Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8585/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 21 yanvar 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 13000 manat faizsiz borc almış və həmin məbləği 21 aprel 2019-cu il tarixindək qaytarmağı öhdəsinə götürmüşdür. “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 22.08.2019-cu il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatında tanışı Sürəyyanın onu faizə pul götürməsi üçün İddiaçı ilə tanış etdiyini, Elmirədən 13000 manat faizə borc pul götürdyünü, mütəmadi olaraq hər ay faiz pulu ödədiyini, sonrada maddi vəziyyəti pisləşdiyinə görə pulu qaytara bilmədiyini, oğlu Rövşəni işə düzəltmək adı ilə ondan pul almadığını, ondan yalnız faizə pul aldığını bildirmişdir. "xxxx" ASC ilə X4 arasında bağlanmış 05.03.2018-ci il tarixli 275 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 69000 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 336 ay müddətinə ipoteka krediti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X5 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc məbləği üzrə 36000 manat, dəymiş zərərə görə 2000 manat, cəmi 38000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən alınmış borc məbləği bu günədək qaytarılmadığı üçün kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcun notarius qeydi əsasında mübahisəsiz qaydada alınması barədə bildiriş verilmişdir. Qeyd edilən kredit müqaviləsinin bağlanm asından qısa müddət sonra cavabdeh özünü kommersiya fəaliyyəti ilə məşğul olan biznes sahibi kimi təqdim edərək biznesini genişləndirmək, əldə olunacaq mənfəətdən qoyacağı pul müqabilində onun da müəyyən qədər gəlir əldə edəcəyini vəd edərək, ondan əlavə 8000 manat da pul almış, ona olan etibarından suiistifadə edərək oğlu Rövşən Əzimovu “SOCAR” neft şirkətinə işə düzəldəcəyinə söz vermişdir, o da cavabdehin dedklərinə inanmışdır, lakin pulları olmadığından 69000 manat məbləğdə kreditə pul götürmüş və bu məqsədlə yenidən cavabdehə 15000 manat pul vermişdir. Beləliklə cavabdeh verdiyi vədə əməl etməyərək 21.01.2019-cu il tarixli kredit müqaviləsində göstərilmiş 13000 manat puldan əlavə olaraq 23000 manat pulunu da mənimsəmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciə t etmiş, araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı cavabdeh izahat verərək kredit müqaviləsinə əsasən aldığı 13000 manat borca görə hər ay faiz ödədiyini, sonradan maddi vəziyyəti ağır olduğundan pulu qaytara bilmədiyini göstərmiş, kommersiya fəaliyyəti üçün ondan 8000 manat və oğlunu işə düzəltmək üçün isə 15000 manat pul alınmasını inkar etmişdir. Araşdırma materiallarına əlavə edilmiş qəbzdən də görünən Cavabdeh tərəfindən ödənilmiş 350 manat pul vəsaiti cavabdehin ondan aldığı 8000 manat pulun kommersiya fəaliyyətinə yönəldilməsindən əldə olunan gəlir kimi ona verilmişdir. Cavabdehin iş qurmaq adı ilə ondan aldığı 8000 manat, oğlunu işə düzəltmək adı ilə aldığı 15000 manatın alınmasına dair hər hansı yazılı sübut olmasa da, kommersiya fəaliyyətindən əldə edilmiş gəlirin onda düşən hissəsi kimi ödənilmiş 350 manat barədə verdiyi yazılı qəbz cavabdehin həqiqətən də qeyd edilən məbləğləri almasını təsdiq edir. Cavabdeh aldığı bütün məbləğləri 2019-cu ilin aprelində qaytarmalı idi, ondan aldığı borc məbləğlərini razılaşma şərtlərinə uyğun olaraq vaxtında qaytarmamaqla cavabdeh ona real və əldən çıxmış fayda formasında maddi zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-787/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 13000 manat borc almış və onun qaytarılmasını 21.04.2019-cu il tarixədək qaytarmağ ı öhdəsinə götürmüşdür, cavabdeh daha sonra həmin ilin mart ayında 8000 manat, həmin ayda 15000 manat pul məbləğini də iddiaçıdan götürmüşdür, iddiaçı tərəfindən pul məbləğinin qaytarılması barədə xəbərdarlıq (pretenziya) məktubu ilə cavabdehə müraciət olunmuşdur. Belə olan halda iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi, iddia tələbinin “dəymiş zərərə görə 2000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, geçikdirilmiş vaxt, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi üzrə öhdəliyin icrasının son günü hesab edilən 21.04.2019-cu il tarixdən yekun məhkəmə aktı qəbul edilən 19.03.2021-ci il dövrünu təşkil edir ki, b u da 1 il 11 ay, həmin vaxt dövrünə olan geçikdirilmiş məbləğ isə, ödənilməmiş saxlanılmış 13000 manat məbləğin illik 5 faiz dərəcəsinə müvafiq olaraq hesablanmaqla müəyyən olunmalıdır ki, (13000 manat məbləğin geçikdirilmiş 1 il 11 ay üzrə vaxt üzrə illk 5 % məbləğ) bu da 1250 manat təşkil edir. Cavabdeh iddiaçıdan aldığı digər 23000 manat məbləği də heç bir əsas olmadan özündə 1 il 11 ay müddət ərzində saxlamışdır ki, bunun da illik 5 faizi 2205 manat məbləğ təşkil edir. Göründüyü kimi cavabdehin iddiaçının heç bir əsas olmadan özündə saxladığı 36000 manat məbləğdə pul vəsaitinə görə illki 5 faiz məbləğin miqdarı ümumilikdə 3255 manat təşkil edir. Lakin məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə 2000 manat həddində olduğundan, məhkəmə iddia tələbindən kənara çıxmayaraq tutulma nı həmin həddə müəyyən etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 445.1, 445.2, 445.3, 445.7, 448.1, 739.1, 739.2, 740.2, 1091.1, 1091.2, 1092.1.1, 1091.1.2,1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, X1 21.01.2019-cu il tarixli kredit müqaviləsi üzr ə 12650 manat borc məbləği, 1323 manat gecikmə faizi, 30 manat dövlət rüsumu olmaqla, cəmi 14003 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddia tələbinin mahiyyətini düzgün təhlil etməmiş, müvafiq nəticəyə hansı sübutlar əsasında gəldiyi qeyrimüəyyən qalmış, həmin nəticə işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamıışdır; halbuki, MPM-nin 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak e dən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, 21 yanvar 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 13000 manat faizsiz borc almış və həmin məbləği 21 aprel 2019-cu il tarixindək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının bildirməsinə görə, sözügedən kredit müqaviləsinin bağlanmasından qısa müddət sonra o, cavabdehin kommersiya fəaliyyətini genişləndirmək istəməsi və bu fəaliyyətdən əldə olunacaq gəlirdən ona da pay verəcəyi barədə bildi rdiklərinə güvənərək cavabdehə əlavə 8000 manat da vermiş, eyni zamanda cavabdeh, onun oğlunu “SOCAR”- da işə düzəldəcəyi adı ilə ondan növbəti dəfə 15000 manat almışdır. İddiaçının bildirdiyi hal həm də ondan ibarətdir ki, cavabdeh ona 350 manat qaytarmış, lakin bu ödəniş cavabdehə verdiyi 8000 manatın kommersiya fəaliyyətinə yönəldilməsindən əldə olunan gəlirin hissəsi kimi həyata keçirilmişdir. Cavabdeh iddiaçıdan 21.01.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmasından sonra əlavə olaraq 8000 manat və 15000 manat aldığını inkar etməklə yanaşı, sözügedən kredit müqaviləsinə görə aldığı borc məbləğini faizləri ilə birlikdə tam şəkildə qaytardığını, faizə pul verməklə məşğul olan iddiaçının əlavə pul əldə etmək niyyətinə düşdüyünü irəli sürməkdədir Apellyasiya instansiyası məhkəməsi h esab etmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi 13000 manat baxımından bu halı sübuta yetirmiş olsa da, 8000 manat və 1 000 manat baxımından həmin halı sübut edə bilməmişdir. Belə ki, birincisi, iddiaçının sübut edə bilmədiyi sözügedən hallarla bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır – bununla bağlı onun istinad etdiyi şahid ifadələri isə özünün yaxın ətrafına daxil olan şəxslərin ifadələri olmaqla kifayət qədər şübhədən kənar sübutlar deyildir. İkincisi, məhkəmənin qənaətinə görə, yaxından tanımadığını bildirdiyi şəxsə notarial təsdiqli müqavilə əsasında borc verən iddiaçının, həmin borc qaytarılmadan ona yüksək məbləğlərdə pulu şifahi razılaşma əsasında verməsi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Bu kontekstdə iddiaçının iddia tələbinin ə sası kimi məhz 21.01.2019-cu il tarixli müqavilə nəzərdən keçirilə bilər və bu müqavilə üzrə cavabdehin öz öhdəliyini yerinə yetirib-yetirmədiyi aydınlaşdırılmalıdır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh, həmin müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini irəli sürmüşdür; lakin nəzərə alınmalıdır ki, bu halı sübut eləmə vəzifəsi də onun üzərinə düşür və o, müvafiq arqumentini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 350 manat ödənilmiş olmasın ın sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni cavabdehin iddiaçıya 350 manat qaytardığı iddiaçı tərəfindən etiraf olunmuş, o, bu ödənişin 8000 manata görə həyata keçirildiyini iddia etsə də, yuxarıda qeyd olunduğu kimi, həmin 8000 manatın cavabdehə verildiyi ümumiyyətlə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 21.01.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən 12650 manat borc məbləği iddiaçının xeyrinə tutulmalı, iddia tələbi 8000 manatın və 15000 manatın tutulması hissəsində rədd olunmalıdır. İddiaçının “dəymiş zərərə görə 2000 manatın cavabdehdən alınaraq ona ödənilməsi” tələbi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu on un risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh 21.01.2019-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməmiş, həmin müqavilə üzrə ona 12650 manat ödənilməmiş borcu qalmışdır. 21.04.2019-cu il tarixindən (öhdəliyin icra edilməli olduğu tarix) birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 24.05.2021-ci il tarixinə qədər olan müddət üçün (2 il 1 ay 3 gün) 12600 manata illik beş faizlə hesablanan 1323 manat (12650 manat x 5% = 632,5 manat (illik) x 2 il 1 ay 3 gün = 1323 manat) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həm in maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində işin faktiki halları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələbinin rədd ediməsi hissədə işdə olan sübutları tam araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni yalnız iddia tələbinin rədd edilən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbin rədd edilən hissəsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, tələbin rədd edilən hissələrində iddiasının əsası kimi istinad etdiyi halları sübut edə b ilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəl illəri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8585/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.