Məhkəmə qərarları › İş №2(102)-1211/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1211/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1211/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-1211/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağı yeva, iş № 2(006)-xx/17) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3513,83 (üç min beş yüz on üç manat səksən iki qəpik) manatın və iddia ərizəsi və apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun əmək haqqından tutulmuş 3513.82 (üç min beş yüz on üç manat səksən iki qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumu və 100 (yüz) manat hüquqi xidmətə görə ödənilmiş vəsaitin cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ope rator vəzifəsində işləyir. 23 il bir yerdə işlədiyi iş yoldaşı Məmmədov Natiq Dədəkişi oğlu "xxxx" ASC-dən kredit götürmək istədiyini, ona zamin durmağını xahiş etmiş və o, uzun müddət bir yerdə işlədiyi üçün buna etiraz edə bilməmişdir. 2014-cü ilin aprel ayında Bankın Sumqayıt filialindan X1 adına 3 illik 7500 manat kredit rəsmiləşdirilmiş və onunla zaminlik müqaviləsi bağlanmışdır. 30.08.2015-ci il tarixdə “toksiki şok” sindiromundan vəfat etmişdir. X5 ölənə qədər kreditini vaxtlı-vaxtında cədvələ əsasən 2948 manat ödəmişdir. Belə ki, onlar məvacibi "xxxx"ndan aldığı üçün hər ay X1məvacibindən Beynəlxalq Bank tərəfindən 268 manat pul tutulmuşdur. Bununla da borclu rəhmətə gedəndə həmin günə Bank qarşısında heç bir öhdəliyi yox idi və gecikməyə düşməmişdi. Borclu dünyasını dəyişdikdən so nra zamin olaraq onun Beynəlxalq Bankda olan maaş hesabından həyatda olmayanX1kredit borcu tutulmuşdur. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı ona çox böyük maddi və mənəvi ziyan vurmuş səhhətinə cox mənfi təsir etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili A.Kərimov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə yə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil A.Kərimovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx xx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə 36 ay müddətinə, illik 22 % ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin icrasının təminatı kimi xx xx 2014-cü il tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmış və İddiaçı borclunun öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi halda kreditin, ona hesablanmış faizlərin və cərimənin ödənilməsinə təminat vermişdir. Zaminlik müqaviləsinin 6.2.2-ci bəndində əldə olunmuş razılığa əsasən kreditor zaminliklə təmin edilmiş öhdəliyi ifadə edən pul məbləğini borclunun və ya zaminin "xxxx" ASC-də mövcud olan hesabından, pensiya kartından akseptsiz qaydada silmək hüququna malikdir. İşdən həmçinin görünür ki, borclu X1 30.08.2015-ci il də vəfat etmiş və bundan sonra Bank kredit borcunu zamin İddiaçı həmin bankda olan hesabından silmişdir. İddiaçı bunun qanunsuz olduğunu bildirərək “tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 30.08.2015-ci ildən sonra onun əmək haqqından tutulmuş 3513.82 manatın "xxxx" ASC-dən tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və bu zaman zaminlik müqaviləsinin 6.2.2-ci bəndinə istinad etmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı adı çəkilən bənddə Bankın kredit borcunu onun hesabından akseptsiz qaydada silməsinə razılığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hə min qətnaməni ləğv etmiş və iddia tələbini tələbini qismən təmin edərək cavabdehdən 3513.83 manatın alınıb iddiaçıya verilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mərhum X2 öldüyü günədək kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etdiyindən və borclunun öhdəliyi icra etməməsi, yəni icra etməmə zaminin cavabdeh olmadığı haldan irəli gəldiyindən zamin İddiaçı Mülki Məcəllənin 472.1-ci maddəsində nəzərdə tutulan əsasla mülki hüquqi məsuliyyət daşıması istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmiş və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləs i üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi özü də yuxarıda sadalanan maddi hüquq normalarına və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1. və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarına istinad etmiş olsa da, həmin normaları və adı çəkilən Ple num qərarını hazırkı işə düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ümümi qaydaya görə öhdəlik iştirakçılarının – kreditorun və ya borclunun ölümü öhdəlik hüquq münasibətinə xitam vermir. Onların hüquq və vəzifələri vərəsəlik qaydasında keçir. Belə ki, ölən kreditor və ya ölən borclunun vərəsələri prinsip etibarilə universal (ümumi) hüquq varisləridirlər. Onların yerini öhdəlik hüquq münasibətində vərəsələr tuturlar. Başqa sözlə desək, bu halda öhdəlikdə şəxslərin dəyişməsi baş verir. Borc müqaviləsində müqavilə tərəflərinin hər ikisinin, yaxud onlardan birinin ölməsi müqaviləyə xitam verilməsinə səbəb olmayacaqdır. Müqavilədə onların yerini vərəsələr (həm kreditorun, həm də borc alanın) tuturlar. Hazırkı işdə də zaminliklə təmin edilmiş kredit müqaviləsi üzrə borclunun ölümü əsas öhdəliyin, yəni kredit müqaviləsi üzrə öhdəliyin xitamına səbəb olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclunun ölümü zaminliyin də xitamına səbəb olmamışdır. Bu mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1. və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yen i borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adı çəki lən qərarında Mülki Məcəllənin 477-ci maddəsinə şərh verərək qeyd etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həm çinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məh kəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının və eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1. və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara, həmçinin zaminlik müqaviləsinin zaminin hesabından kredit borcunun akseptsiz qaydada silinməsini nəzərdə tutan 6.2.2-ci bəndinin qanuniliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. rov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar