Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh YYYoğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X2 Cavabdeh YYYoğluna qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2927/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə 28 mart 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı ilə Cavabdeh YYYoğlu şərikli avtomobil satışı ilə məşğul olmuşdur.
2. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edərək, Cavabdeh YYYoğlunun ondan avtomobil almaq adı ilə 10500 manat pul aldığını, lakin maşın almadığını və pulunu qaytarmadığını bildirmişdir. Həmin şikayət ərizəsi əsasında Ağdam rayon X6 qrupunda araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli, HK-1/141 nömrəli qərarla cinayət işinin başlanması rədd olunmuş, İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh YYYoğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehdən 10500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə qonşudur, münasibətləri yaxşı olmuşdur. Cavabdeh avtomobil alğı-satqısı ilə məşğul olur. 2018-ci ilin noyabr ayında cavabdeh ona bildirmişdir ki, bank vasitəsi ilə üzərinə girov qoyulmuş avtomobilləri ucuz qiymətə gətirə bilir. “Mercedes” markalı avtomobil almaq üçün, özünə məxsus “Volksvagen Tucson” markalı avtomobilini satıb, avtomobil alması üçün 10500 manatı cavabdehə vermək barədə razılığa gəlmişlər. Bu məqsədlə avtomobilini satmış və həmin pulu cavabdehə vermişdir. Pulu cavabdehə verən zaman X4 və X3 iştirak etmişlər. Sonradan cavabdehi tapa bilməmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə mürac iət etmiş, istintaq qrupunda uzun müddət araşdırma aparılmışdır. Ağdam rayon X6 qrupunun müstəntiqinin xx.xx.2022-ci il tarixli, HK-1/141 nömrəli qərarı ilə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və ona mülki iddia qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı cavabdehdən şifahi avtomobil alğı-satqı müqaviləsi əsasında ondan aldığı 10500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh YYYoğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının avtomobilini 12600 manata sataraq 100 manatı orada olan alverçiyə, 10500 manatı isə Əliyə vermişdir. Bundan sonra Əli ilə şərik alver etmişlər. Birlikdə alver etdikləri zaman 7000 manat qazanc əldə etmişlər. Əli 7000 man at məbləğdən ona 3600 manat vermişdir. İddiaçı ilə arasında notariat qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır, iddiaçıya borcu yoxdur və iddianın rədd olunmasını xahiş edir.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Quzanlı qəsəbəsində iddiaçı ilə çayxanada olduğu vaxt cavabdeh onların yanına gəlmişdir. Qiyasla Əli avtomobil alveri etmək məsələsi barədə söhbət etmişlər. Əli onun yanında Qiyasa pul verməmişdir. Qiyasla Əlinin söhbətindən ona məlum olmuşdur ki, Qiyas Əlinin avtomobilini 10500 manata satacaqdır.
7. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Əli ilə Qiyasın avtomobil alveri etməsi ona məlum olmamış, lakin Əli heç vaxt onun yanında Qiyasa pul verməmişdir. Qiyas ona zəng vuraraq Əliyə olan borcunu qaytaracağ ını deyərək Əlinin bir qədər gözləməsini ondan xahiş etmişdir. Borc məbləğini dəqiq bilməmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 2(013)-1886/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilmişdir.
9. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 10500 manat məbləği əsassız olaraq əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 10500 manat məbləği geri qaytarmalıdır.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 1091 və 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.2, 77.1 və 104.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının sözlərini əsas götürmüş, qanunvericiliyin tələblərinə əməl etməmiş, işin faktiki hallarına varmamış, heç bir sübuta söykənməyən qərar qəbul etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı tələb etdiyi pulu ona verməmişdir, buna dair sübutu da yoxdur. Öz təşəbbüsü ilə məhkəməyə gətirdiyi şahidlər də iddiaçının ona qarşı qeyd etdiklərini təsdiq etməmişlər.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2927/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F ikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahına görə Cavabdeh avtomobil alması üçün 10500 manat vermiş, Qiyas isə avtomobil almamışdır. Ona görə də həmin pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin sübutu kimi şahidlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddianı təmin edərkən iddiaçının izahatı və şahidlərin ifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının təl əbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
16. Məhkəmə kollegiyası bildirmişdir ki, işdə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçının tələbini təsdiq edən sübutlar məhkəmələr tərəfindən aparılmış araşdırmalar zamanı təqdim edilməmişdir. Cavabdehin iddiaçı qarşısında hansısa bir öhdəliyinin yaranmasını təsdiq edə bilən heç bir yazılı razılaşma (müqavilə) yoxdur. Bundan başqa, birinci instansiya məhk əməsində dindirilmiş şahidlər ifadələrində iddiaçının cavabdehə pul verilməsini görmədiklərini bildirmişlər.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, irəli sürülən tələb birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh özü birinci instansiya məhkəməsinə verdiyi ifadəsində onun avtomobilini sataraq 100 manatı orada olan alverçiyə, 10.500 manatı iddiaçıya verdiyini göstərmişdir. Cavabdeh avtomobili 10.500 manata satdığını etiraf etmişdir. Ancaq həmin pulu iddiaçıya verməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim təqdim edə bilməmişdir. Cavabdeh yalnız aralarında notarial qaydada müqavilə olmadığına görə iddianı əsassız hesab etmişdir. Cavabdehlə aralarında olan münasibəti birinci instansiya məhkəməsi düzgün olaraq əsassız varlanma kimi qiymətləndirmişdir.
20. Kasasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzg ün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətlinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşin hallarından göründüyü kimi iddiaçı tələbinin faktik əsasını belə izah etmişdir ki, özünə məxsus olan “Volksvagen Tukson” markalı avtomobili 10500 manata satıb, “Mersedes” markalı avtomobil almaq üçün cavabdehə vermişdir. İddiaçı bu pulun cavabdehə verilməsini təsdiq edən sübut kimi şahidlər X5 və X1 dindirilməsini xahiş etmişdir. Lakin həmin şahidlər iddiaçı tərəfindən pulun cavabdehə verilməsini təsdiq etməmişdir. Cavabdeh də iddiaçının tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının “Tukson” markalı avtomobilini satıb pulunu iddiaçıya vermişdir. İddiaçı əvvəl öz avtomobilini satıb cavabdehə 10500 manat pul verdiyini bildirməsinə baxmayaraq, sonradan öz tələbini cavabdehin izahatına uyğunlaşdıraraq qeyd etmişdir ki, iddiaçı avtomobili satıb pulu ona qaytarmamış və şərikli avtomobil alveri ilə məşğul olmağı təklif etmiş, onunla razılaşaraq şərikli fəaliyyət göstərmişdir.
39. Bu halda, sübut etmə yükü iddiaçının üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkə mə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1 və 76.2-ci maddələri).
41. Bu normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəb ərliyi şübhə yaratmamalıdır. Sübutlar təsdiq edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Həmçinin sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
43. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslarla yoxlamış və iddiaçı tərəfindən öz mövqeyini təsdiq edən bu cür sübutlar təqdim olunmadığına görə iddianı rədd etmişdir.
44. Cavabdeh avtomobili satdığını etiraf etdiyinə görə, pulu iddiaçıya qaytarmasını sübut etmə yükünün ca vabdehə keçməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özü iddia ərizəsində məhz ona istinad etmişdi ki, avtomobili satıb pulunu cavabdehə verib və bununla bağlı şahidlərin də dindirilməsini tələb etmişdi. Bu halda apelyasiya instansiyası məhkəməsinin sübutetmə yükünün cavabdehə aid edilməməsini prosessual pozuntu kimi qiymətləndirməyə əsas yoxdur.
45. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasi ya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 4
7. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2927/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.