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyini araşdırmamışdır. Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1,598.1 və 598.3-cü maddələri). Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəl lənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanması hallarını ifadə edi r. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı). Xüsusilə vurğulanmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə sdə rəktam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar