Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1212/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1212/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh4 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciiltarixli 2(103)8263/2018 nömrəli qətnaməsindən İddiaçı MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim B.Ələ kbərov) 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələblərinə dair iddiası üzrə iddiaçının Cavabdeh6, eləcə də Cavabdeh10 dair hissədə iddiadan imtinasının qəbul edilməsi, iş üzrə icraata Cavabdeh6, eləcə də Cavabdeh10 aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim B.Ələkbərov) 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh5 arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsindəki 136.25 kv.m-dən ibarət üç otaqlı ** nömrəli mənzilin alqısatqısına dair 31.08.2015-ci il tarixdə bağlanmış, Cavabdeh2 arasında həmin binanın 8-ci mərtəbəsindəki 138.76 kv.m-dən ibarət üç otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 06.10.2015-ci il tarixdə bağlanmış, Cavabdeh7 arasında həmin binanın 12-ci mərtəbəsindəki 138.76 kv.m-dən ibarət üç otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 04.11.2015-ci il tarixdə bağlanmış, Cavabdeh9 arasında həmin binanın 12-ci mərtəbəsindəki 98.45 kv.m-dən ibarət iki otaqlı **** nömrəli mənzili n alqı-satqısına dair 13.11.2015-ci il tarixdə bağlanmış, Cavabdeh8 arasında həmin binanın 9-cu mərtəbəsindəki 106 kv.m-dən ibarət iki otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 18.11.2015-ci il tarixdə bağlanmış, Cavabdeh1 arasında həmin binanın 14-cü mərtəbəsindəki 136.60 kv.m-dən ibarət üç otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 21.11.2015-ci il tarixdə bağlanmış, Cavabdeh3 arasında həmin binanın 1-ci giriş, 10-cu mərtəbəsindəki 59 kv.m-dən ibarət bir otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 09.04.2016-cı il tarixdə bağlanmış və Cavabdeh4 arasında həmin binanın 11-ci mərtəbəsindəki 59 kv.m-dən ibarət bir otaqlı **** nömrəli mənzilin alqı-satqısına dair 15.04.2016-cı il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, iddia tələbi üzrə ödənilmiş 30 manat mə bləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Məhərrəmova, İ.Vəliyev) 26.05.2017-ciiltarixli 2(103)-3009/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 nümayəndəsinin və Cavabdeh4 apelyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsinin Cavabdeh3 və Cavabdeh4 aid hissələrdə dəyişdirilmədən saxlanması, cavabdeh M1 apelyasiya şikayətinin təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsinin M1 aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin İddiaçı M MC ilə Cavabdeh9 arasında ünvan 2 ünvanında inşa olunan binanın 12-ci mərtəbəsindəki 98.45 kv.m-dən ibarət iki otaqlı *** nömrəli mənzilin alqı-satqısına dair 13.11.2015-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin olunmaması, apelyasiya şikayətinin verilməsi üçün M1 ödədiyi dövlət rüsumunun və bank xidmət xərcinin əvəzi qismində 16 manatın İddiaçı MMC-dən onun xeyrinə tutulması, Cavabdeh3 nümayəndəsinin və Cavabdeh4 apelyasiya şikayətləri üzrə ödənilmiş rüsum məbləğlərinin isə onların özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, E.Vəliyeva, Ə.Nurməmmədov) 26.05.2017-ciiltarixli 2(102)-7396/2017 nömrəli qərarı ilə Cavabdeh4 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 26.05.2017-ciiltarixli qətnaməsinin Cavabdeh4 münasibətdə ləğv edilməsi və işin ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, V.İbayev, Ə.Əliyev) 27.04.2018-ciiltarixli 2(102)-2874/2018 nömrəli qərarı ilə Cavabdeh3 və vəkili X4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3009/2017 nömrəli iş üzrə 26.05.2017-ciiltarixli qətnaməsinin Cavabdeh4 münasibətdə ləğv edilməsi və işin Cavabdeh3 münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, H.Həmidov) 29.08.2018-ciiltarixli 2( 103)-8263/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayətinin tam, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apelyasiya şikayətlərinin isə qismən təmin edilərək, hazırki iş üzrə iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələbləri barədə iddiasının təmin edilməməsi qət edilməmişdir. İddiaçı MMC-nin vəkili Vəkil ı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İd diaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 Firuddun oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə 04.08.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə MMC arasında Binəqədi rayonu, **************** saylı, sahəsi 138.76 kv.m, dəyəri 138760 manat məbləğində olan mənzil üzrə 06.10.2015-ci il tarixli, Cavabdeh3 ilə MMC arasında Binəqədi rayonu, *************** saylı, sahəsi 59 kv.m, dəyəri 70800 manat məbləğində olan mənzil üzrə 09.04.2016-cı il tarixli, Cavabdeh4 ilə MMC arasında Binəqədi rayonu, *************** saylı, bir otaqlı, sahəsi 59 kv.m, dəyəri 59000 manat məbləğində olan mənzi l üzrə 15.04.2016-cı il tarixli, Cavabdeh1 ilə MMC arasında Binəqədi rayonu, **************** saylı, üç otaqlı, sahəsi 136.60 kv.m, dəyəri 136600 manat məbləğində olan mənzil üzrə 21.11.2015-ci il tarixli, Cavabdeh5 ilə MMC arasında Binəqədi rayonu, ***************** saylı, üç otaqlı, sahəsi 136.25 kv.m, dəyəri 136000 manat məbləğində olan mənzil üzrə 31.08.2015-ci il tarixli, Cavabdeh6 ilə MMC arasında Binəqədi rayonu,**************** saylı, iki otaqlı, sahəsi 106.5 kv.m, dəyəri 70000 manat məbləğində olan mənzil üzrə 25.02.2016-cı il tarixli, Cavabdeh7 ilə MMC arasında Binəqədi rayonu, ****************** saylı, sahəsi 138.76 kv.m, dəyəri 140000 manat məbləğində olan mənzil üzrə 04.11.2015-ci il tarixli, Cavabdeh8 ilə MMC arasında Binəqədi rayonu, ******************* saylı, iki otaqlı, sa həsi 106 kv.m, dəyəri 106000 manat məbləğində olan mənzil üzrə 18.11.2015-ci il tarixli, X3 ilə MMC arasında Binəqədi rayonu, **************** saylı, iki otaqlı, sahəsi 98.45 kv.m, dəyəri 98450 manat məbləğində olan, Cavabdeh10 ilə MMC arasında Binəqədi rayonu, ***************** saylı, otaqlı, sahəsi kv.m, dəyəri manat olmaqla bağlanmış alqı-satqı müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və Cavabdeh11 tərəfindən MMC-nin xeyrinə 585000 ABŞ dolları əsas borcun, 50000 ABŞ dolları maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh6 arasında bağlanmış Binəqədi rayonu, ****************saylı, iki otaqlı, sahəsi 106.5 kv.m olan 25.02.2016-cı il tarixli alqı-sat qı müqaviləsinin etibarsız hesab olunması tələbindən İddiaçı MMC-nin imtina etdiyini bildirib bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh10 arasında bağlanmış Binəqədi rayonu, ************ inşa olunan binanın 2-ci mərtəbəsində sahəsi 106.5 kv.m, dəyəri 106500 olan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbindən İddiaçı MMC-nin imtina etdiyini bildirib bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər S1 və Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış alqı-satqı müq avilələri etibarsız hesab olunmalıdır. Belə ki, tərəflərin özlərinin etiraflarından da görünür ki, onlar MMC-yə heç bir məbləğdə ödəniş etməmişlər. Əgər ödəniş edilmiş olsa idi, o zaman cavabdehlərdə pulun ödənilməsinə dair kassa mədaxil qəbzi olardı. Digər Cavabdeh1 isə özünü vicdanlı alıcı kimi təqdim edərək, ünvan 3-da inşa edilən yaşayış binasının 14-cü mərtəbəsində 9**** saylı mənzilə görə 136600 manat pul ödədiyini və mənzilin alınması ilə bağlı pul ödədiyini və hazırda borcu qalmadığını bildirib mənzili və ya pulunu tələb etmişdir. Hesab edir ki, cavabdeh şəxslərdən Cavabdeh4 avtomobilini kiminsə adına keçirilməsi üçün 27 saylı Notariat Kontorunda etibarnamə verməsi, bu əsasla da X1 müqavilə bağladığını və müqaviləyə əsasən xxxxna əsaslanıb mənzil tələb etməsi əsaslı deyildir. Eyni zamanda o, sübut təqdim edəcəyini bildirsə də, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Lakin 27 saylı Notariat Kontorundan əldə olunmuş sorğuya cavabla müəyyən olunmuşdur ki, Cavabdeh4 daşınar əmlakla bağlı 1 ay müddətinə Sahib Kasumov adlı şəxslə etibarnamə vermişdir. Lakin MMC-nin rəhbərliyi həmin şəxsi tanımır və onun kim olduğunu bilmir, ona hansı məqsədlə etibarnamə verilməsi də məlum deyildir. Apellyasiya instansiyası məhkəməsi isə bu halı lazımi qaydada araşdırmadan, sorğu vermədən cavabdehin formal mülahizəsinə uyğun qətnamə qəbul edib iddia tələbini ona iad hissədə rədd etmişdir. Digər Cavabdeh3 da hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əksinə 20000 ABŞ dollarını bacısı oğluna verdiyini etiraf etmiş, bu fakt da apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və qətnamə qəbul edilmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddia tələbinin bu hissəsində də qərəzli yanaşmışdır. İddiaçı tərəfin əsaslandığı sübutlardan biri də Cavabdeh11 7 ədəd mənzilə dair külli miqdarda pul almasıdır. Hazırda şikayətin əsaslandırıldığı cavabdehlər də məhz həmin cavabdehlərdəndir. Cavabdeh11 barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıldığından və həmin şəxs beynəlxalq axtarışa verildiyindən, həmin şəxsi tapa bilmədiklərindən şikayətlərini MMC-yə qarşı vermişlər. Lakin onların şikaəytləri əsassızdır. Belə ki, cavabdehlər tərəfindən MMC-yə pul ödənilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hazırda Xətai RPİ-də araşdırılan cinayət işi üzrə külli miqdarda zərərçəkmiş şəxslərdən biri MMC-nin direktoru X1. X1 da A1 da şikayət və tələbi vardır. Burada faktiki olaraq hüquqları pozulan şəxs iddiaçı MMC-dir. Bundan əlavə, faktiki olaraq mənzillərlə bağlı, daşınmaz əmlakın alqı-satıqı ilə bağlı notariat kontorunda alqı-satqı aparılmamışdır. Mübahisələndirilən müqavilələrdə tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. Lakin hazırki müqavilələr tərəflər arasında bağlanarkən müqavilə münasibətlərinə riayət olunmamışdır. Əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Mübahisəli mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh tərəfin mənzilə dair sərəncam vermək, yəni onu özgəninkiləşdirmək hüququ olmamışdır. Nəzər alınsa ki, hə min zaman mənzillər təhvil verilməmişdir və mənzillərin cavabdehlərin balansında olması hər hansı əsasla sübutla yetirilmir, o zaman alqı-satqı müqavilələri də etibarsız hesab edilməlidir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, onların işin mahiyyətinə təsirini nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciiltarixli 2(103)8263/2018 saylı qətnaməsinin ləğv edilərək Cavabdeh3, Cavabdeh1 Firuddun oğlu, Cavabdeh4 aid hissədə iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cava bdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı MMC-nin vəkili Vəkil1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, iddia tələbinin cavabdehə aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırıldığını, əsaslı və qanuni qətnamə qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2018ciiltarixliqətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayətinin tam, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apelyasiya şikayətlərinin isə qismən təmin edilərək, hazırki iş üzrə iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələbləri barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında 09.04.2016-cı il tarixdə bağlanmış “Mənzil alqı-satqısı haqqında” müqavilədən və “xxxx”ndan görünür ki, İddiaçı MMC ünvan 3 ünvanında tikilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsindəki 59 kv.metrdən ibarət bir otaqlı **** nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verməyi, alıcı isə mənzilin ümumi dəyəri olan 70.800 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, o cümlədən həmin məbləğ Cavabdeh3 tərəfində n tam ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh4 arasında 15.04.2016-cı il tarixdə bağlanmış “Mənzil alqısatqısı haqqında” müqavilədən və “xxxx”ndan görünür ki, İddiaçı MMC həmin binanın 11-ci mərtəbəsindəki 59 kv.metrdən ibarət bir otaqlı *** nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verməyi, alıcı isə mənzilin ümumi dəyəri olan 59.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, o cümlədən həmin məbləğ Cavabdeh4 tərəfindən tam ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında 21.11.2015-ci il tarixdə bağlanmış “Mənzil alqısatqısı haqqında” müqavilədən və “xxxx”ndan görünür ki, MMC, həmin binanın 14-cü mərtəbəsindəki 136,60 kv.metrdən ibarət üç otaqlı *** nömrəli mənzili son variant daxili sanitariya avadanlığ ı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verməyi, alıcı isə mənzilin ümumi dəyəri olan 136.600 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, o cümlədən həmin məbləğ Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Vüsal Şahbazovun qəbul etdiyi “cinayət işi başlanması və icraata qəbul olunması barədə” 01.07.2016-cı il tarixli qərardan görünür ki, Cavabdeh11 MMC tərəfindən sözügedən binada 7 ədəd mənzilə dair özünün tanıdığı vətəndaşlardan külli miqdarda pullar alaraq həmin şəxslərin adlarına mənzillərə dair alqısatqı müqavilələrinin və mənzillərin pullarının tam ödənilməsi barədə maliyyə arayışlarının rəsmiləşdirilməsinə nail olması, eləcə də X1 külli miqdarda (200.000 ABŞ dolları və 360.000 manat) pulunun və əmlakının dələduzluq yolu i lə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Həmin cinayət işinin materiallarından sözügedən cinayət işində X.Cəfərov qeyd etdiyi mənzillərin hazırki mübahisənin predmeti olan mənzillər olub-olmamasını öz ifadəsində və ya izahatında konkret göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və apellyasiya baxışı zamanı məhkəmə tərəfindən təkrar ifadəsi alınmış Şahid öz ifadəsində bildirmişdir ki, o, Cavabdeh3 cəmi bir dəfə görmüşdür. Belə ki, onun X1 yaxın münasibətləri olmuş, bina tikintisində sonuncuya daim dəstək vermişdir. M1 də daim onlara yaxın olmuş mənzilin alqı-satqısı sahəsində fəaliyyət göstərmişdir. Bir dəfə X1 ya nında işləyən Ş1 adlı şəxs ona zəng vuraraq ünvan 3 ünvanında tikintisi davam edən hündürmərtəbəli binada 1 otaqlı mənzilinin olduğunu, onu satmaq istədiyini ona bildirmiş və müştəri tapmasını xahiş etmişdir. O, Ş1 X1 şəriki kimi tanımışdır. Belə ki, sonuncu özünü həmin tərzdə aparmış və hərəkətləri ilə özünü elə təqdim etmişdir. Bu zəngdən sonra o, tanışı Mirhəşim Əliyevə zəng edib məsələni ona bildirmiş və Şahinin təklifi etdiyi mənzilə müştəri tapmasını xahiş etmiş, sonuncu da bu barədə tanışı E1 adlı şəxsə məlumat vermişdir. Beləliklə, 09.04.2016-cı il tarixdə o, E1 və M1 mənzilin yerləşdiyi ünvana gəlmiş, burada Cavabdeh3 adına olan mübahisəli mənzilə görə sonuncunun bacısıoğlu X7 məbləğini xatırlamasa da, onun yanında pul vermiş, M1 isə həmin pulu Ş1 qardaşı A2 vermişdir. Bu zaman X1 və Cavabdeh3 onların yanında olmamış, sonuncu gəldikləri avtomaşından düşməmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 21.11.2015-ci il tarixdə, Cavabdeh3 arasında 09.04.2016-cı il tarixdə, Cavabdeh4 arasında isə 15.04.2016-cı il tarixdə mənzil alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə görə İddiaçı MMC ünvan 3 ünvanında tikilən yaşayış binasının 14-cü mərtəbəsində **** saylı 3 otaqlı, sahəsi 136,60 kv.m, dəyəri 136.600 manat məbləğində olan mənzili Cavabdeh1, həmin binanın 1-ci girişinin 10-cu mərtəbəsindəki 59 kv.metrdən ibarət bir otaqlı *** nömrəli mənzili daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən 70.800 manat müqabilində Cavabdeh3, həmin binanın 11-ci mərtəbəsindəki 59 kv.metrdən ibarət bir otaqlı *** nömrəli mənzili 59.000 manat müqabilində Cavabdeh4 verməyi, adıçəkilən şəxslər müqavilələr bağlanan gün mənzilin dəyərinin tamamını ödəməyi öhdələrinə götürmüş, müqavilələrlə eyni tarixli maliyyə arayışlarına əsasən, mənzillərin dəyəri alıcılar tərəfindən tam ödənilmişdir. İddiaçı MMC həmin şəxslərlə bağlanmış müqavilələrin etibarsızlığını onlarla arasında iradə vahidliyinin mövcud olmadığına, habelə həmin şəxslər tərəfindən müqavilə qiymətinin MMC-yə ödənilmədiyinə istinadən irəli sürmüş, bunu üçüncü şəxs tərəfindən aldadılmış olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324. 1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 32 4.5-ci maddələri). Göründüyü kimi, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi onun bağlanmasının zəruri şərtidir. Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xə bərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadıl ma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılması tələb edilə bilər. Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək ü çün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM; maddə 76.2.). İddiaçı MMC mübahisəli mənzillərin dəyərinin apelyatorlar tərəfindən ödənilməməsi halına əsaslanaraq həmin əmlaklara dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüş olsa da, öz tələbini əsaslandıran halların təsdiqi barədə sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının heç bir sübuta söykənməyən mövqeyindən fərqli olaraq, iş materiallarında mübahisəli mənzillərə dair cavabdehlərlə bağlanmış müqavilələr və əmlakın dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışları təqdim edilmişdir. Həmin müqavilələr cavabdehlər və İddiaçı MMC-nin direktoru X.M.Cəfərov tərəfindən imzalanmış, sonuncunun imzası İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Başqa sözlə, sözügedən sənədlərin əsaslılığına şübhə yaradan və onların mötəbər sübut kimi qəbul edilməsindən imtina edilməsinə əsas verən heç bir fakt yoxdur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və əsaslandırılmış hallara uyğun qiymət verərək qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əsassızlığı apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə tam sübuta yetirilmiş, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin cavabdehlər tərəfindən mənzilin dəyərinin ödənilməməsinə, müqavilələrin etibarsızlığının əsası olaraq tərəflər arasında iradə ifadəsinin mövcud olmamasına dair kassasiya şikayətinin də dəlili olan xüsusata iddiaçı tərəfindən bu barədə mötəbər sübut təqdim edilməməsi ilə qiymət vermiş, qətnamə qəbul edərkən bu dəlillərinin əksini təsdiq edən sübutlara istinad etmişdir. Belə ki, iş materialları ilə də müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış olan yuxarıda qeyd edilən müqavilələr əsasında cavabdehlər iddiaçı MMC-dən göstərilən mənzilləri satın almışlar və həmin mənzilləri n dəyərini tam olaraq ödəmişlər. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 apelyasiya şikayətinin tam, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apelyasiya şikayətlərinin isə qismən təmin edilərək, hazırki iş üzrə iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli 2(001)-10857/2016 nömrəli qətnaməsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “alqı- satqı müqavilələrinin etibarsız hesab olunması, borcun və maddi zərərin ödənilməsi” tələbləri barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən, hazırkıişinfaktik ihallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciiltarixli 2(103)-8263/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1212/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1212/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver