Məhkəmə qərarları › İş №2(102)-1214/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1214/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1214/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbinə dair 27.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)6622/2022 saylı qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan s onra- cavabdeh) arasında şifahi borc müqaviləsi münasibətləri olmuşdur. İddiaçı cavabdehə 12.000 manat borc vermiş və sonuncu, həmin borcdan 4000 manat pulu qaytarmışdır. İddiaçının müraciəti əsasında Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və cavabdehin əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə 23.000 manat məbləğində borc pul verməsinə dair sübut yoxdur, lakin cavabdehin iddiaçıdan 12.000 manatı borc üçün almasını təsdiq edən əlyazması vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 8.000 manat pulun birdəfəlik alınaraq ona ödə nilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bacısıoğlunun vasitəsi ilə tanış olmuşdurlar, tanışlıqdan sonra cavabdehə 2018-ci ilin fevral ayının 5-də birdəfəlik 12.000 manat pul vermişdir, cavabdeh həmin borcu ilin sonuna qədər qaytaracağını bildirmişdir, lakin həmin məbləğin bir qismini, cəmi 4.000 manat məbləğində pulu hissə-hissə ödəmişdir, həmin pul kart vasitəsilə göndərilmişdir, belə ki cavabdeh bildirmişdir ki, pulu poçtla göndərdikdə pul çıxır, bu səbəbdən ona kart nömrəsi vermiş, pulun həmin hesaba göndərilməsini bildirmişdir, hazırda cavabdehin qaytarılmamış 8000 manat məbləğində borcu qalmışdır, bununla yanaşı cavabdehə başqa məsələyə görə 2017-ci ildə də əlbəəl borc ve rmiş, lakin cavabdeh problem yaratmışdır, bu səbəbdən 2018-ci ildə borc pul verdikdə ondan öz yazısı ilə sadə formada qəbz almışdır, ondan pulunu istədikdə dəfələrlə yaxın vaxtlarda ödəyəcəyinə onu inandırmağa çalışmışdır, ona çox güzəştlər etmişdir, arada vasitəçilər də olmuşdur, lakin ödəməmişdir, cavabdeh tərəfindən aldadıldığınıanladıqdan sonra polis idarəsinə şikayət ilə müraciət etmişdir, istintaq şöbəsində borc müqaviləsinin olduğu əsas götürülərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh məhkəmədə bildirmişdir ki, ehtiyac olduğundan iddiaçıdan 12.000 manat borc pul almışdır, lakin həmin pulun hamısını qaytarmışdır, onun iddiaçıya borcu yoxdur, pulu həm iddiaçının özünün, həm yoldaşının kartına, həm po çtla, həm də əlbəəl olmaqla hissə-hissə qaytarmışdır, borc bağlanmışdır, bundan iddiaçının bacısıoğlunun da xəbəri vardır, belə ki, iddiaçı, iddiaçının bacısıoğlu və özü söhbət etmiş, lakin sonda iddiaçı borcun bağlandığını qəbul etməmişdir, özü iddiaçıya təklif etmişdir ki, “1000 manat verim, söhbət bağlansın”, lakin iddiaçı bununla razı olmamışdır, 2018-ci ildən əvvəl iddiaçıdan pul götürməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(011)-4303/2022 saylı qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkündür, cavabdeh iddiaçıdan 12.000 manat məbləğində borc pul almış, borcun 2018-ci ilin sentyabr ayına qədər qaytarılmasını öhdəsinə götürmüşdür, bu barədə 05 fevral 2018-ci il tarixində cava bdeh tərəfindən yazılı formada qəbz tərtib edilmişdir, həmin borcdan 4.000 manat cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdehin borc öhdəliklərini istisna edən, habelə 8.000 manat borc məbləğinin iddiaçıya qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 433.3, 442, 445.2, 448.1, 529.3, 739.1, 739.2, 740.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1, 217.4-cü maddə lərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddiaçının mübahisələndirdiyi pul məbləğində, ümumiyyətlə hər hansı bir məbləğdə cavabdehin iddiaçıya borcunun olması sübut olunmur. Sadəcə məhkəmə öz fərziyələri ilə iddiaçının iddiasını sübut etdiyi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış, cavabdeh tərəfindən iddiaçıya borc ödənildiyi halda iddiaçının tələbi əsassız olaraq təmin edilmiş, nəticədə əsassız qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 o ktyabr 2022-ci il tarixli, 2(103)6622/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, alınmış pulun tam qaytarıldığını sübut etmə yükü pul alanın üzərinə düşmüş, 4.000 manatın qaytarıldığını iddiaçı etiraf etdiyinə görə cavabdeh bunu sübut etmə yükündən azad olmuşdur. Qalan 8.000 manat pulun qaytarıldığını təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən, 8.000 manatın qaytarılmadığı hesab olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı pulu hansı məqsədlə verdiyini iddia ərizəsində qeyd etməmiş, lakin polis orq anında pul mübahisəsi ilə bağlı aparılan araşdırma zamanı verdiyi izahatda bildirmişdir ki, pulu cavabdehə övladının (daxili işlər orqanlarında xidmətdən xaric olunmuş övladının) əvvəlki işinə bərpa olunmasına köməklik etməsi məqsədilə vermişdir. İddiaçı bu halı iş üzrə apellyasiya icraatı zamanı da bildirmiş, cavabdeh isə buna etiraz etmiş, pulu iddiaçıdan özünün ehtiyacları üçün borc aldığını qeyd etmişdir. O, bunu həm polis orqanında aparılan araşdırma zamanı, həm də hazırkı iş üzrə apellyasiya icraatı zamanı bildirmişdir. Tərəflərin heç biri istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi hal mülki-hüquqi məsuliyyət ilə yanaşı, cinayət-hüquqi məsuliyyət də yarada bildiyindən, ona görə də həmin hal mötəbər sübutlar olmadan müəyyən edilə b ilməz. Belə vəziyyətdə cavabdehin istinad etdiyi hal, yəni pulun borc verildiyi sübut olunmuş sayılmalıdır. Çünki pulun verilməsi faktı var, cavabdeh pulu borc aldığını bildirir, iddiaçı isə pulun borc olmadığını təsdiq edən sübut təqdim edə bilmir. Məhkəmə “pulun hansı tarixdə verilməsi və müqavilənin bağlanması formasına dair” məsələlər ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 740.2-ci maddəsi 31 may 2016-cı il tarixdə qanunvericiliyə daxil edilmiş, hazırkı iş üzrə isə borc müqaviləsinin predmeti 3.000 manatdan çox olmuşdur. Qanunvericiliyə görə, borc müqaviləsinin predmeti 3.000 manat çoxdursa, o, yazılı formada bağlanmalıdır. İddiaçı pulu 2013-cü ildə verdiyini, cavabdeh isə pulu 2016-cı ildə aldığını bildirmişdir. Borcun məhz 31 may 2016-cı ildən sonra verildiyini təsdiq edən sü but olmadığından, hesab olunur ki, borc bu tarixə qədər verilmişdir. Tərəflərin arasında borc müqaviləsi şifahi formada bağlanmış, sonradan cavabdeh birtərəfli qaydada borcunun olduğunu yazılı formada etiraf etmişdir. Beləliklə, borc müqaviləsi bağlandığı zaman formasına görə qanunvericiliyin göstərişinə uyğun olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 425, 427, 439, 739, 740.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı n təmin olunmaması barədə yeni qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edil məyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növl ü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qay dasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, borc alınmış pulun tam qaytarıldığını sübut etmə yükü pul alanın üzərinə düşmüş, 4.000 manatın qaytarıldığını iddiaçı etiraf etdiyinə görə cavabdeh bunu sübut etmə yükündən azad olmuşdur. Qalan 8.000 manat pulun qaytarıldığını təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən, 8.0 00 manatın qaytarılmadığı hesab olunur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı pulu hansı məqsədlə verdiyini iddia ərizəsində qeyd etməmiş, lakin polis orqanında pul mübahisəsi ilə bağlı aparılan araşdırma zamanı verdiyi izahatda bildirmişdir ki, pulu cavabdehə övladının (daxili işlər orqanlarında xidmətdən xaric olunmuş övladının) əvvəlki işinə bərpa olunmasına köməklik etməsi məqsədilə vermişdir. İddiaçı bu halı iş üzrə apellyasiya icraatı zamanı da bildirmiş, cavabdeh isə buna etiraz etmiş, pulu iddiaçıdan özünün ehtiyacları üçün borc aldığını qeyd etmişdir. O, bunu həm polis orqanında aparılan araşdırma zamanı, həm də hazırkı iş üzrə apellyasiya icraatı zamanı bildirmişdir. Tərəflərin heç biri istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etm əmişdir. İddiaçının istinad etdiyi hal mülki-hüquqi məsuliyyət ilə yanaşı, cinayət-hüquqi məsuliyyət də yarada bildiyindən, ona görə də həmin hal mötəbər sübutlar olmadan müəyyən edilə bilməz. Belə vəziyyətdə cavabdehin istinad etdiyi hal, yəni pulun borc verildiyi sübut olunmuş sayılmalıdır. Çünki pulun verilməsi faktı var, cavabdeh pulu borc aldığını bildirir, iddiaçı isə pulun borc olmadığını təsdiq edən sübut təqdim edə bilmir. Apellyasiya instansiyası məhkəməsi, “pulun hansı tarixdə verilməsi və müqavilənin bağlanması formasına dair” məsələlər ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 740.2-ci maddəsi 31 may 2016-cı il tarixdə qanunvericiliyə daxil edilmiş, hazırkı iş üzrə isə borc müqaviləsinin predmeti 3.000 manatdan çox olmuşdur. Qanunvericiliyə görə, borc müqaviləsinin predmeti 3.000 manat çoxdursa, o, yazılı formada bağlanmalıdır. İddiaçı pulu 2013-cü ildə verdiyini, cavabdeh isə pulu 2016-cı ildə aldığını bildirmişdir. Borcun məhz 31 may 2016-cı ildən sonra verildiyini təsdiq edən sübut olmadığından, hesab olunur ki, borc bu tarixə qədər verilmişdir. Tərəflərin arasında borc müqaviləsi şifahi formada bağlanmış, sonradan cavabdeh birtərəfli qaydada borcunun olduğunu yazılı formada etiraf etmişdir. Beləliklə, borc müqaviləsi bağlandığı zaman formasına görə qanunvericiliyin göstərişinə uyğun olmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instan siyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)-6622/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar