Məhkəmə qərarları › İş №2(102)-1214/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1214/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1214/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-132/2019, hakim T.B.Axundov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən idd iaçının xeyrinə 600.000 ABŞ dolları məbləğində pulun manatla məzənnəsinin tutulması qət edilmiş, Cavabdeh İddiaçı qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8826/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) Cavabdehapellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh münasibətdə dəyişdiirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2014-cü il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən, Cavabdeh xx xxxxxx 2008- ci il tarixdə İddiaçı 471.000 manat (dolların manata olan kursu ilə 600.000 ABŞ dolları) məbləğində borc pul aldığını etiraf edərək həmin məbləği xx xxx 2016-cı il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci tarixdəİddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 600.000 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək xx xxxxxx 2014-cü il tarixli borcun etirafı haqqında müqavilənin etibarslz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: K assator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İsa Ocaqverdov tərəfindən ona ümumiyyətlə hər hansı borc verilməmiş, müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını borcun etirafı haqqında müqaviləyə əsasən borcun tutulması, qarşılıqlı iddia tələbinin əsasını isə həmin müqavilənin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından apellyasiya məhkəməsinin qətnaməsi ilk növbədə qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır. Tərəflə r arasında xx xxxxxx 2014-cü il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Cavabdeh İddiaçıla birgə bizneslərinin olmasına, sonradan bizneslərinin alınmamasına, buna görə banka müraciət edərək özlərinə məxsus əmlaklarını bank qarşısında yüklü edərək bankdan kredit götürmələrinə, İddiaçı kredit müqaviləsinin təminatı kimi özünə məxsus əmlakı, sonuncunun isə onun kredit müqaviləsinin təminatı kimi özünə məxsus əmlakını banka girov qoymalarına, İddiaçı ilə dost olduğundan, sonuncunu və ailəsini sakitləşdirmək üçün ona köməklik edəcəyini, banka olan borc məbləğini özünün ödəyəcəyini bildirməsinə, hətta gələcəkdə onun borcuna görə ipoteka predmeti olan mənzillərinə tutma yönələcəyi təqdirdə evin dəyərini ona tam ödəyəcəyinə söz verərək, bu səbəbdən də, İddiaçı ilə notarial qaydada təsdiqlənmiş borcun etirafı haqqında müqavilə imzalamasına, əslində isə cavabdehin ona heç bir şəkildə nəğd olaraq 600.000 ABŞ dolları məbləğində pul verməməsinə, həmin borcun onun, banka olan borcu olmasına, sadəcə formal olaraq belə bir etiraf haqqında müqavilə imzalamasına istinad edərək həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbit edilmişdir. Həmin Məcəllənin 340-cı maddəsi iləuydurma və yalan əqdlərin etibarsızlığıəsasları müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə gör ə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsı z sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilm əlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən və qarşılıqlı iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən qarşılıqlı iddia əsassızdır. Bununla bərabər, ilk iddia üzrə iddiaçı həmin müqavilədə göstərilən borc məbləğinin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və m iqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcələsinin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud bor cun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli borcun etiraf haqqında müqavilə bağlanmış, borclu İddiaçı xx.xx.2008-ci il tarixdə 600.000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmiş və borcunu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürmüş olduğu öhdəliyi icra etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuğnvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar