Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1211/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şahlar qızının və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və məcburi qaydada mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1760/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, AZBA-00154 nömrəli “xxxx” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 51.012,51 ABŞ dolları, əsas kredit məbləğinə hesablanmış faiz borcunun ödənil məsi məqsədi ilə 18.339 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 183.698 ABŞ dolları və xx.xx.2018-ci il tarixinə əldən çıxmış fayda olaraq hesablanmış 1.276,33 ABŞ dolları, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, sənədlərin surətlərinin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş rüsumunun əvəzi olaraq 53,20 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 birgə qaydada tutularaq MMC-nə ödənilməsi; - yuxarıda qeyd edilən “xxxx” üzrə borcalan Cavabdeh1 M MC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq onun tərəfindən MMC-nin girovuna verilmiş əmlaklara - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzi, sıra 1, korpus 3, mağaza 16 ünvanında yerləşən və dəyəri 109.000 manat olan əmtəə ehtiyatlarının (idman ayaqqabılarının) açıq hərracdan satılması və onların satışından əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən kredit borclarının ödənilməsinə yönəldilməsi; - qeyd edilən “xxxx” üzrə borcalan Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, bina № 90da yerləşən və ümumi sahəsi 90,38 kv.metr, yaşayış sahəsi isə 76,18 kv.m etr olan 5 otaqlı 18 №-li mənzilə (bundan sonra - mənzil) yönəldilməsi, mənzilin ilkin satış qiyməti 110.000 manat olmaqla açıq hərracdan satılması, mənzilin satışından əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən kredit borclarının ödənilməsinə yönəldilməsi, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılması, cavabdehlərin mənzildən çıxarılması. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Elnur Nuriyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “xxxx” və ona edilmiş “Əlavələr” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 51.012,51 ABŞ dolları, əsas kredit məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 18.339 ABŞ dolları, kredit borcunun öd ənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 300 ABŞ dolları və xx.xx.2018-ci il tarixinə əldən çıxmış fayda olaraq 10 ABŞ dollarının, qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 83,20 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 birgə qaydada tutularaq MMC-yə ödənilməsini; tutmanın girov predmeti olan əmtəə ehtiyatlarına (idman ayaqqabılarına) və ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin ilkin satış qiymətinin 135.000 manat, əmtəə ehtiyatlarının (idman ayaqqabılarının) satış qiymətinin isə 109.000 manat müəyyən edilməsini; həmin əmlakların açıq hərracdan satılmasını; onların satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev və H.Həmidov) 2(103)-1760/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçı MMC-nin xeyrinə tutulacaq faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəm iyyətinin xeyrinə 18.113 (on səkkiz min yüz on üç) ABŞ dolları 07 (yeddi) sent məbləğində pulun müştərək qaydada tutulması, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatı xərcinin ödənilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahlar qızından müştərək qaydada 145 (yüz qırx beş) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya baxışı zamanı iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazışını məhkəməyə təqdim etmişdirlər. 1.1 Tərəflər Cavabdehlərin xx xxxx 2009-cu il tarixli AZBA-001547 saylı xxxxnin tərkib hissəsi olan xx xxxxxx 2014-cü il tarixli BAKU0-920-10544 saylı Razılaşma üzrə İddiaçıya olan ümumi borc məbləğini 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları 2020-ci ilin mart ayından başlayaraq 35 təqvim ayı ərzində, 1-5-ci aylar ərzində hər təqvim a yı ən azı 300 (üç yüz) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 1 500 (min beş yüz) ABŞ dollarından az olmamaqla; 612-ci aylar ərzində hər təqvim ayı ən azı 600 (altı yüz) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 4 200 (dörd min iki yüz) ABŞ dollarından az olmamaqla; 13-24-cü aylar ərzində hər təqvim ayı ən azı 1 250 (min iki yüz əlli) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 15 000 (on beş min) ABŞ dollarından az olmamaqla və 25-36-cı aylar ərzində hər təqvim ayı ən azı 2 000 (iki min) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 49 036 (qırx doqquz min otuz altı) ABŞ dollarından az olmamaqla Cavabdehlər tərəfindən xx xxxxxx 2023-cü il tarixinədək İddiaçıya qaytarılmalıdır. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazi şlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dollarının xx xxxxxx 2023-cü il tarixinədək qaytarılmaması, o cümlədən aylıq ödənilməli olan 300; 600; 1 250 və 2 000 ABŞ dolları, eyni zamanda 5-ci ayın sonunadək 1 500 ABŞ dolları; 12-ci ayın sonunadək 4 200 ABŞ dolları; 24-cü ayın sonunadək 15 000 ABŞ dolları və 36-cı ayın sonunadək 49 036 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 2.1 Bu Sazişlə qaytarılması razılıaşdırılımış 69 436 (altmış doqquz min dörd yüz otuz altı) ABŞ dolları bu sazişin 1.3-cü bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin xx xxxx 2009-cu il tarixli AZBA-00154 7 saylı xxxxnin tərkib hissəsi olan xx xxxxxx 2014-cü il tarixli BAKU 0-920-10544 saylı Razılaşma üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.38 kv.m, yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzil) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlər borcun qaytarılmamış hi ssəsinin 5 000 (beş min) ABŞ dolları artacağını qəbul edirlər; 3.1.2 Cavabdehin etdiyi ödənişlər nəzərə alınmaqla, 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları borcun qaytarılmamış hissəsi və 5 000 (beş min) ABŞ dolları iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; 3.1.3 Tutma ipoteka predmeti olan Cavabdeh2 qızma məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 948 nömrəli reyestr kitabının 87930 nömrəli vərəqində qeydiyyata alman, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.38 kv.m, yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzilə yönəldilir, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 120 000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır. Satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalı ğının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “icra haqqında” AR Qanununa əsasən icra edilir. Azərbaycan Respublikası MPM-in: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. - 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddia çı Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından təsdiq edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1760/219 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında aşağ ıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin: 1.1 Tərəflər Cavabdehlərin xx xxxx 2009-cu il tarixli AZBA-001547 saylı xxxxnin tərkib hissəsi olan xx xxxxxx 2014-cü il tarixli BAKU0-920-10544 saylı Razılaşma üzrə İddiaçıya olan ümumi borc məbləğini 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları 2020-ci ilin mart ayından başlayaraq 35 təqvim ayı ərzində, 1-5-ci aylar ərzində hər təqvim ayı ən azı 300 (üç yüz) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 1 500 (min beş yüz) ABŞ dollarından az olmamaqla; 612-ci aylar ərzində hər təqvim ayı ən azı 600 (altı yüz) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 4 200 (dörd min iki yüz) ABŞ dollarından az olmamaqla; 13-24-cü aylar ərzində hər təq vim ayı ən azı 1 250 (min iki yüz əlli) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 15 000 (on beş min) ABŞ dollarından az olmamaqla və 25-36-cı aylar ərzində hər təqvim ayı ən azı 2 000 (iki min) ABŞ dolları, lakin hər bir halda ümumilikdə 49 036 (qırx doqquz min otuz altı) ABŞ dollarından az olmamaqla Cavabdehlər tərəfindən xx xxxxxx 2023-cü il tarixinədək İddiaçıya qaytarılmalıdır. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dollarının xx xxxxxx 2023-cü il tarixinədək qaytarılmaması, o cümlədən aylıq ödənilməli olan 300; 600; 1 250 və 2 000 ABŞ dolları, eyni zamanda 5-ci ayın sonunadək 1 500 ABŞ dolları; 12-ci ayın sonunad ək 4 200 ABŞ dolları; 24-cü ayın sonunadək 15 000 ABŞ dolları və 36-cı ayın sonunadək 49 036 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 2.1 Bu Sazişlə qaytarılması razılıaşdırılımış 69 436 (altmış doqquz min dörd yüz otuz altı) ABŞ dolları bu sazişin 1.3-cü bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin xx xxxx 2009-cu il tarixli AZBA-001547 saylı xxxxnin tərkib hissəsi olan xx xxxxxx 2014-cü il tarixli BAKU 0-920-10544 saylı Razılaşma üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.38 kv. m, yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzil) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlər borcun qaytarılmamış hissəsinin 5 000 (beş min) ABŞ dolları artacağını qəbul edirlər; 3.1.2 Cavabdehin etdiyi ödənişlər nəzərə alınmaqla, 69 136 (altmış doqquz min yüz otuz altı) ABŞ dolları borcun qaytarılmamış hissəsi və 5 000 (beş min) ABŞ dolları iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; 3.1.3 Tutma ipoteka predmet i olan Cavabdeh2 qızma məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 948 nömrəli reyestr kitabının 87930 nömrəli vərəqində qeydiyyata alman, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.38 kv.m, yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzilə yönəldilir, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 120 000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır. Satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “icra haqqında” AR Qanununa əsasən icra edilir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1760/219 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və məcburi qaydada mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1211/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1211/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver