Məhkəmə qərarları › İş №2(102)-1207/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1207/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1207/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-3458/2018, hakim M.Q.Sadıqov) İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC-nin Cavabdeh1 və “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsinin bəndinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10071/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə “ilk iddianın rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Lizinq Şirkəti QSC-nin Cavabdeh1 və “xx xx” MMC-yə qarşı borcun tutulması tələbinə dair ilkin iddiası rədd edilmiş, qətnamə apellyasiya şikayəti verən şəxslərə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin “İlk iddianın rədd edilməsi” hissəsində ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2013-cü il buraxılışı olan, ümumilikdə 15 ədəd “DONG FENG” markalı özüboşaldan tikinti texnikasını Cavabdeh1 müvəqqəti istifadəsinə v ermiş, sonuncu isə həmin əmlakların dəyəri olan 902.249 ABŞ dolları məbləğində borcu 24 ay müddətində lizinq şirkətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı Lizinq Şirkəti QSC ilə “xxxx” MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. 10-xx xxxxxx 2015-ci il tarixli aktlar əsasında Cavabdeh1 tərəfindən onun istifadəsinə verilmiş texnikalar “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə xx xxxxxx 2014-cü il tarixdə restrukturizasiya haqqında razılaşmaya əsasən Cav abdeh1 və “xxxx” MMC-dən öhdəliklərinin yerinə yetirməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 136.176,24 ABŞ dolları vaxtı keçmiş qalıq, 56.810 ABŞ dolları faiz borcunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia qaldıraraq xx xxxxxxxx 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 8.4-cü bəndinin etibarsız hesab edilməsi və İddiaçı Lizinq Şirkəti QSC-dən 230.707 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, lizinq müqavilə üzrə lizinq alan lizinq obyektinin dəyərini, lizinq verənin mükafatının məbləğini, servis və sığorta haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə lizinq verənin mükafatının lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 20 % olmaqla, gündəlik hesablama metodu ilə hesablanması nəzərdə tutulmuşdur. Lizinq müqaviləsinin heç bir bir bəndində lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz məbləğini lizinq ödənişlərinə daxil edilməsi göstərilməmişdir. Apellyasiya məhkəməsi lizinq müqaviləsinin şərtlərini nəzərə almadan lizinq mükafatı məbləği və lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz məbləğini eyniləşdirməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən onun müqavilə üzrə 888.427 manat ödəməli olduğu halda 1.019.134 manat ödəməsinə, bununla da 230.707 manat artıq ödəniş etməsinə və həmin halın təqdim edilmiş sübutlarla öz təsdiqini tapmasına, həmin məbləğin qanunsuz olaraq faiz borcuna hesablanmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilk iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən QSC 2013-cü il buraxılışlı olan ümumilikdə 15 ədəd “DONG FENG” markalı özüboşaldan tikinti texnikasına dair müqavilə bağlamış və bu müqavilə ilə Cavabdeh1 illik 20 % olmaqla 24 ay müddətinə 81.344 ABŞ dollar ı avans olmaqla 902.249 ABŞ dolları məbləğində lizinq vermiş, sonuncu həmin əmlakların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsi üzrə avans olaraq 81.344 ABŞ dolları, ödəniş qrafiki üzrə əsas məbləğ üzrə 440.932 ABŞ dolları əsas, 158.233 ABŞ dolları faiz, 19.070 ABŞ dolları sığorta, 29.471 ABŞ dolları servis xidməti, 468 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 648175 ABŞ dolları ödəmişdir. Tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış restrukturizasiya haqqında razılaşmaya əsasən “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 illik 20% olmaqla 24 ay müddətinə 461.318 ABŞ dolları məbləğində lizinq verilmiş, həmin əlavə razılaşma üzrə Cavabdeh1 15790 ABŞ dolları əsas, 14473,15 ABŞ dolları faiz olmaqla 30263,67 ABŞ dolları ödəmişdir. 10 -xx xxxxxx 2015-ci il tarixli aktlar əsasında Cavabdeh1 tərəfindən həmin texnikalar “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Tərəflər xx.xx.2013-cü il tarixli müqavilə ilə razılaşdırmışlar ki, lizinq obyektinin dəyəri 902.249 ABŞ dolları, avans məbləği 81.344 ABŞ dolları, cəmi lizinq ödənişləri isə 1.132.620 ABŞ dolları (820905,04 lizinq obyektinin qalıq dəyəri, 181.829 faiz məbləği, 81.344 avans məbləği) müəyyən olunmalıdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, lizinq alan xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi 81.344,81 ABŞ dolları avans, 440.932 ABŞ dolları əsas borc məbləği, 158.233 ABŞ dolları faiz, 19070 ABŞ dolları sığorta məbləği, 29471 ABŞ dolları servis xidməti haqqı, 468 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 648.175,4 ABŞ dolları ödəniş etmişdir. Həmin müddətdə ödəniş qrafiki üzrə lizinq alan əsas ödənişi 440.932 ABŞ dolları, faiz borcu isə 152.367 ABŞ dolları olmalı olduğu halda lizinq alan göründüyü kimi cəmi 648.175 ABŞ dolları ödəniş etmişdir. Təqdim olunmuş hesabdan çıxarışda ödənilən məbləğin 19070 ABŞ dollarının sığorta ödənişi olaraq, 29471 ABŞ dollarının servis xidməti haqqı olaraq ödənilməsi göstərilmiş olsa da, bununla bağlı (lizinq alan və ya lizinq verənlə hər hansı şəxs arasında sığorta müqaviləsi bağlanması, bununla yanaşı tərəflər arasında xidmət müqaviləsinin bağlanması) hər hansı sübut təqdim olunmamışdır. Lizinq müqaviləsinin şərtlərinə görə əlavə razılaşmanın bağlandığı xx.xx.2014-cü il tarixədək lizinq alanın ödəməli olduğu məbləğ 593.324 ABŞ (440392 ABŞ dolları lizi nq ödənişi, 152932 ABŞ dolları faiz) dolları olmalı idi. Lakin xx.xx.2014-cü il tarixədək 648175 ABŞ dolları ödəmişdir ki, bu da həmin tarixədək 54851 ABŞ dollarının artıq ödməsini təsdiq edir. Lizinq obyektləri 10-xx.xx.2015-ci il tarixdə tərtib olunmuş aktlar əsasında lizinq verənə təhvil verilmişdir. Həmin tarixədək xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə lizinq obyektinin ödənilməli olan məbləği 116.216 ABŞ dolları müəyyən edilməlidir. Bununla yanaşı, resturkturizasiya olunmalı məbləğ 379.973 manat olmalı idi. Çünki əlavə müqavilə bağlanarkən ilkin ödənilmiş avans məbləği nəzərə alınmamış və lizinq obyektinin yeni razılaşdırılmış dəyəri 379.973 ABŞ dolları müəyyən edilməli olduğu halda, yanlış olaraq 461.318 ABŞ dolları göstərilmişdir. Apellyasiya məhkəməsi iddiaçı əsas lizinq ödəni şi ilə yanaşı faiz məbləği tələbinə münasibətdə hesab etmişdir ki, Mülki Məcələsinin 748-11-ci maddəsindən görünür ki, lizinq ödənişlərinin tərkibinə «faiz» adında ödəniş daxil deyildir. Həmin Məcəllənin 748-11.1.3-cü maddəsinə əsasən lizinq ödənişlərindən biri «lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz» kimi göstərilmişdir. Lakin iş materiallarında lizinq obyektinin əldə edilməsi üçün kredit alındığını təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda iddiaçının həm ilkin, həm də əlavə müqavilə üzrə faiz hesablanması, onun ödənilmiş məbləğdən çıxması və tələb etməsi qanuna uyğun hesab edilə bilməz. Bununla yanaşı faiz məbləğlərinin hesablanması, tutulması və tələb olunmasının qanuna uyğun olmadığı müəyyən edilsə də həmin məbləğlərin geri qaytarlıması mümkünsüzdü r. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin məbləğlər əsas borc məbləğinə aid edilməlidir. Bununla yanaşı iddiaçının xeyrinə müqavilə üzrə tutulmalı olan hər hansı məbləğ müəyyən olunmadığına görə müqavilənin valyutası ilə bağlı tələblərinə qiymət verilməsinə zərurət olmamışdır. Əgər hər hansı məbləğ tutulmalı olsa idi, həmin vaxt qaytarılmalı məbləğin hansı valyuta ilə qaytarılması məsələsi həll edilə bilrdi. Mülki hüquqda əşyanın, işin, xidmətin qiyməti dedikdə onların dəyərinin pul vahidi ilə ifadə edilməsi anlaşılır. Lizinq müqaviləsi üzrə lizinq alan isə bir qayda olaraq müqavilədə göstərilən məbləğdə lizinq ödənişləri etməlidir. Eyni zamanda müqavilədə göstərilən qiymət müqavilənin adı, yəni standart şərtidir və müqavilə şərtləri, o cümlədən onun qiyməti dəqiq və aydın göstəri lməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2-ci maddəsinin tələbinə görə müqavilənin stadart şətrləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin normanın tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, lizinq obyektinin qiyməti və ödənişlərin miqdarı ilə bağlı qeyri-müəyyənlik iddiaçı təşkilatın ziyanına təfsir edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar