Məhkəmə qərarları › İş №2(102)-1216/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1216/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1216/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X27rşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X14, Cavabdeh nümayəndəsi X15 və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1364/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X31 Ginekologiya doğum şöbəsinin müdiri H.Əzizova tərəfindən verilmiş göndərişin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il təvəllüdlü uşağı “Doğuş və dölün azad edilməsi zamanı ilk dəfə qeyd edilən bətndaxili hipoksiya, körpücük sümüyünün sınığı diaqnozu ilə X22 göndərilmişdir. 79741 №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası PHŞ-ə 118 manat ödənilmişdir. X24 Mərkəz tərəfindən tərtib olunmuş “Yenidoğulmuşun inkişaf tarixi”ndə qeyd edilmişdir ki, İddiaçı xx xxxxxx 2017-ci ildə doğulmuş uşağı xx xxxxxx 2017-ci ildə saat 16:00-da Mərkəzə d axil olmuş, xx xxxxxx 2017-ci ildə saat 16:00-da köçürülmüşdür. Son diaqnoz “Bətndaxili infeksiya, dəqiqləşdiriməmiş hemolitin xəstəlik, diffuz hipoksiya” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X3 tərəfindən verilmiş epikrizdə qeyd edilmişdir ki, iddiaçının xx xxxxxx 2017-ci ildə doğulmuş uşağı xx xxxxxx 2017-ci ildə həmin xəstəxanaya daxil olmuş, xx xxxxxx 2017-ci ildə çıxmışdır. Diaqnozu “Doğuş zədəsi, doğuş asfiksiyası. Sol körpücük sümüyün sınığı. Bətndaxili infeksiya, İnfeksiya mənşəli eonatal sarılıq” Uşaq yaxşılaşma ilə sahə həkiminin, nevropatoloqun və ortamoloqun nəzarəti altında evə yazılır. Z.Əliyeva adına Milli Oftalmologiya İnstitutunda müayinə məsləhətdir. X6 ortoped-travmatoloqu Məzahir Məmmədov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda qeyd e dilmişdir ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X21 xx xxxxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə X9 Ortopediya və Travmatologiya bölməsində həkim müayinəsində olmuşdur. Müayinə nəticəsində xəstəyə “Bud-çanaq oynaqları displaziyası” diaqnozu təyin edilərək müvafiq müalicə tətbiq olunmuşdur. 277 №-li əmək müqaviəsiə əsasən Cavabdeh xx xxxxxx 2011-ci ildə digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya doğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Mingəçevir şəhər prokurorluğunun xx xxxxxxxx 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarı ilə Mingəçevir ŞMX-nin doğum şöbəsinin mama-ginekoloqu Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X27rşı sağlamlığa vurulmuş 5000 manat dəyərində dəymiş ziyan və 5000 manat kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən ona vurulmuş 5000 manat məbləğində ziyanın və gələcəkdə müalicəyə sərf ediləcək 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci ildə, təxminən, saat 22:50 radələrində Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının doğum şöbəsinə müraciət etmiş, onu qəbul edib nəzarət altına almışlar. Müvafiq müayinələrdən sonra ona 38-39 həftəli k hamiləlik baş gəlişi təyin edildi. Həmin vaxt şöbənin növbətçi mama-ginekoloqu X11 olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə saat 09:00-da onu mama-ginekoloq, hazırkı iş üzrə Cavabdeh növbəni təhvil almış, saat 10:15 radələrində doğuş baş vermişdir. Uşaq doğulduqdan sonra həkimlər doğuşun normal keçdiyini, heç bir problem olmadığını bildirsələr də, sonradan həkim-nevropotoloq Samirə Alıyeva uşağın sol körpücük sümüyünün doğuş zamanı sındığını bildirmişdir. Uşağın vəziyyəti pisləşməyə başladığından həkimlər uşağın X25 Mərkəzə aparmağı məsləhət görmüşlər. O, xəstəxananın rəhbərliyinə müraciət edərək uşağın Şəkiyə aparılması üçün təcili yardım maşını ayrılmasını xahiş etmiş, xəstəxanaya 120 manat pul ödədikdən sonra ona təcili tibbi yardım maşını ayrılmış və uşağı X24 Mərkəzə aparmışdır. Mərkə zdə rentgen müayinəsindən sonra uşağın sol körpücük sümüyünün sınması diaqnozu qoyulmuş, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2017-ci il tarixədək uşaq həmin xəstəxanada qalıb müalicə olunveileh. Sonra həkimlərin məsləhəti ilə uşağı müalicə üçün Səhiyyə Nazirliyi K.Fərəcova adına X4 aparmışdır. Orada uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. K.Fərəcov adına X1, sonra X7 uşağın müalicəsi davam etdirilmişdir. Müalicə ilə əlaqədar uşağı Mingəçevir ŞMX-dan X23 Mərkəzə aparmaq üçün 120 manat, Şəkidən Bakıya aparmaq üçün 80 manat yol xərci ödəmişlər. Bundan əlavə X7 və K.Fərəcova adına X1 uşağın müayinə və müalicəsi üçün 5000 manat pul xərcləmişdir. Həkimlər uşağın hələ 2 il müalicə alacağını bildirmişdir ki, həmin müddətdə də müalicə üçün 3000 manat pul lazım olacaqdır. Uşağın bu qədər müalicəyə ehtiyac yaranmasına səbəb isə doğuş zamanı aldığı travma olmuşdur. Travmaya səbəb isə doğuşu qəbul edən həkimCavabdeh doğuşu düzgün idarə etməməsi olmuşdur. Hesab edir ki, uşağın travma almasında məsuliyyət təkcə həkim Cavabdeh deyil, həm də onun işlədiyi xəstəxananın üzərinə düşür. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X30 uşağın müalicəsi ilə əlaqədar xərclədiyi 5000 manat, gələcəkdə müalicəyə sərf ediləcək 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X31 doğum şöbəsində mama-gineko loq işləyən X11 verdiyi göstərmişdir ki, 2012-ci ildən Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsində mamaginekoloq kimi fəaliyyət göstərir. İddiaçı xx xxxxxx 2017-ci ildə saat 22:50 radələrində dölyanı mayenin vaxtından əvvəl axımına görə doğum şöbəsinə müraciət etmişdir. Onu dərhal şöbəyə almışlar. Dölyanı maye normadan artıq axdığı, həmçinin yetişmiş hamiləlik olduğu üçün doğuşun induksiyası aparılmışdır. Uşaqlıq boyunun yetkin olmadığına görə induksiyaya hazırlıq məqsədilə xx xxxxxx 2017-ci il tarxdə saat 03:00 radələrində “Mezoprostol” 50 mq dilaltı təyini başlamışdır. Həmçinin, uşaqlıq boyunun yumşaldılması məqsədilə 1 qram “Noşpa” vurulmuş, saat 04:50-də İddiaçı doğuş sancıları başlamışdı. Saat 05:20-də, uşaqlıq boyunun yumşaldılması məqsədilə, daha 1 qram “Noşpa” vurulmuşdur. xx x xxxxx 2017-ci ildə saat 09:00-da növbəni mama-ginekoloq Cavabdeh təhvil verib getmişdir. Doğuşun surətli olması barədə Cavabdeh sözləri əsassızdır. Uşaq sürətli doğuş zamanı doğulmamışdır. Sürətli doğuş olması üçün “Mezoprostol” dərmanının verilməsindən sonra 1-3 saat ərzində uşaq doğulmalıdır. Əgər bu posess 1-3 saat ərzində baş verməmişdirsə, bu, sürətli doğuş deyildir. “Mezoprostol” dərmanı İddiaçı xx xxxxxx 2017-ci ildə saat 03:00-də verilmiş uşaq saat 10:15-də doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X30 118 manatın alınıb İddiaçı Eldar qızına verilməsi, iddianın qalan h issədə və Cavabdeh münasibətdə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən-iddianın Cavabdeh münasibətdə də təmin edilməməsi hissəsində ləğv olunmuş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin Cavabdeh münasibətdə də qismən təmin edilməsi, Cavabdeh 1920 manat pulun alınaraq iddiaçıya verilməsi q ət olunmuş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmətibb ekspertizasının 262/KEŞ №-li xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, X16 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpücük sümüyünün sınığı, perinatal postnipoksik travmatik ensefalopatiya, subkonyukival qansızma”nın olduğu müəyyən edilmişdir. Qeyd edilən patoloji dəyişikliklər mama travmasıdır və bu, doğuşun texniki cəhətdən düzgün idarə edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdur. Göründüyü kimi, X16 doğulması zamanı doğuşun texniki cəhətdən düzgün idarə edilməməsi nəticəsində travma alması və buna məsul şəxsin doğuşu idarə edən həkim mama-ginekoloq, yəni hazırki iş üzrə Cavabdeh olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandıran sübut kimi məhkəməyə X10 ortoped-travmatoloqu Məzahir Məmmədov tərəfindən yazılmış reseptlər, həmin xəstəxanada müayinə olunması ilə əlaqədar ödəniş qəbzlərini və ayrı-ayrı həkimlər tərəfindən yazılmış xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli reseptləri təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının uşağının müalicəsi və onunla bağlı digər xərclər üçün uşağı Şəki şəhərində müalicə olunduğu 11-17 dekabr ərəfəsində təcili yardım maşınına verdiyi 118 manatdan başqa evində olan 700 manat pulu, uşağının Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarılmas ı üçün 120 manat pulu, uşağı Bakı şəhəridə müalicə olunarkən bir gün ərzində müayinələr və dərmanlara 300 manat pulu, əlavə olaraq hər gün istifadə olunan dərman-davaya 80 manat olmaqla 10 gün ərzində 800 manat pulu xərcləməsi barədə göstərdiklərini inandırıcı hesab etmiş və iddiaçıya dəymiş zərərin Cavabdeh günahı üzündən baş verməsi qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qidmən təmin edilməli, Cavabdeh 1920 manat pul alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idd iaçı tələbinin Cavabdeh aid hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə qanunsuzdur və bu səbəbdən ləğv edilməli apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının uşağının doğuşu zamanı sürətli doğuş başverdiyindən sol körpüçük sümüyünün sınması, üz nahiyəsinin qançırlar, cızmalar xaraxterli xəsarətlərinin yaranmasına səbəb olmuşdur. Qeyd edilən bu müdaxilələr əvvəlki həkim mama-ginekoloq tərəfindən həyata keçirilmişdir. Belə halda cavabdeh X17 maddi məsuliyyət daşıya bilməz. Digər tərəfdən işdə olan sənədlərdə İddiaçı xəstəlik tarixçəsində 1 dərəcəli anemiya olması qeyd edilir. Mingəçevir MX-nın doğuş bölməsindən yeni doğulmuşun X24 Mərkəzinə göndərişdə “doğuş və dölün azad edilməsi zamanı ilk dəfə qeyd edilən bətndaxili hipoksiya və körpücük sınığı qeyd edilir və həmin diaqnoz Mərkəzdə təstiqlənir. Daha sonra Səhiyyə Nazirliyi K.Pərəcova adına X2 iddiaçının təşəbbüsü ilə aparılmış yenidoğulmuşa bətndaxili infeksiya, infeksiya mənşəlli eonatal sarılıq diaqnozu qoyulmuşdur. Bu diaqnozlar da heç də doğuşla əlaqəli deyildir. Tibbi göstərişlərə görə hipoksiyanın yaranması ananın anemiya olması, bətndaxili infeksiyanın mövcudluğu və müalicədən imtina etməsidir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2018-ci il tarixli rəyində qeyd edilir ki, İddiaçı Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsində doğuşunun təbii yolla idarə olunması mama-ginekoloq tərəfındən düz gün seçilsə də, doğuş texnuki cəhətdən düzgün idarə olunmadığından doğuş travması (yenidoğulmuşda körpücük sümüyünun sınıqı) ilə nəticələnmişdir. Ekspertin “doğuş texnuki cəhətdən düzgün idarə olunmadığı” qənaəti mülahizə xarakteri daşıyır, bu sahədəki tibbi protokollara əsaslanmır və heç nə ilə sübut edilmir. Qeyd edilən ifadə şübhə doğurur və əsaslı hesab edilə bilməz. Bu hala aydınlıq gətirmək üçün ekspert qarşısında doğuş fəaliyyətinin induksiyası ilə bağlı tədbiq edilmiş preparatların təsiri nəticəsində sürətli doğuş baş verməsi və nəticədə yenidoğulmuşda körpücük sümüyünun sınıqının kənar müdaxilə olunmadan yaranmasına səbəb ola bilər mi sualı verilməli və cavab alınmalı idı. Məhz bu məqsədlə tibbi sahədə xüsusi biliklərə malik olan mütəxəssis məhkəməyə dəvət edilməli və məsələyə ayd ınlıq gətirilməli idi. Digər tərəfdən məhkəmə kollegiyası Mülki Məcəllənin 1096-cı maddəsinə istinad etməklə mübahisəni həll etməyə çalışmışdır. Lakin Cavabdeh əmək müqaviləsi əsasında Mingəçevir MŞX-nin doğum şöbəsinin həkimi vəzifəsində çalışır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu baxımdan Mingəçevir MŞX X34 olmaqla öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası MM-nin 1099.1.-ci maddəsinə istinad etməli olduğu halda Mülki Məcəllənin 1097.1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiy a şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi X18 və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili X19 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdeh in iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulm uş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. İddiaçı tələbin rədd edilən hissəsini mübahisəndirmir. Eyni zamanda iş üzrə cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X34 də qətnamədən kassasiya şikayəti verm əmişdir. Qətnamədən yalnız Cavabdeh kassasiya şikayəti vermiş və tələbin ona qarşı təmin edilən hissəsini mübahisələnmdirmişdir. Ona görə də, qətmnamə yalnız mübahisələndiriləm hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin mübahisələndirilməyən hallarına g örə iddiaçının xx xxxxxx 2017-ci ildə saat 10:15-də uşağı doğulmuş, uşaq doğularkən travmalı doğulmuş, uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. İddiaçı hesab edir ki, uşağın doğulması zamanı doğuşun texniki cəhətdən düzgün idarə edilməməsi nəticəsində travma almışdır və buna məsul şəxsin doğuşu idarə edən həkim mamaginekoloq, yəni hazırki iş üzrə Cavabdehdır. Ona görə də, iddiaçı cavabeh Cavabdeh və digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X30 uşağın müalicəsinə çəkdiyi xərclərin əvəzini tələb edir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının uşağının doğuşu zamanı sürətli doğuş başverdiyindən sol körpüçük sümüyünün sınması, üz nahiyəsinin qançırlar, cızma lar xarakterli xəsarətlərinin yaranmasına səbəb olmuşdur. Qeyd edilən bu müdaxilələr doğuşa qədər əvvəlki həkim mama-ginekoloq tərəfindən həyata keçirilmişdir. Belə halda o, həmin hallara görə məsuliyyət daşıya bilməz. Digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X26 nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, doğuşun surətli olması barədə Cavabdeh sözləri əsassızdır. Uşaq sürətli doğuş zamanı doğulmamışdır. Sürətli doğuş olması üçün “Mezoprostol” dərmanının verilməsindən sonra 1-3 saat ərzində uşaq doğulmalıdır. Əgər bu posess 1-3 saat ərzində baş verməmişdirsə, bu sürətli doğuş deyildir. “Mezoprostol” dərmanı İddiaçı xx xxxxxx 2017-ci ildə saat 03:00-də verilmiş, uşaq saat 10:15-də doğulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəmə si iddia tələbini Cavabdeh münasibətdə təmin edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən 277 №-li əmək müqaviəsinə əsasında Cavabdeh xx xxxxxx 2011-ci ildə digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ginekologiya doğum şöbəsinə həkim mamaginekoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, iş çi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, normaya əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş üzrə Cavabdeh digər cavabdeh Mingəçevir MŞX-nın işçisi olduğu halda məhkəmə maddi hüquq normasının tələbini pozaraq tələbi Cavabdeh münasibətdə təmin etmiş, digər cavabdehə münasibətdə isə rədd etmişdir. MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Digər tərəfdən iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki işdə iddiaçının uşağının doğulması zamanı onun travma alması, yəni hüquqazidd əməl mövcuddur. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərdən üçüncüsü, yəni əməl ilə zərər arasında uyğun səbəbli əlaqə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə ki, cavabdehlər hər ikisi fərqli arqumentlər irəli sürmüş, Cavabdeh iddiaçının uşağının doğuşu zamanı sürətli doğuş baş verdiyindən onda göstərilən qüsurların yaranmasını göstəmiş, digər cavadeh isə bu halı inkar etmişdir. Məhkəmə kollegiyasl qeyd edir ki, hüquqazidd əməlin məhz hansı əsasdan əmələ gəlməsini müəyyən edərkən iş materiallarına olan sübutları MPM-nin 88-ci maddəsinə əsasən qiymət verməli, zərurət yaranarsa bu barədə mütəxəssis və ya ekspert rəyinin alınmasını müzakirə etməlidir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi maddi ziyanın məbləğini müəyyən edərkən qeyd etmişdir ki, iddiaçının uşağının müalicəsi və onunla bağlı digər xərclər üçün uşağı Şəki şəhərində müalicə olunduğu 11-17 dekabr ərəfəsində təcili yardım maşınına verdiyi 118 manatdan başqa evində olan 700 manat pulu, uşağının Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarılması üçün 120 manat pulu, uşağı Bakı şəhəridə müalicə olunarkən bir gün ərzində müayinələr və dərmanlara 300 manat pulu, əlavə olaraq hər gün istifadə olunan dərman-davaya 80 manat olmaqla 10 gün ərzində 800 manat pulu xərcləməsi barədə göstərdiklərini inandırıcıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu hissədə də nəticəyə gələrkən iş materiallarında olan sübutlara və həmin sübutların MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməsinə deyil, mülahizəsinə əsaslanmışdır. MPM-n in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə mübahisləndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarı da göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1364/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh aid hissədə təmin edilməsi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar