Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10149/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı “xxxx” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Azad İmanov) 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Ca vabdeh2 borclu olduqları 13200 manatın, həmçinin bu borcun ödəniləcək günə qədər bu məbləğə hesablanacaq bank uçot dərəcəsinin müəyyən edəcəyi məbləğin, habelə, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 “xxxx” Şirkətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Şirkəti, kommersiya fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasına müxtəlif ərzaq məhsulları və tikinti materialları idxal edir. Cavabdeh1 iddiaçı ilə tanış etdiyi və bu əsasla da, yəni etibar əsasında iddiaçıdan Cavabdeh1 vasitəsilə onunla birgə şüşə götürmüş Cavabdeh2 2016-cı ilin noyabr ayından götürmüş olduqları şüşənin pullarını, həmin şüşələri Dərnəgül qəsəbəsindən “BAKSOL” yoluna gedən yolun kənarında olan anbarlar ından artıq satıb qurtarmalarına baxmayaraq bu günə qədər iddiaçıya verməmiş, pulları özlərində saxlayaraq ondan faydalanmışlar. Cavabdehlərin iddiaçıdan almış olduqları şüşə ümumilikdə 4030 kvadrat metr, qiyməti 50275 manat olmuşdur. Cavabdeh2 iddiaçıya 15200 manat borcunun olması barədə qəbz yazmışdır. Onlardan şikayət ediləcəyi bildirildiyindən Cavabdeh2 şüşəni iddiaçıdan yox, Cavabdeh1 aldığını iddia etmiş, Cavabdeh1 həmin pullardan iddiaçıya 2000 manat qaytarmışdır. Cavabdehlərin ona verəcəkləri pul 13200 manat təşkil edir ki, bunun da guya şüşələrin qırılması adı ilə 2000 manatını silmək istəyirlər. Cavabdehlər borclu olduqları 15200 manatı iddiaçıya qaytarmamaqla iddiaçıya xeyli miqdarda maddi zərər vurmuşlar. Cavabdeh2 qəbz yazaraq iddiaçını arxayın etmişdir bu günlərdə borclu ol duğu pulları qaytaracaqdır. Ancaq sözünə əməl etmədiyindən iddiaçı DİN-nin 102 Xidmətinə, sonradan Nərimanov RPİ-nin 17-ci PB-nə şikayət etmişdir. Ərizə araşdırılması üçün Nərimanov RPİ-nin İŞ-nə verilmiş və 16.11.2017-ci il tarixdə, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərardan görünür ki, cavabdehlərdən biri, Ağayev X1 İslam Babaşxan oğlunu tanımadığını bəyan edir, hazırda isə İsaxgilə 10000 manat borclu olduğunu etiraf edərək tez bir müddətdə pulları qaytaracağına söz verir. Halbuki, Cavabdeh2 özünün yazmış olduğu qəbz mövcuddur ki, 15200 manat qalıq borcları vardır. İzahatı alınmış Cavabdeh1 isə bildirmişdir ki, Pərvin şüşə alışının danışıqlarını özü onun yanında İslamla etmişdir. Ancaq İsaxın iddiaçıya 5000 manat verməsi doğru deyil. O, iddiaçıya 2000 manat pul vermişdir. Cavabdehlər, hazırkı əməlləri ilə, iddiaçını bir ildən artıq müddətdə aldatdıqları kimi pulları özlərində saxlayaraq işlətdikləri kimi dövr etdirmiş, hazırda da iddiaçını aldatmaq və pullarından kommersiya fəjaliyyətlərində istifadə etmək niyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” şirkətikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara və tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmiş, şahid ifdələri təhrif edilmişdir. Cavabdeh2 borcunun olması barədə onun tərəfindən yazılmış qəbzin olmasına isə ümumiyyətlə qiymət verməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkilməhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin əsassız heasb edərək təmin edil məməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlədilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına görə İddiaçı ilə Cavabdeh1 birgə fəaliyyəti nəticəsində “Azar Glass industries CO” tərəfindən İddiaçınə 30.11.2016, 26.12.2016 və 17.02.2017-ci tarixlərdə şüşə göndərilmişdir. Həmin şüşələr Cavabdeh1 rəhbərliyi altında Dərnəgül qəsəbəsində yerləşən sexə boşaldılmışdır. 30.11.2016-cı il tarixdə gətirilmiş 1184,5 kvadrat metr şüşənin qablaşdırma sayı 164 yer, 26.12.2016-cı il tarixdə gətirilmiş 1097,82 kvadrat metr şüşənin qab laşdırma sayı 10 yer, 17.02.2017-ci il tarixdə gətirilmiş 1156,6 kvadrat metr şüşənin qablaşdırma sayı 10 yer olmuşdur. Həmin şüşənin satılması ilə bağlı 37075 manat pul şirkətin direktoru İslam Abdıyevə ödənilmişdir. Hazırda iddiaçı həmin şüşələrin gətirilməsi ilə əlaqədar cavabdehlərdən 13200 manat pulun ödənilməsini tələb edir. Cavabdehlər isə iddiaçıya heç bir borclarının qalmadığını, gələn malın bir qisminin, xüsusən də birinci maşınla gələn şüşənin əksər hissəsinin düzgün qablaşdırılmamaması səbəbindən sındığını qeyd etmişlər. 16.11.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqınd”a qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki qaydada məhkəm əyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 21.12.2016-cı il tarixli Cavabdeh2 Allahverən oğlu, X4, X2, Cavabdeh1 tərəfindən tərtib edilən akta görə ki, 21.12.2016-cı il tarixdə İddiaçı göndərdiyi 8814,00 manat dəyərində 4 mm-lik, 1218,00 manat dəyərində 6 mm-lik rəngli və 2268,00 manat dəyərində 6 mm-lik sadə şüşələrin qəbulu zamanı sınıq və yararsız olduğu aşkar edilmişdir. Bu barədə İddiaçı rəhbərinə məlumat verilmiş, göndərilən şüşələrin sınıq və satışa yararsız olmasını şəxsən görməsi üçün sexə dəvət edilmişdir. Lakin o, heç bir üzrlü səbəb göstərmədən sexə gəlməkdən imtina etmişdir. Qırılmış və satışa yararsız vəziyyətdə olan şüşələrin ümumi dəyəri 13200 manat təşkil etmişdir. İşin şərh olunan hallarına əsasən birinci instansiya məhkəməsinin iddianın rədd olunmasına dair qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı iddia etdiyi kimi malın cavabehlərə satılması, onların arasında hər hansı bir öhdəlik hüquq münasibətlərinin olması, cavabdehlər tərəfindən iddiaçıya qarşı hər hansı bir mülki hüquq pozuntusunun (delikt) törədilməsi, ümumiyyətlə cavabdehlərin iddiaçı şirkət qarşısında hər hansı məsuliyyət daşımaları üçün hüquqi əsaslar müəyyən edilməmiş, iddiaçı özününü iddia tələblərinin əsası klimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər ümumi məqsəd, yəni İran İslam Respublikasından şüşə gətirib Azərbaycan Respublikasında sataraq gəlir əldə etmək kimi birgə biznes fəaliyyətini həyata keçirmiş, malın idxalını iddiaçı, gömrük rəsmiləşdirilməs ini Cavabdeh1, satışını isə Cavabdeh2 təşkil etmişdir. Belə olan halda İİR-dan gətirilmiş şüşələrin sınıq və satışa yararsız vəziyyətə düşməsindən dəymiş ziyan həm iddiaçıya, həm də cavabdehlərə aiddir. Onların birinin digərindən ziyan tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası məruzəçini, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nətic ə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İddiaçı şirkət ilə cavabdehlərin İran İslam Respublikasından şüşə gətirərək Azərbaycanda satılması barədə razılaşmaları, bu məqsədlə 30.11.2016, 26.12.2016 və 17.02.2017-ci tarixlərində şüşə gətirmələri, gətirilmiş şüşələrdən bir qisminin sınıq olması işin mübahisə edilməyən hallarıdır. İddiaçı bu fəaliyyət nəticəsində cavabdehlərin ona 13200 manat borcunun olmasını iddia edir. Cavabdehlər isə iddiaçıya borclarının qalmadığını bildirirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi malın (şüşənin) cavabdehlərə satılması və onlara alqı-satqı üzrə borcun qaytarılması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbində, eləcə də məhkəmə araşdırması zamanı həmin mallar ı hansı şərtlərlə, hansı qiymətə, hansı müddətə cavabdehlərə satması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, “xxxx” şirkəti ilə Cavabdeh1 arasında hər hansı öhdəlik hüquq münasibəti olmamış, aralarında hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçı ilə cavabdehlər arasında şüşə satışı faəliyyəti ilə bağlı şifahi razılaşmanın olmasına, cavabehlərin bu halları inkar etməmələrinə diqqət verməmişdir. Cavabdehlər iddiaya etirazlarını əsası kimi gətirilmiş şüşələrin sınıq və satışa yararsız olmasını göstərmiş, bu barədə tərtib edilmiş 21 dekabr 2016-cı il tarixli akta istinad etmişlər. Lakin məhkəmələr işin nəticəsi üçün mühüm əhəmiyy ət kəsb edən həmin akt üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Nəzərə almamışdır ki, aktın məzmunu ilə cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatlar fərqli olmuş, aktın 21.12.2016-cı il tarixdə tərtib olunması göstərilsə də, cavabdehlər onun iş üzrə izahat verilməmişdən 3-4 ay əvvəl tərtib edildiyini göstərmişdir ki, bu da 2018-ci ilin axırlarına təsadüf edir. İddiaçı tərəf ümumiyyətlə onların sınmış şüşələrə baxış keçirilməsinə dəvət olunduqlarını inkar etmişdir. Bundan başqa iş materiallarına “Cavabdeh2 15200 man qalıq borc” yazılaraq imza edilmiş qəbz əlavə edilmişdir. Həmin qəbzin məzmununa görə 45720 manat borcdan 15200 manatın qalıq qalması anlaşılır. Cavabdeh2 qəbzin onun tərəfindən yazılmasını və şüşə satışından qalmış borc məbləğini göstərdiyini inkar etməmişdir. Borcun tamamilə qaytardığını göstərsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. İşə baxan məhkəmələr həmin qəbz üzrə araşdırma aparmamış, hüquqi qiymət verməmişdir. Halbu ki həmin qəbzdə göstərilənlərin iş üzrə həqiqətin müəyyən edilməsinə birbaşa təsiri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noy abr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Həmin Məcəllənin417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” şirkətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10149/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1208/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1208/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver