Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1205/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, “xxxx” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC Azadlıq filialı ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli, 105/LA saylı daxili maliyyə Lizinq müqaviləsinə əsasən, 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla, ümumi məbləğ 75.500 AZN, avadanlığın dəyəri 120.000 AZN olan 1 ədəd Mercedes Benz G55 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı lizinqə verilmişdir.
2. İddiaçı, 20.12.2018-ci il tarixli razılaşma ilə həmin avtomobili “xxxx” MMC-nin istifadəsinə vermişdir. 3. “xxxx” ASC Azadlıq filialı 01.01.2019-cu il tarixli etibarnamə ilə sözügedən avtomobilin istifadə və idarə edilməsini “xxxx” MMC-yə etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilərdi. 4. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02 yanvar 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən, Mercedes G55 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 yanvar 2019-cu il saat 17:55-dən 06 yanvar 2019-cu il saat 19:00-dək hər günü 250 manat olmaqla, xlının müvəqqəti istifadəsinə verilmişdir.
5. İddiaçı Cavabdeh avtomobilə zərər yetirdiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Mercedes G55 minik markalı avtomobilə vurduğu maddi zərərə görə 17.985 (on yeddi min doqquz yüz səksən beş) manat və avtomobilin lizinqinə görə “xxxx” ASC-yə ödənilmiş 9.488,2 5 (doqquz min dörd yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 27,503.25 (iyirmi yeddi min beş yüz üç manat iyirmi beş qəpik) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh icarəyə verilmiş ona məxsus olan Mercedes-Benz G-55 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda qalmış, servisə gətirilərkən isə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Səbəb isə onun müştərisi tərəfindən avtomobili idarə etdiyi müddət ərzində mütəmadi olaraq kobud surətdə texniki şərtləri və istismar qaydalarının pozulması, avtomobilin düzgün istifadə edilməməsi olmuşdur. Müt əxəssisin rəyinə və qüsür aktına əsasən bunun nəticəsində avtomobilinə 17.985 manat məbləğində maddi ziyan dəymişdir. Elə həmin tarixdə də Cavabdeh hadisə ilə bağlı söhbət aparmaq üçün ofislərinə dəvət etmək istədikdə, telefon əlaqəsi yaradaraq məsələni izah etmiş, lakin, o, çox sərt və kobud şəkildə bildirmişdir ki, onlara dəyən ziyanı ödəməyəcək. Hələ bu azmış kimi telefon söhbəti əsnasında bildirmişdir ki, “Öz maşınlarımı da belə sürürəm, 2 dəfə maşınımın motorunu dağıdmışam. Mən qəsdən o cür sürüb zövqünü çıxarmaq üçün 5.5 motor Gelendvaqeni götürmüşəm. Gedib hara istəyirsiz şikayət edin, mənə heç kəs bata bilməz”. Bununla avtomobil sertifikatlı komputer diaqnostikası ilə yoxlanılmış və mütəxəssislərin iştirakı ilə baxış keçirilərək “VEV” avtoservis tərəfindən bu barədə ətraflı arayış verilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil, tez-tez sürət qaldırıb-endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. Bundan başqa “Geotek” naviqasiya sistemindən də aldıqları çıxarışla müəyyən olunur ki, 01-07.01.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s, yuxarı sürət həddi isə 183 km/s olmuşdur. Avtomobilə dəyə n zərərin ödənilməsini dəfələrlə cavabdehdən tələb etsə də, bu günədək cavabdeh ona vurduğu zərəri ödəməmişdir. Avtomobilə görə “xxxx” ASC-yə hər ay 3162,75 manat məbləğində lizinq ödənişini həyata keçirir. Avtomobil gündəlik icarəyə verildiyindən aylıq lizinq ödənişi icarəsinin hesabına təmin olunurdu. Lakin, 07.01.2019-cu il tarixdən 06.03.2019-cu il tarixədək yararsız hala düşdüyündən iddiaçı lizinq ödənişini şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır və 9,488.25 manat əlavə ziyana düşmüşdür.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 15 avqust 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 27023,25 manat pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət ol unmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi Mercedes-Benz markalı **AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin surət həddinin tez-tez qaldırılıb endirilməsi nəticəsində avtomobil hərəkətini dayandırmış, sonradan mütəxəssislər tərəfindən avtomobil komputer diaqnostikasından keçirilmiş, avtomobilin mühhərikinin yüksək surətdən sıradan çıxdığı müəyyən edilmişdir. Mercedes Benz markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən yüksək surətlə idarə edilməsi “GeoTekBS” naviqasiya sistemindən sürmə stili hesabatında” qeyd edilmiş məlumatlarla təsdiqini tapır. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Mercedes Benz markalı **AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 17.535 manat təşkil edir. Avtomobil lizinq müqaviləsi əsasında iddiaçının faktiki sahibliyində və istifadəsində olmuşdur və həmin müqavilənin şərtlərinə görə avtomobilin lizinqinə görə “xxxx” ASC-yə 9.488,25 manat ödənilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Mercedes-Benz markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən hər günü 250 manat olmaqla icarəyə verilmişdir. Mercedes-Benz markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 59 gün müddətində təmirdə olmuşdur. Həmin müddətdə iddiaçı avtomobildən əldə etdiyi faydadan məhrum olunduğu halda “xxxx” ASC-yə 9.488,25 manat məbləğində lizinq ödənişlərini ödəmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 12 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən qətnamə ləğv edilərkən iş materiallarında olan “VEV” avtoservis tərəfindən verilmiş arayışa və Geotek BS naviqasiya sistemində olan çıxarışa əsaslanmaqla hesab etmişdir ki, qeyd edilən avtomobilin zərər dəyməsində guya cavabdehin təqsiri olmuşdur. Halbuki, həmin rəylər birmənalı olaraq hazırkı iş üzrə sübut kimi qiymətləndirilə bilməməklə yanaşı həmçinin iş üzrə cavabdehin təqsirini sübut etmir. Qeyd edilən rəydə avtomobilin yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərrik stabil sürətlə deyil tez-tez qaldırılıb-endirildiyindən istifadə olunan benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrik fəsadlar ekran tablosunda öz əksini tapmışdır. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək sürətlə istifadəsinə davam etdiyindən mühərrik yüksək sürətdə sıradan çıxmışdır. İş materiallarında olan digər “xxxx” MMC-nin verdiyi 11 yanvar 2019-cu il tarixli arayışında isə avtomobilin qeyd edilən sürət həddinin 01.01.2019-cu il tarixə qədər olduğunu göstərmiş, digər arayışda isə həmin sürət həddinin aşılmasının 01.07.2019 və 07.01.2019-cu il tarixə aid olduğu göstərilir ki, bu hal özlüyündə ziddiyətli olmuş, lakin işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi işin bu hallarını araşdırmamış, nəzərə almamışdır ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, qeyd edilən avtomobil 02.01.2020-ci il tarixdən saat 17:55-dən istifadəsinə verilmiş və 06.01.2019-cu il tarixidə daxil olmaqla sahibliyində olmuş, belə vəziyyətdə cavabdehin sahibliyində götürülməmişdən əvvəlki dövrdə olan sürət həddinin, habelə 01.01.2019-cu il tarixin özü də daxil olmaqla həmin dövrə olan nasazlıqların sürət həddinin aşılması kimi halların cavabdehə hansı aidiyyətinin olması ümumiyyətlə müəyyən edilməmişdir və məhkəmə tərəfindən tələm tələsik qərar verilmişdir. Bundan əlavə qeyd edilən Geotek BS orta sürət həddinin müəyyən edən sənəd kimi çıxış edə bilməz və bu yalnız qanunvericiliyin tələbinə uyğun müvafiq ekspertiza keçirməklə və yol hərəkəti haqqında qanunun tələbləri aydınlaşdırılmaqla müəyyənləşdirilə bilər. Çünki, orta sürətin avtomobilin hansı ölçü və meyarlarla müəyyən edilməsi məlum deyildir və yolların statusundan asılı olaraq bu hal dəyişə bilər. Nəzərə alınsa kı avtomobilin cavabdehdə olduğu müddətin əksəriyyəti Bakı şəhərində olmuş və Bakı şəhərinin əksər yollarında orta sürət həddi şəhərdaxili yollar olmaqla orta sürət həddi 60 km. sürətdən çox deyi l. Belə olan halda əgər qeyd edilən rəyə əsaslansaq onda gərək iş üzrə cavabdeh Bakı şəhəri ərazisində olduğu müddətdə avtomobilin müxtəlif sürət radarlarına tutula bilər və bununla bağlı müvafiq cərimə oluna bilərdi. Lakin belə bir sübut məhkəməyə təqdim edilməmiş və həmin hal məhkəmə tərəfindən də araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasi Təhsil Nazirliyi tərəfindən 11 oktyabr 2019-cu il tarixli, F-604 saylı əmr ilə təsdiq edilmiş avtomobil istismarı adlı nəşriyyatında orta sürət anlayışına aşağıdakı məzmunda anlayış verilmişdir. Həmin nəzəriyyəyə görə avtomobilin hərəkətdə olan müddətdə orta sürəti-texniki surətdir. Texniki sürət gedilmiş kilometrlərin hərəkət vaxtına (saat ilə) nisbəti ilə təyin olunur: Texniki sürət = Gedilmiş kilometrlər /Hərəkət vaxt/ Məhz qeyd edilən avto mobilin texniki yəni orta sürəti yuxanda göstərilən qaydada müəyyən edilə bilərdi. Amma iş materiallarında olan və istinad edilən Geotek BS naviqasiya sistemi ilə məhz orta sürətin hansı müddət üçün müəyyən edilməsi, qeyd edilən avtomobilin 02.01.2019-cu il tarixdən 06.01.2019-cu il tarixədək olan dövrdə getdiyi məsafə (kilometr) və hərəkət vaxtı müəyyən edilməmiş və yalnız həmin çıxarışda olan müvafiq hansısa rəqəmlərə istinad edilməklə müəyyən edilmişdir. Hər bir halda bu məsələ müvafiq məhkəmə avtotexniki ekspertizası təyin edilməklə müəyyən edilə bilərdi. Mübahisənin tam və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini, bununla bağlı xüsusi bilik tələb olunduğunu nəzərə alaraq, iş üzrə məhkəmə avtotexniki ekspertizasının təyin olunması mütləqdir. Bundan əlavə, iş üzrə məhkəmənin is tinad etdiyi VEV avtoservis tərəfindən verilən rəy ən yaxşı halda mütəxəssis rəyi kimi çıxış edə bilər ki, nəzərə alınsa ki, həmin rəyin verilməsinə görə hər hansı bir məsuliyyət məsələsi müəyyən edilməyib, belə olan halda həmin rəyə nə dərəcədə etibar etmək olar ki, bu sual özlüyündə açıq olaraq qalır. Məhz bu mənada iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz daxil göndərərək, şikayətin məqsədi iş üzrə yerinə yetirilməli olan öhdəliyin icrasına vaxt qazanmaqdan ibarət olduğundan, onun təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərin i müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 10 96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 97.1. İşə baxılarkən xüsusi bili k tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
23. Maddə 98.3. Qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir.
24. Maddə 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəmə sinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərin ə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Mercedes Benz” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin xüsusi mülkiyyətində olmaqla, 10.10.2018-ci il tarixli müqavilə əsasında lizinq alan İddiaçı lizinqə verilmişdir. İddiaçı də öz növbəsində həmin maşını 20.12.2018-ci ildə yazılı razılaşma ilə “xxxx” MMC-nin istifadəsinə vermişdir. Bununla yanaşı, “xxxx” ASC də avtomobilin adı çəkilən MMC-nin istifadəsinə və idarə olunmasına dair 01.01.2019-cu il tarixli etibarnamə tərtib və təsdiq etmişdir. xxxx” MMC isə maşını 02.01.2019-cu il tarixli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə vermişdir.
30. Hazırda İddiaçı iddia qaldıraraq, icarədə olduğu dövrdə avtomobilə dəymiş maddi zərərin əvəzinin Cavabdeh tutulmasını tələb edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
33. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 17-18).
34. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
35. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
36. Hazırkı işin halla rından görünür ki, tərəflər arasında müqavilə bağlanmamış, dolayısı ilə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi haqqında qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 17535 manat məbləğində pul vəsaiti tutmuşdur”.
38. Göründüyü kimi apellyasiya məhkəməsi zərər dəymiş əşyanı iddiaçının avtomobili kimi qiymətləndirmişdir.
39. Halbuki, sözügedən avtomobil üzərindəki mülkiyyət hüququ “xxxx ” ASC-yə məxsusdur. İddiaçı avtomobili müqavilə əsasında bankdan lizinqə götürmüş, başqa bir razılaşma ilə maşını “xxxx” MMC-nin istifadəsinə vermişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh müvafiq icarə müqaviləsi əsasında “xxxx” MMC tərəfindən verilmişdir.
40. Kollegiya bildirir ki, mülki hüquq pozuntu (delikt) əsası ilə tələb irəli sürməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdehin əməli (hərəkət və ya hərəkətsizliyi), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsin şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir (§ 19-20). Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
41. Odur ki, MM-in 1097.1-ci maddəsindəki “şəxsin əmlakına zərər vurulması”na dair dispozisiya şərti bu iş üzrə lazımi qaydada araşdırılmalı, bu konteksdə Cavabdeh iddia olunan hərəkətləri nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin İddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir.
42. Bundan əlavə, kassasiya şikayətində qeyd olunmuşdur ki, Kral MMC-nin verdiyi 11.01.2019-cu il tarixli arayışda avtomobilin yüksək sürət həddinin 01.01.2019-cu il tarixə qədər olduğu göstərilmiş, digər arayışda isə həmin sürət həddinin aşılmasının 01.07.2019 və 07.01.2019-cu il tarixə aid olduğu göstərilir ki, bu hal özlüyündə ziddiyyətli olmuş, məhkəmələr tərəfindən bu hal araşdırılmamış, nəzərə alınmamışdır ki, avtomobil 02.01.2020-ci il tarixdən saat 17:55-dən cavabdehin istifadəsinə verilmişdir. Belə olan halda, maşının cavabdehin istifadəsinə verilməmişdən əvvəlki dövrə aid olan surət həddinin və nasazlıqların cavabdehə aidiyyəti müəyyən edilməmişdir. Bundan əlavə, cavabdeh tərəf “VEV” avtoservis tərəfindən verilmiş GeotekBS naviqasiya sistemində olan çıxarışı mübahisəli hallar üzrə düzgün nəticəyə gəlmək üçün mötəbər sübut kimi qəbul oluna bilməyəcəyini, həmin mütəxəssis rəyinin verilməsinə görə hər hansı məsuliyyətin müəyyən olunmadığını bildirərək, bu xüsusat üzrə müvafiq ekspertizanın keçirilmədiyinə istinad etmişdir.
43. Məlum olduğu kimi, məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ekspertiza çəkişmə prinsipinə və MPM-nin müddəaları nda nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Ekspertizanın təyin edilməsi barədə qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilir (§ 22-24).
44. Kollegiya hesab edir ki, hazırkı işin düzgün həlli üçün hər iki tərəfin dəlilləri yoxlanılmaqla həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, bu məqsədlə avtomobildən istifadə ilə bağlı texniki sualların ixtisaslı şəxslərin rəyi ilə cavablandırılması üçün müvafiq məhkəmə ekspertizası keçirilməli, toplanmış məlumatlar və sübutlar birlikdə qiymətləndirilməli, sübutlara və işdəki ziddiyyətli məlumatlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qi ymət verilməli, o cümlədən lizinqdə olan avtomobilin sığortası, sığorta təminatının bu zərəri əhatə edib-etmədiyi və mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar araşdırılmaqla, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə çıxarılmalıdır.
45. Ona görə də, qətnamə ləğv edilməklə, yuxarıda göstərilən xüsusatların araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin v ə iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.