Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1215/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1215/21 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlu oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6066/2020 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 ayrıayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 153.000 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda cavabdehlər məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, onlarla iddiaçı arasında notarial qaydada bağlanmış “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilənin və “öhdəlik haqqında” xx xxxx 2019-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqdlər olduğuna görə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəm ə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilərək, tərəflər arasında notarial qaydada bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş 80.000 ABŞ dolları borcdan ödənilməmiş qalan 75.000 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, ilk iddianın qalan, yəni 78.000 ABŞ dolları tutulması hissəsində rədd edilməsi, habelə tərəflər arasında notarial qaydada bağlanmış “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilənin və “öhdəlik haqqında” xx xxxx 2019-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqdlər olduğuna görə e tibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər iddiaçıdan 2 il müddətinə qaytarmaq şərti ilə 80.000 ABŞ dollarına ekvivalentdə 62.712 manat borc alıblar. Cavabdehlər həmin borcdan 5.000 ABŞ dollarını iddiaçıya qaytarıblar və hazırda onların iddiaçıya ödənilməmiş 75.000 ABŞ dolları borcları qalıb. Mülki iş materialları ilə təsdiq olunur ki, cavabdehlər iddiaçıdan yalnız bir dəfə, yəni xx xxxxxxx 2014-cü ildə 80.000 ABŞ dolları borc pul alıblar. Bundan başqa iddiaçı tərəfindən cavabdehlərə hər hansı məbləğdə pul verilməyib. Bu səbəbdən də tərəflər arasında notarial qaydada bağlanmış “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilə əhəmiyyə tsiz əqd olmaqla etibarsızdır və tərəflər üçün hər hansı hüquq və öhdəlik yaratmır. Eyni zamanda tərəflər arasında notarial qaydada bağlanmış “öhdəlik haqqında” xx xxxx 2019-cu il tarixli müqavilənin predmeti olan avadanlıqlar cavabdehlərə məxsus deyil, üçüncü şəxs xx qanuni təmsilçisi və rəhbəri olduğu “xxxx” MMC balansındadır. Cavabdehlərin həmin avadanlıqlar üzərində sərəncam vermək səlahiyyətləri olmayıb. Bu baxımdan həmin əqd də əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız olub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 340.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehlər apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğv edilib, ilk iddia tələbi üzrə onlardan iddiaçının xeyrinə tutulacaq borcun məbləğinin 39.212 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsas landırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən, qarşılıqlı iddianı tam təmin edərkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kasasiya şikayətini belə əsaslandırıb ki, apely asiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, ilk iddianı qismən təmin etməklə səhv nəticəyə gəlib. Cavabdehlər kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər kasasiya şikayətini belə əsaslandırıblar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 öz kasasiya şikayə tində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili xx, üçüncü şəxslər xx və Bakı şəhəri 19 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yara tmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kasasiya şikayətlərinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfind ən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən iddiaçı 2 il müddətinə qaytarmaq şərti ilə cavabdehlərə 62.712 manat məzənnə ilə 80.000 ABŞ dolları borc pul verib və cavabdehlər həmin borcu 2 il müddətinə iddiaçıya qaytarmağı öhdələrinə götürüblər. Eyni zamanda, tərəflər arasında notarial qaydada təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqaviləyə əsasən, iddiaçı xx xxxxxxx 2014-cü il tarixdə cavabdehlərə 260.100 manat ekvivalentə 153.000 ABŞ dolları borc pul verib, cavabdehlər isə həmin tarixdə iddiaçıdan qeyd olunan məbləğdə borc pul aldıqlarını etiraf ediblər. Daha sonra, tərəflər arasında notarial qaydada bağlanmış xx xxxx 2019-cu il tarixli “öhdəlik haq qında” müqaviləyə əsasən, tərəflər arasında bağlanmış “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilə üzrə cavabdehlər iddiaçıya ödənilməli olan 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları borc pulu ödəyəcəkləri zamana kimi adları aşağıda göstərilən- 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqları iddiaçının istifadəsinə verməyi öhdələrinə götürüblər. Cavabdehlər sözügedən müqavilədə göstərilən borc pulu iddiaçıy a qaytarana kimi adları yuxarıda göstərilən avadanlıqları iddiaçının istifadəsinə verməyi və borc ödənilməzsə geri tələb etməməyi öhdələrinə götürüblər. Həmçinin öhdəlik yerinə yetirilmədiyi halda iddiaçının siyahıda göstərilən əmlaklar üzərində sərəncam verə və onları satışa çıxara bilər. Hazırda iddiaçı, sözügedən müqavilələrə əsaslanaraq cavabdehlərdən 153.000 ABŞ dolları məbləğində pul tələb edir. Cavabdehlər isə “borcun etirafı haqqında mücərrəd müqavilə”nin və “öhdəlik haqqında” müqavilənin uydurma əqdlər olmaqla, onların uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını qeyd edib, həmin müqavilələrin etibarsız hesab edilməsini iddia edirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, tərəflərin kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini və mülki iş materiallarını araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb müəyyən etmişdir ki, cavabdehlər iddiaçıdan xx xxxxxxx 2014-cü il tarixli borc müqaviləsinə əsasən 80.000 ABŞ dolları ekvivalentində 62.712 manat borc alıblar və müqavilənin şərtinə görə həmin borcu 2 il müddətinə qaytarmağı öhdələrinə götürüblər. Cavabdehlər iddiaçıdan aldıqları 80.000 ABŞ dollarını pendir sexinin inkişafına, süd alınmasına və pendirin hazırlanması üçün yeni avadanlıqların alınmasına xərcləməli idilər. Tərəflər arasında bağlanmış iş birliyinə dair xx xxxxxxx 2014-cü il tarixli sadə yazılı formada tərtib edilmiş razılaşmaya əsasən, sözügedən kredit müqaviləsi bağlandığı 2 il müddətində 80.000 ABŞ dolları (62.712 manat) kredit alan cavabdehlər iddiaçıya və ya onun nümayəndəsinə hər ayın 20-si kredit alan tərəfin təklif etdiyi miqdarda (3.3 %) vəsait ödəməyi, həmin məbləğ kredit alınmış vəsaitin hesabına ödənmədiyi üçün kreditin miqdarını azaltmayacağını şərtləndirmişlər. Cavabdehlər xx xxxxxxx 2014-cü il tarixli razılaşmaya uyğun olaraq iddiaçıya 2.630 ABŞ dolları, sonra 2.500 ABŞ dolları olmaqla, gəlirdən 6 ay ərzində hissə-hissə cəmi 15.000 manat pul ödəmişlər. Həmin məbləğ əsas borc olan 80.000 ABŞ dollarının məbləğini azaltmamışdır. xx xxxx 2018-ci ildən sonra cavabdehlər iddiaçıya 80.000 ABŞ dollar borcdan 5.000 ABŞ dollarını qaytarmışlar. Hazırda cavabdehlərin iddiaçıya xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 75.000 ABŞ dolları borcu qalıb. Apelyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlərə yalnız bir dəfə, yəni xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 80.000 ABŞ dolları borc pul verib və “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə cavabdehlər iddiaçıdan 153.000 ABŞ dolları borc pul almayıblar. Bu hal həmin müqavilədə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə istinad olunması ilə də təsdiq olunur. Belə ki, sözügedən kredit müqaviləsi üzrə iddiaçı cavabdehlərə 153.000 ABŞ dolları deyil, cəmi 80.000 ABŞ dolları borcu pul verib. Digər tərəfdən, tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin bağlanmasından sonra “mövcud borcun etirafı haqqında” xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilənin bağlanmasınadək iddiaçının cavabdehlərə əlavə olaraq hər hansı məbləğdə borc pul verməsi mülki iş materialları ilə istisna olunur. Ona görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış sözügedən “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır və həmin müqavilə tərəflər üçün hər hansı bir hüquq və öhdəlik yaratmır. Çünki, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə təsdiq edilir ki, iddiaçı cavabdehlərə həmin tarixdə 2 il müddətinə qaytarmaq şərti ilə cəmi 80.000 ABŞ d olları həmin günə olan məzənnə ilə 62.712 manat borc pul verib. Buradan aydın olur ki, xx xxxxxxx 2014-cü il tarixdə 1 ABŞ dolları 0,7839 manat ekvivalentində olub. Əgər iddiaçı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərə 153.000 ABŞ dolları borc pul vermiş olsaydı, həmin məbləğ manatla məzənnədə 119.936,7 manat təşkil etməli idi, lakin xx xxxx 2018-ci il tarixli mücərrəd müqavilədə xx xxxxxxx 2014-cü il tarixi üçün 1 ABŞ dolları 1,70 manat ekvivalentində hesablanıb. (halbu ki, xx xxxxxxx 2014-cü ildə 1 ABŞ dolları 0,7839 manat ekvivalentində olub). Bu halın özü də təsdiq edir ki, xx xxxx 2018-ci il tarixli “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsızdır. Daha sonra, apelyasiya instansi yası məhkəməsi ilk və qarşılıqlı iddia tələblərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış “öhdəlik haqqında” xx xxxx 2019-cu il tarixli müqavilənin predmetini təşkil edən 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqlar cavabdehlərə məxsus deyil, üçüncü şəxs xxin qanuni təmsilçi və rəhbəri olduğu “xxxx” MMC balansındadır və onların “xxxx” MMC balansında olan əmlaklar barədə sərəncam vermək səlahiyyətləri olmayıb. Odur ki, özlərinə məxsus olmayan əmlak barədə tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “öhdəlik haqqında” müqavilə də əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsızdır. Eyni zamanda, işə əlavə edilmiş “xxxx” MMC xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus olan və xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən xx icarəyə verilmiş Abşeron rayonu, Novxanı kəndində pendir sexində fəaliyyət göstərən “xxxx” MMC balansında olan 38 adda avadanlıq, 6 adda mebel və 1 ədəd avtomobil həmin Cəmiyyətin qanuni təmsilçisi xxə məxsusdur. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının apelyasiya şikayətində birinci instansiya məhkəməsinin əqdlərin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddətin cavabdehlər tərəfindən ötürülməsinə dair Mülki Məcəllənin 354.1 -cü maddəsinin hazırki mülki mübahisəyə tətbiq edilməsi barədə dəlilini əsassız sayaraq qeyd etmişdir ki, həmin maddədə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülməsi nəzərdə tutulub. Hazırki halda cavabdehlər tərəfindən məhkəmə qaydasında mübahisələndirilən sözügedən müqavilələr əhəmiyyətsiz əqdlər olmaqla, özüözlüyündə bağlandıqları andan etibarsızdır. Etibarsız əqdlər isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hər hansı hüquqi nəticələrə səbəb olmur. Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinin nəzərə alınmamasına dair iddiaçının apelyasiya şikayətinin dəlili bağlı düzgün olaraq qeyd etmişdir ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işd ə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, ilk iddia ərizəsindən görünür ki, iddiaçı ilk iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmişdir. Ona görə də iddiaçının bu dəlili də əsassızdır. Cavabdehlər kasasiya şikayətində iddiaçıya bütövlükdə ödənilməmiş 39.212 manat borclarının qaldığını göstərib iddia tələbinə etiraz etsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77. 1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olu nanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, tərəflərin kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6066/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1215/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1215/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver